Məhkəmə qərarları › İş №2-1(102)-1902/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1902/2021

26.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1902/2021 26.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının "xxxx" firması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: yalnız qara mühasibatlıq sənədləri əsasında verginin hesablanmasının yolverilməzliyi; inzibati icraatın düzgün aparılmaması. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili Vəkil1 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" firmasının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanına Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinin "xxxx" firmasına dair tərtib edilmiş 14.04.2020-ci il tarixli, **********182139 saylı Səyyar vergi yoxlaması aktının və "xxxx" firmasının “Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 12 iyun 2020-ci il tarixli, **********137232 saylı qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-382/2021 nömrəli, 26 iyul 2021ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etd i. İŞİN HALLARİ 1. "xxxx" firmasında iyun 2017 - fevral 2019-cu illəri əhatə edən dövr üçün vergi orqanı tərəfindən növbəti səyyar vergi yoxlaması təyin edilmiş, səyyar vergi yoxlaması zamanı 12.02.2020-ci ildə operativ vergi nəzarəti tədbirləri nəticəsində vergi ödəyicisindən vergi orqanının “qara mühasibatlıq sənədləri” adlandırdığı məlumatlar aşkar edilərək götürülmüşdür. Həmin məlumatlar elektron daşıyıcıya köçürüldükdən sonra xüsusi zərfə yerləşdirilərək vergi ödəyicisinin iştrakı ilə möhürlənmiş və növbəti gün vergi ödəyicisinin iştrakı ilə açılaraq rəsmiləşdirilmişdir.

2. Vergi yoxlaması nəticəsində 14.04.2020-ci il tarixli, **********182139 saylı Səyyar vergi yoxlaması aktı tərtib olunmuş və 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi tərəfindən vergi ödəyicisinin “Vergi qanunveric iliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 12 iyun 2020-ci il tarixli **********37232 saylı qərar qəbul edilmişdir. Həmin qərar əsasında "xxxx" firmasına əsas borc üzrə 2471652,47 manat, maliyyə sanksiyası üzrə 1304851,03 manat, ümumilikdə 3776503,5 manat vergi borcu hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı “cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinin "xxxx" firmasına dair tərtib edilmiş 14.04.2020-ci il tarixli, **********182139 saylı Səyyar vergi yoxlaması aktının və "xxxx" firmasının “Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 12 iyun 2020-ci il tarixli, **********137232 saylı qərarın ləğv edilməsi” tələbinə dair qərar qəbul olunmasını xahiş etmişd ir.

4. Daha sonra, iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, cavabdeh tərəfindən tərtib edilmiş "xxxx" firmasının “Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 12 iyun 2020-ci il tarixli, **********137232 saylı qərarının ləğv olunmasını məhkəmədən xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsi 12.04.2019-cu il tarixli **********180625 saylı qərara əsasən "xxxx" firması (VÖEN **********) üzrə 2017-2018-ci il tarixli dövrləri əhatə edən səyyar vergi yoxlaması aparmışdır. Vergi yoxlaması nəticəsində 14.04.2020-ci il tarixli **********182139 saylı Səyyar vergi yoxlaması aktı tərtib olunmuş və 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi tərəfindən vergi ödəyicisinin “Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 12 iyun 2020-ci il tarixli **********37232 saylı qərar qəbul edilmişdir. Həmin qərara əsasən 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi belə hesab etmişdir ki, 2017-2018-ci illərdə mənfəət vergisinin, 2017-2018-2019-cu illərdə əlavə dəyər vergisinin, 2017-2018-ci illərdə məcburi dövlət sosial sığorta haqqı məbləğinin, 2018-2019-cu illərdə isə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan gəlir vergisinin hesabatda göstərilən məbləğinin, hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına yol verilmişdir.

6. Eyni zamanda, 2017-2018-ci illər üzrə Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən, “Nağd hesablamalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulduğu müəyyən edilmiş və "xxxx" firması 3776503,5 manat məbləğində vergi məs uliyyətinə cəlb edilmişdir. Qərarın surəti 17 iyun 2010-ci il tarixdə "xxxx" firmasına təqdim edilmişdir. Aşağıda göstərilənlərə əsasən 14.04.2020-ci il tarixli **********182139 saylı Səyyar vergi yoxlaması aktı və 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi tərəfindən "xxxx" firmasının “Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 12 iyun 2020-ci il tarixli **********37232 saylı qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Qərarda, Səyyar vergi yoxlaması aktında göstərilənlərlə ziddiyyət təşkil edən dəlillər göstərilmişdir. Belə ki, qərarda guya "xxxx" firması tərəfindən Səyyar vergi yoxlaması aktına qarşı göndərilən etirazda müəssisədən götürülmüş qara mühasibatlıq sənədlərinin firmaya aid olmaması bildirilmişdir. Halbuki, "xxxx" firması tərə findən Səyyar vergi yoxlaması aktına qarşı göndərilən etirazda belə bir cümlə işlədilməmişdir, digər tərəfdən "xxxx" firmasında ümumiyyətlə qara mühasibatlıq sənədləri olmamışdır və firmadan belə sənədlər götürülməmişdir. İstər vergi yoxlaması zamanı, istərsə də səyyar vergi yoxlaması aktının müzakirəsi zamanı firmaya belə sənədlər təqdim edilməmişdir. Bu barədə şifahi və yazılı formada vergi orqanına dəfələrlə müraciət olunsa da, vergi orqanı belə bir sənədi təqdim edə bilməmişdir. Belə olduğu halda, 2 saylı Ərazi Vergilər Baş idarəsinin rəisinin hansı əsasla və hansı qənaətlə qeyd edilən sənədlərin “Samuray" firmasına aid olmasına dair qərara gəlməsi bəlli deyildir və bunun heç bir əsası yoxdur. Digər tərəfdən, yoxlama aktında vergilərin "xxxx" firmasından götürülmüş mühasibatlıq sənədlə ri əsasında hesablandığı qeyd edilmiş, lakin həmin sənədlərin nədən ibarət olması və dövriyyə kənarlaşmasının hansı formada müəyyən edilməsi açıqlanmamışdır. Həmin yoxlama aktında "xxxx" firmasından hər hansı qara mühasibatlıq sənədlərinin götürülməsinə dair heç bir müddəa yoxdur. Bu fakt bir daha onu göstərir ki, qeyd olunan yoxlama aktı ilə həmin akt əsasında qəbul edilmiş məsuliyyətə cəlb etmə haqqında qərar biri digəri ilə ziddiyyət təşkil edir. Səyyar vergi yoxlaması aktının məzmunundan göründüyü kimi, vergilər mənbəyi bəlli olmayan və müəssisəyə məxsusluğu sübuta yetirilməyən sənədlər əsasında hesablanmışdır. Hesablamanın əsası olan əməliyyatlar barədə yoxlama aktında qeydlər edilməmiş, habelə həmin məlumatların doğruluğu sübuta yetirilmədən (qarşılıqlı əməliyyatlar aparılması ehtima l olunan şəxslərə sorğular verilmədən və s.) vergilərin hesablanması həyata keçirilmişdir.

7. Şikayətdə daha sonra qeyd edilir ki, cavabdeh tərəfindən qəbul olunan qərar nəticəsində yeni Biznes planına əsasən tikintinin aparılması, yeni dəzgahların gətirilib quraşdırılması və firmanın normal fəaliyyətinin davam etdirilməsi, hal-hazırda firmada çalışan 125 nəfərin iş yerlərinin itirilməməsi və əlavə 40 nəfərlik iş yerinin açılması istiqamətində başlanılmış işlərin davam etdirilməsi mümkün deyildir. Həmin qərar icraya yönəldiyi zaman iddiaçı firmanın bankda ola hesablaşma hesablarına sərəncam qoyularsa və onun əmlakları siyahıya alınarsa, bu firmanın fəaliyyətinin dayandırılmasına və gələcəkdə firmaya külli miqdarda zərər vurulmasına səbəb ola bilər. Fəaliyyət göstərdiyi 20 il müddət ərzində ümumi əmlakının dəyəri 1.5 milyon manat olmayan və hal-hazırda 2 milyon manata yaxın kredit borcu olan firmadan vergi orqanı tərəfindən 4 milyon manata yaxın vəsaitin tələb edilməsi heç bir məntiqə sığmır və tam qanunsuzluqdur. Firmanın müraciəti əsasında Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin inkişafı Agentliyinin dəstəyi və köməkliyi ilə 2019-cu ildə X1 xətti ilə istehsalın inkişafı və genişləndirilməsi üçün 1,5 milyon manat güzəştli kreditin ayrılmışdır. Həmin kredit, tərtib edilmiş biznes planına uyğun olaraq yeni istehsal sahəsinin inşasına, daha müasir dəzgahların alınmasına və buna müvafiq olaraq 50 nəfər üçün yeni iş yerlərinin açılmasına sərf olunacaqdır. Firma öz fəaliyyətində mövcud vergi qanunvericiliyin tələblərini yerinə yetirmiş, vaxtlı-vaxtında vergi ödəmələrini həyata keçirmiş, dövlət orqanları ilə, o cümlədən vergi orqanları ilə heç bir problemi olmamışdır. 12 aprel 2019-cu il tarixli qərara əsasən firmada səyyar vergi yoxlamasına başlanıldıqdan sonra istehsal sexlərində və bütün anbarlarda inventarizasiya aparılmış, mal qalıqları müəyyən edilmiş, hər hansı kənarlaşmalar aşkar edilməmişdir. Bundan əlavə, səyyar vergi yoxlamasının gedişi zamanı 12 fevral 2020-ci il tarixdə Vergilər Nazirliyinin 16 nəfərdən ibarət əməkdaşı "xxxx" firmasında operativ vergi nəzarəti keçirmişlər. 11 mart 2020-ci il tarixdə Sumqayıt şəhərində yerləşən 2 saylı Ərazi Vergi idarəsi tərəfindən həmin idarəyə dəvət olunaraq, idarənin vergi auditi şöbəsində iddiaçının nümayəndəsinə kompüterdə, elektron variantda olan məlumatlar təqdim olunaraq, həmin məlumatların Vergilər N azirliyinin vergi auditi şöbəsindən daxil olduğu və "xxxx" firmasına aid olduğu bildirilmişdir. Göstərilən məlumatlarla tanış olarkən məlum oldu ki, təqdim olunan məlumatların "xxxx" firmasına heç bir aidiyyəti yoxdur, həmin məlumatların haradan əldə edildiyi məlum deyildir və məlumatların mənbəyi təqdim olunmadı. Bu barədə iradlar 2 saylı Ərazi Vergi idarəsinin vergi auditi şöbəsinin əməkdaşlarına şifahi olaraq bildirilmişdir. Operativ vergi yoxlaması zamanı, qərarda qeyd edildiyi kimi, hər hansı qara mühasibatlıq sənədləri aşkar edilmiş olsaydı, firmanın nümayəndəsinin və kompüterin istifadəçisi olan vəzifəli şəxsin iştirakı ilə həmin sənəd çapa verilməli, bu barədə protokol tərtib edilərək yoxlama aktına əlavə edilməli idi. Bundan əlavə, operativ vergi yoxlamasının növbəti günü Vergil ər Nazirliyində firmanın direktorunun və direktor müavininin iştirakı ilə firmanın istifadəsində olan kompüterlərdən yaddaş diskinə köçürülmüş məlumatlara baxış keçirilərkən də, belə məlumatlar aşkar edilməmiş, nə də firmanın nümayəndələrinə təqdim olunmamışdır. Yoxlamanın 10 dəfə (cəmi 269 gün) dayandırılmasına səbəb kimi ekspertizanın keçirilməsi göstərilmişdir. Lakin sonradan onlara məlum olmuşdur ki, 1-ci ekspertiza aktı 11 iyul 2019cu ildə, 2-ci ekspertiza aktı isə 17 fevral 2020-ci il tarixdə yazılmışdır. Aktın vergi orqanına təqdim olunması üçün maksimum 1 ay müddət nəzərə alınsa, 06.09.2019-da 29 gün, 04.10.2019-da 29 gün, 01.11.2019-da 29 gün, 29.11.2019-da 29 gün, 20.12.2019-da 29 gün və nəhayət 08.04.2020-ci ildə 8 gün müvafiq qərarlarla yoxlamanın dayandırılması tam əsassızdır. Ekspertizaların keçirilməsi zamanı ümumilikdə 7 gün müddət ərzində firmanın istehsal prosesi dayandırılaraq, istehsal həcminin və satış dövriyyəsinin müəyyən edilməsi məqsədi ilə testlər aparılmışdır. Dəfələrlə şifahi və yazılı formada müraciət olunmasına baxmayaraq vergi orqanı aparılmış ekspertiza rəylərinin surətlərini firmaya təqdim etməmiş, nə də həmin rəylərlə onları tanış etməmişdir. Bu isə vergi orqanının firmaya qarşı qərəzli mövqe tutmasını bir daha təsdiq edir. Bununla vergi orqanı Vergi Məcəlləsinin 44.7.5 və 44.9-cu maddələrinin tələblərini kobud şəkildə pozmuşdur. Vergi orqanına açıq-aşkar surətdə bəllidir ki, ekspertizaların keçirilməsi nəticəsində müəyyən edilmiş istehsal gücü və satış dövriyəsi ilə vergi orqanının, heç bir əsası olmayan xəyali hesablamalar nəticəsində müə yyən etdiyi rəqəmlər arasında kəskin fərq vardır, ekspertizaların müəyyən etdiyi istehsal gücü ilə yoxlama aktında göstərilən dövriyyənin həyata keçirilməsi mümkün deyildir. Elə bu səbəbdən də vergi orqanı heç bir əsaslı səbəb göstərmədən ekspertiza rəylərini firmaya verməkdən imtina etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması məhkəmədən xahiş edilmişdir.

8. Cavabdeh inzibati orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 12.04.2019-cu il tarixli **********180625 nömrəli qərarına əsasən iddiaçıda iyun 2017 - fevral 2019 vergi dövrü əhatə etməklə növbəti səyyar vergi yoxlaması təyin edilmiş və yoxlamanın nəticəsi 17.04.2020-ci il tarixli səyyar vergi yoxlaması aktı tərtib edilməklə rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlam ası zamanı operativ vergi nəzarəti tədbirləri ilə iddiaçı tərəfindən vergi orqanına təqdim edilməyən sənədlər (qara mühasibatlıq sənədləri) aşkar edilmiş və həmin sənədlər iddiaçının rəhbərinin iştirakı ilə “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 12.02.2020-ci il tarixli Protokol tərtib edilməklə götürülmüşdür. Xüsusi şifrə parolla şifrələnmiş həmin sənədlər (elektron formatda) iddiaçının rəhbərinin iştirakı ilə 13.02.2020-ci il tarixdə açılmış və bu barədə, iddiaçının rəhbərinin iştirakı ilə akt tərtib edilmişdir. Götürülmüş sənədlər əsasında iddiaçının 2017-ci ilə görə 5447032,23 manat, 2018-ci ilə görə 8880334,15 manat məbləğində dövriyyə (gəlir) fərqləri müəyyən edilmiş, həmin dövriyyələrin (gəlirlərin) əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri təsdiq edən sənədlər o lmadığına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03 2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının 6.1.1-ci və 6.1.3-cü bəndlərinə əsasən şərti rentabellik norması tətbiq edilməklə, həmin illərə görə iddiaçı tərəfindən bəyannamə ilə hesablanmış mənfəət vergisi məbləğləri nəzərə alınmaqla ümumilikdə 445847,39 manat məbləğində əlavə mənfəət vergisi hesablanmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faizi məbləğində, yəni 222923,70 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı tərəfindən vergi orqanına təqdim edilməyən sənədlər (qara mühasibatlıq sənədləri) əsasında 2017- ci ilin iyun-dekabr aylarına görə 624919,21 manat, 2018-ci ilin yanvar-dekabr aylarına görə 1124988,87 manat, 2019-cu ilin yanvar - fevral aylarına görə isə 136151,59 manat, cəmisi 1886059,67 manat məbləğində əlavə olaraq ƏDV hesablanmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faizi məbləğində, yəni 943029,85 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Əmək haqqı sənədlərinə əsasən 2017-ci ildə 72423,14 manat, 2018-ci ildə 19701,53 manat, cəmi 92124,67 manat əmək haqqı fərqinin olmasına və bununla da sosial sığorta haqqının azaldılmasına görə 46062,34 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin 2017-ci ildə 37929,40 manat, 2018-ci ildə 9691,34 manat məbləğində azaldılmasına g örə cəmi 23810,37 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Firmada qara mühasibatlıq sənədlərinin olmaması və firmadan belə sənədlərin götürülməməsi dəlili ilə əlaqədar olaraq bildirilir ki, səyyar vergi yoxlaması zamanı operativ vergi nəzarəti tədbirləri ilə iddiaçı tərəfindən vergi orqanına təqdim edilməyən sənədlər (qara mühasibatlıq sənədləri) aşkar edilmiş və həmin sənədlər iddiaçının rəhbərinin iştirakı ilə “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 12.02.2020-ci il tarixli Protokol tərtib edilməklə götürülmüşdür. Xüsusi şifrə parolla şifrələnmiş həmin sənədlər (elektron formatda) iddiaçının rəhbərinin iştirakı ilə 13.02.2020-ci il tarixdə açılmış və bu barədə, iddiaçının rəhbərinin iştirakı ilə akt tərtib edilmişdir. Vergilərin qara mühasibatlıq sənədlə ri əsasında hesablanması və həmin sənədlərin nədən ibarət olmasının dövriyyə kənarlaşmasının hansı formada müəyyən edilməsinin açıqlanmaması, yoxlama ilə hesablanmış vergilərin əsaslandırılmaması, aşkar edilmiş pozuntu hallarının nədən ibarət olmasının qeyd edilməməsi dəlillərinə münasibətdə bildirilir ki, operativ nəzarət tədbiri zamanı götürülmüş sənədlərdə qeyd edilən gəlirlərlə firmanın vergi orqanına təqdim etdiyi bəyannamə məlumatları arasında yaranmış fərq dövriyyə kənarlaşmasını təşkil etmiş və həmin kənarlaşma ilə müəyyən edilmiş fərqlərə görə vergilərin hesablanması həyata keçirilmişdir. Səyyar vergi yoxlaması aktında qeyd edilən hallar tam şəkildə açıqlanmış və hesablanmalı olan vergilər əsaslandırılmış, aşkar edilmiş pozuntu halları isə mənfəət vergisinin, ƏDV-nin, sosial sığor ta haqqının, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin azaldılması olmuşdur. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Vergi Məcəlləsinin 67.6-cı maddəsinə əsasən, verginin hesablanması üçün vergi ödəyicisi barədə vergi orqanında bir neçə əlaqəli məlumat olduqda, ən yuxarı məbləğdə verginin hesablanmasına əsas verən əlaqəli məlumata əsasən vergi hesablanır. İddia ərizəsində səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi haqqında iki dəfə qərar qəbul edilərək müxtəlif ekspertlər cəlb edilməsinə, müxtəlif ekspert rəyləri tərtib edilməsinə baxmayaraq, sonda səyyar ve rgi yoxlaması aktı tərtib edilən zaman həmin rəylərə ehtiyacın olmaması qeyd edilmişdir. Bununla əlaqədar olaraq bildirilir ki, Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən, səyyar vergi yoxlamasına ekspert cəlb edilə bilər. Ekspertiza səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının qərarı ilə təyin edilir. Qanunvericiliyə əsasən ekspertin rəyi təklif xarakteri daşıyır, yoxlamanı həyata keçirən orqan ekspert rəyindən asılı deyildir. Yoxlama zamanı operativ vergi nəzarəti tədbiri ilə iddiaçının təqdim etmədiyi və iddiaçının mənfəətini (gəlirini) birbaşa təsdiq edən digər sənədlər aşkar edilərək götürüldüyündən və həmin sənədlər əsasında vergilərin hesablanması həyata keçirildiyindən ekspertin rəyinə ehtiyac olmamışdır. Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələbləri pozulara q yoxlamanın təqvim günü ilə deyil, iş günü hesabı ilə aparılması ilə bağlı iddiaçının dəlilinə münasibətdə bildirilir ki, Vergi Məcəlləsinin 38.7.3-cü maddəsinə əsasən, yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır). Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar- vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Həmin Məcəllənin 38.4-cü maddəsinə əsasən, səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Azərbaycan Respublikası İPM-nin 48.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

9. Sumqayıt İnzibati Məhkəməsinin 31 mart 2021-ci il tarixli 2-1(118)-204/2021 saylı qərarı ilə (hakim: C.B.Məmmədov) iddia təmin edilmiş, cavabdehin iddiaçı "xxxx" Firması barəsində qəbul edilmiş 12 iyun 2020-ci il tarixli **********37232 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi qə rara alınmışdır.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22.10.2020-ci il tarixli və 05.03.2021-ci il tarixli ekspert rəyindən görünür ki, "xxxx" firması vergitutma məqsədləri üçün gəlir və xərclərinin uçotunu qanunla müəyyən edilmiş qaydada (elektron qaimə faktura, elektron vergi hesab faktura, bank çıxarışları və digər sənədlər ilə) rəsmiləşdirmiş və onun tərəfindən təqdim edilmiş vergi bəyannamələri ilə ilkin mühasibatlıq sənədləri arasında hər hansı kənarlaşma aşkar edilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı "xxxx" firması apardığı əməliyyatları, eləcə də vergitutma məqsədləri üçün gəlir və xərclərinin uçotunu qanunla müəyyən edilmiş qaydada apardığı halda, cavabdeh vergi orqanı “qara mühasibatlı q” sənədlərini əsas götürərək iddiaçıya əlavə vergi məbləği hesablayarkən qanunvericiliyin tələblərini pozmuşdur.

11. Cavabdeh birinci instansiyası məhkəməsinin qərarından apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

12. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-382/2021 saylı, 26 iyul 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: Z.İ.Məmmədov, hakimlər: S.A.Qafari və F.Ə.Məmmədov) apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 31 mart 2021-ci il tarixli 2-1(118)-204/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaş mışdır.

14. Apelyasiya instansiyası məhkəməsinin qərarından cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 12.04.2019-cu il tarixli **********180625 nömrəli qərarına əsasən iddiaçıda iyun 2017 - fevral 2019 vergi dövrü əhatə edilməklə növbəti səyyar vergi yoxlaması təyin edilmiş və yoxlamanın nəticəsi 17.04.2020-ci il tarixli səyyar vergi yoxlaması aktı tərtib edilməklə rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlaması zama nı 12.02.2020-ci il tarixli qərar əsasında "xxxx" firmasına məxsus obyektdə operativ vergi nəzarəti tədbirləri keçirilmişdir. “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi" haqqında qərara əsasən müəssisədən 11 müxtəlif ölçülü elektron daşıyıcı və 4 qovluqda 1019 səhifədən ibarət son 4 ilin kalkulyasiyası məlumatları barədə sənədlər götürülmüşdür. Həmin sənədlər iddiaçının rəhbərinin iştirakı ilə “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 12.02.2020-ci il tarixli Protokol tərtib edilməklə götürülmüşdür (protokolun surəti əlavə olunur). Xüsusi şifrə parolla şifrələnmiş sənədlər (elektron formatda) iddiaçının rəhbərinin iştirakı ilə 13.02.2020-ci il tarixdə açılmış və bu barədə, iddiaçının rəhbərinin iştirakı ilə akt tərtib edilmişdir. Cəmiyyətin direktoru Əhmədov İlqar götürülmüş sənədlərin "xxxx" firmasına məxsus olduğunu tərtib olunmuş 13.02.2020-ci il tarixli Akta imza edərək təsdiqləmişdir. Araşdırma nəticəsində həmin sənədlər arasında qara mühasibatlıq sənədlərinin olduğu aşkarlanmışdır. Yoxlama ilə elektron daşıyıcılarda müxtəlif əməliyyatların uçotunun aparılması və həmin əməliyyatların mühasibat uçotu sənədlərində əks etdirilmədiyi müəyyən edilmişdir. Yoxlanılan dövr üzrə firma tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən 21 aylıq dövrdə (iyun 2017 - fevral 2019) göstəriciləri aşağıdakı kimi olmuşdur: 18% dərəcə ilə vergitutulan dövriyyə -4.157.533,19 manat; dövriyyənin ƏDV-si— 748.205,09 manat; əvəzləşdirilən dövriyyə - 4.183.834,84 manat; əvəzləşdirilən ƏDV- 753.090,2 manat; büdcədən istənilən vergi - 4.885,2 manat. Əldə olunmuş qara mü hasibatlıq sənədləri əsasında (sənədlərinin surəti əlavə olunur) firmanın yoxlanılan dövr üzrə ümumi dövriyyəsinin 14.634.804,06 manat olduğu müəyyən edilmişdir. Beləliklə, büdcəyə ödənilməli olan ƏDV-nin 1.886.059,63 manat ((14.634.804,06 4.156.695,0)*18%) məbləğində azaldıldığı müəyyən olunmuşdur. Firma tərəfindən 2017-ci və 2018-ci illər üzrə təqdim edilən mənfəət vergisi göstəriciləri bəyannamə üzrə isə aşağıdakı kimi olmuşdur. 2017-ci il üzrə gəlirlər 1 462 705,74, xərclər 1 429 859,75, vergiyə cəlb olunan gəlir 32 845,99, mənfəət vergisi - 6 569,20, 2018-ci il üzrə gəlirlər 2 623 221.22, xərclər 2 582 835.27, vergiyə cəlb olunan gəlir 40 385,95, mənfəət vergisi – 8077,19 manat. Cəmi gəlirlər 4 085 926,96, xərclər 4 012 695,02, vergiyə cəlb olunan gəlir -73 231,94, mənfəət vergisi – 1 4646,39 manat. ƏDV-dən yaranmış dövriyyə kənarlaşmasına şərti rentabellik norması tətbiq edilərək firmaya 2017-ci il üzrə 157913,44 manat (4 934 479.17/6*20%-6.569,20), 2018-ci il üzrə isə 287933,95 manat (8.880.334,15/6-8.077,19) məbləğində mənfəət vergisi hesablanmışdır. Bundan əlavə, müəssisə tərəfindən İİ rüb 2017 - İ rüb 2018-ci illər üzrə təqdim olunan hesabatlara əsasən 43879,45 manat məbləğində MDSS hesablanmışdır. Yoxlanılan dövr üzrə müəssisədən əldə edilmiş sənədlərə əsasən 136.004,12 manat MDSS hesablanmış və nəticədə azaldılmış MDSS məbləği 92.124,67 manat təşkil etmişdir. Yoxlanılan dövr üzrə müəssisədən əldə edilmiş sənədlər əsasında işçilərin real əmək haqları üzrə ödənilməli olan gəlir vergisinin 47.620,74 manat azaldıldığı müəyyən edilmişdir. Nəhayət müəssisə tərəfindən t əqvim ayı ərzində ümumi məbləği 30.000,0 manatdan (15.000,0 manatdan) artıq olan, yəni 690.247,68 manat məbləğində hesablaşmalar üzrə nağd qaydada ödəniş qəbul edildiyindən VM-nin 58.7-1-ci maddəsi əsasında 69.024,77 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Bütün bunlara baxmayaraq, məhkəmə işə baxarkən iddia tələbini tam və hərtərəfli araşdırmamış, işin faktiki hallarına və qanunvericiliyin müddəalarına zidd qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

17. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etdi.

18. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun çıxışı dinlənilmədən baxıldı. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 23.1.1. Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüquqlarına aid edilmişdir. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlə dən, vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 42.1. Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri təqdim edilir. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlə r təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşına r və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan vergini n əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. Maddə 67.4 Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarıl mış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütü n hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 22. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu: Ma ddə 2.1.6 Mühasibat uçotu – mühasibat uçotu subyektlərinin aktivləri, öhdəlikləri, kapitalı, gəlir və xərcləri barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsi, habelə maliyyə, vergi və digər hesabatların tərtib edilməsi məqsədi ilə baş vermiş maliyyətəsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında məlumatların analitik və sintetik uçotunun aparılmasıdır. Maddə 2.1.10. Mühasibat uçotu sənədi - ilkin uçot sənədləri, mühasibat uçotu registrləri, maliyyə hesabatları, habelə uçotun formalaşdırılması üçün tərtib edilən sənədlərdir. Maddə 2.1.11. İlkin uçot sənədləri – maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tu tulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. İş materiallarından görünür ki, "xxxx" firmasında iyun 2017 - fevral 2019-cu illəri əhatə edən dövr üçün vergi orqanı tərəfindən növbəti səyyar vergi yoxlaması təyin edilmiş və yoxlamanın nəticəsi 17.04.2020-ci ildə səyyar vergi yoxlaması aktı tərtib edilməklə rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlaması zamanı 12.02.2020-ci ildə operativ vergi nəzarəti tədbirləri nəticəsində vergi ödəyicisindən vergi orqanının “qara mühasibatlıq sənədləri” adlandırdığı məlumatlar aşkar edilərək götürülmüşdür. Həmin məlumatlar elektron daşıyıcıy a köçürüldükdən sonra xüsusi zərfə yerləşdirilərək vergi ödəyicisinin iştirakı ilə möhürlənmiş və növbəti gün vergi ödəyicisinin iştirakı ilə açılaraq rəsmiləşdirilmişdir. Götürülmüş və vergi orqanı tərəfindən “qara mühasibat sənədləri” adlandırdığı məlumatlar əsasında "xxxx" firmasına əsas borc üzrə 2471652,47 manat, maliyyə sanksiyası üzrə 1304851,03 manat, ümumilikdə 3.776.503,5 manat vergi borcu hesablanmışdır.

27. Bu qərarla razılaşmayan vergi ödəyicisi həmin qərarı mübahisələndirmiş, həm birinci, həm də apelyasiya instansiyası məhkəməsi iddiaçının mövqeyini əsaslı hesab edərək iddianı təmin etmişlər. Hazırda cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş edir.

28. Cavabdeh öz m övqeyini belə əsaslandırmışdır ki, iddiaçı barəsində aparılmış səyyar vergi yoxlaması nəticəsində hesablanan vergilərin əsasını “qara mühasibatlıq” sənədləri təşkil edir ki, həmin sənədlər vergi ödəyicisinin təsərrüfat subyektindən götürüldüyündən mənbəyi bəllidir və bu sənədlər əsasında iddiaçıya vergilərin hesablana bilməsi vergi qanunvericiliyində birbaşa nəzərdə tutulmuşdur.

29. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq qeyd edir ki, şikayətin dəlilləri əsassız olmaqla qanunvericiliyin müddəaları ilə ziddiyyət təşkil edir.

30. Belə ki, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və s.) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti, vergi ödəyicisi tərəfindən istehsal olunmuş və ya təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlardan və s.) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Bundan əlavə, yuxarıda qeyd edilmiş maddənin məzmunundan həm də o müəyyən olunur ki, vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır.

31. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə 2 dəfə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertin qarşısında 01 yanvar 2017-ci ildən 01 mart 2019-cu ilədək olan dövr üzrə "xxxx" firmasının ƏDV, mənfəət vergisi, məcburi dövlət sığorta hesablamaları, əmlak vergisi və digər maliyyə sanksiyaları üzrə hər hansı kənarlaşmaların mövcud olması ilə bağlı suallar qoyulmuşdur.

32. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilən ekspertiza nəticəsində verilmiş 9/3786 №li 22.10.2020-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, 14.04.2020-ci il tarixli, **********182139 nömrəli Səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində vergilər (ƏDV, mənfəət və MÖMV-nin), “Nağd hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun tələbl ərinin pozulmasına görə maliyyə sanksiyası və MDSS haqqları üzrə yoxlama ilə aparılmış əlavə hesablamaların düzgünlüyü müəyyən olunmur. Həmçinin qeyd edilir ki, 14.04.2020-ci il tarixli **********182139 nömrəli Səyyar vergi yoxlaması (SVY) aktının əsasında vergi orqanı tərəfindən çıxarılmış 12.06.2020-ci il tarixli **********1372 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarda istinad edilmiş “qara mühasibatlıq” sənədləri əsas götürülməklə əlavə hesablamaların aparılması qüvvədə olan mühasibat uçotu haqqında və vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Yəni, “qara mühasibatlıq” sənədlərinin mötəbərliyi öz təsdiqini tapmır. Eyni zamanda, həmin “qara mühasibatlıq" sənədlərinin nədən ibarət olması nə 14.04.2020-ci il tarixl i **********82139 nömrəli Səyyar vergi yoxlaması Aktında, nə də ki 12.06.2020-ci il tarixli **********1372 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarda göstərilməmişdir.

33. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilən ekspertiza nəticəsində verilmiş digər 9/786 №li 05.03.2021-ci il tarixli ekspert rəyində isə qeyd edilmişdir ki, "xxxx" firması vergitutma məqsədləri üçün gəlir və xərclərinin uçotunu qanunla müəyyən edilmiş qaydada (elektron qaimə faktura, elektron vergi hesab faktura, bank çıxarışları və digər sənədlər ilə) rəsmiləşdirmiş və onun tərəfindən təqdim edilmiş vergi bəyannamələri ilə ilkin mühasibatlıq sənədləri arasında hər hansı kənarlaşma aşkar edilməmişdir.

34. Məhkəmə kollegiyası hesab edir ki, göst ərilən ekspert rəylərindəki məlumatları şübhə altına almağa əsas verən heç bir sübut olmadığından aşağı instansiya məhkəmələri həmin rəylərlə razılaşmaqda və onları sübut kimi qəbul etməkdə haqlı olmuşlar.

35. Kassasiya şikayətində qeyd edilir ki, cavabdehin əməkdaşları tərəfindən sahibkardan götürülmüş 2017-2019-cu illərdə aparılmış əməliyyatları əks etdirən “qara mühasibatlıq” sənədlərində sahibkarın yoxlanılan dövrdə real istehsal və satış həcminin ilkin mühasibat sənədlərində əks etdirilmiş analoji göstəricilərindən dəfələrlə artıq olduğu müəyyən edilmiş, iş üzrə ekspert rəyi yalnız ilkin mühasibatlıq sənədləri əsasında aparılmış, “qara mühasibatlıq” sənədləri nəzərə alınmamış, işə baxan aşağı instansiya məhkəmələri də “qara mühasibatlıq” sənədləri əsasında iddiaçının real dövriyyəsini n müəyyən edilməsi istiqamətində hər hansı araşdırma aparmamışlar.

36. Cavabdehin bu dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, İPM-nin 14.1-ci maddəsi baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Cavabdeh iddiaçının “qara mühasibatlıq” sənədləri əsasında dövriyyəsinin bəyan ediləndən daha artıq olması qənaətinə gəlmiş, başqa sözlə, bu əsasla mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməyə çalışmışdır. Lakin cavabdehin istinad etdiyi sənədlərin mötəbər sübut kimi qiymətləndirilməsi yolverilməzdir.

37. Belə ki, inzibati qanunvericiliyin tələbi baxımından vergi orqanının inzibati icraat zamanı (bu halda səyyar vergi yoxlamasının aparılması və müvafiq qərar qəbul edilməsi zamanı) işin hallarını obyektiv araşdırmaq hüququ vardır (“İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi). Nəzərə alınmalıdır ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar isə yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir (“İnzibati icraat haqqında” Qanunun 47.1-ci maddəsi).

38. Cavabdeh tərəfindən götürülmüş və iş materiallarına əl avə edilmiş, cavabdehin “qara mühasibatlıq” sənədləri adlandırdığı materiallara nəzər yetirdikdə müəyyən olunur ki, həmin sənədlərdə iddiaçı müəssisənin rəhbərinə və ya digər səlahiyyətli şəxsinə aid imza, müəssisənin möhürü yoxdur. Həmçinin, həmin sənədlərdə malın təqdim edildiyi şəxslərə dair də hər hansı rekvizitlər mövcud deyildir. Bundan əlavə, həmin sənədlərdə müəyyən rəqəmlər sadalanmış, həmin rəqəmlərlə riyazi əməliyyatlar aparılmışdır, lakin qeyd olunan məlumatlar konkret dövr üzrə real istehsal həcmini müəyyən etməyə imkan vermir. Belə ki, həmin məlumatlardan iddiaçının həqiqətən hər hansı əməliyyat aparmasını (məs.:alqısatqı, təhviltəslim, xidmət göstərilməsi və s.) müəyyən etmək qeyri-mümkündür. Həmçinin, cavabdeh tərəfindən səyyar vergi yoxlaması zamanı ekspert və mütəxəssis d əvət edilsə də, sonradan onların yardımından istifadə edilməmişdir (halbuki, bu əsasla yoxlama 10 dəfə dayandırılmış və bir dəfə uzadılmışdır). Belə olan halda, iddiaçının dövriyyəsinin necə hesablanması ( əsas borc üzrə 2471652,47 manat, maliyyə sanksiyası üzrə 1304851,03 manat, ümumilikdə 3776503,5 manat vergi borcu) ilə bağlı sual ortaya çıxır. İş materiallarında isə iddiaçının real dövriyyəsinin hesablanması qaydasına (konkret sübutlara istinad etməklə) dair hər hansı məlumat yoxdur. Səyyar vergi yoxlamasındakı qeyd olunan məlumatları da təhlil etdikdə görünür ki, yoxlama aktında cavabdeh hesablamanın riyazi əsasını konkret mötəbər sübutlara istinadla göstərməmişdir. Cavabdeh inzibati orqan kimi yoxlama zamanı “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənməməli, həmin məlumatların həqiqiliyi istiqamətində əlavə araşdırma aparmalı (məs.: alıcıları müəyyən etməli, izahat almalı, operativ vergi nəzarəti imkanlarından istifadə etməli və s.), başqa sözlə, iddiaçının real istehsal dövriyyəsinin artıq olması ilə bağlı mötəbər, şübhədən kənar sübutlar təqdim etməli idi.

39. Lakin, cavabdeh inzibati orqan bunu etməyərək, sadə riyazi hesablamaları özündə əks etdirən “kağızlara” istinad etməklə, əlavə araşdırma aparmadan, ekspert və mütəxəssisdən istifadə etmədən, apardığı hesablamanı əsaslandırmadan, beləliklə də, mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtləri sübuta yetirmədən qərar qəbul etmişdir.

40. Bundan əlavə, cavabdehin özü tərəfindən təyin edilmiş ekspertizaya əsasən 24 yanvar 2020-ci il tarixli xronometraj aktı və təqdim edilmiş ilkin sənədlərdə olan məlumatlara əsasən, müqayisəli tədqiqat metodu ilə "xxxx" firmasının 01.06.2017-ci il tarixdən 01.03.2019-cu il tarixədək olan dövr ərzində istehsal edilmiş 5 çeşiddə polietilen torbaların istehsal həcmi cəmi 1 514 235.58 kq müəyyən edilmiş, həmin torbaların 1 kq satış qiymətinin 2.79 manat olması nəzərə alınmaqla, istehsal olunması ehtimal edilən 1 514 235.58 kq polietilen torbanın dəyəri 4 224 717.27 manat müəyyən edilmişdir. Beləliklə, həmin ekspert rəyi ilə 4 224 717.27 manat müəyyən edilməsinə və iddiaçı tərəfindən də müvafiq miqdarda bəyan olunmasına baxmayaraq, cavabdeh kassasiya şikayətində qara mühasibatlığa əsaslanaraq dövriyyənin 14 milyon manat aşkar edildiyini bildirmişdir.

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-382/2021 saylı, 26 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar