Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1900/2021 02.11.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mənzilin üzərinə həbs qoyulması və icraata dönüş verilməsi barədə ərizənin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Ərizəçi MTK”) qarşı iş üzrə “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məh kəməsinin İnzibati Kollegiyasının 22.07.2021-ci tarixli, 2-1(103)1951/2021 nömrəli qərardadından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən Ünvan1 inşa ediilmiş çoxmənzilli yaşayış binasının 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 90 kv.metr olan 2 otaqlı 41 saylı mənzilin onun adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş dir. 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07.09.2018-ci il tarixli 2-1(81)3760/2018 saylı qərarı ilə iddia təmin edilərək, "xxxx" MMC tərəfindən Ünvan1 inşa edilmiş çoxmənzilli yaşayış binasının 13-cü mərtəbəsində yerləşən ümumi sahəsi 90 kv.metr olan 2 otaqlı 41 saylı mənzilin İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar, ondan qanunla müəyyən edilmiş müddət ərzində şikayət verilmədiyindən qanuni qüvvəyə minmiş və icra edilmişdir.
3. Ərizəçi Mənzil Tikinti Kooperativi Bakı İnzibati Məhkəməsinə ər izə ilə müraciət edərək, inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi və inzibati məhkəmə icraatının təzələnməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.
4. Bakı İnzibati Məhkəməsinin 13.10.2020-ci il tarixli 2-1(81)-3760/2018 saylı qərardadı ilə Ərizəçi MTK-nın ərizəsi təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(81)-3760/2018 saylı 07 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş və Ərizəçi MTK hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
5. Üçüncü şəxs ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iş baxılıb yekün nəticə qəbul edilib, qanuni qüvvəsini alana qədər Ünvan1 inşa edilmiş çoxmənzilli yaşayış binasının 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 90 kv.m. olan 2 otaqlı 41 saylı mənzilin üzərinə həbs qoyulması və həmin iş üzrə icraata dönüş barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2164/2021 saylı, 02.04.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir.
7. Məhkəmə hesab etmişdir ki, üçüncü şəxsin ərizəsində göstərilən mənzil üzərində həbs qoyulması mülkiyyətçinin istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə mane ola bilər. Həmin əmlakın üzərində sərəncam verilməsinə qadağan qoyulmasına isə, adətən onun başqa şəxsin adına özgəninkiləşdirilməsini ehtiva etdiyindən və hazırkı mübahisə başa çatanadək hər hansı qeydiyyat aparılması qanunla dayandırıldığından, zərurət yaranmır. Qərarın icrasında dönüş edilməsi hissəsi ilə əlaqədar qeyd edilmişdir ki, tərəflər arasında hazırkı iş üzrə məhkəmə mübahisəsi başa çatmamışdır, məhkəmə mübahisəsi davam edir. Əvvəlki qərarın ləğv edilməsi üçüncü şəxslərin icraata cəlb edilməsi ilə əlaqədar olmuş, məhkəmə araşdırmasının yekunlaşması ilə bağlı deyildir. İddiaçının ərizəsində qaldırılan məsələ mahiyyətcə yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğvini ehtiva edir, bu da inzibati məhkəmə icraatı qaydasında ayrıca iddia tələbi ilə mübahisələndirilə bilər.
8. Qərardaddan narazı qalan üçüncü şəxsin nümayəndəsi şikayət verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2164/2021 saylı, 02.04.2021-ci il tarixli qərardadının ləğv edilməsi, hazırki iş baxılıb yekun nəticə qəbul edilib, qanuni qüvvəsini alana qədər, Ünvan1 məhəllədə inşa edilmiş çoxmərtəbəli yaşayış binas ının 13-cü mərtəbəsində 2otaqlı, 41 №-li 90 kv.m. olan mənzilin üzərinə həbs qoyulması və həmin iş üzrə icraata dönüş verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.07.2021-ci il tarixli 21(103)-1951/2021 nömrəli qərardadına əsasən (sədrlik edən Azər Hüseynov, hakimlər Mirzə Tağızadə və Xəyalə Cəmilova) üçüncü şəxs Ərizəçi MTK tərəfindən verilmiş şikayət qismən təmin olunmuş, Bakı İnzibati Məhkəməsinin 02.04.2021-ci il tarixli, 2-1(112)2164/2021 saylı qərardadının ləğv edilməsi, üçüncü şəxs Ərizəçi MTK-nın hazırkı iş baxılıb yekun nəticə qəbul edilib, qanuni qüvvəsini alana qədər, Ünvan1 məhəllədə inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində 2 otaqlı, 41 nömrəli 90 kv.m. olan mənzilin üzərinə həbs qoyulması və həmin iş üzrə icraata dönüş verilməsi barədə ərizəsinin mümkün sayılmaması qərara alınmışdır.
10. Məhkəmə kollegiyası hesab etmişdir ki, Ərizəçi MTK iş üzrə iddiaçı olmadığından, eyni zamanda inzibati akta qarşı iddia qaldırmadığından müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq olunması barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ yaranmamışdır. Eyni zamanda, məhkəmə icraatı yekunlaşmadığı və iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadığı üçün icranın nəticələrinin aradan qaldırılmasına dair ərizə də verə bilməz.
11. Məhkəmə qərardadı üçüncü şəxsə 09.08.2021-ci il tarixində təqdim edilmişdir.
12. Üçüncü şəxs 18.08.2021-ci il tarixində kassasiya şikayəti verərək kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İ nzibati Kollegiyasının 22.07.2021-ci il tarixli 2-1(103)-1951/2021 nömrəli qərardadının ləğv edilməsi, hazırkı iş baxılıb yekun nəticə qəbul edilib, qanuni qüvvəsini alana qədər, Ünvan1 məhəllədə inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində 2 otaqlı 41 nömrəli 90 kv.m. olan mənzilə dair Ərizəçi MTK-nın müvəqqəti xarakterli müdafiə haqqında ərizəsinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlillərinə görə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə tam əsassızdır. Üçüncü şəxsin cavabdehə ərizə ilə müraciət etmədiyi üçün hazırkı ərizəsi mümkün sayılmamışdır. Halbuki, apellyasiya instan siyası məhkəməsi işin faktiki hallarını təhlil etsəydi, gəldiyi nəticəni əsassız hesab edərdi. İş materiallarından görünür ki, iddiaçı çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etdiyi zaman həmin bina istismara təhvil verilməmişdir.
14. Hazırkı iş üzrə yekun qərar qəbul edilmədiyindən işə baxılıb yekun nəticə qanuni qüvvəsini alanadək müvəqqəti xarakterli tədbirlər, yəni mübahisəli mənzilin üzərində “həbs” qoyulması tam zəruridir və işin icraatına dönüş verilməlidir. "xxxx" MTK və "xxxx" MMC arasında bağlanılan 05.03.2006-cı il tarixli müştərək fəaliyyət üçün razılaşdırılma müqaviləsində birbaşa qeyd edilir ki, həmin binada olan mənzillərin satılması hüququna yalnız "xxxx" MTK malikdir. Bu halda və işdə olan digər sənədlər birmənalı olaraq "xxxx" MTK-nın mülkiyyət hüquqlarına toxunu r. Məhkəmə isə İnzibati Prosessual Məcəllənin 1.1, 1.2, 27, 29.1, 40.1, 41.2, 42.1, 44.1, 44.2-ci maddələrinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
17. İnzibati Prosessual Məcəllənin 41.2-ci maddəsinə əs asən işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər.
18. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən üçüncü şəxs başqa şəxsə ünvanlanmış və həmin şəxs üçün əlverişli olan inzibati akta qarşı iddia qaldırdığı hallarda, məhkəmə üçüncü şəxsin əri zəsi əsasında müvəqqəti xarakterli müdafiə barədə qərardad qəbul edə bilər.
19. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması;
20. Həmin Məcəllənin 71.1-ci maddəsinə əsasən inzibati aktın icra olunduğu hallarda, məhkəmə inzibati aktı ləğv etməklə yanaşı, müvafiq ərizə əsasında inzibati orqanın üzərinə icranın nəticələrini aradan qaldırmaq barədə öhdəlik qoya bilər.
21. Həmin Məcəllənin 71.2-ci maddəsinə əsasən məhkəmə baxışının davam etdirilməsinə artıq ehtiyac qalmadığı və inzibati orqanın icranın nəticələrinin aradan qaldırılması üsulları ilə bağlı diskresion səlahiyyətlərə malik olmadığı hallarda, məhkəmə icranın nəticələrinin aradan qaldırılması üsulu və qaydası barədə göstəriş (təkliflər) verməyə haqlıdır.
22. Həmin Məcəllənin 71.3-cü maddəsinə əsasən inzibati aktın icrasının nəticələrini aradan qaldırmaq mümkün olmadıqda, məhkəmə inzibati orqan tərəfindən kompensasiyanın ödənilməsi barədə qərar qəbul edə bilər.
23. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
24. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.
25. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Kassatorun dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 18-ci bəndində göstərilən normanın tələbinə əsasən məhkəmə yalnız o halda üçüncü şəxsin ərizəsi əsasında müvəqqəti xarakterli müdafiə barədə qərardad qəbul edə bilər ki, üçüncü şəxs başqa şəxsə ünvanlanmış və həmin şəxs üçün əlverişli olan inzibati akta qarşı iddia qaldırmış olsun.
30. Ərizəçi MTK isə iş üzrə iddiaçı olmadığından, eyni zamanda inzibati akta qarşı iddia qaldırmadığından müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq olunması barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ yaranma mışdır.
31. Həmçinin, hazırkı qərarın 21-ci bəndində göstərilən normanın məzmunundan aydın olur ki, məhkəmə baxışının davam etdirilməsinə artıq ehtiyac qalmadığı və inzibati orqanın icranın nəticələrinin aradan qaldırılması üsulları ilə bağlı diskresion səlahiyyətlərə malik olmadığı hallarda, məhkəmə icranın nəticələrinin aradan qaldırılması üsulu və qaydası barədə göstəriş (təkliflər) verməyə haqlıdır.
32. Hazırkı iş üzrə isə məhkəmə icraatı yekunlaşmamışdır və iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı yoxdur. Belə olan halda, icranın nəticələrinin aradan qaldırılmasına dair ərizə də verilə bilməz.
33. Odur ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq üçüncü şəxs Ərizəçi MTK-nın mənzilin üzərinə həbs qoyulması və iş üzrə icraata dönüş verilməsi barədə ərizəsini mümkün saymamışdı r.
34. Məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.07.2021-ci il tarixli 2-1(103)-1951/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
35. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Üçüncü şəxs Ərizəçi MTK-nın kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.07.2021-ci il tarixli 21(103)-1951/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.