Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1901/2021 08.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “Venera A” firmasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazırliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Daşınmaz əmlakın və onun yerləşdiyi torpaq sahəsinin hərraca çıxarılmasına dair qərarın ləğv edilməsi) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, İlqar Hüseynov, Bəhman Qəribovdan ibarət tərkibdə, İddiaçı “Venera A” firmasının cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə (üçüncü şəxs Bəhman Nadir oğlu Namazovun iştirakı ilə) qarşı qərarın ləğv edilməsi tələbinə dair Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası nın 16.07.2021-ci il tarixli, 21(105)-25/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 05 avqust 1999-cu il tarixli, 557 saylı sərəncamı ilə maye qazdoldurma məntəqəsinin layihələndirilməsi və tikintisi məqsədilə Sumqayıt şəhəri, Sumqayıt stansiyası, Dəmiryolu Yük həyəti massivində 225 kv.metr torpaq sahəsi ayrılmışdır. 2. 1999-cu il 27 avqust tarixli aktla iddiaçının ona məxsus olduğunu iddia etdiyi və fiziki şəxs X1 tərəfindən müqavilə əsasında icarəyə götürdüyü avtomobillərə maye qazdoldurma məntəqəsinin texniki vəziyyətinin istismara yararlı olması təsdiqlənmiş və qüvvədə olan Qaydaların tələbləri nə uyğun olaraq istismarına razılıq verilmişdir. 3. 14 oktyabr 2016-cı il tarixdə Sumqayıt şəhəri, Sumqayıt stansiyası, Dəmiryolu Yük həyəti massivi ünvanında yerləşən 2 saylı maye qazdoldurma məntəqəsi və 583.0 kv.metr torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra - cavabdeh) tərəfindən 135 nömrəli sərəncam qəbul edilmişdir.
4. Sumqayıt şəhəri, Sumqayıt stansiyası, Dəmiryolu Yük həyəti massivində yerləşən 2 saylı maye qazdoldurma məntəqəsini və 583.0 kv.metr torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı bir neçə dəfə (20.12.2016, 07.03.2017, 11.04.2017, 16.05.2017, 11.07.2017, 15.08.2017, 19.09.2017 və 24.10.2017-ci il tarixlərdə) hərrac keçirilmişdir. 5. 24.10.2017-ci il tarixli, 01 saylı protokola əsasən, cavabdeh tərəfi ndən keçirilmiş hərracın qalibi Namazov Bəhman Nadir oğlu (bundan sonra - üçüncü şəxs) olmuş və Sumqayıt şəhəri, Sumqayıt stansiyası, Dəmiryolu Yük həyəti massivində yerləşən 2 saylı maye qazdoldurma məntəqəsi və 583.0 kv.metr torpaq sahəsi 26.10.2017-ci il tarixli, 3664 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə ona satılmışdır. Həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ Namazov Bəhman Nadir oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona RX seriyalı ******* saylı müvafiq çıxarış verilmişdir.
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 14 may 2018-ci il tarixli, **********19 saylı məktubunda bildirilmişdir ki, Sumqayıt şəhəri, Sumqayıt stansiyası, Dəmiryolu Yük həyəti mas sivində yerləşən 2 saylı maye qazdoldurma məntəqəsi özəlləşdirilən dövlət müəssisə və obyektləri qrupuna daxil olmaqla 11 iyul 2008-ci il tarixdən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında olmuş və 06 fevral 2018-ci il tarixdə özəlləşdirilmişdir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30.12.2020-ci il tarixli, 10/2018 saylı ekspert rəyində Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 16.12.2020-ci il tarixli, **********88 saylı “mütəxəssis rəyi”nə istinadən qeyd edilmişdir ki, məhkəmə tərəfindən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 05.08.1999-cu il tarixli, 557 saylı sərəncamı ilə avtomobillərə maye qazdoldurma məntəqəsinin layihələndirilməsi və tikinti si məqsədilə Azərbaycan Dəmiryolu yük rayonunda İddiaçı firmasına ayrılmış 225 kv.m torpaq sahəsinin yerquruluşu sxemi, sahənin koordinatlarını əks etdirən texniki kadastr sənədləri və torpaq sahəsinin döngə nöqtələrinin koordinatları təqdim edilmədiyindən, həmin torpaq sahəsi ilə 24.10.2017-ci il tarixdə keçirilmiş hərracın nəticələrinə dair 01 saylı protokola əsasən 26.10.2017-ci il tarixli, 3664 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Namazov Bəhman Nadir oğluna satılmış Sumqayıt şəhəri, Sumqayıt stansiyası, Dəmiryolu Yük həyəti massivində yerləşən 2 saylı maye qazdoldurma məntəqəsinin yerləşdiyi 583,0 kv.m torpaq sahəsinin koordinatlarının üst-üstə düşməsini müəyyənləşdirmək mümkün olmamışdır. Həmin ekspert rəyində həmçinin qeyd edilmişdir ki, Namazov Bəhman Nadir oğlunun is tifadəsində mülkiyyət hüququ əsasında onun adına qeydə alınmış Sumqayıt şəhəri, Sumqayıt stansiyası, Dəmiryolu Yük həyəti massivində yerləşən 2 saylı maye qazdoldurma məntəqəsinin yerləşdiyi 583,0 kv.m torpaq sahəsinə verilmiş çıxarışda və plan-ölçü sənədində qeyd olunan döngə nöqtələrinin koordinatlarının daxilində yerləşən torpaq sahəsindən artıq torpaq sahəsi mövcud deyildir. Namazov Bəhman Nadir oğlu tərəfindən ona məxsus torpaq sahəsindən artıq sahə istifadə olunmadığı üçün İddiaçı firmasına ayrılmış torpaq sahəsinin koordinatları ilə üst-üstə düşüb-düşməməsini araşdırmaq mümkün olmamışdır. Eyni zamanda iş materiallarına mübahisəli əraziyə dair baza məlumatları əlavə edilmədiyindən, mütəxəssis rəyində yazılan məlumatların baza məlumatları ilə müqayisəli tədqiqatının aparılması mümkün olmamışdır.
8. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi 15.03.2021-ci il tarixli, **********17100 saylı məktubla bildirmişdir ki, şəxsi hesab vərəqəsinin məlumatlarına əsasən İddiaçı firması tərəfindən hazırkı dövrədək torpaq vergisi ödənilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə-birinci instansiya məhkəməsi) iddia ərizəsi ilə müraciət edərək, Sumqayıt şəhəri, Sumqayıt stansiyası, Dəmiryolu Yük həyəti massivində yerləşən 2 saylı maye qazdoldurma məntəqəsinin və onun yerləşdiyi torpaq sahəsinin hərraca çıxarılması barədə cavabdehin qərarının etibarsız hesab edilməsi, etibarsızlığın nəticəsi olaraq 24.10.2017-ci il tarixində respublikanın şəhər v ə rayonları üzrə keçirilmiş hərracın, həmin hərracın qalibi olmuş Namazov Bəhman Nadir oğlu ilə bağlanılmış daşınmaz əmlakın alqı-satqısına dair 26.10.2017-ci il tarixli, 3664 nömrəli müqavilənin, həmçinin 24.10.2017-ci il tarixli protokolun və Namazov Bəhman Nadir oğluna verilmiş 06.02.2018-ci il tarixli, RX seriyalı ******* saylı çıxarışın etibarsız sayılması barədə qərarın qəbul olunmasını xahiş etmişdir.
10. Sonra iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin Sumqayıt şəhəri, Sumqayıt stansiyası, Dəmiryolu Yük həyəti massivində yerləşən 2 saylı maye qazdoldurma məntəqəsinin və onun yerləşdiyi torpaq sahəsinin hərraca çıxarılması barədə qərarının ləğv edilməsi, ləğvin nəticəsi olaraq 24.10.2017-ci il tarixində respublikanın şəhər və rayonları üzrə keçirilmiş hərracın, həmin hərracın qalibi olmuş Namazov Bəhman Nadir oğlu ilə bağlanılmış daşınmaz əmlakın alqısatqısına dair 26.10.2017-ci il tarixli, 3664 nömrəli müqavilənin, həmçinin 24.10.2017-ci il tarixli protokolun və Namazov Bəhman Nadir oğluna verilmiş RX seriyalı, ******* saylı,06.02.2018-ci il tarixli çıxarışın ləğv edilməsini xahiş etmişdir.
11. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 20.06.2018-ci il tarixli, 2-1(085)115/2018 nömrəli (hakim Z.Pirverdiyev) qərardadı ilə iddia tələbi etibarsızlığın nəticəsi olaraq 24.10.2017-ci il tarixində respublikanın şəhər və rayonları üzrə keçirilmiş hərracın, həmin hərracın qalibi olmuş Namazov Bəhman Nadir oğlu ilə bağlanılmış daşınmaz əmlakın alqı-satqısına dair 26.10.2017-ci il tarixli, 3664 nömrəli müqavilənin, həmçinin 24.10.20 17-ci il tarixli protokolun və Namazov Bəhman Nadir oğluna verilmiş RX seriyalı, ******* saylı, 06.02.2018-ci il tarixli çıxarışın ləğv edilməsi hissəsində mümkün sayılmamışdır.
12. Həmin Məhkəmənin 20.06.2018-ci il tarixli, 2-1(85)-115/2018 nömrəli qərarı ilə cavabdehin Sumqayıt şəhəri, Sumqayıt stansiyası, Dəmiryolu Yük həyəti massivində yerləşən 2 saylı maye qazdoldurma məntəqəsinin və onun yerləşdiyi torpaq sahəsinin hərraca çıxarılmasına dair qərarının ləğv edilməsi hissəsində iddia tələbi rədd edilmişdir.
13. Məhkəmə qərarı iddiaçı ilə cavabdeh arasında əvvəllər icarə müqaviləsinin bağlanmaması, iddiaçının istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması ilə əsaslandırılmışdır.
14. İddiaçı apelyasiya şikayəti verərək məhkəmənin həmin qərar və qərardadının ləğ v edilməsini, iddia tələblərinə tam baxılaraq təmin olunması barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat
15. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə-apelyasiya instansiyası məhkəməsi) 17.12.2018-ci il tarixli, 2-1(105)549/2018 nömrəli (hakimlər S.Bəktaşi-sədrlik edən və məruzəçi, T.Quliyev və G.Tağızadə) qərardadı ilə birinci instansiya məhkəməsinin 20.06.2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış, apelyasiya şikayəti təmin edilməmişdir.
16. Apelyasiya instansiyası məhkəməsinin 17.12.2018-ci il tarixli, 2-1(105)549/2018 nömrəli (hakimlər S.Bəktaşi-sədrlik edən və məruzəçi, T.Quliyev və G.Tağızadə) qərarı ilə birinci instansiya məhkəməsinin 20.06.2018-ci il tarixli qərar ı dəyişdirilmədən saxlanılmış, apelyasiya şikayəti təmin edilməmişdir.
17. İddiacı kassasiya şikayəti verərək məhkəmənin qeyd olunan qərar və qərardadının ləğv edilməsini, iddia tələblərinə tam baxılaraq təmin edilməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat
18. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 24.04.2019-cu il tarixli, 2-1(102)1065/2019 nömrəli (hakimlər K.Bədəlov - sədrlik edən və məruzəçi, İ.Dadaşov və S.Hüseynova) qərarı ilə apelyasiya instansiyası məhkəməsinin 17 dekabr 2018-ci il tarixli qərardadından verilmiş kassasiya şikayəti təmin edilməmiş və həmin qərardad dəyişdirilmədən saxlanılmış, apelyasiya instansiyası məhkəməsinin 17 dekabr 2018-ci il tarixli qərarından verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, həmin qərar ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
19. Kassasiya instansiyası məhkəməsinin göstərişləri mübahisələndirilən sərəncamın və əmrin əslinin və ya təsdiq edilmiş surətinin əldə edilərək iş materiallarına əlavə edilməsindən, vergi orqanına 1999-cu ildən bəri mübahisəli torpaq sahəsinə və qaz doldurma məntəqəsinə görə kim tərəfindən torpaq və əmlak vergisinin ödənilməsi barədə müvafiq qurumlara sorğu göndərilməsindən və bu haqda mötəbər məlumat alınmasından, torpaqların üst-üstə düşüb-düşmədiyini müəyyən etmək məqsədilə iş üzrə müvafiq ekspertiza təyin edilməsindən ibarət olmuşdur. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
20. Apelyasiya instansiyası məhkəməsinin 27.11.2019-cu il tarixli, 2-1(105)510/2019 nömrəli (hakimlər Z.Məmmə dov - sədrlik edən və məruzəçi, N.Nəsibov və H.Babayeva) qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 20.06.2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
21. Həmin qərardan iddiaçı kassasiya şikayəti vermiş və qərarın ləğv edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində ikinci icraat
22. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 25.02.2020-ci il tarixli, 2-1(102)746/2020 nömrəli (hakimlər Z.Quliyev - sədrlik edən və məruzəçi, N.Rəsulbəyova və A.Hüseynov) qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apelyasiya instansiyası məhkəməsinin 27 noyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
23. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək işin təkra r baxılması üçün həmin məhkəməyə göndərilməsi Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 24.04.2019-cu il tarixli, 2-1(102)-1065/2019 nömrəli qərarında nəzərdə tutulmuş göstərişlərin (bax 19-cu bəndə) məhkəmə tərəfindən icra edilməməsi ilə bağlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat
24. Sumqayıt Apellyasiya Məhkəməsinin 16.07.2021-ci il tarixli, 2-1(105)-25/2021 nömrəli (hakimlər F.Məmmədov - sədrlik edən və məruzəçi, S.Qafari və M.Rzayev) qərarı apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 20.06.2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
25. Ali Məhkəmənin göstərişləri icra edilmiş, hazırkı iş üzrə mübahisələndirilən 14.10.2016-cı il tarixli, 135 saylı sərəncamın, həmin sərəncama əlavə edilmiş hərraca çıxarılan kiçik dövl ət müəssisə və obyektlərinin, onların yerləşdiyi torpaq sahələrinin siyahısının təsdiqlənmiş surəti əldə edilərək iş materiallarına əlavə edilmiş, iş üzrə torpaqların üst-üstə düşməsinin müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş, mütəxəssis və ekspert rəyinin alınması təmin edilmişdir.
26. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı kassasiya şikayətində məhkəmənin sübutlara düzgün hüquqi qiymət verilməməsindən narazılığını ifadə etmişdir. Cavabdehin təqdim etdiyi ziddiyyətli məktublardakı məlumatları sübut kimi qəbul etməklə, habelə iddiaçı tərəfindən təqdim edilmiş və səlahiyyətli orqanların verdiyi sübutlara əhəmiyyət verməməklə apelyasiya məhkəməsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1, 67.3, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2, 82-ci maddələrindəki maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Həmçinin məhkəmə tərəfindən mübahisə predmeti olan maye-qaz doldurma məntəqəsinin Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 05.08.1999-cu il tarixli sərəncamı əsasında iddiaçının vəsaiti hesabına inşa edilərək istismara qəbul edildiyi və iddiaçıya məxsus olduğu nəzərə alınmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etirazında cavabdeh qeyd etmişdir ki, iddiaçının hazırkı şikayətində gətirdiyi dəlillərin əsassızlığı yuxarıda qeyd olunan məhkəmə instansiyalarında iş ə baxılan zaman təqdim olunmuş sənədlərlə təsdiq olunmuşdur. Bunu iddiaçının mübahisə predmeti olan əmlaka hər hansı hüququnun qeydə alınmaması da təsdiq edir. Bunun əksinə, əmlakın dövlət mülkiyyətində olması təsdiqini tapmışdır. Cavabdeh qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
29. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqların dan ibarətdir.
30. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hall arda qeydə alınmalıdır.
32. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən, əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir.
33. Həmin Məcəllənin 155.4-cü maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunda nəzərdə tutulmuş qaydada dövlət öz mülkiyyətində olan əmlakı fiziki və hüquqi şəxslərin mülkiyyətinə verə bilər.
34. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin ikinci hissəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
35. Həmin M əcəllənin 67-cı maddəsinin dördüncü hissəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 36. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə
67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.... 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır....
37. Həmin Qanunun 68-ci mad dəsinə əsasən Maddə
68. Qanuni inzibati aktın ləğv olunması 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hal da; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər.
38. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qə bul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
39. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
40. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
41. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir
42. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
43. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq kassasiya şikayətində irəli sürülən mahiyyətcə ey ni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
44. İddiaçının maye qazdoldurma məntəqəsi və torpaq sahəsi üzərində əmlak hüququnun dövlət qeydiyyatına alınmadığı işin mübahisəsiz halıdır. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi haqlı olaraq bu qərarın 32-ci bəndində istinad olunan normanın tələbi baxımından iddiaçının hüququnun yaranmadığı qənaətinə gəlmişdir.
45. İddiaçı kassasiya şikayətinin əsas dəlili kimi, Sumqayıt şəhəri, Sumqayıt stansiyası, Dəmiryolu Yük həyəti massivində yerləşən maye qazdoldurma məntəqəsinin ona ayrılmış torpaq sahəsində onun vəsaiti hesabına tikildiyinə və buna görə də ona məxsus olduğuna istinad edir. Lakin məhkəmə araşdırmaları ilə 1999-cu ildən hərrac keçirilən müddətədək olan 18 il ərzində əmlakdan istifadə edilmədiyi, məntəqəyə yerində baxış keçirilərkən, həmin tikilinin yararsız vəziyyətdə olduğu, iddiaçı tərəfindən 27.04.2001-ci il tarixdə ümumilikdə 20,0 manat əmlak vergisi ödənildiyi, 01.01.1999-cu il tarixdən hazırkı dövrədək isə torpaq vergisinin ödənilmədiyi müəyyən olunmuşdur.
46. Cavabdehin mübahisəli əmlakın hərracdan satılması və həmin əmlak üzərində 3-cü şəxsin mülkiyyət hüququnun qeydə alınmasının qanuniliyi ilə əlaqədar nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2007-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasınd a dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə dövlət proqramı”nın 5.3-cü bəndinə əsasən, dövlət əmlakının idarə edilməsində qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının adından dövlət əmlakı üzərində sərəncam verilməsini həyata keçirən, dövlət müəssisələrinin əmlakına dair dövlətin adından mülkiyyətçi hüquqlarını təmsil edən qurum qismində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, öz səlahiyyətləri çərçivəsində digər mərkəzi və yerli icra hakimiyyəti orqanları, tabeliyində dövlət müəssisə və obyektləri olan idarəetmə orqanları iştirak edirlər.
47. İş üzrə materiallara əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 14 may 2018-ci il tarixli, ********* *19 saylı məktubundan görünür ki, Sumqayıt şəhəri, Sumqayıt stansiyası, Dəmiryolu Yük həyəti massivində yerləşən 2 saylı maye qazdoldurma məntəqəsi özəlləşdirilən dövlət müəssisə və obyektləri qrupuna daxil olmaqla 11 iyul 2008ci il tarixdən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında olmuş və 06 fevral 2018-ci il tarixdə özəlləşdirilmişdir.
48. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında olan daşınmaz dövlət əmlakı haqqında registrdən (qeydiyyat nömrəsi 14922) çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Sumqayıt stansiyası, Dəmiryolu Yük həyəti massivində yerləşən 2 saylı maye qazdoldurma məntəqəsi 1980-ci ildə istismara verilmiş dir.
49. Əmlak Məsələləri Dövlət Komitəsinin 135 nömrəli, 14 oktyabr 2016-cı il tarixli sərəncamına əlavə edilmiş “Hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektlərinin və onların yerləşdiyi torpaq sahələrinin” siyahısından görünür ki, Sumqayıt şəhəri, Sumqayıt stansiyası, Dəmiryolu Yük həyəti massivində yerləşən 2 saylı maye qaz doldurma məntəqəsi özəlləşdirilmək üçün hərraca çıxarılmışdır.
50. İş materiallarında olan 26.10.2017-ci il tarixli, 3664 nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki, Namazov Bəhman Nadir oğlu Sumqayıt şəhəri, Sumqayıt stansiyası, Dəmiryolu Yük həyəti massivində yerləşən 2 saylı maye qazdoldurma məntəqəsini (ümumi faydalı sahəsi 78.8 kv.m) və 583,0 kv.m torpaq sahəsini hərracdan satın almışdır.
51. Mülki Məcəllənin 414.1-ci maddəsinə əsasən, əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır.
52. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti olan əmlakın özəlləşdirilməsi zamanı daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına həmin əmlak üzərində hər hansı hüququn qeydə alındığı məhkəmə araşdırmaları ilə müəyyən edilməmişdir. Mülki Məcəllənin 139.1 və 140-cı maddələrinə uyğun olaraq, mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.
53. İddiaçıya ayrılmış 225 kv.m tor paq sahəsinin yerquruluşu sxemi, sahənin koordinatlarını əks etdirən texniki kadastr sənədləri və torpaq sahəsinin döngə nöqtələrinin koordinatları məhkəməyə və məhkəmə tərəfindən də ekspertizaya təqdim edilmədiyinə görə, ekspert tərəfindən torpaqların üst-üstə düşməsi faktını müəyyənləşdirmək mümkün olmamışdır. Bununla belə, ekspert rəyində qeyd edilmişdir ki, üçüncü şəxs Namazov Bəhman Nadir oğlunun istifadəsində olan və mülkiyyət hüququ əsasında onun adına qeydə alınmış Sumqayıt şəhəri, Sumqayıt stansiyası, Dəmiryolu yük həyəti massivində yerləşən 2 saylı maye qazdoldurma məntəqəsinin yerləşdiyi 583,0 kv.m torpaq sahəsi ona verilmiş çıxarışda və plan-ölçü sənədində qeyd olunan döngə nöqtələrinin koordinatları daxilində yerləşir və onun istifadəsində artıq torpaq sahəsi mövcud deyildir.
54. Həmçinin apelyasiya məhkəməsi tərəfindən Ali Məhkəmənin göstərişləri icra edilərək sərəncamın iş materiallarına əlavə edilməsi, 1999-cu ildən bəri mübahisəli torpaq sahəsinə və qazdoldurma məntəqəsinə görə torpaq və əmlak vergisinin ödənilməsi ilə bağlı müvafiq qurumlara sorğu göndərilmiş, torpaqların üst-üstə düşüb-düşmədiyini müəyyən etmək məqsədilə iş üzrə müvafiq ekspertiza təyin edilmiş və müvafiq rəylər alınmışdır.
55. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin qərarının ləğvinə dair iddiaçının tələbi həmin qərarın ləğvini şərtləndirən hüquqi və faktiki hallara əsaslanmalıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin mübahisələndirdiyi sərəncamın ləğv edilməsini şərtləndirən dispozisiya şərtlərinin mövcudluğu hazırkı iş üzrə müəyyən olunmuş hallarla təsdiq o lunmur. 56 Beləliklə, kassasiya şikayətinin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir. Şikayət təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
57. Yuxarıda şərh olunanlara və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.07.2021-ci il tarixli, 2-1(105)-25/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.