Məhkəmə qərarları › İş №2-1(102)-1902/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1902/2024

20.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1902/2024 20.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş illəri sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi; əmək kitabçasındakı məlumatların mötəbərliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: 1958-ci il, FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(104)-250/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ona pensiya təyin olunması üçün Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Qazax-Tovuz regional filialına müraciət etmişdir.

2. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/2-T-52354/2023 nömrəli məktubla yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur.

3. İmtina onunla əsaslandırılmışdır ki, təqdim olunan arxiv arayışına və hərbi biletə əsasən sığorta stajı (xx.xx.1976-cı il tarixindən xx.xx.1978-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 21 il 8 ay 13 gün təşkil edir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Məlumat üçün bildirilir ki, xx.xx.2023-cü il tarixindən etibarən qanunvericiliklə tələb olunan pensiya kapitalının məbləği 40320 manat, minimum əmək pensiyasının məbləği isə 280 manat müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyinin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilib. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icra at

4. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əmək kitabçasında qeyd olunan 1995, 1996, 1997 və 1998-ci illəri nəzərə alıb ona əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması:

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının 65 yaşı tamam olmuş və o yaşa görə əmək pensiyası təyin edilməsi üçün dövlət orqanlarına müraciət etmişdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli 317-1/2-T-52354/2023 saylı məktubla ona pensiya təyin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi onun 21 il 8 ay 13 gün sığorta stajı olması qeyd olunmuşdur. Halbuki iddiaçının xx.xx.1974-cü il tarixindən xx.xx.2005-ci il tarix inə qədər hərbi xidməti də nəzərə alınmaqla ümumi olaraq 25 il 5 ay 13 gün müddətində sığorta stajı mövcuddur. Cavabdehin etirazları:

6. Şifahi məhkəmə baxışı iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1994-cü il tarixinədək, xx.xx.2004-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək, xx.xx.2004-cü il tarixindən xx.xx.2005-ci il tarixinədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək mübahisələndirilməyən ümumi iş stajı 21 il 8 ay 13 gün təşkil edir. İddiaçının xx.xx.2006-cı il tarixinədək olan 21 il 8 ay 13 gün sığorta stajına uyğun olaraq 20.099,94 manat pensiya kapitalı pensiya yaşına çatdığı tarixdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır.

7. Dövlət X1 xx.xx.2023-cü il tarixli k-1-53 nömrəli və xx.xx.2023-cü il tarixli 3-4813F/2-151/2023 nömrəli arxiv arayışına əsasən “Koroğlu” adına sovxozun 1995-ci il, 1997ci il və 1998-ci il tarixli əmək haqqı kitabları tamlıqla təhvil verilmədiyi üçün həmin əmək fəaliyyəti dövrləri mübahisələndirilən dövr kimi sığorta stajına daxil edilməmişdir.

8. Həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş, xx.xx.2023-cü il tarixindən 22 0 manat yaşa görə sosial müavinət təyin edilmişdir.

9. Cavabdehin nümayəndəsi izahatına əlavə olaraq 1996-cı ilin iddiaçının mübahisələndirilməyən iş stajına daxil edilmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

10. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-4069/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının 1995-ci il, 1996-cı il, 1997-ci il və 1998-ci illər üzrə “Koroğlu” adına sovxozda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə cavabdeh tərəfindən iddiaçının 1995-ci il, 1996-cı il, 1997-ci il və 1998-ci illər üzrə “Koroğlu” adına sovxozda işlədiyi illərin sosial sığo rta stajına daxil edilməsi mübahisələndirilmiş və bu mövqeni sözügedən müəssisənin müvafiq illərə dair əmək haqqı kitabları tamlıqla arxivə təhvil verilməməsi ilə əsaslandırmışdır.

12. Halbuki, iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.1998-ci il tarixədək “Koroğlu” adına sovxozda işlədiyi dövr əmək kitabçasında öz təsdiqini tapmışdır.

13. Azərbaycan Respublikası Dövlət X1 xx.xx.2023-cü il tarixli k1-53 nömrəli arxiv arayışından görünür ki, “Koroğlu” adına sovxozun 1995-ci il, 1997-ci il və 1998-ci illəri əhatə edən əmək haqqı kitabları tamlıqla filiala təhvil verilməmişdir.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin x x.xx.2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.

15. Ona görə də məhkəmə iddiaçının 1995-ci il, 1996-cı il, 1997-ci il və 1998-ci illər üzrə “Koroğlu” adına sovxozda işlədiyinə dair əmək kitabçasında göstərilən məlumatları mötəbər sübut sayır və hesab edir ki, həmin dövrlər iddiaçının əmək stajına daxil edilməlidir.

16. Bununla yanaşı, iddiaçının işlədiyi müəssisə tərəfindən mübahisələndirilən dövrlərə dair əmək haqqı kitablarının arxivə təhvil verilməməsi iddiaçının təqsiri ilə bağlı olmayan hal olduğundan, sözügedən məsələnin işəgötürənin vəzifəsi olduğundan onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalı, işçinin sosial təminat hüququna müdaxilə edilməsinə əsas olmamalıdır.

17. Məhkəmə qeyd edir ki, 2022-ci il 1 iyulundan - 2023-cü ilin 30 iyununadək olan dövrdə kişilərə yaşa görə pensiya təyin edilməsi üçün yaş həddi 65 yaş müəyyən edildiyindən və 25 ildən çox sığorta stajı olduğundan iddiaçının yaşa görə əmək pensiyası hüququ yaranır.

18. İddiaçının 1995-ci il, 1996-cı il, 1997-ci il və 1998-ci illər üzrə “Koroğlu” adına sovxozda 4 il işlədiyi müddət də onun sosial sığorta stajına daxil edildiyi halda iddiaçının 25 il 8 ay 13 gün sığorta stajı tamam olur.

19. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini v ə iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

20. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(104)-250/2024 nömrəli qərarı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-4069/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

22. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri 23. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinin tələbi pozu lmuşdur. Qanunun bu müddəasından belə bir məntiqi nəticəyə gəlmək mümkündür ki, iddiaçının işlədiyi dövrlər üzrə əməkhaqqı aldığını təsdiq edən sənəd olmadığından onun xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənildiyi müəyyən edilməmişdir. Beləliklə də iddiaçının itirmiş olduğu gəlirin kompensasiyasından söhbət gedə bilməz.

24. İşlədiyi dövrlər üzrə müəssisə tərəfindən əməkhaqqı verilmədiyi halda, həmin dövrlərin iş stajına daxil edilərək iddiaçıya Fond tərəfindən əmək pensiyasının təyin edilməsinin heç bir hüquqi əsası yoxdur.

25. Hazırkı iş üzrə iddiaçının təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1974-cü il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.2004-cü il tarixdən xx.xx.2004-cü il tarixədək, xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək mübahisələndirilməyən ümumi iş stajı 21 il 8 ay 13 gün təşkil edir.

26. İddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.1998-ci il tarixədək “Koroğlu” adına sovxozunda əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olub ki, Sovxozun 1995-1997-1998-ci illəri əhatə edən əməkhaqqı kitabları tamlıqla arxivə təhvil verilməmişdir. Belə ki, iddiaçının sözügedən dövrlər ərzində əməkhaqqı almasını təsdiq edən sənədlər olmadığından həmin dövrlərin iddiaçının sosial sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün hesab edilmir.

27. Cavabdeh tərəfindən iddiaçının əmək kitabçasına əsasən 21 il 8 ay 13 gün mübahisələndirilməyən sığorta stajının olduğu müəyyən edilmişdir. Bu da qanunvericiliklə tələb olunan 25 il sığorta stajından az olduğundan iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmir.

28. İş üzrə apellyasiya instansiya məhkəməsi cavabdeh tərəfindən yuxarıda qeyd edilən mübahisələndirilən dövrləri iddiaçının sosial sığorta stajına əsassız olaraq tam hesablamışdır. 29. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarının 4-cü maddəsinin 1-ci bəndinin tələbi pozulmuşdur.

30. İş materiallarına əsasən Azərbaycan Respublikasının Dövlət X2 tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli k-1-53 №li məktubunda iddiaçının işlədiyini iddia etdiyi 1995-1998-ci illəri ə hatə edən dövrlərlə bağlı Sovxozun əməkhaqqı kitablarının tamlıqla arxivə təhvil verilmədiyi, bu səbəbdən iddiaçının həmin dövrlərdə aldığı əməkhaqqı barədə məlumat verilməsinin mümkün olmadığı qeyd edilmişdir.

31. Göstərilənlərə əsasən qeyd etməyi zəruri hesab edirik ki, iddiaçının əməkhaqqı almadığı, həmçinin adına məcburi dövlət sosial sığorta haqqı ödənilmədiyi dövrlərin onun sığorta stajına daxil edilməsi qanunvericiliklə yolverilməzdir.

32. İş üzrə apellyasiya instansiya məhkəməsi iddiaçının adına əməkhaqqı hesablanmayan dövrlərin olması hallarına aydınlıq gətirmədən, kifayət qədər araşdırma aparmadan qərar çıxarmışdır.

33. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsində iddiaçının doğum tarixi XX.XX.1958 göstərilsə də, məhkəmə cavabdehin üzərinə iddiaçıya xx.xx.2023-cü il ta rixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi qoymuşdur. İddiaçı isə iddia ərizəsində xx.xx.1958-ci il tarixdə doğulduğunu göstərmişdir. Həmçinin iddiaçıya məxsus xx.xx.1974-cü il tarixli əmək kitabçasında iddiaçının doğum tarixi xx.xx.1958-ci il qeyd olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

34. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən “İnzibati icraat haqqında’' Azərbaycan Respublikası Qanununun 21, 24, 28, 45 və 61-ci maddələrinin tələblərinə tam əməl olunmamışdır. Belə ki, cavabdeh icraat qaydalarına lazımınca əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, imtina qərarını kifayət qədər əsaslandırmamış, orada yazılı inzibati aktın rekvizitləri tam göstərilməmiş, mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat öz əksini tapmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

35. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının t əqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası m əhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

36. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

37. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qan uniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

38. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının tam və hərtərəfli araşdırılması zəruri olan həddə təmin edilmişdir.

40. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddia tələbinin əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

41. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya apellya siya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

42. İddiaçı öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanır.

43. İşin məhkəmələr tərəfindən araşdırılmış hallarına görə, iddiaçının əmək kitabçasında qeyd edilən əmək stajı 25 il 8 ay 13 gün təşkil edir. 44. iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.1998-ci il tarixədək “Koroğlu” adına sovxozda işlədiyi dövr əmək kitabçasında öz təsdiqini tapmışdır.

45. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mö təbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

46. Cavabdeh, həmçinin qeyd edir ki, iş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsində iddiaçının doğum tarixi XX.XX.1958 göstərilsə də, məhkəmə cavabdehin üzərinə iddiaçıya xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi qoymuşdur. İddiaçı isə iddia ərizəsində xx.xx.1958-ci il tarixdə doğulduğunu göstərmişdir. Həmçinin iddiaçıya məxsus xx.xx.1974-cü il tarixli əmək kitabçasında iddiaçının doğum tarixi xx.xx.1958-ci il qeyd olunmuşdur.

47. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, əvvəla, məhkəmə qər arın nəticə hissəsində iddiaçıya əmək pensiyasının hansı tarixdən təyin edilməli olduğunu göstərməmişdir. Digər tərəfdən, elektron məlumatlar bazasındakı “Şəxsiyyət vəsiqəsi məlumatalrı”nda iddiaçının doğum tarixi 1958-01-01 qeyd olunmuşdur (iş v.25). Bundan başqa, cavabdeh xx.xx.2023-cü il tarixli, 3-17-1/2-T-52354/2023 №-li məktubunda özü də təsdiq edir ki, iddiaçıya xx.xx.2023-cü il tarixdən yaşa görə sosial müavinət təyin etmişdir (iş v.13).

48. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

49. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(104)-250/2024 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar