Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1903/2024 07.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iş illərinin sosial sığorta stajına daxil edilməsi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; şikayət üzrə kassasiyanın mümkün sayılmaması). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üz rə Mərkəzi Filialına qarşı “iş illərinin sosial sığorta stajına daxil edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2024-cü il tarixli 2-1(104)-264/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1979-cu il tarixdən xx.xx.1995ci il tarixədək Kəlbəcər rayon Tədarük kontorunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1958-ci ildə Kəlbəcər rayonunda doğulmuş, 1975-ci ildə orta məktəbi bitirdikdən sonra 03 iyul 1975-ci ildə Kəlbəcər rayon Tədarük kontoruna mühasib köməkçisi işinə qəbul olunmuş, 03 dekabr 1975-ci ildən 15 may 1977-ci il tarixədək həmin vəzifədə işləmiş, 1977-ci ildə həqiqi hərbi xidmətə getmiş və 1979-cu ildə həqiqi hərbi xidmətdən tərxis olunandan sonra 10 noyabr 1979-cu il tarixdə yenidən Kəlbəcər rayon Tədarük kontoruna mühasib köməkçisi işinə qəbul olunmuş və 25 may 1995-ci il tarixədək həmin vəzifədə işləmişdir. 1993-cü ildə Kəlbəcər rayonunun ərazisi işğal olunan vaxt ona məxsus əmək kitabçası orada qalmış, köçkün düşdükdən sonra Kəlbəcər rayon Tədarük kontoru tərəfindən yenidən əmək kitabçası tərtib edilmişdir. Hazırda onun 65 yaşı tamam olub, pensiyaya çıxmışdır, lakin onun 03 dekabr 1975-ci ildən 15 m ay 1977-ci il tarixədək və 10 noyabr 1979-cu il tarixdən 25 may 1995-ci ilədək olan əmək fəaliyyəti nəzərə alınmayaraq sığorta stajına daxil edilməmişdir.
3. İşin birinci instansiya məhkəməsi tərəfindən araşdırılması zamanı iddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Kəlbəcər rayon Tədarük kontoru 1993cü ildə Göygöl rayonuna köçürülmüş, 1993-cü ildən sonra, yəni 1993-1995-ci illərdə işçilərə əmək haqqı verilməmiş, eyni zamanda müəssisənin arxiv sənədləri arxivə təhvil verilməmişdir.
4. Cavabdeh inzibati orqan iddiaçının müraciətindən imtinasını və etirazını onunla əsaslandırmışdır ki, Kəlbəcər rayon Tədarük kontorunun xx.xx.1979-cu il tarixdən xx.xx.1995-ci il tarixədək olan arxiv sənədləri işğal zonasında qaldığı üçün iddiaçının həmin dövrlərdə əməkhaqqı alıb-almadığını müəyyən etmək mümkün olmamışdır. Bu səbəblə sözügedən dövrlərin iddiaçının sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır.
5. Gəncə İnzibati Məhkəməsinin (hakim: F.C.Hüseynov) 07 dekabr 2023-cü il tarixli, 2-1(114)-4202/2023 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçının xx.xx.1979-cu il tarixdən aprel 1993-cü il tarixədək Kəlbəcər rayon Tədarük kontorunda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.
6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın, ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Z.Mamedov /sədrlik edən və məruzəçi/, A.V.Bayram ov və A.V.İsgəndərova) 22 fevral 2024-cü il tarixli, 2-1(104)-264/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
8. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
9. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqeyə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
10. Məhkəmə kollegiyası xatırla dır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təc rübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
11. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab ed ir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
12. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, X4 Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2023-cü il tarixli, 2-1(102)-195/2023 nömrəli, X1 Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2 023-cü il tarixli, 2-1(102)-652/2023 nömrəli, X3 Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.2023-cü il tarixli, 2-1(102)-468/2023 nömrəli, X5 Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı xx.xx.2023-cü il tarixli, 2-1(102)-307/2023 nömrəli, X2 Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə qarşı xx.xx.2023-cü il tarixli, 2-1(102)-1115/2023 nömrəli qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək olan iş stajı bir qayda olaraq əmək kitabçası ilə təsdiq olunur, bir şərtlə ki, əmək kitabçasındakı qeydlərin mötəbərliyinə əsaslı şübhələr olmasın. İddiaçının cavabdeh tərəfindən mübahisələndirilən 1979-1993-cü illər üzrə iş stajı onun əmək kitabçası ilə təsdiq olunur və aşağı instansiya məhkəmələrində icraat zamanı əmək kitabçasındakı qeydlərin mötəbərliyini şübhə altına alan hallar müəyyən edilməmişdir. Odur ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir. Əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından, bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.
13. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur.
14. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.
15. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin təkrar edilən dəlilərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddiaya qarşı etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
16. Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində t əsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
17. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2024-cü il tarixli, 2-1(104)-264/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın və kassasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.