Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1902/2022 06.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müvafiq müddətin sığorta stajına daxil edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1960-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliy i tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “müvafiq müddətin sığorta stajına daxil edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 iyun 2022-ci il tarixli, 2-1(103)-1414/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1977-ci il tarixdən müxtəlif vəzifələrdə işləmişdir, həmçinin xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixədək prokurorluq orqanlarında qulluq keçmişdir. Azərbaycan Respublikası Baş Prokurorunun 19 iyul 2006-cı il tarixli, 10/227-k saylı əmri ilə «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublik ası Qanununun 29.2.5-ci maddəsinə müvafiq olaraq öz arzusuna əsasən xx.xx.2006-cı il tarixdən tutduğu vəzifədən azad olunmuş və onun prokurorluq orqanlarında qulluğuna xitam verilmişdir. Sonradan Azərbaycan Respublikası Baş Prokurorunun 08 noyabr 2006-cı il tarixli, 10/307-k saylı əmri ilə xx.xx.2006-cı il tarixli, 10/227-k saylı əmrə dəyişiklik edilərək həmin vaxt Tərtər hərbi prokurorluğunun müstəntiqi işləmiş iddiaçı «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Qanunun 29.2.1-ci maddəsinə müvafiq olaraq 19 iyul 2006-cı il tarixdən xəstəliyi ilə bağlı tutduğu vəzifədən azad edilmiş və onun prokurorluq orqanlarında qulluğuna xitam verilmiş sayılmışdır.
2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-1702/2006 nömrəli qətnaməsinə əsasən, iddiaçının «əmrin dəyişdiri lməsi və müavinətin verilməsi tələbinə dair» iddiasının müavinətin verilməsi hissəsində təmin edilməsi, iddiaçının Tərtər hərbi prokurorluğunda xidməti vəzifəsini icra edən zaman əmək qabiliyyətini itirməsi ilə əlaqədar «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Qanunun 20.6-cı maddəsinə əsasən birdəfəlik müavinətin ödənilməsi, iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 27 saylı və xx.xx.2003-cü il tarixli, 03 saylı qərarlarına əsasən 6 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2006-cı il tarixli, 171846 saylı rəyinə müvafiq olaraq orta əmək haqqının 80%-i məbləğində Azərbaycan Respublikası Prokurorluğu tərəfindən hər ay müavinətin ödənilməsi qət edilmişdir. 6 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyasının 566470 nömrəli arayışına əsas ən, iddiaçıya əmək zədəsi səbəbi ilə müddətsiz olaraq ikinci qrup əlillik təyin edilmişdir.
3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, xx.xx.2006-cı il tarixdən pensiyada olduğu müddətin qulluq stajına daxil edilməsini xahiş etmişdir.
4. Cavabdeh xx.xx.2020-ci il tarixli, **********5 nömrəli məktubla iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. İmtina belə əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01 iyul 2017-ci il tarixədək qüvvədə olan 20.8.3-cü maddəsinə əsasən, "prokurorluq orqanlarında 10 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı prokurorluq işçisi stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta a ylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasında fərq qədər əlavə ödənilir”. Göründüyü kimi, prokurorluq orqanlarının sabiq əməkdaşı kimi əmək pensiyası hesablanarkən şəxsin prokurorluq orqanlarındakı iş stajı nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.2.6-cı maddəsində göstərilən sosial sığorta stajı ilə bağlı müddət prokurorluq orqanlarında iş stajı kimi və prokurorluq orqanlarının sabiq əməkdaşı kimi ödənilən əlilliyə görə əmək pensiyasının hesablanması zamanı qanunvericiliyin tələbləri baxımından nəzərə alına bilməz. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı 10 iyun 2020-cu il tarixdə Sumqayıt İnzibati Məhk əməsinə iddia ərizəsi ilə müraciət edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.6-cı maddəsinə müvafiq olaraq, xidməti vəzifəsini yerinə yetirərkən əmək xəsarəti alaraq İİ qrup əlil olmasını və 60 yaş həddini keçməsini nəzərə alaraq, 2006-cı ildən pensiyada olduğu müddətin sığorta stajına əlavə edilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
6. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(118)-1058/20 nömrəli qərardadı ilə hazırkı işin aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
7. Bundan sonra, iddiaçı iddia tələbini dəqiqləşdirərək, xx.xx.2006-cı il tarixdən pensiyada olduğu müddətin sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
8. İddiaçı tə ləbini onunla əsaslandırmışdır ki, 1993-cü il tarixdən 2006-cı ilin noyabr ayınadək prokurorluq orqanlarında çalışmışdır. Tərtər Hərbi Prokurorluğunda müstəntiq vəzifəsində işləyərkən, müntəzəm olaraq fasiləsiz Murov dağ silsiləsində dislokasiya olunmuş hərbi hissələrin ərazisində təhqiqat və istintaq apararkən hər iki ayaqlarının diz nahiyəsindən aşağı ətrafları don vurduğundan "obilitirasiyaedici indoartrid” diaqnozlu xəstəliyə tutulmuşdur. Həmin faktlarla bağlı Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən araşdırmalar və təhqiqat aparılmış, toplanmış materiallar aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində X1 göndərilmişdir. Həmin orqan tərəfindən 02 mart 2006-cı il tarixli, 46-T saylı əmrlə təhqiqat komissiyası yaradılaraq təhq iqat aparılmış, donvurma faktı təsdiq olunmuş və məhkəmə tibb ekspertizası təyin olunmuşdur. Ekspertin 24 mart 2006-cı il tarixli, 63/TM saylı rəyində aşağı ətrafların don vurması əlamətləri aşkar olunması nəticəsində "aşağı ətrafların oblitirasiyaedici indoatrtid” diaqnozlu xəstəliyin əmələ gəlməsi göstərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 6 saylı Zona Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən donvurma nəticəsində "aşağı ətrafların oblitirasiyaedici indoartrid” diaqnozlu xəstəliyə tutulması "əmək zədəsi” hesab edilərək, əmək qabiliyyətinin 80%-i itirildiyindən ikinci qrup əlil hesab olunmuşdur. Bakı şəhəri Səbayıl rayon məhkəməsinin 29 noyabr 2006-cı il tarixli, 2- 1702/2006 saylı qətnaməsi ilə donvurma nəticəsində "aşağı ətrafların oblitiras iyaedici indoartrid” diaqnozlu xəstəliyə tutulması müəyyən olunmuşdur. Həmin tarixdən "Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 29.2.1-ci maddəsinə əsasən, tutduğu vəzifədən azad olunaraq, prokrorluqda xidmət keçməsinə xitam verilmişdir. Həmin vaxtdan bu günə qədər pensiyadadır. 03 yanvar 2020-ci il tarixdə 60 yaşı tamam olmuşdur. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 32.2-ci maddəsinə əsasən, prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi 60 yaşdır və pensiya hüququna malikdirlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.2.6-cı maddəsində göstərilən "Əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən, eləcə də peşə xəstəliyi nəticəsində işləməyən İ və İİ qrup əlillərin və ya 18 yaşınadək sa ğlamlığı məhdud şəxslərin yaşa görə pensiya hüququ çatanadək pensiyada olduqları müddət də sığorta stajına daxil edilir” qaydalarını rəhbər tutaraq, pensiyada olduğu müddətin sığorta stajına hesablanması üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh həmin Qanunun pensiya hesablanmasına dair 20.8.3-cü maddəsinə istinad edərək, Qanunun 21.2.6-cı maddəsində göstərilən tələblərin ona şamil olunmasından imtina etmişdir.
9. Cavabdeh iddiaya dair etiraz ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi tərəfindən prokurorluq orqanlarının sabiq əməkdaşı kimi İİ qrup əlilliyə görə pensiya təyin edilmişdir. İddiaçıya prokurorluq orqanlarının sabiq əməkdaşı kimi əmək pensiyası hesablanarkən onun prokurorluq orqanlarındakı iş stajı nəzərə alınır. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.4.2-ci maddəsinə görə, yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 20.8.2-ci maddəsinə görə, prokurorluq orqanlarında 15 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əmək haqqının 50 faizi miqdarında və 15 ildən yuxarı prokurorluq işçisi stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbl əğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Həmin Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan 20.8.3-cü maddəsinə əsasən, prokurorluq orqanlarında 10 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı prokurorluq işçisi stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğdə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasında fərq qədər əlavə ödənilir. Həmin qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xa rakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.6-ci maddəsinə əsasən, istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən İ və İİ dərəcə əlilliyi olan şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət sığortaolunanın sığorta stajına daxil edilir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.6-ci maddəsində göstərilən sosial sığorta stajı ilə bağlı müddət prokur orluq orqanlarında iş stajı kimi nəzərə alına bilməz.
10. Bakı İnzibati Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2-1(112)-1744/2021 nömrəli qərarı (hakim E.Ə.Əliyev) ilə iddia təmin edilmiş, iddiaçının xx.xx.2006-cı il tarixdən pensiyada olduğu müddətin sığorta stajına daxil olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının prokurorluq orqanlarının sabiq əməkdaşı olsa da, ona münasibətdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.6-cı maddəsinin tətbiq edilməsinə dair mövcud qanunvericilikdə hər hansı qadağa nəzərdə tutulmadığından, həmin normanın iddiaçıya tətbiq edilməməsi onun hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Həmçinin, iddiaçının əmək vəzifələrini yerinə yetirərkən xəsarət alması və nəticədə İİ dərəcə əlilliyinin olması, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatması, həmçinin xx.xx.2006-cı il tarixdən əlilliyə görə pensiya alması işin məhkəmə araşdırması zamanı təsdiqini tapdığından, iddia əsaslıdır.
12. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 avqust 2021-ci il tarixli, 2-1(103)-1794/2021 nömrəli qərarı (hakimlər: H.Ü.Həmidov /sədrlik edən və məruzəçi/, E.E.Nağıyeva və C.A.Yusifov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2-1(112)-1744/2021 nömrəli q ərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 12 yanvar 2022-ci il tarixli, 2-1(102)-45/2022 nömrəli qərarı (hakimlər: S.Ə.Kərimov /məruzəçi/, Z.M.Quliyev və R.S.Nəbizadə) ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 avqust 2021-ci il tarixli, 2-1(103)1794/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
17. Kassas iya instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı mübahisəyə münasibətdə məhkəmə mübahisə ilə bağlı halların və faktların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır.
18. Bundan başqa, iddiaçı xx.xx.2006-cı il tarixdən prokurorluq orqanlarının sabiq əməkdaşı kimi 2-ci qrup əlilliyə görə pensiya alır. Bununla belə, iddiaçı xx.xx.2006-cı il tarixdən pensiyada olduğu müddətin sığorta stajına daxil edilməsini tələb edir. Lakin məhkəmə icraatı zamanı məhkəmələr tərəfindən iddiaçının bu iddianı qaldırmaqda hüquqi marağının nədən ibarət olduğu, bu iddia vasitəsi ilə nəyə nail olma q istədiyi, pensiyada olduğu müddətin sığorta stajına daxil edilməsinin hansı məqsədə bağlı olduğu araşdırılmamışdır. Məhkəmə tərəfindən məhkəmənin yardım etmək vəzifəsi çərçivəsində iddiaçıya hüquqi yardım göstərilməli, onun hüquqi marağının məzmunu aydınlaşdırılmalı, iddiaçının tələbi onun hüquqi marağının məqsədi baxımından dəqiqləşdirilməli, iddia tələbi konkretləşdirilməli və bunlarla bağlı hüquqi nəticələr ona izah olunmalı, məhkəmə araşdırması qeyd olunanların müəyyən edilməsi istiqamətində aparılmalıdır. d) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
19. Təkrar apellyasiya baxışında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2006-cı il tarixdən peşə vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar aldığı əlilliyə görə pensiyada olduğu müddətin sı ğorta stajına daxil olunması və bununla da prokurorluq orqanında qulluq etmiş şəxs kimi əmək pensiyasının yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.
