Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1902/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiyanın ödənilməmiş hissəsinin verilməsi) 11.09.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Səyyad Kərimov və Sərvər Vəliyevdən ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya nın ödənilməmiş hissəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1151/2025 nömrəli, 31 yanvar 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya xx.xx.2012-cü il tarixdə hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək onun AR Daxili İşlər Nazirliyində yenidən xidmətə cəlb olunması ilə əlaqədar təyin olunmuş pensiya ödənişi xx.xx.2017-ci ildən dayandırılmışdır.
2. İddiaçı 2021-ci ildə daxili işlər orqanlarından ehtiyata buraxılmış və xx.xx.2024-cü ildə cavabdehə ərizə ilə müraciət edərək təyin edilmiş pensiyasının xx.xx.2017-ci il tarixdən bərpa edilməsini xahiş etmişdir.
3. Cavabdeh tərəfindən iddiaçının pensiya ödənişi bərpa edilmiş, lakin “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci və 37.7-ci maddələri tətbiq edilərək keçmiş dövr üzrə ödənişlər son üç il ilə məhdudlaşdırılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2H-67987/2024 saylı cavab məktubunun əsassız hesab edilməsi və güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası ödənişinin dayandırıldığı xx.xx.2017-ci il tarixdən bərpa edilməsi və həmin məbləğin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Sonradan iddiaçının ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi “cavabdeh DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi tərəfindən təyin edilmiş pensiyanın verilməmiş hissəsinin, yəni 01 fevral 2017-ci ildən 2018-ci ilin ödənilməyən dövrünə kimi olan hissəsinin verilməsinin cavabdehə həvalə edilməsi” kimi dəqiqləşdirilmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 30 may 2012-ci il tarixdə Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş Departamenti (hazırkı Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial) tərəfindən 27 il 9 ay 10 gün xidmət müddətinə görə hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək ödənilmişdir. Lakin xx.xx.2017-ci il tarixində Daxili İşlər Nazirliyində yenidən x idmətə cəlb olunması ilə əlaqədar pensiyasının ödənişi dayandırılmışdır. Ona görə də iddiaçı Mərkəzi Filiala xx.xx.2024-cü il tarixində ərizə ilə müraciət edərək pensiyasının ödənişinin qanunsuz dayandırıldığı xx.xx.2017-ci il tarixindən bərpa edilərək ödənilməsini xahiş etmişdir. Mərkəzi Filial xx.xx.2024-cü il tarixli 3-17-1/2-H-67987/2024 saylı cavab məktubu ilə ona bildirmişdir ki, Qanunun 37.3.4-cü maddəsinin xx.xx.2017-ci il tarixindən qüvvədə olan redaksiyasına əsasən hərbi və ya xüsusi rütbəli şəxs kimi əmək pensiyası təyin edilmiş şəxslər Qanunun 20.1.11-20.1.12-ci maddələrində nəzərdə tutulmuş vəzifələrdə işlədikləri halda onlara qulluq stajına görə əlavələrin ödənilməsi dayandırılır. Həmin Qanunun xx.xx.2017-ci il tarixinədək qüvvədə olmuş 37.3.5-ci maddəsində isə həmin şəxslərə pensiya təyinatından sonra eyni vəzifələrdə işlədikləri halda onlara qulluq stajına görə əlavənin tam məbləğdə ödənilməsi nəzərdə tutulurdu. Qanunun 37.3.4-cü maddəsinin “Qeyd” hissəsində 2017-ci ilin iyulun 1-dək qanunun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş, Qanunun 20.1.1120.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə həmin tarixədək qüvvədə olmuş Qanunun 37.3.5-ci maddəsinin müddəalarının tətbiq olunması nəzərdə tutulmuşdur. Qanunun yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq pensiya ödənişi 2021-ci ilin avqust ayında tam məbləğdə (1157,29) bərpa edilmiş və keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. Qanunun 32.1.1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pen siyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ödənilir. Göründüyü kimi, qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının ən çoxu üç il müddət üçün hesablanması nəzərdə tutulmuşdur. Məktubda daha sonra bildirilir ki, qeyd olunanları nəzərə alaraq, əmək pensiyanız üzrə keçmiş üç il müddət üçün sizə ödənilməli olan 39216,24 manat fərq məbləği xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülüb. İddiaçı qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1.-1 və 37.7-ci maddəsi yeni pensiya təyin olunan şəxslərə aiddir. Lakin ona xx.xx.2012-ci t arixində güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin olunub və həmin pensiyanın ödənişi qanunsuz olaraq xx.xx.2017-ci il tarixindən dayandırılmışdır. Ona görə də Qanunun 32.1.1-ci və 37.7-ci maddəsinin tələbini ona şamil etməklə güzəştli şərtlə yaşa görə əmək pensiyasının son üç ildən əvvəlki dövrünü ödəməkdən imtina edirlər. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9088/2024 nömrəli, 17 oktyabr 2024-cü il tarixli qərarı ilə (hakim T.Məlikov) iddia təmin edilmiş, iddiaçı X1 təyin edilmiş əmək pensiyasının verilməmiş, yəni 01 fevral 2017-ci ildən 2018-ci ilin ödənilməyən dövrünə kimi olan hissəsinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı xx.xx.2017-ci ilədək hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş şəxs olduğundan və pensiya təyinatından sonra eyni vəzifədə işləməyə davam etdiyindən “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinin Qeyd hissəsinin tələbinə uyğun olaraq ona qulluq stajına görə əmək pensiyasına əlavələrin tam məbləğdə ödənilməsi davam etdirilməli idi. Cavabdehin imtina dəlilinə münasibətdə bildirilir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi pensiya hüququ, yaxud pensiyasının yenidən hesablanması hüququ yaranmış, lakin bu hüququ hər hansı bir səbəbdən realizə edə bilməyən şəxsə münasibətdə şamil edilir. Adıçəkilən norma sosial təminat hüquqlarının yaranmasını özündə ehtiva etsə də, hazırkı mübahisə belə hüquqların yaranmasından deyil, pozulmuş hüquqların tam şəkildə bərpasından bəhs edir. Bu mənada, indiki halda iddiaçının tələbi mübahisəli dövrdə ona qulluq stajına görə əmək pensiyasına əlavələrin ödənilməsi ilə bağlı olduğundan həmin normanın tətbiqi yolverilməzdir. Belə ki, müvafiq ödənişlərin dayandırılması iddiaçının təqsiri ilə bağlı olmamaqla cavabdehin iradəsindən asılı olduğundan həmin ödənişlər bərpa olunarkə n “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinin “Qeyd” hissəsinin və 37.3.5ci maddəsinin tələblərinə uyğun olaraq hesablanma aparılmaqla, təkcə müraciət tarixindən əvvəlki üç il üzrə deyil, ödənilməyən bütün dövrlər üzrə hesablanaraq ödənilməli idi.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1151/2025 nömrəli, 31 yanvar 2025-ci il tarixli qərarı ilə (hakimlər: M.Tağızadə - sədrlik edən və məruzəçi, N.Nəbizadə və K.Əkbərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya i nstansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. Cavabdehin kassasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının ən çoxu üç il müddət üçün hesablanması nəzərdə tutulmuşdur.
14. Qeyd olunanları nəzərə alaraq, İddiaçı əmək pensiyası üzrə keçmiş üç il müddət üçün hesablanmış 39216,24 manat fərq məbləği xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə pensiyanın üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülüb. Eyni zamanda bildiririk ki, Qanunun 9.6.1-ci maddəsinə əsasən əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslərin əmək pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanır.
15. İddiaçı sonuncu xidmət keçdiyi orqan tərəfindən ona dair təqdim olunmuş yeni məlumat vərəqinə əsasən əmək pensiyası 2023-cü ilin iyun ayında 33 il 10 ay 8 gün (təqvimi xidmət illəri 29 il 9 ay 19 gün, güzəştli xidmət illəri 4 il 19 gün) xidmət müddətinə görə yenidən hesablanaraq 1511,58 manat (əmək pensiyalarının 1 yanvar 2024-cü il tarixdən indeksləşdirilməsi ilə əlaqədar 1680,88 manat) məbləğində müəyyən edilib və 29 mart 2023-cü il tarixdən yenidən hesablanıb. TƏTBİQ EDİLƏN HÜ QUQU 16. “Əmək pensiyaları haqqında” Qanun: 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular; 20.1.12. bu qanunun 12.2-ci maddəsində göstərilən hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 20.1.13. bu qanunun 17.2-ci maddəsinə əsasən əmək pensiyaçısı olan şəxslər (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən d övrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 37.3.4. (xx.xx.2017-ci ildən qüvvədə olan redaksiya) Bu qanunun 20.1.1-20.1.21ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində ödənilir. Həmin şəxslər (bu qanunun 20.1.5-ci, 20.1.14-cü, 20.1.18-ci, 20.1.20- ci maddələrində göstərilən şəxslərdən yalnız həmin orqanlarda azı 35 il qulluq stajı olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə (bu qanunun 20.1.1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.3-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.4-cü maddəsində göstərilə n şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.5-1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.6-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.7-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.9-cu maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.12-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.16-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə) çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır. Qeyd (xx.xx.2017-ci il tarixdə əlavə olunub): 2017-ci il iyulun 1-dək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş bu Qanunun 20.1.11- 20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə həmin tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.5-ci maddəsinin müddəaları tətbiq olunur. 37.3.5. (xx.xx.2017-ci ilədək qüvvədə olmuşdur) Bu qanunun 20.1.11-20.1.13-cü maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr tam məbləğdə ödənilir.
17. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayəti nin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərar ı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəm ə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan H üquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
23. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi pensiyanın ödənilməmiş hissəsinin verilməsinə nail olmaqdan ibarətdir.
24. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından pensiyanın ödənilməmiş hissəsinin verilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
25. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
26. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
27. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1151/2025 nömrəli, 31 yanvar 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.