Məhkəmə qərarları › İş №2-1(102)-1901/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1901/2020

20.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1901/2020 20.10.2020 ALİ MƏHKƏMƏ İddiaçı-nin Bakı Şəhəri Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə; iddianın uğurlu olmaq ehtimalı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının vəkili X4, cavabdehin vəkili X1, üçüncü şəxsin vəkili Vəkil, üçüncü şəxsin nümayəndəsi Rauf Dibirovun iştirakı ilə, İddiaçı-nin cavabdeh Bakı Şəhəri Cavabdehnə (üçüncü şəxs: X7) qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiya sının xx.xx.2020-ci il tarixli, 2-1(103)-1051/2020 nömrəli qərardadından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. X7 xx.xx.2008-ci il tarixli 06/08(i) nömrəli kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC-dən illik 18 faizlə 240 ay müddətə 35.000 ABŞ dolları məbləğdə kredit götürmüşdür.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3754/2010 nömrəli iş üzrə xx.xx.2010-cu il tarixli qətnaməsi ilə cavabddeh X2 ümumilikdə 39.612,83 ABŞ dolları və 19 manat dövlət rüsumunun tutularaq Banka ödənilməsi, tutmanın ipoteka predmeti olan ünvan 1-yə yönəldilməsi, həmin evin açıq hərracdan satılması, əmlakın satışından əldə olunan pul vəsaiti hesabına üçüncü şəxsin “xxxx” İKB ASC-yə olan borcunun ödənilməs i, borc ödənildikdən sonra vəsait qalarsa cavabdeh üçüncü şəxsə verilməsi qət edilmişdir.

3. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra tutma yönəldilmiş əmlak açıq hərraca çıxarılmış, lakin həmin əmlak açıq hərracda satılmadığından bank tərəfindən alınmış, qeyd olunan daşınmaz əmlakın Bankın mülkiyyətinə keçməsi barədə ƏMDK yanında 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən reyestrdən çıxarış verilmişdir. 4. ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli binada 25,4 kv.m. ümumi, 14,0 kv.m. yaşayış sahəsindən ibarət mənzilin yerləşdiyi binanın sökülməsi ilə əlaqədar Yasamal RİH tərəfindən əmlakın əvvəlki mülkiyyətçisi M.Dibirovaya ayrılmış kompensasiyanın banka ödənilməsi barədə iddiaçı Yasamal RİH-ə xx.xx.2019-cu il tarixli 21/6775 nömrəli ərizə ilə müraciət etmiş, lakin həmin müraciətə cavabdeh tərəf indən cavab verilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı (üçüncü şəxs üçüncü şəxs) məhkəməyə müraciət edərək, ipoteka ilə yüklü edilmiş və bankın mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli binada 25,4 kv.m. ümumi, 14 kv.m. yaşayış sahəsindən ibarət mənzilin sökülməsi ilə əlaqədar əmlakın əvvəlki mülkiyyətçisi və banka borclu olan üçüncü şəxsə cavabdeh tərəfindən ayrılmış kompensasiyanın (yardımın) ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı Məhkəməyə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təqdim edərək, ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli binada 25,4 kv.m. ümumi, 14 kv.m. yaşayış sahəsindən ibarət mənzilin sökülməsi ilə əlaqədar əmlakın əvvəlki mülkiyyətçisi və b anka borclu olan üçüncü şəxsə cavabdeh tərəfindən ayrılmış kompensasiyanın (yardımın) üzərinə həbs qoyulmasını xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3163/2020 nömrəli qərardadı ilə (hakim – Ş.A.Həsənova) ərizənin təmin edilməsi, işə mahiyyəti üzrə baxıb qurtaranadək ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli binada 25,4 kv.m. ümumi, 14 kv.m. yaşayış sahəsindən ibarət mənzilin sökülməsi ilə əlaqədar əmlakın əvvəlki mülkiyyətçisi və banka borclu olan şəxs X6 Bakı şəhəri Cavabdeh tərəfindən ayrılmış kompensasiyanın (yardımın) üzərinə həbs qoyulması qərara alınmışdır.

8. Məhkəmə hesab etmişdir ki, hazırkı iddia üzrə X6 Cavabdeh tərəfindən kompensasiyanın ödənilməsi mübahisələndirildiyindən həmin kompensasiyanın üzərinə həbs qoyulmalıdır.

9. Qərardadla raz ılaşmayan üçüncü şəxs ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1051/2020 nömrəli qərardadına əsasən (sədrlik edən və məruzəçi – V.M.Məmmədov, hakimlər – E.E.Nağıyeva və H.Ü.Həmidov) apelyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3163/2020 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinin əsaslı sayılması iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlinməlidir ki, hazırkı iddianın böyük ehtimalla uğurlu olmayacağı barədə məhkəmə kollegiyası nda hər hansı qənaət formalaşmamışdır. Belə ki, hazırkı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin olunması ilə iddiaçının mülkiyyətində olan əmlakın sökülməsi ilə bağlı ödənilməli olan kompensasiya məbləğinin tərəflər arasında mövcud olan mübahisə həll edilənədək toxunulmazlığı təmin edilir ki, işin yekun həllinə münasibətdə bu tədbirin zəruriliyi sual doğurmur.

12. Məhkəmə qərardadını iddiaçı və cavabdeh xx.xx.2020-ci il tarixində almış, iddiaçı xx.xx.2020-ci il tarixində qərardaddakı yanlışlığın düzəldilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmənin xx.xx.2020-ci il tarixli, 2-1(103)-1051/2020 nömrəli qərardadına əsasən xx.xx.2020-ci il tarixli qərardadın mətninə düzəliş edilmişdir.

13. Bundan başqa, üçüncü şəxs X7 məhkəməyə müraciət edərək kassasiya şikayəti nin verilməsi üçün dövlət hesabına vəkillə təmin olunmasını xahiş etmiş, məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə üçüncü şəxsin vəkillə təmin olunması 4 saylı Vəkil Bürosuna həvalə edilmiş, xx.xx.2020-ci il tarixində ona vəkil təyin edilmişdir.

14. Üçüncü şəxs həmin qərardaddan xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1051/2020 nömrəli qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ c) Kassasiya şikayətinin dəlilləri

15. Üçüncü şəxsin kassasiya şikayətinin dəlillərinə görə məhkəməyə təqdim edilmiş və toplanmış işdə olan materialları, sənədlər hərtərəfli və obye ktiv araşdırmamış, onlara düzgün hüquqi qiymət verilməmiş, nəticədə prosessual hüquq normalarının tələblərini pozmaqla nəticələnən qərardad qəbul edilmişdir.

16. Məhkəmə proses iştirakçılarının hər birinə öz mövqeyini ifadə etmək, hüquqlarını həyata keçirmək üçün imkan yaratmalıdır. Yəni, məhkəmə icraatının iştirakçılarına mübahisənin həlli ilə bağlı əhəmiyyət kəsb edən bütün iş materiallarına dair öz mövqelərini ifadə etmək üçün imkan yaratmalıdır. Bunun üçün məhkəmə proses iştirakçılarına icraatın mərhələləri, işin faktiki və hüquqi hallarına dair öz mövqeyi barədə məlumatlandırılmalıdır ki, onlar bununla bağlı məzmun baxımından münasibət bildirə bilsin. Məhkəmə isə bu faktlara münasibət bildirməmiş və əsassız qərardad qəbul etmişdir. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı iddiaçı və cavabdeh etiraz təqdim etməmişlər. e) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X8 izahat verərək kassasiya şikayətinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X5 izahat verərək kassasiya şikayətinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili Vəkil və nümayəndəsi Rauf Dibirov kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ

21. İnzibati Prosessual Məcəllənin 41.2-ci maddəsinə görə işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində idd ianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər;

22. Həmin Məcəllənin 43.1-ci maddəsinə görə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcudolması ehtimalının müəyyən edilməsi;

23. Həmin Məcəllənin 43.2-ci maddəsinə görə ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Məhkəmələr tərəfindən maraqlı şəxsin inzibati aktın icrasının dayandırılması və ya iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbir lərinin görülməsi barədə ərizəsinə baxılması insan hüquq və azadlıqlarının qısa müddətdə pozulmasının qarşısının alınması üçün inzibati icraatın mühüm hüquqi institutlarından biridir. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır.... qanunverici müvəqqəti xarakterli müdafiə barədə inzibati aktın icrasının dayandırılması ilə bağlı işlərə baxarkən məhkəmələrə geniş səlahiyyətlər vermişdir. Bu ilk növbədə, işə baxan məhkəmənin iddia üzrə mübahisəni araşdırmadan, öz ehtimalı əsasında gələcəkdə iddianın uğurlu olması qənaətinə gəlməsində təzahür edir”.

25. İnzibati Prosessual M əcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Apelyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Hazırkı qərarın 21-22-ci bəndlərində göstərilən normalardan görünür ki, inzibati mühakimə icraatı qaydasında baxılan iş üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi üçün: 1. işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlinməli; 2. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmə zəruri olmalı; 3. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtim alı müəyyən edilməli; 4. müvəqqəti xarakterli müdafiənin tətbiqip ərizədə aydın şəkildə əsaslandırılmalıdır.

30. İşin araşdırılmış hallarından müəyyən olunur ki, X7 xx.xx.2008-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC-dən (hazırkı İddiaçı) illik 18 faizlə 240 ay müddətinə 35.000 ABŞ dolları kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini vaxtında icra etmədiyindən bank tərəfindən borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(004)-3754/2010 saylı qətnaməsinə əsasən borclu X2 34494,68 ABŞ dolları əsas borc, 5088,15 ABŞ dolları faiz borcu və 30 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 39612,83 ABŞ dolları və 19 mana t dövlət rüsumu tutularaq banka ödənilməsi, tutmanın ipoteka predmeti olan Ünvan1-ə yönəldilməsi, həmin evin açıq hərracdan satılması, həmin əmlakın satışından əldə olunan pul vəsaiti hesabına X3 banka olan borcunun ödənilməsi, borc ödənildikdən sonra vəsait qalarsa cavabdehə verilməsi qət edilmişdir.

31. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra məhkəmənin icra vərəqəsinə əsasən Ünvan1 hərraca çıxarılmış, hərracda alıcı olmadığından iddiaçıya təklif olunmuşdur. Hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinə əsasən Ünvan1 bank tərəfindən alınmışdır.

32. DƏDRX tərəfindən xx.xx.2019-cu il tarixində Ünvan1-nin iddiaçının mülkiyyətinə keçməsi ilə bağlı çıxarış verilmişdir.

33. İpoteka predmetləri ilə bağlı aparılmış monitorinq nəticəsində məlum olmuşdur ki, qeyd olunan ünvanda yer ləşən 1 mərtəbəli binada 25,4 kv.m. ümumi, 14.0 kv.m. yaşayış sahəsindən ibarət mənzilin yerləşdiyi bina sökülmüşdür. Həmin binanın sökülməsi ilə əlaqədar əmlakın əvvəlki mülkiyyətçisi və banka borclu olan şəxs X6 kompensasiya (yardım) ayrılmışdır.

34. İşin göstərilən hallarını nəzərə alan apelyasiya instansiyası məhkəməsi iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlmişdir.

35. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin nəticəsi ilə razılaşır və qeyd edir ki, hazırkı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin olunması ilə iddiaçının mülkiyyətində olan əmlakın sökülməsi ilə bağlı ödənilməli olan kompensasiya məbləğinin tərəflər arasında mövcud olan mübahisə həll edilənədək toxunulmazlığı təmin edilir.

36. Odur ki, apelyasiya instansiya məhkəməsinin gəl diyi nəticə əsaslı və qanuni olduğundan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs X3 kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1051/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar