Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1903/2021 17.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının "xxxx" xxxx-nin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Departamentinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: azaldılmış vergilərə görə hesablanmış vergi borcunun silinməsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" xxxx-nin (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Departamentinə (bundan sonra cavabdeh) qarşı “qərarın ləğv olunması” tələb inə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-35/2021 saylı, 2 iyul 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdehin 13.11.2017-ci il tarixli qərarına əsasən iddiaçı barəsində 4-cü rüb 2015 – 3-cü rüb 2017 dövrləri üzrə sadələşdirilmiş vergi, 2015-ci il – 2017-ci il üçün, yanvar 2017 – sentyabr 2017 dövrü üçün pul vəsaitlərinin çıxarılmasına görə sadələşdirilmiş verginin bəyannaməsi, 2015-ci il – 2016-cı il üçün muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, oktyabr 2015 – sentyabr 2017 üçün əlavə dəyər vergisi, 4-cü rüb 2015 – 2-cü rüb 2017 üçün ödəmə mənbəyində tutulan ver gi, 2015-ci il – 2016-cı il üçün mənfəət vergisi, oktyabr 2015 – sentyabr 2017 üçün aksiz vergisi, oktyabr 2015 – sentyabr 2017 üçün mədən vergisinin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. 2. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”dan görünür ki, cavabdeh tərəfindən iddiaçıda keçirilmiş səyyar vergi yoxlaması reyestrdə qeydiyyata alınmışdır.
3. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin 15 yanvar 2018-ci il tarixli mütəxəssis rəyində 1 oktyabr 2015-ci il tarixdən 1 oktyabr 2017-ci il tarixədək olan dövrdə iddiaçının istismarında olan daş karxanasında 474337 ədəd mişar daşının istehsal olunduğu, mişar daşının satış qiymətinin karxanadan 0,23 manat müəyyən edilməsi qeyd edilmişdir.
4. Yoxlama 14.11.2017-ci il tarixdə başlamış, 27.02.2018-ci il tarixdə başa çatmış, 27.02.2018-ci il tarixdə akt tərtib olunmuş, yoxlamanın nəticələrinə görə Vergi Məcəlləsinin 23-cü və 49-cu maddələrinə əsasən cavabdeh barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” 01.03.2018-ci il tarixli qərar qəbul edilmiş və həmin qərar əsasında azaldılmış vergilərə görə 9737,9 manat vergi borcu və 5148,98 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Qərara əsasən müəyyən edilmişdir ki, yanvar 2016, avqust 2016, sentyabr 2016, oktyabr 2016, noyabr 2016, dekabr 2016 ayları üzrə hesabat təqdim etməməklə, həmçinin yoxlanılan dövrün 2015- 2016-2017-ci i llər üzrə mədən vergisinin hesabatda göstərilən məbləğinin, hesabatda göstərilməli olan məbləğə nisbətən azaldılmasına və sadələşmiş verginin 2016cı ilin 4-cü rübü üzrə hesabat təqdim etməməklə, həmçinin yoxlanılan dövrün 2015-20162017-ci illər üzrə hesabatda göstərilən məbləğinin, hesabatda göstərilməli olan məbləğə nisbətən azaldılmasına, 2016-cı ilin İİİ və İV rübləri üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin hesabatda göstərilən məbləğinin, hesabatda göstərilməli olan məbləğə nisbətən azaldılmasına yol verilmişdir. Həmçinin, yanvar 2016, avqust 2016, sentyabr 2016, oktyabr 2016, noyabr 2016, dekabr 2016 mədən vergisi bəyannamələrinin, İV rüb 2016-cı il dövrü üzrə sadələşdirilmiş vergi bəyannaməsinin əsas olmadan müəyyən edilən müddətdə vergi orqanına təqdim edilməmişd ir. Eyni zamanda, 1454.63 manat məbləğində qanunsuz gəlir əldə etdiyi müəyyən edilmişdir. Həmçinin göstərilmişdir ki, iddiaçı özünü müdafiə etmək üçün heç bir dəlil göstərməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı 03.04.2018-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 01.03.2018-ci il tarixli qərarının ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia işin hallarına uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki. iddiaçı ünvan 1i ünvanında yerləşən daş karxanasında mişar daşı hasilatı ilə məşğul olur. İddiaçı, cavabdehlə qanuna müvafiq əməkdaşlıq etmiş, vergi ödəyicisi kimi vaxtlı-vaxtında müvafiq vergiləri ödəmişdir. Səyyar vergi yoxlaması zamanı səyyar vergi yoxlamasının səlah iyyətinə aid olmayan məsələlər araşdırılmış, müəssisəyə aid qanunsuz sanksiya tərtib edilmişdir. Səyyar vergi yoxlaması zamanı Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyindən mütəxəssis rəyi alınmışdır. Həmin mütəxəssis rəyi səyyar vergi yoxlamasının əsasını təşkil etmişdir. Lakin ekspert rəyindəki elektrik enerjisinin sərfiyyatı ilə müəssisənin gəlirinin hesablanması qanunsuz və əsassızdır. Mütəxəssis rəyindəki əsaslar həqiqətə uyğun deyil. Səyyar vergi yoxlaması Vergi Məcəlləsinin müddəaları ilə ziddiyyət təşkil edir.
7. Cavabdeh iddiaya qarşı etirazını onunla əsaslandırmışdır ki, iş üzrə cavabdeh vergi orqanının 13.11.2017-ci il tarixli qərarına əsasən oktyabr 2015 - sentyabr 2017 vergi dövrü əhatə edilməklə iddiaçıda növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və həmi n qərar, yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış iddiaçı tərəfindən imzalanaraq tanış olması barədə müvafiq qeydlər aparılmışdır. Yoxlama ilə iddiaçının yoxlama dövründə ünvan 2i ünvanında yerləşən daş karxanasında xüsusi razılıq (lisenziya) olmadan mişar daşı hasilatı ilə məşğul olduğu müəyyən edilmişdir. Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi haqqında 14.11.2017-cı il tarixli Tələbnamə iddiaçıya verilmiş, lakin sonuncu tərəfindən yoxlamaya əmək müqaviləsi bildirişlərindən və icarə müqaviləsinin surətindən başqa heç bir sənəd təqdim edilməmişdir. Sənədlərin yoxlamaya təqdim edilməsindən imtina barədə 28.11.2017-ci il tarixli akt tərtib edilmişdir. İddiaçı tərəfindən yoxlamaya s ənədlər təqdim edilmədiyindən, yoxlanılan dövr ərzində istehsal edilmiş məhsulların həcminin və real bazar qiymətinin müəyyənləşdirilməsi məqsədilə yoxlamaya Azərbaycan Respublikası Ticarət və X2 Birliyindən ekspert və mütəxəssis dəvət edilmişdir. İddiaçının rəhbəri X14 hər iki qərarla tanış edilmiş, Vergi Məcəlləsinin 44.7-ci maddəsində təsbit edilmiş hüquqlar izah edilmiş və bununla bağlı 24.11.2017-ci il tarixli protokol tərtib edilmişdir. Səyyar vergi yoxlaması 27.02.2018-ci il tarixli akt tərtib edilməklə başa çatdırılmışdır. Yoxlama aktı iddiaçının rəhbəri tərəfindən hər hansı irad və ya etiraz bildirilmədən imzalanaraq təsdiq edilmişdir. Səyyar vergi yoxlaması ilə iddiaçının istehsal həcmi "xxxx" ASC-dən alınmış elektrik enerjisinin sərfiyyatı barədə rəsmi arayışa əsasən dəvət edilm iş mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən iddiaçı tərəfindən oktyabr 2015 - dekabr 2015 dövrü üzrə 907,2 kub/metr, yanvar 2016 - sentyabr 2017 dövrü üzrə 5680,8 Kub/metr mişar daşının istehsal edildiyi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 216.2-ci maddəsinə əsasən 1 kub/metr mişar daşına görə mədən vergisinin dərəcəsi 2015-ci ildə 0,5 manat, 2016-2017-ci illərdə isə 2.0 manat olduğu nəzərə alınaraq yoxlama dövründə 11815,2 manat (907.2 kub/metr x 0.5 manat + 5680,8 Kub/metr x 2.0 manat) mədən vergisi hesablanmışdır. İddiaçı tərəfindən yoxlanılan dövrdə hesablanmış 3550.0 manat məbləğində mədən vergisi ilə yoxlama ilə müəyyən olunmuş 11815.2 manat məbləğində mədən vergisi arasında 8265.2 manat fərq yaranmış və nəticədə 8265.2 manat məbləğində mədən vergisini n azaldılmasına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış məbləğin 50 faizi miqdarında, yəni 4132,6 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama ilə əhatə edilən dövrdə sadələşdirilmiş vergi məqsədləri üçün təqdim edilmiş malların dəyəri 2015-ci ilin 4-cü rübü üzrə 15023.2 manat, 2016-cı ilin 1-ci rübü üzrə 15309.4 manat, 2-ci rübü üzrə 21748.0 manat, 3-cü rübü üzrə 12877.1 manat, 4-cü rübü üzrə 15166,3 manat, 2017-ci ilin 1-ci rübü üzrə 0 manat, 2-ci rübü üzrə 16096.3 manat, 3-cü rübü üzrə 12877.1 manat olmaqla 109097.5 manat olduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin 220.1-ci maddəsinə əsasən Abşeron rayonunda fəaliyyət göstərən şəxslər üçün sadələşdirilmiş verginin dərəcəsi ümumi hasilatın 2 faizi miqdarında müəyyən edilməsi nəzərə alınaraq yoxla manın əhatə etdiyi dövrdə (hesabatla hesablanmış vergi məbləğləri nəzərə alınmaqla) 1425.7 manat məbləğində sadələşdirilmiş verginin azaldılması müəyyən edilərək Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğin 50 faizi miqdarında, yəni 712.85 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama ilə əhatə edilən dövrdə iddiaçı tərəfindən təqdim edilmiş illik muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannamələrində həmin dövrlər üzrə işçi sayı, əmək haqqı məbləği göstərilməmişdir. Yoxlama ilə 2016-cı ilin 3-cü və 4-cü rüblərində iddiaçının fəaliyyət göstərdiyi daş karxanasında hər ay 4dörd işçinin aylıq əmək haqqı 150.0 manat olmaqla işlədiyi müəyyən edilmiş və Vergi Məcəlləsinin 101.1 və 102.1.6-cı maddələrinə əsasən ölkə üzrə müəyyən edilmiş 136. 0 manat yaşayış minimumu nəzərə alınmaqla 47.0 manat məbləğində vergi hesablanmış və muzdlu işlə əlaqədar ödəmə mənbəyində verginin azaldılmasına görə azaldılmış məbləğin 50 faizi miqdarında, yəni 23.52 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama ilə əhatə edilən dövrdə iddiaçının fəaliyyəti xüsusi icazə (lisenziya) tələb olunan fəaliyyət növlərinə aid edilməsinə baxmayaraq, iddiaçı tərəfindən belə razılıq (lisenziya) alınmadan fəaliyyət göstərilmişdir. Həmin dövrdə iddiaçının ümumi gəliri 109097.5 manat olmuş, xərclərini təşkil edən sənədlər isə olmadığına görə Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 nömrəli Qərarına uyğun olaraq şərti rentabellik səviyyəsi 20 faiz götürülməklə və həmin dövrdə hesablanmış 2181.95 manat məbləğində sadələşdirilmiş vergi məbləği nəzərə alınmaqla iddiaçının 1454.63 manat məbləğində sahibkarlıq fəaliyyətindən qanunsuz gəlir əldə etdiyi müəyyən edilmişdir. Yoxlama ilə əhatə edilən dövrdə 2016-cı ilin yanvar, avqust-dekabr aylarına görə mədən vergisi, 2016-cı ilin 4-cü rübü üzrə sadələşdirilmiş vergi bəyannamələrinin əsas olmadan müəyyən edilən müddətdə vergi orqanına təqdim edilməməsinə görə Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən iddiaçıya 280.0 manat miqdarında maliyyə sanksiyası tətbiq edilmişdir.
8. İddiaçıya hesablanmış vergilərin düzgün hesablanıb-hesablanmamasının müəyyən edilməsi üçün xüsusi bilik tələb olunduğundan məhkəmə tərəfindən 2 may 2018ci il tarixdə mühəndis-tikinti-texniki və məhkəmə-mühasibatlıq ekspertizaları təyin olunmuş, eks pertiza qarşısında "xxxx" xxxx-nin istifadəsində olan ünvan 2ində yerləşən daş karxanasında 1 oktyabr 2015-ci il tarixdən 1 oktyabr 2017-ci il tarixədək olan (yoxlama dövrü) dövr ərzində istehsal həcminin (hasilat), istehsal həcmi üzrə hər şərti 1000 ədəd istehsal kütləsi olan mişar daşına çəkilən xərclərin, istehsal həcminə münasibətdə istehsal brakı və təbii tullantılara görə çıxdaşlarının (faiz) müəyyən edilməsi, cavabdehin 13 noyabr 2017-ci il tarixli qərarına əsasən iddiaçı üzrə aparılmış səyyar vergi yoxlamasının əhatə etdiyi oktyabr 2015 – sentyabr 2017-ci illər (yoxlama dövrü) üzrə vergilərin (mədən, sadələşdirilmiş, muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi (sadələşdirilmiş vergi) və sair) düzgün hesablanıb-hesablanmaması, iddiaçı üzrə aparılmış səyyar vergi yoxlamasını n əhatə etdiyi oktyabr 2015 – sentyabr 2017-ci illər (yoxlama dövrü) üzrə iddiaçının vergidən yayınma hallarının mövcud olub-olmaması barədə suallar qoyularaq, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmışdır.
9. Məhkəmə Ekspertiza Mərkəzinin 3 may 2019-cu il tarixli rəyindən müəyyən olunur ki, Enerji sərfiyyatına əsasən nəzəri hesablama yolu ilə, Abşeron rayonu, Güzdək ŞTK, Güzdək kəndində yerləşən, iddiaçının təsərrüfat subyekti olan daş karxanasında 01.10.2014-cü il tarixdən 01.10.2017-ci il tarixədək olan dövrdə istehsal edilməsi ehtimal olunan əmtəəlik mişar daşının miqdarı (həcmi) təxminən 222494 ədəd, orta bazar qiyməti ilə ümumi dəyəri 51173,62 manat müəyyən edilir. Azərbaycan Respublikası Təbii Sərvətlər Nazirliyinin Dö vlət informasiya X15 ünvanlanmış 14.09.2015-ci il tarixli arayışda Qaradağ rayonu, Güzdək Əhəng daşı yatağında yerləşən daş karxanasında istehsal brakının miqdarının 53% olması qeyd edilmişdir. Digər tərəfdən, bir qayda olaraq istehsal sahəsinin hazırlanması, kəşfiyyatı, hamarlanması və təmizlənməsi zamanı itkilər təxminən 12,5% təşkil edir ki, bu xüsusat nəzərə alınmaqla, istehsal brakı və təbii tullantılara görə çıxdaşların miqdarı orta hesabla 65,5% (53%+12,5%) müəyyən edilir. “Azərekspertiza” Birliyinin 15.01.2018-ci il tarixli mütəxəssis rəyində hər hansı bir mənbə göstərilmədən istehsal brakına və açılış işlərinə görə 40% itki tətbiq edilmişdir. Həmçinin 1000 ədəd mişar daşına mövcud olmuş faktiki məsrəflər xərci təxminən 171,80 manat müəyyən edilir. QEYD: Mərkəzdə olan məlumatlara, yəni Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit və Təbii Sərvətlər üzrə İnformasiya-Arxiv Fondunun 14.09.2015-ci il tarixli 23/284 saylı arayış məlumatına əsasən Qaradağ rayonu, Güzdək Əhəng daşı yatağında yerləşən daş karxanasında istehsal brakının miqdarının 53% nəzərdə tutulduğu və eləcə də açılış üçün 12,5%, cəmi 65,5% itki nəzərə alınmaqla, 15.01.2018-ci il tarixli mütəxəssis rəyində konkret mənbə göstərilmədən bərk tullantıya və açılışa tətbiq edilən 40% itkiyə düzəliş verilərək, bərk tullantı və açılış itkisi 65,5% götürülmüşdür. Bundan əlavə karxanada tərtib edilmiş xronometraj aktına əsasən karxanada istifadə edilən DKM-SM-89 markalı daşkəsən maşının saatlıq məhsuldarlığının faktiki olaraq 15.01.2018-ci il tarixli mütəxəssis rəyində göstərilən 4,5 kub/m deyil, 3,67 m3 saat olması müəyyən edilmişdir. Hazırkı ekspertizanın müəyyən etdiyi həcm (222494 ədəd standart daş) ilə mütəxəssisin müəyyən etdiyi həcm (474337 ədəd standart daş) arasındakı fərqə səbəb yuxarıda qeyd edilən xüsusat olmuşdur. Hazırki ekspertiza tədqiqatı nəticələrinə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 2301,66 manat məbləğində vergilərin, o cümlədən mədən vergisi üzrə 1987,40 manat, sadələşdirilmiş vergi üzrə 267,22 manat, MÖMV üzrə 47,04 manat dövlət büdcəsinə az hesablanması müəyyən olunur. Müəssisənin fəaliyyəti xüsusi icazə (Lisenziya) tələb olunan fəaliyyət növünə aid edilməsinə baxmayaraq, müəssisə belə razılıq olmadan fəaliyyət göstərmişdir. Həmin dövrdə mü əssisənin gəliri 51173,62 manat olmuşdur. Xərcləri təşkil edən sənədlər olmadığına görə, Vergi Məcəlləsinin 89.9-cu maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı Qərarına uyğun olaraq şərti rentabellik səviyyəsi 20% götürülməklə 1705,79 manat (51173,62 x 20: 120 x 20%) təşkil edir. Həmin dövrdə hesablanmış 1023,47 manat sadələşdirilmiş vergi məbləği nəzərə alınmaqla, sahibkarlıq fəaliyyətindən qanunsuz əldə edilmiş gəlir 682,32 manat (1705,79manat - 1023,47manat) müəyyən edilir.
10. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin (hakim X6, 2-1(085)-72/2019 saylı iş) 28 iyun 2019-cu il tarixli qərarı ilə iddia qismən təmin edilərək cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş 01.03.2018-ci il tarixli qərarının qismən, mədən vergisi üzrə 6277,8 ma nat və maliyyə sanksiyası üzrə 3138,9 manat, sadələşdirilmiş vergi üzrə 1158,48 manat və maliyyə sanksiyası üzrə 579,24 manat məbləği hissələrində ləğv edilməsi, iddianın qalan hissədə rədd edilməsi, qərara alınmışdır.
11. Birinci instansiya məhkəməsi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd etmişdir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır.
12. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəm əsindəki birinci icraat
13. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin mövqeyi ilə razılaşan Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X10-məruzəçi, X11 və X8, 21(105)-600/2019 saylı iş) 2 dekabr 2019-cu il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 28 iyun 2019-cu il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
14. Cavabdeh kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) kasasiya instansiyası məhkəməsindəki birinci icraat
15. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının (hakimlər X3-məruzəçi, X9 və X1, 2-1(102)-964/2020 saylı iş) 5 iyun 2020-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək Sumqayıt Ap elyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 dekabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
16. Kasasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Məhkəmə Ekspertiza Mərkəzi rəy verərkən əhəng daşının istehsalı ilə bağlı 40 il öncəki arxiv məlumatlarına istinad etmişdir. Halbuki, ötən 40 il ərzində təbii daş yataqlarının səmərəli istifadəsi, tikinti daşlarının istehsalı ilə bağlı çoxsaylı yeniliklərə imza atılmış, enerji itkisinin qarşısının alınması, keyfiyyətli mişar daşı istehsalının təmin edilməsi, tullantıların azaldılması məqsədilə təbii daş yataqlarında daş istehsalı prosesinə müasir maşın və avadanlıqlar cəlb edilmişdir. Lakin, Məhkəmə Ekspertiza Mərkəzi aparılmış texnoloji irəliləyişləri, müasir maşın və avadanlıqların iş prosesinə cəlb edilməsini nəzərə almadan, əsassız olaraq 40 il öncəki statistikanı rəhbər tutaraq rəy vermiş, istehsal itkisinin müəyyən edilməsi üçün heç bir əlavə tədbir həyata keçirməmiş, real eksperiment aparmamışdır. Məhkəmə Ekspertiza Mərkəzi tədqiqatı natamam aparıldığı üçün, onun nəticəsində qəbul edilmiş rəy məhkəmənin əsaslı nəticəyə gəlməsinə əsas vermir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən İPM-in 12, 58.7 və 87.8 maddələrinin tələbi təmin edilməmişdir. ç) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat
17. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X7məruzəçi, X4 və X18, 2-1(105)-35/2021 saylı iş) 2 iyul 2021-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməyərək Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 28 iyun 2019-cu il tarixli qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
18. İşə təkrar baxan apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, inzibati prosessual qanunvericiliyə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərində olduğu halda, cavabdeh iddiaçı müəssisəyə xeyli miqdarda əlavə vergilərin hesablanması zamanı istinad etdiyi mütəxəssis rəyinin mötəbərliliyini və obyektiv həqiqəti əks etdirdiyini, o cümlədən vergilərin hesablanması zamanı vergi ödəyicisinin xeyrinə olan halların nəzərə alındığını sübuta yetirməmiş, bununla da qanunsuz inzibati akt qəbul etmişdir. Məhkəmənin ke çirdiyi ekspertiza üzrə ekspert rəyinin mötəbər olmaması ilə bağlı dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hesablanan vergilərin qanuniliyini sübut etmək ilk növbədə inzibati orqanın vəzifəsidir. Məhkəmə isə mübahisələndirilən inzibati aktın qanuniliyinə qiymət verir. Hazırkı iş üzrə isə yuxarıda qeyd edildiyi kimi, inzibati orqan hesablanan əlavə vergilərin qanuniliyini, düzgünlüyünü sübuta yetirə bilməmişdir, məhkəmə isə inzibati aktın əsaslandığı ekspert rəyini mötəbər hesab etmədiyindən qəbul edilmiş inzibati aktı da qanuni hesab etmir.
19. Cavabdeh 26 iyul 2021-ci il tarixdə qərarın surətini almış, 23 avqust 2021-ci il tarixdə kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 iyul 2021-ci il tarixli qərarının ləğv edilməsi və iddia təl əbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri
13. İddiaçı icarə müqaviləsi əsasında ünvan 4i ünvanda yerləşən daş karxanasında xüsusi razılıq olmadan mişar daşı hasilatı ilə məşğul olmuş, sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş, müəssisənin 24 aylıq dövrdə (oktyabr 2015 sentyabr 2017) ümumi hasilatı 33.162,5 manat (orta aylıq - 1.381,77 manat) və ya 165.600,0 mişar daşı olmuşdur. Buna baxmayaraq, müəssisə eyni dövrdə 24.130,0 manat dəyərində 339.936,0 kvt/s elektrik enerjisi sərf etmişdir. Başqa sözlə desək müəssisə 24 ay ərzində əldə etdiyi ümumi gəlirinin 73 faizini elektrik enerjisi haqqının ödənilməsinə sərf etmişdir. Qalan 9.032,5 (33.162,5 - 24.130,0) manatın əmək haqqı və digər xərclər sərf olunduğunu nəzərə alsaq görünən odur ki, müəssisə yalnız işıq pulu və digər xərcləri ödəmək üçün fəaliyyət göstərmişdir. Göründüyü kimi, bu hal inandırıcı deyil və birbaşa sübut edir ki, müəssisə vergidən yayınmaq üçün real dövriyyəsini gizlətmişdir.
14. Şikayətin maddi hüquqi əsası kimi Vergi Məcəlləsinin 57.1, 220.1-ci maddələrinə istinad edilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq
16. Vergi Məcəlləsi: Maddə
38. Səyyar vergi yoxlaması (-). 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.1. verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; 38.3.2. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə. 38.3.3. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; 38.3.4. artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda; 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyekti nin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə, 38.3.6. cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda; 38.3.7. bu Məcəllənin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə. 38.3.8. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda; 38.3.8-1. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda; 38.3.9. Vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsin i yazılı şəkildə tələb etdikdə. Bu halda növbədənkənar səyyar vergi yoxlaması vergi orqanlarının əvvəlki yoxlamanı keçirmiş vəzifəli şəxsləri tərəfindən keçirilə bilməz. (-). Maddə
213. Mədən vergisi Azərbaycan Respublikasının ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektorunda faydalı qazıntıların çıxarılmasına görə mədən vergisi tutulur. Maddə
214. Vergi ödəyiciləri
214. Azərbaycan Respublikasının ərazisində (Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi də daxil olmaqla) yerin təkindən faydalı qazıntıları çıxaran fiziki şəxslər və müəssisələr mədən vergisinin ödəyiciləridir. Maddə
215. Vergitutma obyekti Azərbaycan Respublikasının ərazisində (Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektoru da daxil olmaqla) yerin təkindən çıxarılan faydalı qazıntılar vergitutma obyektidir. Maddə
220. Sadələşdirilmiş verginin dərəcəsi 220.1. Sadələşdirilmiş vergi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş fəaliyyətlə məşğul olan və 218.1.2-ci maddəsində göstərilən vergi ödəyiciləri istisna olmaqla) bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən 2 faiz dərəcə ilə hesablanır. (-).
17. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahis ənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 g ün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
18. Cavabdehin kasasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar olmamışdır.
21. İddiaçı cavabdehin 01.03.2018-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı bütövlükdə mübahisələndirmiş, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək mədən vergisi üzrə 6.277,8 manat, maliyyə sanksiyası üzrə 3.138,9 manat, sadələşdirilmiş vergi üzrə 1.158,48 manat və maliyyə sanksiyası üzrə 579,24 manat hissəsində ləğv etmiş, iddianı qalan hissədə təmin etməmiş, iddianın təmin edilməmiş hissəsi ilə bağlı iddiaçı mübahisə açmamışdır. Kasasiya şikayətinin predmeti i ddianın təmin edilən hissəsi ilə bağlı olmuşdur.
22. Cavabdeh 13.11.2017-ci il tarixli qərarı ilə oktyabr 2015 – sentyabr 2017 vergi dövrü əhatə edilməklə iddiaçıda növbədənkənar səyyar vergi yoxlaması təyin etmişdir.
23. Növbədənkənar səyyar vergi yoxlamasının əsasları Vergi Məcəlləsinin 38.3cü maddəsində nəzərdə tutulmuşdur. Cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının hüquqi əsası kimi Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etsə də, məhkəməyə həmin maddədə nəzərdə tutulan hər hansı dəlil təqdim etməmişdir.
24. Cavabdehin dəlillərinə görə iddiaçı icarə müqaviləsi əsasında ünvan 4i ünvanda yerləşən daş karxanasında xüsusi razılıq olmadan mişar daşı hasilatı ilə məşğul olmuş, sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş, müəssisənin 24 aylıq dövrdə (oktyabr 2015 – s entyabr 2017) ümumi hasilatı 33162,5 manat (orta aylıq – 1381,77 manat) və ya 165600,0 mişar daşı olmuşdur. Buna baxmayaraq, müəssisə eyni dövrdə 24130,0 manat dəyərində 339936,0 kvt/s elektrik enerjisi sərf etmişdir. İddiaçı tərəfindən yoxlamaya sənədlər təqdim edilmədiyindən, yoxlanılan dövr ərzində istehsal edilmiş məhsulların həcminin və real bazar qiymətinin müəyyənləşdirilməsi məqsədilə yoxlamaya Azərbaycan Respublikası Ticarət və X2 Birliyindən ekspert və mütəxəssis dəvət edilmiş, nəticədə iddiaçıya əlavə vergi hesablanmışdır.
25. Azərekspertiza Birliyinin mütəxəssis və ekspert rəylərinə əsasən iddiaçı tərəfindən oktyabr 2015 – dekabr 2015 dövrü üzrə 907,2 kub/metr, yanvar 2016 – sentyabr 2017 dövrü üzrə 5680,8 kub/metr mişar daşının istehsal edildiyi müəyyən edilmiş, Vergi Məcəlləs inin 216.2-ci maddəsinə əsasən 1 kub/metr mişar daşına görə mədən vergisinin dərəcəsi 2015-ci ildə 0,5 manat, 2016-2017-ci illərdə isə 2.0 manat olduğu nəzərə alınaraq yoxlama dövründə 11815,2 manat (907,2 kub/metr × 0,5 manat+5680,8 kub/metr × 2.0 manat) mədən vergisi hesablanmışdır.
26. İddiaçı tərəfindən yoxlanılan dövrdə hesablanmış 3.550,0 manat məbləğində mədən vergisi ilə yoxlama ilə müəyyən olunmuş 11815,2 manat məbləğində mədən vergisi arasında 8.265,2 manat (11.815,2 – 3.550,0) fərq yaranmış və nəticədə 8.265,2 manat məbləğində mədən vergisinin azaldılmasına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış məbləğin 50 faizi miqdarında, yəni 4132,6 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.
27. Yoxlama ilə əhatə edilən dövrdə sadələşdirilmiş vergi məqsədlə ri üçün təqdim edilmiş malların dəyəri 2015-ci ilin 4-cü rübü üzrə 15.023,2 manat, 2016-cı ilin 1-ci rübü üzrə 15.309,4 manat, 2-ci rübü üzrə 21.748,0 manat, 3-cü rübü üzrə 12.877,1 manat, 4-cü rübü üzrə 15.166,3 manat, 2017-ci ilin 1-ci rübü üzrə 0,0 manat, 2-ci rübü üzrə 16.096,3 manat, 3-cü rübü üzrə 12.877,1 manat olmaqla, 109.097,5 manat olduğu müəyyən edilmişdir.
28. Vergi Məcəlləsinin 220.1-ci maddəsinə əsasən Abşeron rayonunda fəaliyyət göstərən şəxslər üçün sadələşdirilmiş verginin dərəcəsi ümumi hasilatın 2 faizi miqdarında müəyyən edilməsi nəzərə alınaraq yoxlamanın əhatə etdiyi dövrdə (hesabatla hesablanmış vergi məbləğləri nəzərə alınmaqla) 1.425,7 manat məbləğində sadələşdirilmiş verginin azaldılması müəyyən edilərək Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış verg i məbləğin 50 faizi miqdarında, yəni 712,85 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.
29. Cavabdehin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
30. İşə təkrar apelyasiya qaydasında baxılarkən apelyasiya instansiyası məhkəməsi əlavə məhkəmə tikinti-texniki və məhkəmə-mühasibatlıq ekspertizaları təyin edərək rəy almışdır.
31. Məhkəmə Ekspertiza Mərkəzinin 14 aprel 2021-ci il tarixli, 10/4298 saylı rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, 16.03.2021-ci il tarixli baxış eksperimenti ilə müəyyən edilən 1 saat ərzində kəsilmiş mişar daşının sayını (68 ədəd), iş günlərinin saatını (8 saat), ayın iş günlərini (22 gün) və daş karxanasının yoxlama ilə əhatə olan dövrdə fəaliyyət göstərdiyi ayları (21 ay) nəzərə aldıqda, cəmiyyətə məxsus daş karxanasında yoxlan ılan dövr ərzində 251328 ədəd mişar daşı, yaxud 3490,67 m³ əhəngdaşı kütləsi istehsal edilə bilər. Həmin istehsal edilə bilən mişar daşının sayında və həcmində daş kəsən maşının daş kəsmə yerinin dəyişdirilməsi, relslərin keçirilməsi, mişarların bağlanması, təmir işlərinin aparılması, hava şəraiti, daşların daşınması və nəqliyyat vasitəsinə yüklənməsi zamanı əmələ gələn itkilər nəzərə alınmamışdır. “Güzdək” əhəngdaşı yatağında fəaliyyət göstərən "xxxx" MMC-yə məxsus daş karxanasının 2015-ci il üçün dağ-mədən işlərinin inkişaf planının 3.2 saylı “Mişar daşı istehsalının gözlənilən həcmi və yataq kütləsinin normativ” başlığında göstərildiyi kimi, daş karxanasında cari il üçün gözlənilən istehsalat tapşırığında dağ kütləsinin 60 % istismar itkiləri kimi nəzərdə tutulmuşdur. Bununla yanaşı ink işaf planının 1.6 saylı “Sənaye ehtiyatları” başlığında layihə (sənaye) itkiləri kimi layın tavanında və dabanda qalan itkiləri, bortlarda qalan layihə itkiləri (5%), frontal və cinah xəndəklərin keçirilməsində alınan itkiləri (4%) də nəzərə alınmalıdır. İstehsal həcmi üzrə şərti 1000 ədəd mişar daşına mövcud olmuş faktiki məsrəflər xərci təxminən 171.8 manat müəyyən edilir.
32. Məhkəmə Ekspertiza Mərkəzinin 6 may 2021-ci il tarixli, 9/75 saylı rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə əlavə olaraq aparılmış hesablamaların (vergilər və xüsusi icazə (lisenziya) olmadan əldə etdiyi gəlir) düzgünlüyü müəyyən olunmur və tədqiqi hiss ədə göstərilən səbəblərdən hazırkı ekspertiza zamanı hesablama aparmaq mümkün olmadı.
33. Rəyin tədqiqi hissəsində isə qeyd edilmişdir ki, Azərekspertiza“ Birliyinin 15.01.2018-ci il tarixli mütəxəssis rəyində hər hansı bir mənbə göstərilmədən istehsal brakına və açılış işlərinə görə 40 % itki tətbiq edilmişdir. Yəni istehsal edilə bilən mişar daşın sayı və həcmində daş kəsən maşının (kombaynın) daş kəsmə yerinin dəyişdirilməsi, relslərin keçirilməsi, mişarların bağlanması, təmir işlərinin aparılması, hava şəraiti, daşların daşınması və nəqliyyat vasitələrə yüklənməsi zamanı əmələ gələn itkilər nəzərə alınıbalınmaması ilə bağlı məlumat mövcud deyildir. Bundan başqa qeyd edilir ki, mühasibat uçotunda məhsulun maya dəyərinin kalkulyasiyasının prinsiplərinə əsasən məhsulun maya dəyəri aşağı dakı xərc elementlərindən ibarət olduğu müəyyən edilmişdir: Xammal və materiallar; Qaytarılmış tullantılar; Texniki məqsədlər üçün yanacaq enerji və su; İstehsal fəhlələrinin əsas əmək haqqı; İstehsal fəhlələrinin əlavə əmək haqqı; Sosial sığortaya ayırmalar; Avadanlığın saxlanması və istismarı xərcləri, o cümlədən amortizasiya; Ümumi sex xərcləri; Ümumi zavod xərcləri; Zay məhsul və itkilər; Sair istehsalat xərcləri; Əmtəəlik məhsulun tam maya dəyəri.
34. İstehsal olunmuş məhsulun maya dəyərinə daxil edilməli olan xərclərin təsnifatından göründüyü kimi, istehsal olunan məhsulun maya dəyəri yuxarıda göstərilən kompleks xərc elementlərindən ibarətdir. Lakin buna baxmayaraq, mütəxəssis rəyində müəssisə üzrə faktiki istehsal edilmiş mişar daşının faktiki maya dəyəri yalnız sərf edilmiş elektr ik enerjisindən ibarət olduğu müəyyən edilmişdir. Mühasibat uçotunda isə istehsal həcminin mütəxəssis rəyində göstərilən qaydada müəyyən olunması nəzərdə tutulmamışdır. Yəni müəssisə üzrə faktiki istehsal edilmiş məhsulların faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən məhsulların istehsal həcminin hesablanması məhsulun maya dəyərinin kalkulyasiyasının tərtib olunma prinsiplərinə uyğun deyildir və bu məlumatlara əsasən vergiyə cəlb olunan dövriyyənin belə qaydada hesablanması Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Göstərilənlərdən başqa qeyd edilmişdir ki, hazırkı ekspertiza təyini haqqında qərardadın birinci-üçüncü sualları üzrə verilmiş 14.04.2021-ci il tarixli, 10/4298 saylı ekspert rəyində də mişar daşı həcminin konkret müəyyən edilmədiyi göstərilmişdir. Belə ki, həmin rəydə istehsal edilə bilən mişar daşın sayında və həcmində daş kəsən maşının (kombaynın) daş kəsmə yerinin dəyişdirilməsi, relslərin keçirilməsi, mişarların bağlanması, təmir işlərinin aparılması, hava şəraiti, daşların daşınması və nəqliyyat vasitələrinə yüklənməsi zamanı əmələ gələn itkilərin nəzərə alınmaması və s. qeyd edilmişdir. Beləliklə bütün yuxanda göstərilənlərə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə əlavə olaraq aparılmış hesablamaların (vergilər və xüsusi icazə (lisenziya) olmadan əldə etdiyi gəlir) düzgünlüyü müəyyən olunmur. Həmçinin yuxarıda göstərilən səbəblərdən hazırkı ekspertiza zamanı hesablama aparmaq mümkün olmamışdı r.
35. Vergilərin hesablanmasına əsas dövriyyəyə, hasilata və mişar daşının qiymətinə dair ekspert və mütəxəssis rəyləri olmuşdur. Belə olan halda, hesablanmış vergilərin qanuniliyinə qiymət verilməsi üçün verginin hesablanmasına əsas olan ekspert və mütəxəssis rəylərinin mötəbərliyinə qiymət verilməlidir.
36. İş materiallarında olan “Azərekspertiza” Birliyinə məxsus mütəxəssis rəyində qeyd edilmişdir ki, müəssisədə 1 ədəd SM-89 daş kəsən maşın və 1 ədəd NKM – 2U pilləüstü şırımaçan istehsal avadanlığı olmuş, iş qrafiki gündə 8 saat, həftədə 5 gün, ildə 255 gün olmuş, karxana isə 1 sahədən ibarət olmuşdur. Mütəxəssis rəyində DKM-nin məhsuldarlığı A.S.Cirkovun “Tikinti materiallarının açıq üsulla çıxarılması və emalı” kitabından götürülmüş düstura istinadla 4.5 m3 /saat götürülmüşdür. Mütəx əssis rəyində müəssisənin elektrik enerji sərfiyyatı əsasında (20% istehsal itkisi nəzərə alınmaqla) hər il üzrə 1 növbə üçün istehsal sərfiyyatı müəyyən edilmiş, həmin 1 növbə üçün istehsal sərfiyyatı istehsal olunan aktiv enerjiyə bölünməklə (40% istehsal itkisi nəzərə alınmaqla) sərfiyyat tutumu (əmsal) müəyyən edilmiş, həmin əmsal DKM-nin məhsuldarlığına (yəni, 4.5 m³/saat) və həmin il üzrə istehsal avadanlığının sayına (müvafiq olaraq 2015-2017-ci ildə 1 ədəd) vurulmaqla istehsal həcmi (m3 -lə ) müəyyən edilmiş, 1 m3 -də mişar daşının sayı 72 götürülməklə hər il üzrə mişar daşının sayı müəyyən edilmişdir (25% itki nəzərə alınmaqla).
37. Mütəxəssis rəyində elektrik enerjisi sərfiyyatı əsasında mişar daşının sayı müəyyən edilərkən 1 növbə üçün istehsal sərfiyyatı, DKM-nin məhsuldarlıq ə msalı və istehsal avadanlığının sayı əsas götürülmüşdür.
38. Lakin mütəxəssis rəyində 1 növbə üçün istehsal sərfiyyatının necə müəyyən edildiyi göstərilməmişdir. Bundan əlavə, DKM-nin məhsuldarlıq əmsalı A.S.Cirkovun “Tikinti materiallarının açıq üsulla çıxarılması və emalı” kitabındakı düstura istinadla müəyyən edilmiş, lakin həmin düsturun iddiaçıya məxsus karxanadakı məhsuldarlığı müəyyən etmək üçün mötəbər olması, niyə məhz həmin kitabdakı düstura istinad olunması ekspert tərəfindən əsaslandırılmamışdır. Bundan əlavə, mütəxəssis rəyindəki cədvəllərdən görünür ki, hər il üzrə müəssisəyə məxsus olan bütün avadanlıqların sayı nəzərə alınmışdır. Bu isə o deməkdir ki, iddiaçı müəssisə tərəfindən həmin avadanlıqlar eyni anda gündə 8 saat, həftədə 5 gün, ildə 255 gün istifadə edilmişdir. La kin avadanlıqların eyni anda gündə 8 saat, həftədə 5 gün, ildə 255 gün istifadə edilməsi ilə bağlı ekspertin mövqeyi aydın olmamış, bu qənaətə necə gəlindiyi əsaslandırılmamışdır. Həmçinin, mütəxəssis rəyində 20% istehlak olunan elektrik enerjisinin itkisi, 40% mişar daşının itkisi nəzərə alınsa da, bu rəqəmlərin nəyə əsasən müəyyən edildiyi qeyd edilməmişdir ki, bu da itkinin nəzərə alınandan daha çox olmasını istisna etmir.
39. Cavabdehin hesabladığı əlavə vergilər mütəxəssis rəyinə (dövriyyənin müəyyən edilməsi ilə bağlı) istinad edilməklə hesablandığından, mütəxəssis rəyinin mötəbərliliyi, başqa sözlə, iddiaçının dövriyyəsinin mütəxəssis rəyində göstərilən məbləğdə olması sübuta yetirilmədiyindən, mədən vergisi və sadələşdirilmiş verginin hesablanma zamanı cavabdehin gəldiyi nəticə əsa slı olmamışdır.
40. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən sübutlar tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.
41. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
42. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-35/2021 saylı, 2 iyul 2021-ci tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.