Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-190/2023 01.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü; subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyya t Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “mübahisəli torpaq sahəsinin kimin adına qeydiyyata alınmasının müəyyən edilməsi, həmin torpaq sahəsinə aid aparılmış qeydiyyatının ləğv edilməsi, torpaq sahəsinin iddiaçıların adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 oktyabr 2022-ci il tarixli, 2-1(107)-297/2022 nömrəli qərardadından İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Zaqatala rayonu, Əliabad qəsəbəsi ünvanında yerləşən 1,20 ha k ənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsini xahiş etmişdir.
2. Cavabdeh 1 fevral 2022-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, qeyd olunan 1,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qanunla müəyyən edilmiş sənədlər əsasında X6 adına **********58 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyündən ərizənin icrası mümkün deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
3. İddiaçı1 18 fevral 2022-ci il tarixdə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək mübahisəli torpa q sahəsinin kimin adına qeydiyyata alınmasının müəyyən edilməsi, torpaq sahəsinə aid aparılmış qeydiyyatının ləğv edilməsi, torpaq sahəsinin iddiaçıların adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
4. İddiaçıya xx.xx.2022-ci il tarixdə hüquqi yardım ünvanlanaraq, iddia ərizəsində yol verilmiş nöqsanın aradan qaldırılması və dəqiqləşdirilmiş iddia ərizəsinin məhkəməyə təqdim olunması xahiş edilmişdir.
5. İddiaçı1 tərəfindən xx.xx.2022-ci il tarixli dəqiqləşdirilmiş iddia ərizəsi birinci instansiya məhkəməsinə təqdim olunmuş, iddiaçı qismində İddiaçı1 ilə yanaşı İddiaçı2, İddiaçı4 və X1 adları qeyd olunmaqla dəqiqləşdirilmiş iddia ərizəsi məhkəməyə təqdim olunmuş və məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-935/2 022 nömrəli qərardadı ilə ərizə icraata qəbul olunmuşdur.
6. Daha sonra iddiaçılara Şəki İnzibati Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanmış və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən nəzərlərinə çatdırılmışdır ki, iddia tələbi İPM-in tələblərinə əsasən mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, ləğv olunması tələb edilən dövlət qeydiyyatı X8 Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 113 saylı qərarı ilə verilmiş 37642 kv.m torpaq sahəsinə dair tərtib edilmiş A seriyalı 386429 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən aparılmışdır. Belə ki, cavabdeh orqanın xx.xx.2022-ci il tarixli **********15 nömrəli etiraz məktubunda qeyd edil mişdir ki, dövlət reyestrində qeydiyyata alınmasına nail olmaq istədikləri 1,20 ha torpaq sahəsi X6 adına **********58 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilmiş torpaq sahəsi ilə üst-üstə düşür.
7. İddiaçılar hüquqi yardım məktubuna münasibət olaraq məhkəməyə ərizə ilə bildirmişlər ki, onlar Aqrar İslahat Komissiyasının qərarını mübahisələndirmirlər. Belə ki, 1996-cı ildə Aqrar İslahat haqqında Qanun qəbul olunmuşdur. Həmin qanunun icrası üçün X14 Komissiyası, o cümlədən yerlərdə yerli X5 yaradılmışdır. Həmin komissiyaların qərarları əsasında torpaq payı ala biləcək subyektlərin siyahısı müəyyən edilərək komissiyanın qərarı əsasında vətəndaşların mülkiyyətinə torpaq sahələri pay olaraq verilmiş və həmin torpaq sahələri verildiy i yerdə vətəndaşlara təhvil-təslim edilmişdir. Həmin vaxtdan bu günədək vətəndaşlar torpaq sahəsini mülkiyyət sənədləri olmadan istifadə edirlər. Onların torpaq sahəsi də həmin qaydada onlara təhvil verilmiş və həmin torpaq sahəsini iddiaçılar istifadə etmək üçün tanışlarına təhvil vermişlər. Lakin torpaq sahəsinin sənədləri bu günədək vətəndaşlara təhvil verilməmişdir. Torpaq sahələrinin sənədlərinin vətəndaşlara təhvil verilməməsi dövlət orqanlarında işləyən vəzifəli şəxslərin səhlənkarlığı nəticəsində baş vermişdir. Bu ildən etibarən Zaqatala rayonu Əliabad qəsəbə sakinlərinin torpaq sənədlərinin mülkiyyət sənədləri Aqrar İslahat Komissiyası ləğv edildiyindən və əvvəlcədən vətəndaşlara torpaq sahəsinin planı və ölçüsü sənədləri paylanmadığından Rayon İcra Hakimiyyətinin sərəncamı ilə ve rilir.
8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, qeyd olunan Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 1,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi də daxil olmaqla Zaqatala rayon Aqrar İslahat Komissiyasının 22 may 2004-cü il tarixli, 113 saylı qərarı ilə 3,7642 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi X8 verilmiş və həmin qərara əsasən onun adına ləğv edilmiş DTXK tərəfindən AN 386429 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Həmin plan-ölçü sənədi və digər hüquqmüəyyənedici sənədlər əsasında qeyd olunan 3,7642 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X6 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixində, ********** qeydiyyat nömrəsi qeydiyyata alınar aq **********58 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Daha sonra, 3,7642 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi notarial qaydada təsdiq edilmiş “İpoteka Müqavilələrinə əsasən “Paşa Bank" ASC xeyrinə yüklü edilmiş və həmin yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məlumat üçün bildirilməlidir ki, eyni iddia predmetinə aid olan torpaq sahəsi ilə bağlı işə Şəki İnzibati Məhkəməsində baxılmış və məhkəmənin 14 may 2020-ci tarixli, 2-1(116)-504/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
9. Şəki İnzibati Məhkəməsinin 19 avqust 2022-ci il tarixli, 2-1(116)-935/2022 nömrəli qərardadı ilə (hakim: X4) iddia mümkün sayılmamışdır.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, X2 qərarları inzibati aktdır ki, həmin qərarların mübahisələndirilməs i tələblərinə iddia müddəti şamil olunur. Zaqatala rayonu Aqrar İslahat Komissiyasının qərarı qəbul olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) h üquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda 30 iyun 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 30 iyun 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İnzibati orqanların 30 iyun 2011-ci ilədək qəbul edilmiş qərarlarının (sərəncamlarının) ləğ vi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin qərarların mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən də mümkün sayılmamalıdır.
11. İddiaçılar həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 oktyabr 2022-ci il tarixli, 2-1(107)-297/2022 nömrəli qərardadı ilə (hakimlər: X10 (sədrlik edən və məruzəçi), X3 və X7) Şəki İnzibati Məhkəməsinin 19 avqust 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. İddiaç ı1 həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətində qeyd edilmişdir ki, mübahisələndirilən torpaq sahəsinin planı və ölçüsü sənədində istinad edilən Aqrar İslahat Komissiyasının 22 may 2004-cü il tarixli, 113 saylı qərarının məzmunundan göründüyü kimi həmin qərar ümumi xarakter daşımaqla iddia olunan torpaq sahəsinin bilavasitə üçüncü şəxsə verilməli olduğunu təsdiq etmir. Aqrar İslahat Komissiyasının qərarında birbaşa göstəriş yoxdur. İddiaçılar da məzmun baxımından iddia predmetinə münasibətdə bilavasitə nəticə çıxarmayan qərarı deyil, həmin qərara istinad la həyata keçirilən faktiki xarakterli hərəkəti qanuna zidd hesab etməklə onun nəticələrinin aradan qaldırılmasını iddia edirlər (öhdəliyin icrası haqqında iddia). İddia qaldırılması üçün prosessual müddətlə bağlı tələbə gəldikdə isə, mübahisələndirilən sənədlərin verildiyi vaxtda (X6 adına qeydə alınmış reyestr nömrəsi **********58 olan 1,20 ha torpaq sahəsi üçün verilmiş çıxarış) artıq qüvvədə olan İPM-də öhdəliyin icrası haqqında iddia üçün müddət nəzərdə tutulmamışdır.
16. Aqrar İslahat zamanı sözügedən torpaq sahəsinin iddiaçıların mülkiyyətlərinə verilmədiyi barədə qənaətə gəldikdə buradan iddiaçı 1999-cu ildən təxminən 20 il sahiblik etdiyi əmlaka dair əşya hüquqlarının müdafiəsi barədə tələb irəli sürə bilər. Bunun əksi üçün məhkəmə səlahiyyətli orqanın torpaq sahəsinə dair Dövlət aktının verilməsinədək icra etdiyi, hər hansı şəxs tərəfindən mübahisələndirilməyən, yaxud nəticələri hər hansı orqan tərəfindən aradan qaldırılmayan faktiki xarakterli hərəkətin əhəmiyyətsiz olduğunu əsaslandırmalıdır. Hazırkı işdə bu baş verməmişdir.
17. Məhkəmə qərardadında apelyasiya şikayətində qeyd olunmuş dəlillərin heç birini qeyd etməmiş və apellyasiya şikayətində göstərilən dəlillərə ümumiyyətlə qiymət verməmişdir. Belə ki, Zaqatala rayonu ərazisində Əliabad qəsəbəsində yaşayan vətəndaşlara adam başına 0,40 ha torpaq sahəsi verilmişdir. Lakin iş materiallarından görünür ki, bir nəfər şəxsə, yəni İsmayıl Orucova 37642 kv.m., yəni 4 hektara yaxın torpaq sahəsi Aqrar İslahat Komissiyasının qərarı ilə verilmişdir. Belə bir torpağın verilməsi mümkün deyildir. Məhkəmə bu faktı öz xidmə ti vəzifəsinə görə araşdırmalı olduğu halda araşdırmamışdır. Məhkəmə yalnız iddianın mümkünsüzlük məsələsini müzakirə etməklə kifayətlənmişdir. Məhkəmə nəzərə almamışdır ki, işin hallarının araşdırılması prinsipi iddianın mümkünlüyünə də aiddir. b. kassasiya şikayətinə etirazın dəlilləri
18. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı:... 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulm uş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
20. İnzibati Prosessual Məcəllə: Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Al i Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.7. Müba hisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzr ə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin iddianın mümkün sayılmamasına dair qərardadının əsaslandırması əsa ssız olsa da, gəldiyi nəticə düzgün olmuşdur.
25. Belə ki, apellyasiya instansiyası məhkəməsi qərardadında qeyd etmişdir ki, X2 qərarları inzibati aktdır və həmin qərarların mübahisələndirilməsi tələblərinə iddia müddəti şamil olunur. İddiaçılar iddia müddətini ötürmüşdür.
26. Lakin iddiaçılar X2 qərarını mübahisələndirməmiş, yuxarıda qeyd olunduğu kimi iddiaçının tələbi qeydiyyatın ləğvi və torpaq sahəsinin iddiaçıların adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması olmuşdur. Beləliklə, iddia növü öhdəliyin icrası haqqında iddia olduğundan, bu növ iddialara iddia müddəti şamil olunmadığından iddia müddətini tətbiq etməklə məhkəmə haqlı olmamışdır.
27. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın müm künlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.(8.6-cı bənd).
28. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, “Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olma masını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. (2.3-cü bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.”(9cu bənd)
29. Qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü h aqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
30. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların mübahisəli torpaq sahəsinə dair hər hansı hüququ müəyyən edilmədiyindən, eləcə də onlar tərəfindən bu hüququ təsdiq edən sənədlər təqdim olunmadığından, hazırkı iddianı irəli sürmək üzrə subyektiv hüququ yaranmır.
31. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəlləsinin 96.7-ci maddəsinə əsaslanaraq b ildirir ki, mübahisə edilən məhkəmə qərardadının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərardad digər əsaslar üzrə (iddiaçılar subyektiv hüquqa malik olmadığından) düzgün olduğundan şikayət təmin edilə bilməz.
32. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkün sayılmaması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslıdır.
33. Apellyasiya məhkəməsinin qərardadının ləğv edilməsi və İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiy ası QƏRARA ALDİ: İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 oktyabr 2022-ci il tarixli, 2-1(107)-297/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.