Məhkəmə qərarları › İş №2-1(102)-1904/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1904/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1904/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşına çatmış kişiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; 25 il ümumi iş stajı yoxdur) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1960) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşı tamam olduğu xx.xx.2017- ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1803/2023 nömrəli, 20 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1960-cı ildə doğulmuş, xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək texniki peşə məktəbində təhsil almış, xx.xx.1978-ci il tarixdən xx.xx.1980-cı il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1981-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Bakı Yerli Sənaye Texnoloji Texnikumunda təhsil almış, eyni zamanda xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Azərbaycan STN-nin 8 nömrəli Trestinin 8 saylı İTAİ-də 3-cü dərəcə li fəhlə, xx.xx.1981-ci il tarixdən xx.xx.1995-ci il tarixədək həmin idarədə elektrik qaynaqçısı, xx.xx.1995-ci il tarixdən xx.xx.1997-ci il tarixədək “Bakısənayemülkitikinti” Birliyinin Tikinti Materiallarının Təchizatı və İstehsalı idarəsinin metal emalı sexində elektrik qaynaqçısı, xx.xx.1997-ci il tarixdən xx.xx.2002-ci il tarixədək İnşaat firmasının metal emalı sexində elektrik qaynaqçısı işləmişdir. xx.xx.2007-ci il tarixdən hazırkı vaxtadək əmək fəaliyyətini davam etdirir.

2. İddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli məktubla bildirmişdir ki, əmək kitabçasında xx.xx.1981-ci il tarixdən xx.xx.1997-ci il tarixədək dövr ərzində işlədiyinə dair aparılmış qeydlər arxiv arayışları əsasın da təsdiq olunaraq müvafiq sənədlər təqdim olunacağı təqdirdə pensiya təyin edilməsi məsələsinə baxılacaqdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1975-ci ildən hal-hazıradək əmək fəaliyyəti ilə məşğuldur. Belə ki, onun çalışdığı iş yerləri və həmin iş yerlərində çalışma müddətləri əmək kitabçasında qeyd edilmişdir. xx.xx.2006-cı il tarixədək əmək şəraiti ağır və zərərli olan işlərdəki iş stajı 25 il 03 ay 27 gün, bu günədək əmək şəraiti ağır və zərərli olan işlərdəki iş stajı isə 33 il 09 ay 8 gün təşkil edir. İşlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri” barədə 12 saylı qərarın 21.4-cü bəndində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarına əsasən güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin siyahısında göstərilmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər istehsalatın, vəzifələrin, peşələrin və gös təricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilən 2 nömrəli siyahı üzrə kişilər 57 yaşa və ən az 25 il iş stajı olduqda bu müddətin ən azı 12 il 6 ayını həmin işlərdə çalışarlarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. xx.xx.2022-ci il tarixdə pensiya təyin edilməsi üçün cavabdehə müraciət etsə də, ona pensiya təyin edilməsindən imtina edilmişdir. Belə ki, onun əmək kitabçasında xx.xx.1981- xx.xx.1977-ci il tarixlərin arasındakı dövr ərzində işlədiyinə dair aparılmış qeydlər arxiv arayışları əsasında təsdiq olunaraq təqdim edilməsi tələb edilmişdir. Halbuki, əmək kitabçasının əsli təqdim edilmişdir ki, əmək kitabçası ən mötəbər sübutdur. Cavabdehin imtinası əsassız və qanunvericiliyin t ələblərinə ziddir.

5. Cavabdeh iddia tələbinə yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, xx.xx.2020-ci il tarixə münasibətdə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40600 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 26281,24 manat təşkil edir. Əlavə olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2701/2023 nömrəli, 16 yanvar 2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmuş və iddiaçıya xx.xx.2017-ci tarixdən hesablanan pensiyanın ümumi məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi qərara alı nmışdır.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı xx.xx.1960-ci il təvəllüdlüdür, xx.xx.2006-cı il tarixə qədər həqiqi hərbi xidməti, ali təhsili və əmək kitabçasındakı qeydlər nəzərə alınmaqla ümumi əmək stajı ən azı 25 ildir. Həmçinin əmək şəraiti zərərli və ağır olan işlərdə stajına münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçının işlədiyi Bakısənayetikinti Materiallarının İstehsalı və Təchizatı İdarəsinin və Azərsənayetikintinin nəzdində 8 və 7 saylı İstehsalat Texnoloji komplektləşdirmə idarəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialına təhvil verilməməsi iddiaçının üzərinə hər hansı məsuliyyət qoya və onun vəziyyətinin ağırlaşmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. İddiaçının əmək kitabçasında həmin müəssislərdə (ümumi peşələr) üzrə işlədiyinə dair qeydlər var və həmin müəssisələrin vaxtilə mövcud olmuş olması cavabdeh tərəfindən mübahisələndirilmir. İddiaçının əmək kitabçasına əsasən xx.xx.1981ci ildən xx.xx.2002-ci ilədək elektrik qaynaqçısı vəzifəsində işləmişdir. Həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının XXXİİİ. Ümumi peşələr bəndində 23200000—19905 şifri (kodu) üzrə yarımavtomat maşınlarda məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları peşəsinə və ya 23200000—19906 şifri (kodu) üzrə əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifəsinə uyğun olub-olmamasına əlavə qiymət vermək zərurətinin olmadığı qənaətindədir. Belə ki, hər iki peşə əmək şəraiti zərərli və ağır olan işlər hesab edilir.

8. Cavabdeh apellyasiy a şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2023-cü il tarixli 2-1(103)-1803/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli 2-1(112)-2701/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən çox ümumi iş stajının, o cümlədən 12 il 06 aydan çox güzəştli iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır.

11. Cavabdeh kassasiya şikayəti verərək q ərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, əvvəla “Əmək pensiyaları haqqında” Qanunun istinad olunan 9.1-ci maddəsi xx.xx.2017-ci il tarixədək qüvvədə olmuşdur ki, iddiaçının 57 yaşı xx.xx.2017-ci il tarixdə tamamlanmışdır.

13. Bundan başqa iddiaçının ümumi iş stajı 25 ildən, güzəştli iş stajı 12 il 6 aydan azdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2017-ci il tarixdə qüvvədə olmuş redaksiyada): Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeralt ı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəs ində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 16. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür). Maddə

13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;....

17. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasit əsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtı nda verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsaslıdır və təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

21. İddiaçı “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsini rəhbər tutmaqla ona 57 yaşı tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş edir. Belə olan halda, iddiaçının 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajı “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək tamamlanmış olmalıdır.

22. İddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək texniki peşə təhsili, xx.xx.1978-ci il tarixdən 20.10 1978-ci il tarixədək AR Yollar Nazirliyinin 8 №-li trestində elektrik qaynaqçısı kimi əmək fəaliyyəti, xx.xx.1978-ci il tarixdən xx.xx.1980cı il tarixədək hərbi xidməti, xx.xx.1981-ci il tarixdən xx.xx.2002-ci il tarixədək ümumi iş stajı cəmi 24 il 4 ay 5 gün təşkil edir.

23. Beləliklə, “elektrik qaynaqçısı” peşəsi üzrə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçünü tələb olunan 12 il 6 ay staja malik olsa da, iddiaçının xx.xx.1977ci il tarixdən xx.xx.2002-ci il tarixədək iş stajı hətta fasiləsiz olaraq hesablandıqda belə, 25 il ümumi iş stajı tamamlanmadığından ona 57 yaşı tamam olduğu xx.xx.2017ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilməz.

24. Beləliklə, cavabdehin kassasiya əsaslı olduğundan təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1803/2023 nömrəli, 20 aprel 2023-cü il tarixli qərarı ləğv edilməli, iddia tələbi əsassız olduğundan rədd edilməlidir.

25. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2023-cü il tarixli, 2- 1(103)-1803/2023 saylı qərarı ləğv edilir. İddia rədd edilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar