Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1902/2023 17.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi, səyyar vergi yoxlaması, qərarın yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı MMC-nin (VÖEN: **********) cavab deh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 may 2023-cü il tarixli, 2-1(103)-1561/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.2009-cu il tarixdə dövlət qeydiyyatına alınmış və yoxlanılan dövr üzrə faktiki olaraq dərinin aşılanması, rənglənməsi və hazırlanması ilə məşğul olmuşdur. 2. “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********182044 nömrəli qərara əsasən, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan ver gi dövrü üzrə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən vergilərə və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə iddiaçıda növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. 3. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********138621 nömrəli qərara əsasən, iddiaçıya münasibətdə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2020-ci il tarixli, **********182089 nömrəli akta və xx.xx.2020-ci il tarixli, **********248300 nömrəli sənədə baxılaraq mənfəət vergisinin 2016-cı il üzrə 135,34 manat artıq hesablandığı, 2017-ci il üzrə 236621,74 manat azaldıldığı müəyyən edilmiş və 236621,74 manat əlavə hesa blama aparılmaqla, 118310,87 manat maliyyə sanksiyası tətbiq edilməklə iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********138621 nömrəli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2019-cu il tarixli qərarına əsasən iddiaçıya münasibətdə səyyar vergi yoxlaması keçirilmiş, yoxlamanın nəticələrinə dair xx.xx.2020-ci tarixli akta, xx.xx.2020-ci il tarixli sənədə baxılmış və xx.xx.2020-ci il tarixli, **********138621 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Qərara əsasən 2017-ci il üzrə 236621,74 manat mənfəət vergisinin azaldılması müəyyən olunmuş və 118310,87 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Qərardan göründüyü kimi, yoxlama xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövrü əhatə etmişdir. Yoxlama zamanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin t ələbləri pozulmuşdur. Belə ki, yoxlamanın açılması və artırılması barədə qərarlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamışdır. Bununla yanaşı, yoxlama zamanı tədarük olunmuş xammalın dəvət olunmuş ekspert tərəfindən bazar qiymətlərinin müəyyən edilməsi məqsədi ilə rəy tərtib edilmişdir. Ekspertin dəvət olunması zamanı mövcud qanunvericiliyin tələbləri pozulmuşdur. Səyyar vergi yoxlaması zamanı cəlb edilən ekspertin məhkəmə eksperti şəhadətnaməsi mövcud deyil. Belə olan halda, səyyar vergi yoxlaması zamanı tərtib edilmiş ekspert rəyi əsasında müəyyən edilmiş qiymətlərə istinad edilən mənfəət vergisinin hesablanması əsassızdır. Yoxlama zamanı Vergi Məcəlləsinin tələbləri pozulmaqla mənfəət vergisi hesablanmışdır. Nəticədə kobud qanun pozunt ularına yol verilərək qanunsuz inzibati akt qəbul olunmuşdur.
6. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, xx.xx.2017-ci il tarixli, **********127080 nömrəli qərara əsasən, iddiaçının sahibkarlıq fəaliyyəti üzrə vergilərə və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr əhatə edilməklə yoxlama keçirilmişdir. Yoxlama xx.xx.2017-ci il tarixdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilmişdir. Səyyar vergi yoxlamasının nəticəsi üzrə toplanmış materiallar əsasında iddiaçı tərəfindən külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə xx.xx.2018-ci il tarixdə cinayət işi başlanılmı şdır. Cinayət işinin istintaqı zamanı əvvəlki yoxlama ilə əhatə olunan eyni dövrün (2016-2017) təkrar yoxlanılmasına zərurət yaranmışdır. Bununla əlaqədar istintaq orqanı tərəfindən “Növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərar qəbul edilmiş və qərarın icrası vergi ödəyicisinin uçotda olduğu vergi orqanına tapşırılmışdır. Qeyd edilən qərarın icrasının təmin olunması üçün cavabdehin xx.xx.2019-cu il tarixli qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir (yoxlanılan dövr: noyabr 2016-cı il - dekabr 2017-ci il). Yoxlanılan dövrdə iddiaçı faktiki olaraq dərinin aşıla nması, rənglənməsi və hazırlanması ilə məşğul olmuşdur. Yoxlama ilə bağlı “Səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2019-cu il tarixli, **********182092 nömrəli tələbnamə təqdim olunmuş və bu tələbnaməyə əsasən xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə ilkin mühasibat sənədləri tələb edilmiş, lakin tələbnamədə göstərilən sənədlər yoxlamaya təqdim edilməmişdir. Bununla əlaqədar Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən sənədlərin təqdim olunmasından imtina barədə xx.xx.2019-cu il tarixli akt tərtib edilmişdir. Bundan əlavə, “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2019-cu il tarixli qərar qəbul edilmiş, xx.xx.2020-ci il tarixli protokolla yük gömrük bəyannamələri, invoyslar, mal-materia lların hərəkəti barədə cədvəl, müəssisənin daxili alış qaimələrinin (ciddi olmayan) vergi ödəyicisi tərəfindən təsdiq olunmuş surətləri götürülmüş, yoxlama üçün zəruri olan digər sənədlərin təqdim olunmasından imtina edildiyi üçün xx.xx.2020-ci il tarixli imtina aktı tərtib edilmişdir. xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli “Vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərin və əşyaların baxışının keçirilməsi haqqında” qərarlara əsasən Abşeron rayonu, Xırdalan şəhəri, sənaye zonasında və ünvan 1 ünvanda aparılan müşahidə-baxış zamanı vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin), mal qalığının və cəmiyyətin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanması ilə bağlı olan malmaterial ehtiyatlarının faktiki mövcudluğu müəyyən edilməmiş, həmçinin baxış zamanı iddiaçının vergi orqanında qeydiyyatda olmayan Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 27/28 ünvanında yerləşən 3000 kv.m istehsal sahəsinin “X1” (VÖEN: **********) ASC-dən xx.xx.2012-ci il tarixli, 01 nömrəli “Əvəzsiz istifadəyə dair” müqavilə ilə istifadəyə götürdüyü, həmin istehsal sahəsində faktiki olaraq dərinin aşılanması və hazırlanması fəaliyyəti ilə məşğul olduğu müəyyən olunmuşdur. Baxışın nəticəsi barədə xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli protokollar tərtib edilmişdir. Qanunvericiliyin tələblərinə əsasən, yoxlamaya ilkin sənədlər tam təqdim edilmədiyi üçün, cəmiyyətin xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr üzrə alınmış malların alış qiymətinin bazar qiymətinə uyğunluğunun müəyyən edilməs i məqsədi ilə “Ekspertizanın təyin edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərar qəbul edilmiş, yoxlamaya Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin eksperti cəlb edilmişdir. Ekspert tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən, iddiaçı tərəfindən xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr üzrə alınmış mal dərisinin bir kiloqramının 0,67 manat, qoyun dərisinin bir kiloqramının 0,96 manat olduğu müəyyən olunmuşdur. Vergi ödəyicisi təqdim etdiyi mal-material qiymətlilərinin hərəkəti barədə cədvəldə isə iddiaçı tərəfindən xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr üzrə 2016-cı ildə alınmış mal dərisinin bir kiloqramının 1,44 manat, qoyun dərisinin bir kiloqramının 1,71 manat, 2017-ci ild ə isə alınmış mal dərisinin bir kiloqramının 1,56 manat, qoyun dərisinin bir kiloqramının 3,09 manat olduğu qeyd olunmuşdur. Mənfəət vergisinin yoxlanılması zamanı 2016-cı il üzrə kassa metodu ilə hesablanmış mənfəət vergisi bəyannaməsində gəlir 4168617,52 manat, xərc 4150603,76 manat, vergiyə cəlb olunan mənfəət 18013,76 manat, mənfəət vergisi 3602,75 manat göstərilmişdir. Əvvəlki yoxlama ilə 2016-cı il üzrə kassa metodu ilə Vergi Məcəlləsinin 83.9-cu maddəsinin tələblərinə uyğun olaraq Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli və xx.xx.2003-cü il tarixli, 42 nömrəli qərarlarına əsasən şərti rentabellik göstəricisi tətbiq edilməklə hesablanmış mənfəət vergisi bəyannaməsində gəlir 5358018,06 manat, xərc 4465015,05 manat, vergiyə cəlb olunan mənfəət 893003,01 manat, mənfəət vergisi 178600,60 manat göstərilmişdir. Növbədənkənar səyyar vergi yoxlaması ilə 2016-cı il üzrə gəlir 4168617,52 manat, xərc 3276291,20 manat (təqdim edilmiş ekspert rəyinə əsasən), vergiyə cəlb olunan mənfəət 892326,32 manat, mənfəət vergisi 178465,26 manat müəyyən edilmişdir. Yoxlama zamanı 2016-cı il üzrə mənfəət vergisinin 135,34 (178465,26-178600,60) manat artıq hesablandığı müəyyən edilmişdir. 2017-ci il üzrə kassa metodu ilə hesablanmış mənfəət vergisi bəyannaməsində gəlir 4830650,99 manat, xərc 4025542,49 manat, vergiyə cəlb olunan mənfəət 805108,50 manat, mənfəət vergisi 161021,70 manat göstərilmişdir. Növbədənkənar səyyar vergi yoxlaması ilə 2017-ci il üzrə gəlir 4830650,99 manat, xərc 2842433,80 manat (təqdim edilmiş ekspert rəyinə əsasən), vergiyə cəlb olunan mənfəət 1988217,1 9 manat, mənfəət vergisi 397643,44 manat müəyyən edilmişdir. Yoxlama zamanı 2017-ci il üzrə mənfəət vergisinin 236621,74 (397643,44-161021,70) manat azaldıldığı müəyyən edilmişdir. Beləliklə, yoxlanılan dövr üzrə iddiaçı tərəfindən mənfəət vergisinin 2016-cı il üzrə 135,34 manat artıq hesablandığı, 2017-ci il üzrə isə 236621,74 manat dövlət büdcəsinə ödənilməkdən yayındırılması müəyyən edilmişdir. 2017-ci il üzrə 118310,87 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlamanın nəticəsi üzrə xx.xx.2020-ci il tarixli akt tərtib edilmişdir. Həmin akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********138621 nömrəli qərar qəbul edilmişdir. Yoxlamanın nəticəsi üzrə qəbul edilmiş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” tələbnamə vergi ödəyicisinə göndərilmişdir. İddiaçının sahibkarlıq fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi bilavasitə cinayət təqibinin həyata keçirilməsi ilə bağlı olmuşdur. Odur ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.2-1-ci maddəsinə əsasən iddiaçıya münasibətdə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilməsinə zərurət yaranmamışdır. İddiaçının sahibkarlıq fəaliyyəti üzrə keçirilmiş növbədənkənar səyyar vergi yoxlaması və yoxlamanın nəticəsi üzrə qəbul edilən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********138621 nömrəli qərarla hesablanmış vergilər və tətbiq edilmiş maliyyə sanksiyası Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul olunması xahiş edilir.
7. Bakı İnzibati Məhkəməsinin (hakim Pərviz Hüseynov) 21 oktyabr 2022-ci il tarixli, 2-1(112)-429/2022 nömrəli qərarı ilə iddia tələbi təmin olunmuş, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edil məsi haqqında” xx.xx.2020-ci il tarixli, **********138621 nömrəli qərarı ləğv edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin xx.xx.2019-cu il tarixli, **********182044 nömrəli qərarına əsasən iddiaçıya münasibətdə səyyar vergi yoxlaması keçirilmiş (yoxlama ilə əhatə olunan vergi dövrü noyabr 2016 - dekabr 2017) və yoxlamanın nəticələri üzrə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********138621 nömrəli qərar qəbul edilmişdir. Həmin qərara əsasən, 2017-ci il üzrə 236621,74 manat mənfəət vergisinin azaldılması müəyyən olunmuş və 118310,87 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Lakin yoxlamanın keçirilməsi barədə qərar yoxlamaların vahid məlumat reyes trində qeydə alınmamışdır. Qanunvericiliyə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur, bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Cavabdeh səyyar vergi yoxlamasını Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən istintaq orqanının qərarının icrası olaraq həyata keçirdiyini, buna görə də “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarını “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-1-ci maddəsinə istinad edərək reyestrə daxil etmədiyini bildirsə də, iş materiallarından görünür ki, cavabdeh tərəfindən xx.xx.2019-cu ildə “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” ayrıca qərar qəbul edilmişdir. Belə olan halda, yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. Bundan başqa, iş materiallarında olan ixrac olunan malların gömrük sənədlərindən müəyyən olunur ki, iddiaçının ixrac etdiyi mallar tək mal və qoyun dərisindən ibarət deyil, iribuynuzlu heyvanların kisələri, mədələri və s. mallar da ixrac edilmişdir. Cavabdeh isə hesablamanı yalnız mal və qoyun dərisinin ilkin soyulmuş formasının ekspert r əyi ilə müəyyənləşdirilmiş bazar qiymətini tətbiq etməklə aparmışdır. Bu zaman həmin malların aşılanma və ixrac vəziyyətinə gətirilməsinə sərf olunmuş xərclər də nəzərə alınmamışdır. İş materiallarında olan səyyar vergi yoxlaması aktının 1.11-ci bəndinə əsasən, iddiaçının yoxlama dövründə vergi uçotunun metodu kassa olmuşdur. Həmçinin həmin yoxlama aktının 3-cü səhifəsində cavabdeh qeyd etmişdir ki, “Müqavilənin şərtlərinə əsasən hesab yazıldığı gündən 15 gün əvvəl malın dəyərinin ödənilməsinin göstərilməsinə baxmayaraq, yoxlama ilə malın ödənişi barədə heç bir məlumat əldə etmək mümkün olmamışdır... Yoxlanılan dövr ərzində müəssisə tərəfindən ******* ABŞ dolları (10497430 manat) məbləğində mal ixrac edilmiş, bunun müqabilində müəssisənin valyuta hesabına ******* ABŞ dolları (7722230 manat ) daxil olmuş, ******* ABŞ dolları (2775200 manat) daxil olmamışdır”. Aktda əks olunduğu kimi, ******* manat məbləğində vəsaitin hesaba daxil olmadığını cavabdeh özü də bildirmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 132.1-ci maddəsinə əsasən vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt gəlirin əldə edildiyi vaxt sayılır. Göründüyü kimi, cavabdeh iddiaçının bank hesabına ixrac olunmuş malların dəyərinə uyğun vəsaitin daxil olmadığını özü də bildirsə də, vəsaitin digər formada əldə edilməsinə dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, bununla da kassa metodunun mahiyyətinə uyğun gəlməyən hesablama a parmışdır. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.
9. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Rəşid Səmədov /sədrlik edən və məruzəçi/, Xəyalə Cəmilova və Aytən Oruczadə) 02 may 2023cü il tarixli, 2-1(103)-1561/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməs inin qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
13. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Maddə 3.7. Az ərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 23.1.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesab lanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Maddə 38.1. Cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanları nın vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda vergi orqanları tərəfindən növbədənkənar vergi yoxlaması keçirilə bilər. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 16. “Sahibkarlıq sahəsi ndə aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Maddə 2.2-1. Bu Qanun cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir. Maddə 3.1. Yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Maddə 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məl umat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Maddə 16.11. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar yoxlamaların vahid məlumat reyestrində yerləşdirilməsi üçün yoxlayıcı orqan tərəfindən elektron formada müvafiq icra hakimiyyəti orqanına təqdim edilməli və yoxlamanın başlanmasından əvvəl reyestrdən çıxarış alınmalıdır.
17. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sa hibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” Bənd 1.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri (bundan sonra - Reyestr) xüsusi idarələrarası dövlət informasiya ehtiyatıdır. Bənd 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbir lərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Bənd 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bənd 1.7. Reyestrin informasiya resursu vahid məkanda saxlanılmaqla öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra – Ədliyyə Nazirliyi) tərəfindən aparılır. Bənd 1.8. Ədliyyə Nazirliyi Reyestrin məlumat bazasının formalaşdırılmasını, saxlanılmasını, idarə olunmasını, avtomatlaşdırılmış və fasiləsiz rejimdə fəaliyyətini, tamlığını və müha fizəsini təmin edir. Bənd 4.7. Yoxlayıcı orqan aparılmış hər bir yoxlamanın başa çatmasından sonra 5 iş günü ərzində yoxlamanın keçirildiyi barədə, sonrakı 15 iş günü ərzində (vergi yoxlamalarının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının qərarının qəbulundan sonra 5 iş günü ərzində) isə 3.4.18-ci və 3.4.19-cu yarımbəndlərdə nəzərdə tutulmuş məlumatları Reyestrə təqdim edir. Bu Əsasnamənin 3.4.20-ci və 3.4.21-ci yarımbəndlərində göstərilən məlumatların müəyyən edilməsi üçün qanunvericiliklə daha uzun müddət tələb olunduqda, həmin müddət reyestrdə göstərilir və məlumat ona uyğun təqdim edilir. Bənd 5.2. Yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılır.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərarda dı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyas ı məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələn-dirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
22. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddiaya etirazın v ə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından vergi ödəyicisinin cavabdeh tərəfindən vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
25. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
26. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
27. İddiaçı səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarın “Yoxlamaların vahid məlumat reyestrində” qeydiyyata alınmadığına istinad etmişdir. Bununla bağlı cavabdeh səyyar vergi yoxlamasını Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə uyğun olaraq istintaq orqanının qərarının icrası qaydasında həyata keçirdiyini, ona görə də “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********182044 nömrəli qərarın “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.2-1-ci maddəsinə əsasən reyestrə daxil edilmədiyini bildirmişdir.
28. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilinə münasibətdə qeyd edir ki, cavabdehin istinad etdiyi norma inzibati orqanı yoxlamanın reyestrdə qeydiyyata alınması öhdəliyindən azad etmir. Bununla bağlı, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-1720/2022 nömrəli iş üzrə qərarında qeyd olunmuşdur ki, “..Oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə əsasən də, vahid məlumat reyestrində qeydiyyata alınmamış yoxlamalar qanuni hesab edilmir” (https://sc.supremecourt.gov.az/storage/İnzibat/2022/9_1720-+xx.xx.2022.pdf). 29. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2-ci maddəsinə görə, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
30. Bundan başqa, mübahisəyə dair iş üzrə materiallara əlavə edilmiş ixrac olunan malların gömrük sənədlərindən müəyyən olunur ki, iddiaçının ixrac etdiyi mallar yalnız mal və qoyun dərisindən ibarət olmamış, eləcə də iribuynuzlu heyvanların kisələri, mədələri və s. məhsullar da ixrac edilmişdir. Cavabdeh isə yalnız ilkin soyulmuş şəkildə mal və qoyun dərisinin ekspert rəyi ilə müəyyənləşdirilmiş bazar qiymətini tətbiq etməklə hesablamanı aparmışdır. Həmçinin hesablama zamanı həmin malların aşılanmasına və ixrac üçün müvafiq vəziyyətə gətirilməsinə sərf olunmuş xərclər də nəzərə alınmamışdır.
31. Məhkəmə kollegiyası xüsusilə bildirir ki, iş materiallarında olan səyyar vergi yoxlaması aktının 1.11-ci bəndinə (i.v.6) əsasən, yoxl ama dövründə iddiaçının vergi uçot metodu kassa metodu olmuşdur. Həmçinin, həmin yoxlama aktının 3-cü səhifəsində cavabdeh tərəfindən qeyd edilmişdir ki, “Müqavilənin şərtlərinə əsasən hesab yazıldığı gündən 15 gün əvvəl malın dəyərinin ödənilməsinin göstərilməsinə baxmayaraq, yoxlama ilə malın ödənişi barədə heç bir məlumat əldə etmək mümkün olmamışdır. Yoxlanılan dövr ərzində müəssisə tərəfindən ******* ABŞ dolları (10497430 manat) məbləğində mal ixrac edilmiş, bunun müqabilində müəssisənin valyuta hesabına ******* ABŞ dolları (7722230 manat) daxil olmuş, ******* ABŞ dolları (2775200 manat) daxil olmamışdır”. Göründüyü kimi, iddiaçının bank hesabına ixrac olunmuş malların dəyərinə uyğun vəsaitin daxil olmadığını cavabdeh özü də etiraf etmiş, vəsaitin digər hər hansı formada əldə edilmə sinə dair heç bir sübut təqdim edə bilməmiş, bununla da kassa metodunun mahiyyətinə zidd olan qaydada hesablama aparmışdır. Belə ki, aktda əks olunduğu kimi, ******* manat məbləğində vəsaitin hesaba daxil olmadığını cavabdeh özü də qəbul etmişdir. Həmçinin iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş bank hesablarından çıxarışlarla da ixrac olunan malların dəyərinin ödənilmədiyi təsdiqini tapmışdır. Eyni zamanda iddiaçının xx.xx.2017-ci il tarixədək ixrac etdiyi malların dəyərinin “X2. Və San. LTD ŞTİ” şirkətindən tutulması barədə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(119)25/2020 nömrəli qətnaməsi də iş materiallarına əlavə olunmuşdur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati aktın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, iddiaçı isə ixrac etdiyi malların dəyərini əldə etmədiyini kifayət qədər yetərli əsaslarla təsdiq etmişdir.
32. Vergi Məcəlləsinin 132.1-ci maddəsinə görə, vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt gəlirin əldə edildiyi vaxt sayılır. Göründüyü kimi, iddiaçı 2017-ci ildə ixrac etdiyi malların dəyərini əldə etmədiyi halda, cavabdeh “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********1378621 nömrəli qərarla iddiaçını həmin dövr üzrə vergi məsuliyyətinə cəlb etmişdir.
33. Beləliklə, yuxarıda istinad olunan normalar bax ımından və qeyd edilən səbəblərdən apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 may 2023-cü il tarixli, 21(103)-1561/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.