Məhkəmə qərarları › İş №2-1(102)-190/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-190/2025

23.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-190/2025 23.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər Dövlət Neft Şirkəti və “X3” şirkəti) qarşı iş üzrə QƏRARİ Açar sözlər: sərəncam əsasında verilmiş torpaq sahəsi üzərində müllkiyyət hüququnun dövlət qeydiyyatına alınması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarə sinə (üçüncü şəxslər Dövlət Neft Şirkəti və “X3” şirkəti) qarşı “Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 1597 nömrəli sərəncamı əsasında Biləcəri qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 06 avqust 2024-cü il tarixli, 2-1(103)-1833/2024 nömrəli qərarından üçüncü şəxs Dövlət Neft Şirkəti tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti başçısının 1597 nömrəli xx.xx.2000ci i l tarixli sərəncamına əsasən Biləcəri qəsəbəsi ərazisində yerləşən 600 kv.m ölçüdə torpaq sahəsi təqdim olunmuş cizgi əsasında fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmış və sərəncama qoşma şəklində cizgi əlavə edilmişdir.

2. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu imtina edərək bildirmişdir ki, yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd olunmadığı üçün sənədlə sahəni dəqiqləşdirmək mümkün olmamışdır. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən, göstərilən torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərinə aid olduğu müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icra at

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 1597 nömrəli sərəncamı əsasında Biləcəri qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

4. İddiaçı tələbini bu qərarın 1-2-ci bəndlərində qeyd edilən hallara istinad etməklə əsaslandırmışdır.

5. Cavabdeh iddiaya qarşı yazılı etirazının dəlilləri iddiaçının müraciətindən imtinanın dəlilləri ilə eynilik təşkil edir.

6. Bakı İnzibati Məhkəməsinin (hakim Ş.A.Həsənova) 21 iyul 2022-ci il ta rixli 21(112)-8736/2022 nömrəli qərardadı ilə Dövlət Neft Şirkəti və “X3” şirkəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

7. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən iddiaçının müraciətinə cavab olaraq 28 aprel 2023-cü il tarixli məktubla bildirmişdir ki, iddiaçının ərizəsində qeyd etdiyi UTM WGS 84 koordinat sistemində X 396716.65 396719.29 396734.00 396731.00 Y 4476918.74 4476959.0********.00 4476917.00 koordinatlarında olan həmin 600 kv.m torpaq sahəsi Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 091-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respulikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X3” şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir və bu səbəbdən, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna blər.

8. İşin məhkəmə araşdırması zamanı “iddiaçıya məxsus torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb-alınmaması barədə məlumatı, alındığı təqdirdə qeydiyyata alınmaya əsas olmuş sənədlərin surətlərinin məhkəməyə təqdim edilməsi barədə” sorğu göndərilmiş və cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli məktubla iddiaçının qonşuluğunda yerləşən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçıya məxsus torpaq sa həsinin qonşuluğunda yerləşən X1 məxsus torpaq sahəsi ona Qarabağ müharibəsi iştirakçısı kimi Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli sərəncamı ilə ayrılmışdır.

9. Bakı İnzibati Məhkəməsinin (hakim: A.A.Abdullayeva) 22 noyabr 2023-cü il tarixli, 2-1(112)-1162/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 1597 nömrəli sərəncamı əsasında Biləcəri qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmış 600 kv.m torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınması və buna dair müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının1597 nömrəli xx.xx.2000-ci il tarixli sərəncamına əsasən Biləcəri qəsəbəsi ərazisində yerləşən 600 kv.m ölçüdə torpaq sahəsi təqdim olunmuş cizgi əsasında fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmış və sərəncama qoşma şəklində cizgi əlavə edilmişdir. İddiaçı həmin torpaq sahəsinə dair hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçıya torpaq sahəsi ayrılması barədə sərəncamın qanuniliyi mübahisələndirilməmiş, yalnız torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olması əsası ilə onun müraciəti təmin edilməmişdir. Məhkəmə cavabdehin həmin dəlilinə münasibətdə qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş iddiaçının qonşuluğunda yer ləşən torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş analoji çıxarışlara və həmin çıxarışların verilməsinə əsas olmuş sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahəsi də Qarabağ müharibəsi iştirakçısı Allahverdi İbrahimova eyni ildə, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən ayrılmış və həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarış verilmişdir. Belə olan təqdirdə, iddiaçıya münasibətdə fərqli hüquqi mövqeyinin sərgilənməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbləri baxımından bərabərlik hüququnun pozulması kimi qiymətləndirilməlidir.

11. Üçüncü şəxs Dövlət Neft Şirkəti həmin qər ardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Ş.A.Məmmədova /sədrlik edən və məruzəçi/, C.M.Qarayeva və P.A.Hüseynov) 06 avqust 2024-cü il tarixli, 2-1(103)-1833/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Üçüncü şəxs Dövlət Neft Şirkəti həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİY A ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

15. Üçüncü şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının iddia etdiyi torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və “X3” şirkətinin istifadəsinə verilmiş istehsalat təyinatlı ərazilərə aiddir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, iddiaçının iddia etdiyi torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin qanuni istifadəsinə verilmiş torpaq sahəsidir. Həmçinin, Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarını n daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən, "X3” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.... Maddə 10 Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi... 10.2. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən q eydiyyatın aparılması üçün yetərli sayılmalıdır.... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.... 18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə

12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır....

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisə nin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. … Maddə

58. Sübutların araşdırılması qaydası … 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. … Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barəd ə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdi r. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin t əşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

25. İşin hallarından göründüyü kimi, Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti başçısının 1597 nömrəli xx.xx.2000-ci il tarixli sərəncamına əsasən Biləcəri qəsəbəsi ərazisində yerləşən 600 kv.m ölçüdə torpaq sahəsi təqdim olunmuş cizgi əsasında fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmış və sərəncama qoşma şəklində cizgi əlavə edilmişdir. İddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtinanın dəlilləri ondan ibarətdir ki, yerləşmə cizgisində dəqiq istinad və məsafələr qeyd olunmadığı üçün sənədlə sahəni dəqiqləşdirmək mümkün olmamışdır. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərinə aid olduğu müəyyən edilmişdir.

26. Cavabdeh inzibati orqanın imtina dəlillərini əsassız sayan məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti olan 600 kv.m torpaq sahəsinin iddiaçıya ayrılması barədə inzibati akt, yəni Binəqədi rayon İHB-nın sərəncamı hazırkı vaxtadək mübahisələndirilməməklə qüvvədədir, mötəbərliyi (qanuna uyğunluğu) ilə bağlı mübahisə yoxdur. Mübahisə predmeti olan torpaq sahəsi hazırda iddiaçının faktiki istifadəsində olmaqla, həmin torpaq sahəsinin iddia çıya ayrılması qanunvericiliklə müəyyən edilmiş qaydada öz təsdiqini tapdığından məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi əsaslıdır.

27. Eyni zamanda məhkəmə kollegiyası onu qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsi iddiaçıya ayrılan zaman həmin torpaq sahələri üzərində sərəncam vermək hüququ icra hakimiyyəti orqanına məxsus olmuş, başqa sözlə, icra hakimiyyəti həmin torpaq sahəsinin vətəndaşlara ayrılması barədə sərəncam vermək üçün səlahiyyətli olmaqla, iddiaçının hazırda tələbinin əsası kimi istinad etdiyi sərəncamı vermişdir.

28. Bundan əlavə, işin birinci instansiya məhkəməsi tərəfindən araşdırılması zamanı iş materiallarına əlavə edilmiş iddiaçının qonşuluğunda yerləşən torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş analoji çıxarışlara və hə min çıxarışların verilməsinə əsas olmuş sənədlərə əsasən müəyyən edilmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahəsi Qarabağ müharibəsi iştirakçısı Allahverdi İbrahimova eyni ildə, Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən ayrılmış və həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla çıxarış verilmişdir. Belə olan halda, iddiaçıya münasibətdə fərqli hüquqi mövqeyinin sərgilənməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbləri baxımından bərabərlik hüququnun pozulması kimi qiymətləndirilməlidir.

29. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orq anları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. 30. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır.

31. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma tələbi diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin ş ərti kimi çıxış edir. Belə ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır.

32. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 avqust 2024-cü il tarixli, 2-1(103)-1833/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar