Məhkəmə qərarları › İş №2-1(102)-1904/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1904/2020

21.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1904/2020 21.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Hacar qızının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: bağ sahəsinə dair plan-ölçü və çıxarışın verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xi dmətinin 1 saylı Bakı Ərazi İdarəsinin vəkili Vəkil iştirakı ilə İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı “plan-ölçü və çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-708/2020 saylı, x xxxx 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhər X2 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 16/290 saylı qərarı ilə Azərbaycan Politexnik İnstitutunun 262 üzvünə torpaq sahəsinin ayrılması qərara alınmış və Komitə tərəfindən ayrıc aktı tərtib olunmuşdur. Eyni zamanda İnstitutun üzvlərinə ayrılmış torpaq sahəsinin cizgisi tərtib və təsdiq edilmişdir.

2. Azərbaycan Texniki Universiteti tərəfindən “Arzu” X3 təsis olunmuş, Birliyin bağbanlarının xx.xx.1995-ci il tarixli 8 saylı ümumi iclasının protokolu ilə Birliyin Şıxlar kəndi yaxınlığındakı Bakı-Salyan şossesinin 61-ci kilometrliyində yerləşən ərazisində sahəsi 1200 kv.m olan 226 saylı bağ sahəsi iddiaçıya ayrılmışdır. Həmin protokola görə iddiaçı “Arzu” bağçılıq-yoldaşlıq birliyinə üzv qəbul olunmuş və ona 226 №-li “Bağçının üzvlük kitabçası” verilmişdir. Azərbaycan Texniki Universiteti və “Arzu” X3 tərəfindən tərtib və təsdiq edilmiş sahənin planından sahəsi 1200 kv.m olan 226 saylı bağ sahəsinin iddiaçıya məxsus olması barədə qeydlər aparılmışdır.

3. İddiaçı cavabdehə müraciət edərək sözügedən sahəyə bölgü-sxeminin tərtib edilməsini xahiş etmiş, cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli məktubla imtina edilmiş və imtinaya səbəb kimi, torpaq sahəsinin 450 kv.m-nin “Arzu” bağçılıq yoldaşlığının ayrıc aktından kənarda yerləşdiyindən bölgü sxemi tərtib etmək mümkün olmadığı qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Qaradağ rayonu, Şıxlar qəsəbəsi ərazisində yerləşən sahəsi 1200 kv.m olan 226 saylı bağ sahəsinin onun adına sxematik xəritəyə yerləşdiyi yer üzrə uyğunlaşdırılmaqla plan və ölçünün, eləcə də həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyy ata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ayrılan vaxtdan etibarən qeyd olunan bağ sahəsi fasiləsiz olaraq iddiaçının sahibliyində olmuş və hazırkı dövrə qədər də onun sahibliyindədir. O, bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, lakin, cavabdeh onun xahişini yerinə yetirməkdən imtina etmişdir. Cavabdeh öz imtinasını onunla əsaslandırmışdır ki, bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Cavabdehin imtinası qanunsuzdur. 6. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X6, 2-1(81)-4772/2018 saylı iş) x xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək Bakı şəhəri Qaradağ rayonu, Şıxlar qəsəbəsi ərazisində yerləşən sahəsi 1200 kv.m olan 226 saylı bağ sahəsinin iddiaçının adına sxematik xəritəyə yerləşdiyi yer üzrə uyğunlaşdırılmaqla plan və ölçünün, eləcə də həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mübahisəli torpaq sahəsi üzərində qanuni hüququ yarandığından iddia təmin edilməlidir.

8. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X4 -məruzəçi, X5 və X1, 2-1(103)-708/2020 saylı iş) x xxxx 2020-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin x xxxxxx 2019-cu il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

10. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, qanunda daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina üçün konkret əsaslar göstərilmişdir. Cavabdehin imtinası isə qeyd edilən hallardan heç birinə uyğun deyil. Həmçinin cavabdeh iddiaçının istifadəsində olan torpaq sahəsinin 450 kv.m “Arzu” bağçılıq yoldaşlığının ayrıc aktından kənarda yerləşdiyini bildirsə də, bununla bağlı müvafiq ölçmə işlərinin aparılması və iddiaçıya məxsus bağ sahəsinin sərhədlərinin müəyyən edilməsi cavabdehin vəzifələrinə aiddir.

11. Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin x xxxx 2020-ci il tarixli qə rarını x xxxx 2020-ci il tarixdə almış, xx xxxx 2020-ci il tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

12. İddiaçı tərəfindən müvafiq bağ sahəsinə dair reyestrdən çıxarış verilməsi ilə bağlı müraciət edilməmiş, hüquq müəyyənedici sənəd təqdim edilməmişdir. Beləliklə, iddiaçı qanunvericiliyin tələbinə zidd olaraq birbaşa məhkəməyə müraciət etmişdir.

13. İddiaçının bölgü-sxemin tərtib edilməsi ilə bağlı cavabdehə müraciəti ilə əlaqədar mütəxəssislər tərəfindən aparılmış yoxlama-ölçü işləri zamanı məlum olmuşdur ki, torpaq sahəsindən 450 kv.m “Arzu” bağçılıq yoldaşlığının ayrıc aktından kənarda yerləşir. Beləliklə, nə birinci instansiya məhkəməsi, nə də apelyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin dəlilləri nəzərə alınmamış, cavabdehin hər hansı qanunsuz hərəkət və ya hərəkətsizliyinin olması nə iddiaçı, nə də məhkəmə tərəfindən sübuta yetirilməmiş, ekspertiza keçirilməsi və üçüncü şəxslərin cəlb edilməsi barədə cavabdehin vəsatətləri təmin edilməmiş, qanunvericiliyin tətbiqində səhvə yol verilmişdir.

14. Şikayətin maddi hüquqi əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8, 12.1, Torpaq Məcəlləsinin 55, 68, 111.1-ci maddələrinə istinad edilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kasasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında ş ikayətin dəlillərini müdafiə edərək təmin olunmasını xahiş etdi.

17. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqası na keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-)... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; (-)... Maddə 10.2. Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 19. “Torpaq islahatı haqqında” Qanun: Maddə

9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə

10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəy ə və ya icarəyə götürdükləri ölçüdə verilir.

20. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”: 3.0.23 və 3.0.29-cu bəndlər. Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğu nsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələridir.

21. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə q ərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərar ı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

22. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

23. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya inst ansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçı bağ torpaq sahəsinə dair reyestrdən çıxarış alınması üçün onlara müraciət etməmiş, bağ sahəsinə dair bölgüsxeminin tərtib edilməsi ilə bağlı yoxlama-ölçü işləri zamanı məlum olmuşdur ki, iddiaçının istifadəsində olan torpaq sahəsinin 450 kv.m hissəsi “Arzu” bağçılıq yoldaşlığının ayrıc aktından kənarda yerləşir.

26. Kasasiya şikayətinin dəlilinə münasibətd ə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

27. Qeyd olunmalıdır ki, cavabdeh bu dəlilləri apelyasiya şikayətində də yazmış və apelyasiya məhkəməsi şikayətin dəlillərinə münasibət bildirmişdir.

28. İddia ərizəsindən və işin faktiki hallarından iddiaçının iradə ifadəsinin Bakı şəhəri Qaradağ rayonu, Şıxlar qəsəbəsi ərazisində yerləşən sahəsi 1200 kv.m olan 226 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi olmuşdur. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2018-ci il tarixli imtina məktubunda iddiaçının istifadəsində olan torpaq sahəsinin 450 kv.m “Arzu” bağçılıq yoldaşlığının ayrıc aktından kənarda yerləşdiyindən bölgü sxeminin tərtib edilməsinin mümkün olmadığı göstərilmişdi r.

29. İddiaçı hazırkı iddiasında da bağ torpaq sahəsi ilə bağlı plan və ölçünün verilməsini, eləcə də hüquqlarının qeydə alınmasını xahiş etmişdir.

30. Cavabdeh iddia olunan torpaq sahəsinin 450 kv.m hissəsinin ayrıc aktından kənarda yerləşdiyini bildirmiş, lakin etirazının əsası olaraq hər hansı sübuta, plan-sxemə, torpaq sahəsinin dövlət, bələdiyyə, hüquqi və ya fiziki şəxsə məxsus olmasına istinad etməmişdir.

31. İşdə olan sənədlərlə müəyyən edilmişdir ki, Bakı şəhər X2 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 16/290 saylı qərarı ilə yoldaşlıq təsərrüfatının yaradılması üçün Azərbaycan Politexnik İnstitutunun 262 nəfər üzvünə Qaradağ rayonu Şıxlar qəsəbəsində torpaq sahəsi ayrılmış və komitə tərəfindən 87/311A №-li ayrıc aktı tərtib olunmuş, İnstitutun üzvlərinə ayrılmış torpaq s ahəsinin cizgisi tərtib və təsdiq edilmiş, bununla bağlı “Arzu” bağçılıq-yoldaşlıq birliyinin bağbanlarının ümumi iclasının xx.xx.1995-ci il tarixli 08 saylı protokoluna əsasən “Arzu” bağçılıq birliyinin Qaradağ rayonu, Bakı-Salyan şosesinin 61-ci kilometrliyində Şıxlar kəndi yaxınlığındakı ərazisində yerləşən sahəsi 1200 kv.m olan 226 saylı bağ sahəsi iddiaçıya verilmişdir.

32. Qanunvericiliyə görə bağçılıq-yoldaşlıq təsərrüfatının iddiaçıya verdiyi üzvlük kitabçası və üzvlərin iclasının protokolundan çıxarış bağ sahəsinə hüququn qeydə alınması üçün əsasdır.

33. Odur ki, apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

34. Kasasiya şikayəti təmin olunmadan, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kasasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-708/2020 saylı, x xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar