Məhkəmə qərarları › İş №2-1(102)-1904/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1904/2021

16.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1904/2021 16.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə hüququn dövlət reyestrində qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: Quba Bələdiyyəsi, Əmlak Məsələləri Dövlət Xidməti) “dövlət reyestrində qeydiyyata alınma və dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 6 iyul tarixli, 2-1(105)-228/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona JN-5156A KOD 30301004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir.

2. Cavabdeh 2020-ci il 29 yanvar tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, JN-5156A KOD 30301004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə 5 saylı Xaçmaz Ərazi İdarəsinin elek tron baza məlumatlarında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında öz əksini tapmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2020-ci il 31 yanvar tarixdə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası DTXK-nın Quba rayon şöbəsi tərəfindən JN 5156A kod 30301004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən Quba şəhərində yerləşən 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının vahid daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata alınmasını və iddiaçının adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, torpağın mülkiyyətə verilməsinə dair JN-5156A kod 30301004 saylı şəhadətnaməyə əsasən iddiaçının mülkiyyətində Quba şəhəri ərazisində 0.10 ha həyətyanı torpaq sahəsi vardır. İddiaçı cavabdehə müraciət edərək həmin torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh iddiaçıya bildirilmişdir ki, onun mülkiyyətini təsdiq edən şəhadətnamə baza sənədlərində qeydə alınmamış, ona görə də çıxarışın verilməsindən imtina edilmişdir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi JN 5156A kod 30301004 saylı şəhadətnaməyə əsasən, iddiaçının mülkiyyətində 0.10 ha torpaq sahəsi vardır, həmin şəhadətnamədə mülkiyyətinə verilmiş 0.10 ha torpağın sxemi belə qeyd edilmiş və həmin şəhadətnamədə DTXK-nın Q uba şöbəsinin müdiri A.Xudaverdiyevin və Dövlət Yerquruluşu Layihə İnstitutun direktoru F.Cəfərovun imzaları və möhürləri ilə təsdiq edilmişdir. Həmin sənədin cavabdehin bazasında öz əksini tapmaması və DTXK-nın Quba şöbəsi tərəfindən təhvil verilməməsi, arxivdə olan dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmaması iddiaçının təqsiri üzündən baş verməmiş və bu hal iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması üçün əsas ola bilməz. Cavabdehin etirazları:

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddia ərizəsində göstərilən daşınmaz əmlak cavabdehin elektron baza kadastr xəritə materiallarında və arxiv məlumatlarında aşkar edilmədiyindən sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması daşınmaz əmlakı n dövlət reyestrində mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İddiaçı tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi keçirilməmiş və ərizəsinə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. Mübahisələndirilən JN-5156A KOD 30301004 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında qeydiyyatdan keçməmiş, məlumat bazasında öz əksini tapmamışdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Sumqayıt İnzibati Məhkəməsinin 2020-ci il 13 oktyabr tarixli, 2-1(118)-664/2020 nömrəli qərardadı ilə Quba Bələdiyyəsi və Əmlak Məsələləri Dövlət Xidməti inzibati icraata üçüncü şəxs qismində cəlb edilmişlər.

7. Sumqayıt İnzibati Məhkəməsinin 2020-ci il 17 noyabr tarixli, 2-1(118)-664/2020 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Quba rayon Aqrar İslahat Komissiyasının 2000-ci il 5 may tarixli, 5 saylı Qərarı arxivdə aşkar olunmamışdır. Eyni zamanda, Quba rayon Aqrar İslahat Komissiyasının qərarı ilə iddiaçının və ailə üzvlərinin qanuni istifadəsində olan digər torpaq sahəsinin mülkiyyətə verilməsinə aid sənədlər məhkəməyə təqdim edilmişdir. Görün düyü kimi, iddiaçının qanuni istifadəsində olan və aqrar islahat zamanı mülkiyyətinə verilən digər torpaq sahəsinə aid sənədlər mövcud olsa da, hazırda mübahisə predmeti olan torpaq sahəsinə aid ilkin sənədlərin olması və dövlət reyestrində torpaq sahəsi ilə bağlı məlumatların olması müəyyən edilməmişdir. Daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olub-olmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi üçün lazım olan tələblərdən biridə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğun olmasıdır. Lakin iddiaçının təqdim etdiyi sənədlər dövlət reyestrində saxlanılan məlumata uyğun deyil.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 6 iyul tarixli, 2-1(105)-228/2021 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2020-ci il 17 noyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçı həmin qərardan kassasiya şikayəti və şikayət əlavə verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİ RAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, X3 rayon filialının 2021-ci il 29 mart tarixli, 13 saylı məktubuna əsasən, Quba rayon Aqrar-İslahat Komissiyasının 2000-ci il tarixli, 05 saylı iclası 2000-ci il 25 may tarixdə olmuşdur. Şəhadətnamədə isə iclasın tarixi 2000-ci il 05 may göstərilmişdir. Şəhadətnamədə iclasın tarixinin 25 may əvəzinə 05 may göstərilməsi texniki səhvdir. Belə ki, keçirilmiş iclasın sıra nömrəsi 05 olmuş, may ayının sıra nömrəsi 05-dir, iclas faktiki olaraq 25 may tarixdə keçirilmişdir. Beləliklə, şəhadətnamənin vaxtı həmin vaxt işləmiş texniki işçi rəqəmlərin hamısında 5 rəqəmini n olmasından, həmçinin, may ayının sıra nömrəsinin 05 olmasından səhv etmiş və texniki səhv buraxaraq şəhadətnamədə iclasın tarixini 25 may əvəzinə 05 may göstərmişdir.

14. Quba rayon Aqrar-İslahat Komissiyasının 2000-ci il üçün iclas protokollarına vətəndaşların adlı siyahılarının əlavə olunmamasına, bu artıq bir vətəndaş kimi iddiaçının təqsiri olmamış və bu halın iddiaçının iddiasının rədd olunması üçün əsas kimi götürülməsi absurddur. Ümumiyyətlə, dövlət reyestrində qeydiyyat hüququnun yaranması kimi yox, bundan əvvəlki yaranmış hüququn sadəcə otaraq reyestrdə formal qeydə alınması kimi qiymətləndirilməlidir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 2004-ci il 29 iyun tarixli, 713-İİQ saylı Qanununun 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınma z əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. İşə baxan məhkəmə instansiyaları isə Qanunun yuxarıda göstərilən müddəasını düzgün tətbiq edə bilməmiş və iddiaçının mülkiyyət və vətəndaş hüquqlarını pozan qərarlar qəbul etmişlər. b. məhkəmə icraatı iştirakçılarının izahatları

15. İddiaçının nümayəndəsi məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından, çıxışlarda iştirak etmədi.

16. Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbə rdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;...

18. İPM: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. K assasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb e dilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

22. İddiaçının əsaslandığı JN 5156A kod 30301004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə qeyd olunmuşdur ki, Quba rayon Aqrar İslahat Komissiyasının 2000-ci il 05 may tarixli, 05 saylı qərarı ilə İddiaçı fərdi yaşayış evi tikintisi üçün 0,10 ha torpaq sahəsi verilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı verilmiş sorğulara cavab olaraq X3 filialının məktublarında göstərilmişdir ki, Quba rayon Aqrar İslahat Komissiyasının 2000-ci il tarixli, 05 saylı iclası 2000-ci il 25 may tarixdə olmuş, Quba rayon Aqrar İslahat Komissiyasının 2000-ci il üçün iclas protokollarının qərarları ilə torpaq sahəsi alacaq vətəndaşların adlı siyahısı filiala təhvil verilməmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Quba rayon Aqrar İslahat Komissiyasının qərarı ilə iddiaçıya və ailə üzvlərinin qanuni istifadəsində olan digər torpaq sahəsinin mülkiyyətə verilməsinə aid sənədlər məhkəmə yə təqdim edilsə də, iddia olunan torpaq sahəsinə aid ilkin sənədlərin və dövlət reyestrində torpaq sahəsi ilə bağlı məlumatların olması müəyyən edilmir.

25. Cavabdeh də imtinanın əsası kimi qeyd etmişdir ki, JN-5156A KOD 30301004 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında qeydiyyatdan keçməmiş, məlumat bazasında öz əksini tapmamışdır.

26. Beləliklə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsinin tələbi ödənilmədiyindən cavabdehin üzərinə hazırkı məzmunda öhdəlik qoyula bilməz.

27. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

28. Yuxarıda göst ərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 6 iyul tarixli, 2-1(105)-228/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar