Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1901/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 07.12.2022 Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1969; FİN: 2VELT90) cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “maddi və mənəvi ziyanın tutulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2022-ci il tarixli, 2-1(103)-1182/2022 nömrəli qərarından cavabdeh tərəfindən v erilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər İcra Hakimiyyəti başçısının “Azərbaycan Yazıçılar Birliyinin əməkdaşlarına yaşayış binasının tikintisi üçün torpaq sahəsinin daimi istifadəyə verilməsi haqqında” xx.xx.2019-cu il tarixli, 14 saylı sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-cı il tarixli tapşırığını, Azərbaycan Yazıçılar Birliyinin xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli, 1K13/013 saylı məktublarını, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2018-ci il tarixli, xx/xx-3910 nömrəli və Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Torpaqların X2 üzrə Dövlət Agentliyinin xx.xx.2018-ci il tarixli, **********96 nömrəli razılıq məktublarını nəzərə alaraq, Bakı şə həri, Binəqədi rayonu, Binəqədi şosesi, X4 küçəsinin şimal hissəsində Yazıçılar Birliyinin əməkdaşlarının mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış binasının tikintisi üçün 0,40 ha torpaq sahəsi Yazıçılar Birliyinin daimi istifadəsinə verilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli, 2-1(103)-1406/2020 nömrəli qərardadından müəyyən olunur ki, iddiaçı cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “maddi və mənəvi ziyanın tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, 18 saylı binanın sol tərəfində olan “B” tikilisinin sökülməsinə görə Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətindən, Bakı Şəhər İcra Hakimiyyətindən və Azərbaycan Respublikas ı Maliyyə Nazirliyindən 150.000 manat məbləğində maddi ziyanın və 100.000 manat məbləğində mənəvi ziyanın tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 10 iyun 2020-ci il tarixli, 2-1(112)169/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 10 iyun 2020-ci il tarixli, 2-1 (112)-169/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası qeyd etmişdir ki, qeyd edilən tikili iddiaçının mülkiyyətində olmasa belə tikilinin sökülməsi nəticəsində ona dəymiş zərərin ödənilməsini tələb etmək hüququna malikdir. Vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia üzrə xüsusi mümkünlük şərtlərindən biri iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir.
3. İddiaçı cavabdehə müraciət edərək söküntüyə məruz qalmış əmlaka görə ona 53500 manat maddi ziyanın ödənilməsini xahiş etmişdir.
4. Cavabdehin 21 oktyabr 2020-ci il tarixli, B-217/2-150/2 nömrəli məktubu ilə iddiaçının müraciəti baxılması üçün Bakı şəhər Binəqədi rayonu İcra Hakimiyyətinə göndərilmişdir.
5. Bakı şəhər Binəqədi rayonu İcra Hakimiyyətinin 8 dekabr 2020-ci il tarixli, 02/1211-11/B-76/3-149/2 nömrəli məktubunda qeyd olunmuşdur ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Q.Aydınbəyov küçəsi, 18 saylı binanın sol tərəfində olan “B” tikilisinin sökülməsinə dair cavabdeh şəxslərin müəyyən edilməsi və maddi zərərə görə 53500,00 manat kompensasiyanın ödənilməsi barədə Binəqədi rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, B-76/2-149 saylı və Bakı şəhər İcra Hakimiyyətindən daxil olmuş xx.xx.2020-ci il tarixli, B-217/2-150/2 saylı məktublarla tərəflərindən baxılmışdır. Müraciətlərlə əlaqədar bildirilmişdir ki, Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən iddia olunan ərazidə hər hansı söküntü işləri aparılmamış, tikilinin sökülməsi ilə əlaqədar olaraq hər-hansı bir qərar (inzibati akt) qəbul edilməmiş, abadlıq-quruculuq işləri aparılmamış, üçüncü şəxslərə və digər qurumlara göstəriş verilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiyası məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Maliyyə Nazirliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməklə, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, 18 saylı binanın sol tərəfində olan “B” tikilisinin sökülməsinə görə Bakı şəhər İcra Hakimiyyətindən 53.500 manat məbləğində maddi ziyanın və 100000 manat məbləğində mənəvi ziyanın tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1988-ci ildə Ermənistandan qaçqın kimi gəlmiş, Bakı şəhərində Binəqədi rayonu ərazisində məskunlaşmışdır və həmin ərazidə müəyyən fəaliyyətlə məşğul olmuşdur. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, 18 saylı binanın sol tərəfində A və B tikililəri inşa etmiş və uzun illər orda yaşamışdır. Həmin tikililərdə istifadə edilən qaz, elektrik və su üçün haqlar da onun tərəfindən ödənilmişdir. Qeyd edilən tikililərə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən 15 sentyabr 1997-ci il tarixli Texniki pasport verilmişdir. Həmin Texniki pasporta əsasən “A” və “B” tikililərinin ona aid olması öz əksini tapmışdır. 1997-ci ildən rəsmi olaraq onun istifadəsində olan “B” tikilisi Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən heç bir rəsmi xəbərdarlıq edilmədən və heç bir məhkəmə qərarı olmadan xx.xx.2019-cu il tarixində sökülmüşdür. Texniki pasportun mülkiyyətçi və icarədar təşkilatın adı qrafasında onun adı yazılmışdır. Texniki pasportdan görünür ki, qeyd edilən ərazidə iki tikili-“A” və “B” tikililəri vardır. Həmin tikililərin ümumi sahəsi 307.5 kv. metrdir. “A” tikilisində 3 istehsalat sexi (ümumi sahəsi 199.6 kv. metr), 1 müdir otağı (sahəsi 8.8 kv. metr), 1 sanitar qovşağı (sahəsi 2.2 kv. metr) vardır. “B” tikilisində 1 istehsalat sexi (sahəsi 97.9 kv. metr) vardır. Uzun illər həmin tikililərin onun istifadəsində və hətta dövlət tərəfindən ona verilmiş rəsmi sənədin olmasına baxmayaraq, Bakı şəhər İcra Hakimiyyəti və Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən “B” tikilisi qanunsuz olaraq sökülmüşdür. Bakı şəhər İcra Hakimiyyətinə və Binəqədi rayon İcra Hakimiyyətinə vurulmuş zərərin ödənilməsi ilə bağlı müraciət edilmiş, lakin hər iki qurum tərəfindən vurulmuş zərərin ödənilməsindən faktiki olaraq imtina olunmuşdur. Bundan əlavə, ona vurulmuş zərərin məbləğinin müəyyən edilməsi üçün tərəfindən X3nə mürac iət edilmiş və X3nin xx.xx.2020-ci il tarixli, 249 saylı rəyi ilə ona vurulmuş zərər 53.500 manat müəyyən edilmişdir.
8. Cavabdeh iddia tələbinə dair yazılı etiraz təqdim etməmişdir.
9. Bakı İnzibati məhkəməsinin 05 may 2021-ci il tarixli, 2-1(112)-3309/2021 nömrəli qərardadı ilə iş üzrə mühəndis-texniki ekspertizası təyin edilmişdir. Ekspert qarşısında sökülmüş tikilinin real bazar dəyərinin müəyyən edilməsi ilə bağlı sual qoyulmuş və ekspertizanın aparılması “X3”nə həvalə edilmişdir. 10. “X3” MMC tərəfindən verilmiş 215 nömrəli, 01 noyabr 2021-ci il tarixli ekspert rəyindən görünür ki, iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Q.Aydınbəyov küçəsi 18 saylı binanın sol tərəfində olan “B” tikilisinə dair İddiaçı adına 15 sentyabr 1997-ci ildə tərtib olunmuş Texniki pasportda qeyd olunan ölçülər nəzərə alınmaqla, hazırda sökülmüş “B” literli istehsal sexinin tikilib istifadəyə tam yararlı vəziyyətə gətirilməsi üçün, mövcud bazar qiymətlərinə müvafiq olaraq, təqribən 51.398,00 manat məbləğində pul vəsaitinin tələb olunduğu müəyyən edilmişdir.
11. Bakı İnzibati Məhkəməsinin 7 dekabr 2021-ci il tarixli, 2-1(112)-3309/2021 nömrəli qərarı ilə (hakim N.İ.Abıyev) iddia qismən təmin edilərək, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Q.Aydınbəyov küçəsi, 18 saylı binanın sol tərəfində olan “B” tikilinin sökülməsi nəticəsində vurulmuş maddi ziyana görə 51.398 (əlli bir min üç yüz doxsan səkkiz) manat məbləğində pulun iddiaçıya ödənilməsi c avabdehə həvalə edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
12. Məhkəmə qeyd etmişdir ki, iddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsi cavabdehin hər hansı inzibati aktı, sərəncamı və ya yazılı xəbərdarlığı olmadan, qabaqcadan əvəzi ədalətli kompensasiya edilmədən cavabdeh tərəfindən dağıdılmışdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alınmasa da, onun həmin əmlak üzərində istifadə hüququnun mövcud olması mülkiyyətə bərabər tutulur. Mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı məhkəmə “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 nömrəli Qərar ına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarına istinad edərək qeyd etmişdir ki, iddiaçı hazırki iş üzrə cavabdeh inzibati orqan tərəfindən ona mənəvi ziyanın vurulması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir.
13. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2022-ci il tarixli, 21(103)-1182/2022 nömrəli qərarı ilə (hakimlər A.P.Oruczadə - sədrlik edən və məruzəçi, X.A.Cəmilova və M.N.Tağızadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qər arı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh hesab edir ki, hazırkı halda işə baxan məhkəmə mübahisə predmeti olan tikilinin iddiaçıya məxsus olub-olmamasını, həmin tikilinin nə vaxt, kimin tərəfindən, hansı razılıq və ya icazə əsasında inşa edildiyini dəqiqləşdirmədən, tikilinin Bakı şəhər İcra Hakimiyyəti tərəfindən sökülüb-sökülməməsinə dair hər hansı əsasa istinad etmədən, tikilinin həqiqətən Bakı şəhər İcra Hakimiyyəti tərəfindən sökülməsini öz ündə ehtiva edən dəlilə əsaslanmadan, yalnız Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(112)-1406/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına (həmin tikili iddiaçının mülkiyyətində olmasa belə tikilinin sökülməsi nəticəsində ona dəymiş zərərin ödənilməsini tələb etmək hüququna malikdir) istinad edərək iddianı mümkün saymışdır. Bununla belə işin hallarından qeyd edilən tikilinin iddiaçı tərəfindən inşa olunmasını təsdiq edən hər hansı bir fakt işə əlavə olunmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “İnzibati icraat haqqında” Qanun Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana g örə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.
20. Mülki Məcəllə Maddə 21.1 Zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152.1. mülkiyyət hüququ— subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmə k və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.2 sahiblik hüququ—əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. -152.3 istifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 157.8 mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.1 mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əm lak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. -158.4 mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 178.1 daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. -178.2 yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zər ərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
21. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3 -cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN H ƏDLƏRİ
22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
25. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üz rə).
26. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyindən çıxış edərək məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından vurulmuş ziyanın (maddi və mənəvi) əvəzinin ödənilməsi və kompensasiyanın məbl əği ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
28. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
29. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır. 30. “İnzibati icraat haqqında” Qanunun 89-cu maddəsinə görə, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.
31. İnzibati prosessual Məcəllənin 2.2.7-ci maddəsinə görə, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialar üzrə məhkəmə icraatı, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.
32. Bu qərarın 20-ci bəndində istinad olunan normalara görə, zərər dedikdə, hüququ pozulmuş şəxsi n pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Nəzərə almaq lazımdır ki, istinad edilən normalar anlamında şəxs ona vurulmuş ziyanın əvəzinin ödənilməsini tələb etmək üçün ən azından belə tələb hüququna malik olmalıdır. Zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əmlak və ya qeyri-əmlak hüquqlarına qanunsuz müdaxilə nəticəsində vurulmuş ziyan maddi və (və ya) mənəvi xarakterli ola bilər.
33. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallar ından görünür ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Q.Aydınbəyov küçəsi 18 saylı binanın sol tərəfində yerləşən tikililərdən, o cümlədən “B” tikilisindən uzun müddət (Texniki pasporta əsasən ən azından 15 sentyabr 1997-ci ildən) faktiki istifadə etmiş, orada infrastruktur yaratmış və beləliklə də həmin tikililər üzərində istifadə hüququna malik olmuşdur. Yuxarıda istinad olunan normalar baxımından istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır və yuxarıda istinad olunan normalara görə əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
34. İddiaçının istifadəsində olmuş tikilinin hər hansı inzibati akt, sərəncam və ya yazılı xəbərdarlıq olmadan söküldüyü, bununla da iddiaçının əmlak hüquqlarına qanunsuz müdaxilə olunduğu mübahisəyə dair iş üzrə materiallarla təsdiq olunur. Həmçinin iş üzrə materiallardan iddiaçının istifadəsində olmuş tikilinin Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Azərbaycan Yazıçılar Birliyinə çoxmənzilli binanın tikintisi üçün ayrılmış ərazinin giriş hissəsində yerləşdiyi görünür. Bununla bağlı qeyd olunmalıdır ki, tikinti ərazisinə və tikilməsi nəzərdə tutulan binaya giriş-çıxış imkanlarının təmin olunması torpaq sahəsinin tikinti məqsədləri üçün ayrılmasını həyata keçirmiş cavabdehin məsuliyyət sferasın a aiddir və ərazinin giriş hissəsində yerləşən tikili ilə bağlı məsələ qanunvericiliyə uyğun olaraq cavabdeh tərəfindən həmin çərçivədə, yəni torpaq sahəsinin ayrılması ilə eyni zamanda həll olunmalı idi.
35. Qeyd olunmalıdır ki, cavabdehin mübahisəli tikilinin tikilmə tarixi, hansı razılıq və ya icazə əsasında tikilməsi, qeyd edilən tikilinin iddiaçı tərəfindən inşa olunub-olunmaması ilə bağlı dəlilləri hazırkı mübahisəyə münasdibətdə iddiaçının həmin tikiliyə görə kompensasiya tələbini istisna edən hal kimi qiymətləndirilə bilməz.
36. Beləliklə, məhkəmə kollegiyasınin qənaətinə görə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün və mübahisəyə dair işin müəyyən olunmuş hallarına uyğundur.
37. Odur ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilə n hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2022-ci il tarixli, 21(103)-1182/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.