Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1901/2023 21.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1901/23) (Açar sözlər: torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin vahid daşınmaz əmlak kimi qeydiyyatına alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Yevax rayonu Səmədabad kəndində yerləşən 0,12 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi ilə birlikdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və fərdi yşayış evinin həmin torpaq sahəsinin içində göstərilməklə mərhum X3 adına çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(107)-3/2023 nömrəli, 20 aprel 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Yevlax rayon AİK-nın xx.xx.1998 -ci il tarixli 34 nömrəli qərarı ilə X9 və X6 0,12 ha həyətyanı torpaq sahəsi verilmiş, adlarına JN 217A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanmış və xx.xx.2015-ci il tarixdə həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, Yevax rayonu Səmədabad kəndində yerləşən 0,12 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi ilə birlikdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və fərdi yşayış evinin həmin torpaq sahəsinin içində göstərilməklə mərhum X3 adına çıxarış verilməsi öhdəliyinin cava bdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 0,12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi atası X9 tərəfindən tikilsə də, ev atasının adına olan JN-217A kod 90112018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə deyil, digər şəxs X2 adına verilmiş JN-219A kod 90112018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilmişdir. Atası xx.xx.2012-ci ildə, X7 isə xx.xx.2000-ci ildə ölmüşdür.
4. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək etirazını onunla əsaslandırmışdır ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin ləğv edilməsi, yaxud onlarda hər hansı düzəlişin edilməsi idarənin səlahiyyətinə aid deyildir. Bundan başqa, xx.xx.2015ci ildə JN-217A kod 90112018 nömrəli torp ağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, X8 və onun ailə üzvü X3 adlarına ümumi birgə mülkiyyət hüququ ilə ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir.
5. Cavabdeh tərəfindən tərtib olunaraq birinci instansiya məhkəməsinə təqdim olunmuş xx.xx.2020-ci il tarixli aktda göstərilmişdir ki, JN-217A kod 90112018 və JN-219A kod 90112018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə göstərilən torpaq sahələrinə yerində baxış keçirilmiş və müəyyən olumuşdur ki, JN-217A kod 90112018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsi natura üzrə plan ölçüyə tam uyğundur, faktiki vəziyyətdə həmin torpaq sahəsinin üzərində hər hansı tikili və ya qurğu yoxdur. JN-217A kod 90112018 və JN-219A kod 90112018 nömrəli torp ağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə göstərilən ərazilər natura üzrə üst-üstə düşür, hər iki torpaq sahəsinin naturaya uyğun fiziki sərhədləri mövcuddur, hər biri ayrı-ayrılıqda təsərrüfatdır.
6. Şəki İnzibati Məhkəməsinin 11 mart 2021-ci il tarixli qərarı (hakim V.K.Qasımov) ilə iddia təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Yevlax rayon Səmədabad kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyinin 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitabında X3 təsərrüfatında 1989-cu ildə tikilmiş fərdi yaşayış evinin olması göstərilsə də, hazırda həmin 0,12 ha torpaq sahəsində ev, yaxud başqa bir tikili və ya qurğu mövcud deyildir. Bu hal cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktla təsdiq edilməklə ya naşı, bilavasitə məhkəmə tərəfindən həmin torpaq sahəsinə xx.xx.2021-ci ildə keçirilmiş yerində baxış zamanı da müəyyən olunmuşdur. Belə ki, məhkəmə tərəfindən torpaq sahəsinə keçirilən yerində baxış zamanı müəyyən edilmişdir ki, JN-217A kod 90112018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsi naturadakı vəziyyətə tam uyğundur və faktiki olaraq həmin torpaq sahəsində hər hansı tikili və ya qurğu yoxdur.
8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək iş üzrə məhkəmə mühəndis-texniki ekspertizasının keçirilməsini və qərar ləğv edilərək yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
9. Apellyasiya şikayətinə baxılaraq obyektiv qərar qəbul edilməsi baxımından Şəki Apellyasiya Məhkəməsinin İnzibati Koll egiyasının xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizаsı təyin edilmiş, ekspertizаnın аpаrılmаsı Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin ekspertlərinə həvаlə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/102 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastn və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən tərtib olunmuş mütəxəssis rəyinin məlumatlarına əsasən, Yevlax rayon Səmədabad kəndində yerləşən JN-219 A kod 90112018 saylı Şəhadətnamə ilə X4 mülkiyyətinə verilmiş 0,17 ha torpaq sahəsinin və Yevlax rayonu Səmədabad kəndində JN-217 A kod 90112018 saylı Şəhadətna mə X1 mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsinin koordinatları GPS aləti ilə müəyyən edilmişdir. Yevlax rayon Səmədabad kəndində yerləşən JN-219 A kod 90112018 saylı Şəhadətnamə ilə X4 mülkiyyətinə verilmiş 0,17 ha torpaq sahəsi üzərində yaşayış evi və köməkçi tikilisi var. Yevlax rayonu Səmədabad kəndində JN-217A kod 90112018 Şəhadətnamə X1 mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsinin üzərində tikili mövcud deyil. Baza məlumatlarına əsasən mövcud tikili JN-219 A saylı Şəhadətnamə ilə mülkiyyətə verilmiş həyətyanı torpaq sahəsinin üzərindədir.
10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2023-cü il tarixli, 2-1(107)-3/2023 nömrəli qərarı (hakimlər: V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, R.R.Rəfiyev və G.İ.Cavadova) ilə iddiaçının apellyasiya şikayəti təmin edil məmiş, Şəki İnzibati Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2-1(116)-147/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının əsl məqsədi Səmədabad kəndində yerləşən fərdi yaşayış evinin 0,12 ha torpaq sahəsi üzərində göstərilməklə, həm torpaq sahəsinə, həm də fərdi yaşayış evinə dair birgə çıxarış verilməsinə nail olmaqdır. Ona görə də, məhkəmə kollegiyası iddia tələbində qeyd edilən torpaq sahəsinə və fərdi yaşayış evinə ayrı-ayrılıqda deyil, birgə yanaşaraq araşdırma aparılmasını məqsədəmüvafiq hesab etmişdir. İşin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, mövcud olmayan evə kiminsə mülkiyyət h üququnun qeydiyyata alınması mümkün deyil, cavabdeh iddiaçının müraciətini təmin etməməkdə haqlı olmuşdur və hazırda iddianın təmin edilməsi üçün əsas yoxdur.
12. Apellyasiya instansiya məhkəməsi öz hüquqi mövqeyinin əsası kimi Torpaq islahatı haqqında Azərbaycan Respublikası Qanununun 9-10-cu maddələrinə, İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 11.1, 11.2, 13.2 və 17-ci maddələrinə istinad etmişdir.
13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətində göstərilmişdir ki, arxiv sənədlərinə əsasən valideynləri öz ailələri ilə birlikdə mübahisəli torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşamışlar. Arxiv sənədlərindən də göründüyü kimi, atasına məxsus 0,12 ha torpaq sahəsində 1989cu ildə tikilmiş atasının tikdiyi ev də olmuşdur. Lakin məhkəmə həmin dəlillərə qiymət verməmişdir. İş düzgün araşdırmamış, mübahisəli məqamlara qiymət verilməmişdir.
15. İddiaçı kassasiya şikayətində Azərbaycan Respublikasının Konstitusiyasının 13,29 və 60-cı maddələri, Torpaq islahatı haqqında Azərbaycan Respublikası Qanununun 9-10-cu maddələri, Mülki Məcəllənin 152-ci maddəsi, İnzibati Prosessual Məcəllənin 12, 48 və 59-cu maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. Cavabdehin kassasiya şikayətinə etirazının dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eynilik təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə
9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə
10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir....
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərə findən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olun ması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Belə ki, iş materialları ilə müəyyən olunduğu kimi, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə hüquqi marağı Yevlax rayonu Səmədabad kəndində yerləşən fərdi yaşayış evinin 0,12 ha torpaq sahəsi üzərində göstərilməklə, fərdi yaşayış evinə həmin torpaq sahəsi ilə birlikdə çıxarış verilməsindən ibarətdir.
23. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq islahatından əvvəl iddiaçının ailə üzvləri X3 və X5 qanuni istifadəsində 0,12 ha həyətyanı torpaq sahəsi olmuş və torpaq islahatı zamanı həmin torpaq sahəsi onların mülkiyyətinə verilməklə adlarına JN217A kod 90112018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmiş, bundan sorna xx.xx.2015-ci ildə həmin 0,12 ha torpaq sahəsi üzərində sonuncuların ümumi mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Yevlax rayon Səmədabad kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyinin 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitabında X3 təsərrüfatında 1989-cu ildə tikilmiş fərdi yaşayış evinin olması göstərilsə də, həm birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş səyyar məhkəmə baxışı iclası zamanı, həm də apellyasiya instansiyası məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın nəticəsi olaraq verilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının ailə üzvlərinin mülkiyyətinə verilmiş mübahisə predmeti olan 0,12 ha torpaq sahəsində ev və ya hər hansı tikili yoxdur.
24. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, mövcud olmayan evə kimin sə mülkiyyə hüququnun qeydiyyata alınması mümkün deyil, cavabdeh iddiaçının müraciətini təmin etməməkdə haqlı olmuşdur və hazırda iddianın təmin edilməsi üçün əsas yoxdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, mövcud olmayan ev üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması mümkün deyildir.
25. Sonda məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinəki arxiv sənədlərinə əsasən valideynlərinin öz ailələri ilə birlikdə mübahisəli torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşamaları ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, məhkəmələr tərəfindən mübahisəli torpaq sahəsində ev və ya tikili olmaması əsası ilə iddianın rədd edilməsi, mübahisəli torpaq sahəsində vaxtilə ev olması ehtimalını istisna etmir.Yəni ola bilər ki, vaxtilə həmin torpaq sahəsində ev mö vcud olsun və iddiaçının ailə üzvləri həmin evdə yaşasın, lakin hazırki vəziyyətdə torpaq sahəsində ev olmadığından fərdi yaşayış evinin dövlət qeydiyyatına alınması mümkün deyildir. Eyni zaman hətta həmin torpaq sahəsində əvvəllər fərdi yaşayış evinin olması ehtimal olmayıb, iddiaçı həmin faktı təsdiq edə bilsəydi belə, faktiki olaraq mübahisəli torpaq sahəsində ev mövcud olmadığından olmayan ev üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alına bilməzdi.
26. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
27. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçın ın kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2023-cü il tarixli, 21(107)-3/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.