Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1900/2022 26.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: ( yaşayış yeri üzrə qeydiyyata alınma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə (üçüncü şəxslər X6 və X7) qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiya sının 2-1(103)-776/2022 nömrəli, 18 mart 2022-ci il tarixli qərarından üçüncü şəxs T.Pertseva tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı anası X6 ilə bir yerdə Bakı şəhəri, Səbail rayonu, Hacıbabayevlər küçəsi 10/12 saylı evin 64 saylı mənzilində yaşamışlar. Bayraq Meydanının tikintisi zamanı yaşadıqları ev dövlət ehtiyacları üçün alınmış, həmin ev sökülmüşdür.
2. Hal hazırda iddiaçı anası ilə bir yerdə Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi2, bina 3, 27 saylı mənzildə daimi olaraq birlikdə yaşayırlar.
3. İddiaçı yaşadığı ünvana qeydiyyata düşmək üçün cavabdehə müraciət etmişdir.
4. Cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, ünvan 1 ünvanına qeydiyyata alınmanız ilə əlaqədar mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşadığınız ünvana mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi, order, kirayə və icarə müqaviləsi, eləcə də qanunvericilikdə nəzərdə tutulan digər sənədləri təqdim etməklə qeydiyyat həyata keçirilə bilər. Qeyd olunan sənədləri təqdim edə bilmədiyiniz halda məhkəmə orqanlarına müraciət etməyiniz məqsədəmüvafiqdir a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdehlər X4 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Bakı şəhəri, Səbail rayonu, ünvan 2 ünvanına qeydiyyata alınması vəzifəsinin Səbail Rayon Po lis İdarəsinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X6 iddiaçının doğma anasıdır. Onlar əvvəllər Bakı şəhəri, Səbail rayonu, Hacıbabayevlər küçəsi, 10/12 saylı evin 64 saylı mənzilində yaşamışlar. Bayraq Meydanının tikintisi zamanı yaşadıqları ev dövlət ehtiyacları üçün alınmışdır və həmin ev sökülmüşdür. Verilən vəsait hesabına hazırda yaşadıqları Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi-2, bina 3, 27 saylı mənzilə birlikdə köçmüşlər və hal-hazırda da birlikdə yaşayırlar. İddiaçının qeydiyyatda olduğu ünvan Bayraq Meydanının tikintisi ilə əlaqədar dövlət tərəfindən alınmış və sökülmüşdür. Həmin vaxtdan o, Səbail rayonu, Salyan şosesi 2, bina 3 mənzil 27-də daimi olaraq yaşayır. Lakin anası ilə mübahisə olduğundan an ası onun mənzilə qeydiyyata yazılmağına maneçilik törədir.
7. Bakı İnzibati Məhkəmənin 2-1(112)-7127 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə X3 cavabdeh qismində prosessual iştirakına xitam verilmiş, X6 və X7 İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər.
8. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etməmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2-1(112)-7127/2021 nömrəli qərarı ilə (hakim A.Əhmədova) iddia təmin edilmiş, İddiaçı Bakı şəhəri, Səbail rayonu, ünvan 2 ünvanına qeydiyyata alınması vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarə sinə həvalə edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsində İddiaçı mübahisəli mənzildən çıxarılması ilə bağlı iddiaya münasibətdə məhkəmə Mülki Məcəllənin 228.1, 228.2, 228.5-ci maddələrinə istinadən hesab etmişdir ki, “Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, Ə.Yaqubov küçəsi, 3 saylı evin 27 saylı mənzilindən mülkiyyətçiləri olan X6, X7 ilə İddiaçı arasında həmin mənzildən istifadə hüququna dair notariat qaydasında təsdiqlənmiş müqavilə bağlanmasa belə onlar arasında etibarlı ailə əlaqələri mövcud olmuşdur. Belə ki, qanunda etibarlı ailə münasibətlərində olan şəxslərin dairəsinə ər-arvad valideynlər və uşaqlar aid edilmiş, mənzildən istifadə hüququnun yaranması üçün həmin şəxslə rə münasibətdə mülkiyyətçinin notarial razılıq qanunla tələb olunmamışdır. Bu səbəbdən cavabdeh İddiaçı mülkiyyətçilərlə etibarlı ailə əlaqələri əsasında mənzilə istifadə hüququ əldə etdiyindən mülkiyyətçilərin mübahisəli mənzildən çıxarılması barədə iddiası təmin edilə bilməz. Eyni zamanda adıçəkilən qətnamə ilə İddiaçı həmin mənzilə istifadə hüquqlarının tanınması ilə bu nəticəyə gəlmişdir ki, “müqaviləyə əsasən mübahisəli mənzilə mülkiyyət hüquqları əldə edilməsinə baxmayaraq əqd notarial qaydada təsdiq edilmədiyindən, bu hüquqlar daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyata alınmadığından cavabdehin yaşayış sahəsindən istifadə hüququ tanına bilməz”. Beləliklə, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə İddiaçı istifadə hüququnun tanınması tələbini yalnız mübahisəli mənzilə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmadığından təmin etməmiş, lakin eyni zamanda iddiaçının yaşadığı mübahisəli mənzilə istifadə hüququ əldə etdiyi nəzərə alınaraq onun həmin mənzildən çıxarılması tələbi rədd edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi adıçəkilən qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün “Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd” olaraq iddiaçının yaşayış yeri üzrə qeydiyyata alınması əsas kimi qiymətləndirilə bilər. Çünki həmin qətnamə ilə iddiaçının yaşayış yeri ilə bağlı hüququ bilavasitə müəyyən edilmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının qeydiyyata alınmasını istədiyi mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyes trindən qeydiyyatdan keçməməsi həmin mənzilə onun pasport qeydiyyatına alınmasına mane təşkil etmir.
11. İş üzrə üçüncü şəxs T.Pertseva birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-776/2022 nömrəli, 18 mart 2022-ci il tarixli qərarı ilə (hakimlər S.Bəktaşi - sədrlik edən və məruzəçi, A.Hüseynov və A.Hüseyn) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli 2-1(112)-7127/21 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi möv qeyi ilə razılaşmışdır.
14. Üçüncü şəxs T.Pertseva apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a)Kassasiya şikayətlərinin dəlilləri
15. Kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya instansiyası faktiki olaraq preyudisiallıq prinsipini pozaraq qətnamə ilə təsdiq olunmuş nəticənin indiki baxılan hal üçün əhəmiyyətsiz olduğunu göstərərək həmin qətnamə ilə mənzildən istifadə hüququnun yaranması əsası ilə Bakı İnzibati Məhkəməsinin qərarını qüvvəsində saxlamışdır. Halbuki, həmin əsasla 18 dekabr 2019-cu il tarixli qətnaməni qəbul etmiş məhkəmə heyəti özü iddianı tam təmin edərdi və yaxud qətnamə də müvafiq göstəriş göstərilərdi. Lakin məlum olduğu kimi, həmin iddia üzrə tələb qismən təmin edilmişdir (mübahisəli mənzilə istifadə hüququnun tanınması tələbini təmin edilməmiş, həmin mənzildən çıxarılma tələbi isə rədd edilmişdir). Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə preyudisiallıq prinsipini pozmuşdur (təmin olunmaması barədə qətnamə qəbul edilmiş iddia üzrə təmin edilməsi barədə qərar qəbul etmişdir). Əgər həqiqətən də bu halın əsası var idisə, əvvəlcə həmin 18 dekabr 2019-cu il tarixli qətnamə mübahisəli mənzilə istifadə hüququnun tanınmasının rədd olunması hissəsində ləğv olunmalı idi.
16. Hazırkı iş üzrə məhkəmələr qanunvericilikdə nəzərdə tutulmuş başqa sənəd dedikdə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə istinad etmişlər. Bu, Bakı Apellyasiya Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli qətnaməsidir. Həmin qətnamə ilə isə hazırkı iddia üzrə iddiaçı Petseva İrina X1rşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması” tələbi rədd olunmuşdur. Belə olduğu halda məhkəmələrin həmin qətnaməni əsas olaraq qəbul etmələri qanuna və məhkəmə təcrübəsi ilə ziddiyyət təşkil edir. Hesab edir ki, məhkəmələr əsas olaraq “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 10-cu maddəsini (Vətəndaşın olduğu yer üzrə qeydiyyatı) tətbiq etməli idilər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun Maddə
1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmaya n şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Maddə 2 Şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar v ə əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 5 Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir Yaşay ış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı d ərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin dəyişdirməlidir. elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar gös tərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayətləri vaxtında verilmiş, şikayətlər formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayət çilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Ali Məhkəmə müəyyən edilmiş işin hallarına və tətbiq edilmiş hüquq normalarına münasibətdə apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşdıqda, qərarın əsaslandırmasının aşağıdakı kimi tərtib edilməsi təklif olunur. Bu zaman qərarın təsviri hissəsində işin müəyyən edilmiş halları, işə aid sübutlar və məhkəmələrin (birinci və apellyasiya instansiyası məhkəmələrinin) hüquqi mövqeləri yığcam, anlaşıqlı və tam şəkildə əks etdirilmiş olmalıdır.
23. Məhkəmə kollegiyası hesab edi r ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayət inin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. İşin məhkəmələr tərəfindən araşdırılmış hallarından müəyyən olunur ki, İddiaçı Yuriyevna Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 2, bina 3, 27 saylı mənzilə qeydiyyata alınmasını mübahisələndirir. İddiaçının qeydiyyata alınmasını istədiyi sözügedən mənzil "xxxx" MMC tikinti şirkəti ilə bağlanmış 22 iyun 2007-ci il tarixli, 407 nömrəli müqaviləyə əsasən iddiaçının anası və bacısı ol an X4 və X5 aiddir. İddiaçı qeyd edilən mənzildə faktiki olaraq yaşayır. Bundan başqa iddiaçı X6 cavabdeh İddiaçı mübahisəli Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 2, A.Yaqubov küçəsi, ev 3, 27 saylı mənzildən çıxarılması ilə bağlı iddia, İddiaçı qarşılıqlı iddia olaraq həmin mənzilə istifadə hüquqlarının tanınması ilə bağlı iddia qaldırmışlar.
27. İşə əlavə edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1283/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən X3 İddiaçı və X8 qarşı “mənzildən köçürülmə” tələbinə dair ilkin iddiasının təmin edilməməsi, İddiaçı X1rşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)14723/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı X3 və cavabdeh İddiaçı apelyasiya şikayətləri təmin edilməmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)1283/2019 nömrəli, 20 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
28. Bundan başqa iş materiallarından müəyyən olunur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********60 nömrəli məktubuna əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi-2, bina 3, 27 saylı mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir.
29. Cavabdehin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası bildirir ki, iddiaçı qanuni qüvvəyə minmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)1283/2019 nömrəli, 20 may 2019-cu il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Sə bail rayonu, Salyan şossesi-2, bina 3, 27 saylı mənzilə istifadə hüququ tanınmış və təsdiq edilmişdir. İddiaçı isə həmin mənzildə faktiki yaşayır. Bununla da məhkəmə kollegiyası hesab edir ki, iddiaçının yuxarıda qeyd edilən normalardan irəli gələn hazırkı məzmunda tələb hüququ vardır.
30. Həmçinin məhkəmə kollegiyası iş materiallarındakı sənədlərə və yuxarıda qeyd edilmiş normalara əsaslanmaqla hesab edir ki, iddiaçının qeydiyyata alınmasını istədiyi mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməməsi həmin mənzilə onun pasport qeydiyyatına alınmasına mane təşkil etmir.
31. Bundan başqa, İddiaçı həmin mənzildə faktiki yaşayır, qanuni qüvvəsini almış qətnamə ilə o, yaşadığı həmin mənzildən çıxarıla bilməz. Hazırkı qərarın 18 bəndində qeyd edilən Qanunun tələbindən də müəyyən olunur ki, Azərbaycan Respublikasında fiziki şəxslər məhz yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.
32. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın iddiaçını yaşayış yeri üzrə qeydiyyata almasından imtinası əsassız olmuşdur.
33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir.
34. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kolle giyasının 18 mart 2022-ci il tarixli, 21(103)-776/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.