20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2022-ci il tarixli, 2-1(103)-1473/2022 nömrəli qərarı (hakimlər: S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və A.Ə.Hüseyn) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 15 mart 2021-ci il tarixli, 2-1(112)-1744/2021 nömrəli qərarı iddiaçının xx.xx.2006-cı il tarixdən peşə vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar aldığı əlilliyə görə pensiyada olduğu müddətin sığorta stajına daxil olunması və bununla da prokurorluq orqanında qulluq etmiş şəxs kimi əmək pensiyasın ın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmaqla dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı əmək vəzifələrini yerinə yetirərkən xəsarət almış və nəticədə ona İİ dərəcə əlillik təyin edilmişdir. Hazırda iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatdığından, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.6-cı maddəsinə uyğun olaraq xx.xx.2006-cı il tarixdən pensiyada olduğu müddətin sığorta stajına daxil olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. İddiaçının prokurorluq orqanlarının sabiq əməkdaşı olması ona münasibətdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun un 21.2.6-cı maddəsinin tətbiq edilməsi üçün hər hansı bir maneə yaratmır. Belə ki, mövcud qanunvericilikdə peşə xəstəliyi nəticəsində l və ll qrup əlilliyi olan şəxslərin yaşa görə əmək pensiyası təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddətin sığorta olunanın sığorta stajına daxil edilməsi imperativ norma kimi nəzərdə tutulmuşdur.
22. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respubli kası Qanununun tələblərinə əsasən, ümumi stajı 35 il olan, bu stajın ən azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır. Müvafiq Qanunun 20.8.2-ci maddəsinə əsasən, prokurorluq orqanlarında 15 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əmək haqqının 50 faizi miqdarında və 15 ildən yuxarı prokurorluq işçisi stajının hər ili (il tamam olmadıqda isə natamam ilin müvafiq aylarına uyğun olaraq) həmin orta aylıq əmək haqqının 3 faizi miqdarında, lakin həmin orta aylıq əmək haqqının 80 faizindən çox olmamaqla müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Həmin Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan 20.8.3-cü maddəsinə əsasən, proku rorluq orqanlarından 10 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı prokurorluq işçisinin stajının hər il üçün orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizindən çox olmamaqla müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin hərbi qulluqçuların və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan f iziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sosial sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.6-cı maddəsinin tələblərinə əsasən, istehsalatda bədbəxt hadisələr və peşə xəstəliyi nəticəsində işləməyən 1-ci və 2-ci dərəcə əlilliyi olan şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət sığorta olunanların sığorta stajına daxil edilir. Nəticə etibarilə, müvafiq qanunun 21.2.6-cı maddəsində iddia tələbində göstərilən sosial sığorta stajı ilə bağlı müddət prokurorluq orqanlarında sosial sığorta stajı qismində nəzərə alına bilməz. Bu səbəbdən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının müvafiq qərarı əsassızdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlil ləri:
24. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2022-ci il tarixli, 2-1(103)-1473/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur:... 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur;... Maddə
21. Sığ orta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:... 21.2.6. istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən orq anizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət; (19 may 2020-ci il tarixli 111-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni redaksiyada) 21.2.6. əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən, eləcə də peşə xəstəliyi nəticəsində işləməyən İ və İİ qrup əlillərin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdud şəxslərin yaşa görə pensiya hüququ çatanadək pensiyada olduqları müddət; (19 may 2020-ci il tarixli 111-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunundan əvvəlki redaksiyada)...
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılması nın hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbi q olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə, cavabdehin iddia tələbinə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üz rə zəruri olan həddə, eləcə də etirazın və apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bu qənaətə gələrkən, məhkəmə kollegiyası, həmçinin aşağıdakıları nəzərə almışdır.
32. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından əmək vəzifələrini yerinə yetirərkən xəsarət almış və İİ dərəcə əlillik təyin edilmiş iddiaçının xx.xx.2006-cı il tarixdən pensiyada olduğu müddətin sığorta stajına daxil edilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
33. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
34. Cavabdehin əsas və təkrarlanan dəlili ondan ibarətdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.2.6-cı maddəsində göstərilənlərə əsasən, müvafiq müddət sosial sığorta stajına daxil edilsə də, iddia tələbinə əsasən prokurorluq orqanlarında sosial sığorta stajı qismində nəzərə alına bilməz.
35. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı məhz prokurorluq orqanlarında xidmət edərkən əmək vəzifələrinin yerinə yetirilməsi zamanı xəsarət almış və nəticədə ona İİ dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorunun 08 noyabr 2006-cı il tarixli, 10/307-k saylı əmrinə əsasən (həmin əmrlə xx.xx.2006-cı il tarixli, 10/227-k saylı əmrə dəyişiklik edilərək) həmin vaxt Tərtər hərbi prokurorluğunun müstəntiqi işləmiş iddiaçı «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Qanunun 29.2.1-ci maddəsinə müvafiq olaraq 19 iyul 2006-cı il tarixdən xəstəliyi ilə bağlı tutduğu vəzifədən azad edilmiş və prokurorluq orqanlarında qulluğuna xitam verilmiş sayılmışdır.
36. İddiaçının sonuncu iş yeri olan Tərtər hərbi prokurorluğunda xidməti vəzifəsini icra edən zaman əmək qabiliyyətini itirməsi və buna görə ona 8 noyabr 2006-cı il tarixdən pensiya təyin edilməsi işin m übahisəsiz halıdır.
37. Hal-hazırda iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.6-cı maddəsinə əsasən, peşə vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar aldığı əlilliyə görə pensiyada olduğu müddətin sığorta stajına daxil edilməsi və bununla da, prokurorluq orqanlarında qulluq etmiş şəxs kimi əmək pensiyasının yenidən hesablanması ilə bağlı iddia qaldırmışdır. 38. 18 iyul 2020-ci il tarixə qədər qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.6-cı maddəsinin mahiyyəti ondan ibarətdir ki, əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən, eləcə də peşə xəstəliyi nəticəsində işləməyən İ və İİ qrup əlillərin pensiya hüququ çatanadək pensiyada olduqları müddət onların sığorta stajına hesablanmalıdır. Məhz əmək vəzifələrinin yerinə yetirilməsi zamanı şikəst olma və ya peşə xəstəliyi nəticəsində şəxs əmək qabiliyyətini itirmiş olsa belə, qanunvericilik onun əmək pensiyası ilə bağlı təminatının ondan asılı olmayan səbəblərə görə məhdudlaşdırılmasının qarşısını almaq məqsədilə qeyd edilən normanı qəbul etmiş, bununla da, şəxsin əmək və peşə fəaliyyəti ilə bağlı əlilliyi nəticəsində işləməsi mümkün olmasa belə, onun sosial təminat hüququnun qorunmasını təmin etmişdir. Burada məqsəd vətəndaşın əmək fəaliyyəti ilə bağlı aldığı xəstəliyin (şikəstliyin) onun işləməsinə maneə törətməsi zamanı həmin xəstəliyə (şikəstliyə) tutulmamış həmkarları kimi müvafiq sosial sığorta stajı toplamasının təmin edilməsindən ibarətdir. 39. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.6-cı maddəsi ndə konkret olaraq hesablanması nəzərdə tutulan stajın ümumi staja və ya xüsusi iş stajına aid edilməsi ilə bağlı hər hansı müddəa, qadağanedici norma nəzərdə tutulmamışdır.
40. Analoji qadağanedici və ya məhdudlaşdırıcı müddəalar “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda və ya hər hansı digər qanunvericilik aktlarında da nəzərdə tutulmamışdır.
41. İddiaçı məhz prokurorluq orqanında əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və ona əmək zədəsi səbəbi ilə müddətsiz olaraq ikinci qrup əlillik təyin edilmişdir. Sosial təminat hüququ vətəndaşın konstitusion səviyyədə qorunan hüququ olduğundan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı əmək vəzifələrini yerinə yetirərkən xəsarət almamış olsa idi, onun prokurorluq orqanlarında sosial sığorta stajı 19 iyul 2006-cı il tarixədək (xəstəliyi ilə bağlı tutduğu vəzifədən azad edildiyi tarixədək) məhdudlaşmaz, onun işlədiyi müddət ərzində davam etmiş olardı. Ona görə də, iddiaçı xx.xx.2006-cı il tarixdən peşə vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar aldığı əlilliyə görə pensiyada olduğu müddətin prokurorluq orqanında sosial sığorta stajına daxil edilməsi və əmək pensiyasının yenidən hesablanması ilə bağlı tələb irəli sürməkdə haqlı olmuşdur.
42. Cavabdeh imtinasında göstərilən halları əsaslandıra bilməmiş, bununla bağlı hər hansı maddi normaya istinad etməmiş, kassasiya şikayətinin dəlillərinə dair mötəbər sübutlar təqdim edə bilməmişdir.
43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozu lmadığından məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalı, cavabdehin kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 iyun 2022-ci il tarixli, 21(103)-1414/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.