Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1904/2024 05.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: hüquqi şəxsin vergi uçot sistemində olan məlumat bazasının ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı “vergi uçot bazasında “X1 Company” MMC-yə (hüquqi varis İddiaçı MMC) “yoxlama aktı ilə hesablanmış məbləğlərin silinərək məhkəmə qərarında göstərilən 83094,74 manatın hüquqi varis İddiaçı MMC-nin şəxsi hesab vərəqəsində qeyd edilərək müvafiq əvəzləşmənin aparılması, İddiaçı MMC-yə qoşularaq ləğv edilmiş “X1 Company” MMC-nin vergi uçot sistemində məlumat bazasının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 yanvar 2024-cü il tarixli, 21(104)-129/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeyd iyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********335600 nömrəli çıxarışdan görünür ki, İddiaçı MMC Azərbaycan Respublikasının Vergilər Nazirliyində xx.xx.2017-ci il tarixdə VÖEN **********1 nömrəsi ilə dövlət qeydiyyatına alınmış “X1 Company” MMC-nin ona qoşulmasi nəticəsində yenidən təşkil edilmişdir və onun hüquqi varisidir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh vergi orqanının hərəkətsizliklərinin qeyri-qanuni hesab edilməsi, vergi uçot bazasında “X1 Company” MMC-yə (hüquqi varis İddiaçı MMC) yoxlama aktı ilə hesablanmış məbləğlərin silinərək məhkəmə qərarında göstərilən 83094,74 manatın hüquqi varis İddiaçı MMC-nin şəxsi hesab vərəqəsində qeyd edilərək müvafiq əvəzləşmənin aparılması, İddiaçı MMC-yə qoşularaq ləğv edilmiş “X1 Company” MMC-nin vergi uçot sistemində məlumat bazasının ləğv edilməsi və 14 saylı Ərazi Vergilər İdarəsinin 16 noyabr 2020-ci il tarixli, **********202500 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin Qeydiyyat İmtahan İdarəsinə ünvanladığı nəqliyyat vasitələrinin qeydiyyatdan çıxarılmamasına dair cavabdeh tərəfindən göndərilən məktubun etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X1 Company” MMC İddiaçı MMC-yə qoşularaq ləğv edilmişdir və İddiaçı MMC onun hüquqi varisidir. Cavabdeh vergi orqanı tərəfindən 22 dekabr 2020-ci il tarixli, **********142866 nömrəli “Vergi ödəyicisinin vergi qanu nvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarla “X1 Company” MMC-yə 1716168,93 manat ƏDV, 242222,91 manat mənfəət vergisi, 9,57 manat əmlak vergisi və 218,68 manat vergilərin artıq hesablanması üzrə ümumilikdə 1958182,73 manat vergi məbləği hesablanmışdır. Qəbul edilmiş qərara əsasən “X1 Company” MMC-nin əmlakı, o cümlədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin Qeydiyyat İmtahan İdarəsində qeydiyyatdan keçmiş nəqliyyat vasitələri müəyyən edilərək siyahıya alınmış və vergi qərarının icra edilməsi üçün əvvəlcə Şəmkir rayon İcra şöbəsinə, daha sonra isə oradan Sabunçu rayon İcra şöbəsinə yönləndirilmişdir. Vergi orqanının qeyd olunan qərarının ləğv edilməsi üçün iddiaçı tərəfindən iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edilm iş, məhkəmənin 28 aprel 2022-ci il tarixli 2-1(114)-24/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş,14 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********142866 nömrəli qərarı qismən, mənfəət vergisinə münasibətdə 61690,38 manat əsas borc, 30845,19 manat maliyyə sanksiyası, eyni zamanda əlavə dəyər vergisinə münasibətdə 1633083.76 manat əsas, 816541,88 manat maliyyə sanksiyası hissəsində qismən ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 sentyabr 2022-ci il tarixli, 2-1(104)-305/2022 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iddiaçı tərəfindən verilmiş apelly asiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qərarı iddia tələbinin təmin edilmədiyi hissədə qismən, yəni 180532,53 manat mənfəət vergisinin və buna görə hesablanmış 90266,26 manat maliyyə sanksiyasının ləğvinə dair tələbin təmin edilmədiyi hissədə ləğv edilmiş, həmin hissədə yeni qərar çıxarılaraq iddia tələbi təmin edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 22 dekabr 2020-ci il tarixli, **********142866 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qismən, 180532,53 manat mənfəət vergisinin və buna görə hesablanmış 90266,26 manat maliyyə sanksiyasının hesablanması hissəsində ləğv edilmiş və birinci instan siya məhkəməsinin qərarı digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Qərardan verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 02 may 2023-cü il tarixli, 2-1(102)-564/2023 nömrəli qərarı ilə təmin edilməmiş, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Buna baxmayaraq, qəbul edilmiş məhkəmə qərarları cavabdeh vergi orqanı tərəfindən icra edilməmişdir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları icra edilərək, “X1 Company” MMC-yə artıq hesablanmış məbləğlər silinməli, məhkəmə qərarında göstərilən 83094,74 manat şəxsi hesab vərəqəsində qeyd edilməli, İddiaçı MMC-nin ƏDV üzrə dövlət büdcəsinə artıq ödənilmiş 24806,83 manat vəsait əvəzləşdirilməli, qalan məbləğ ƏDV subuçot hesabında olan vəsaitdən silinməli, “X 1 Company” MMC-nin vergi uçot sistemində məlumat bazası ləğv edilməli, həmçinin, mübahisələndirilən vergi qərarının icrası ilə bağlı Şəmkir rayon İcra şöbəsinə, Sabunçu rayon İcra şöbəsinə və Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin Qeydiyyat İmtahan İdarəsinə müvafiq məktublar göndərilərək icra hərəkətlərinin dayandırılması təmin edilməli idi.
4. Cavabdeh vergi orqanı iddiaya qarşı etirazını onunla əsaslandırmışdır ki, məhkəmə qərarlarının icrası ilə bağlı vergi orqanı tərəfindən xx.xx.2023-cü il tarixli, **********175483 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəliş edilməsi haqqında” qərar qəbul edilməklə, “X1 Company” MMC-nin şəxsi hesab vərəqəsində müvafiq düzəlişlər edilmişdir. “X1 Company” MMC-nin şəxsi hesab vərəqəsində olan məlumatların İddiaçı MMC-nin şəxsi hesab vərəqəsilə müvafiq əvəzləşmənin aparılması və “X1 Company” MMC-nin ləğv edilərək İddiaçı MMC-yə qoşulması “X1 Company” MMC Vergi Məcəlləsi ilə vergi öhdəliklərini tam yerinə yetirdikdə və səyyar vergi yoxlaması başa çatdıqdan sonra mümkün olacaqdır. “X1 Company” MMC-nin dövlət büdcəsinə 6755446,48 manat və müvafiq fonda 132463,52 manat borcu tam ödənildikdən sonra nəqliyyat vasitələrinin qeydiyyatdan çıxarılmamasına dair məktubunun geri götürülməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinin Qeydiyyat İmtahan İdarəsinə müraciət ediləcəkdir.
5. Gəncə İnzibati Məhkəməsinin (hakim: F.C.Hüseynov) 07 sentyabr 2023-cü il tarixli, 2-1(114)-3808/2023 nömrəli qərardadı ilə “nəqliyyat vasitələrinin qeydiyyatdan çıx arılmamasına dair cavabdeh tərəfindən göndərilən məktubun etibarsız hesab edilməsi” hissəsində iddia mümkün sayılmamışdır.
6. Gəncə İnzibati Məhkəməsinin (hakim: F.C.Hüseynov) 07 sentyabr 2023-cü il tarixli, 2-1(114)-3808/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, vergi uçot bazasında “X1 Company” MMC-yə (hüquqi varis İddiaçı MMC) yoxlama aktı ilə hesablanmış məbləğlərin silinərək məhkəmə qərarında göstərilən 83094,74 manatın hüquqi varis İddiaçı MMC-nin şəxsi hesab vərəqəsində qeyd edilərək müvafiq əvəzləşmənin aparılması və İddiaçı MMCyə qoşularaq ləğv edilmiş “X1 Company” MMC-nin vergi uçot sistemində məlumat bazasının ləğv edilməsi öhdəliyi cavabdeh vergi orqanına həvalə edilmişdir.
7. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, Gəncə Apellyasiya Məhkəmə sinin İnzibati Kollegiyasının 12 sentyabr 2022-ci il tarixli 21(104)-305/2022 saylı qərarından göründüyü kimi, “X1 Company” MMC-nin vergi borcu 83094,74 manat müəyyən edilmişdir. Qeyd olunan məbləğ “X1 Company” MMC-nin 20172020-ci illər üzrə müəyyən edilmiş borcudur. “X1 Company” MMC xx.xx.2020-ci il tarixdən İddiaçı MMC-yə qoşulduğundan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 55 və 56-cı maddələrinə əsasən “X1 Company” MMC-nin hüquq və vəzifələri İddiaçı MMC-yə keçmişdir. Belə olduğu təqdirdə, mövcud olmayan hüquqi şəxsin (“X1 Company” MMC) borcunun olması və aktiv bank hesablarının olması əsası ilə vergi uçot sistemində məlumat bazasında adının saxlanılması qanunauyğun hesab edilə bilməz.
8. Digər tərəfdən “X1 Company” MMC-nin vergi borcunun olması və aktiv bank hesablarının olması arqumentinin əsaslı sayıla bilməməsi üçün hüquqi əsaslardan biri də Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 03 may 2019-cu il tarixli **********006200 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması” Qaydalarının 4-cü bəndindən qaynaqlanır. Belə ki, əvvəla həmin Qaydalar yalnız fiziki şəxslərin vergi uçotu prosedurunu tənzimləyir, həmçinin qaydalarda yalnız Vergi Məcəlləsinin 33.4-cü maddəsində nəzərdə tutulan fiziki şəxslərin fəaliyyətinə xitam verildikdə (4.1.1-ci bənd)) vergi ödəyicisi borcunun və aktiv bank hesabının olub-olmaması araşdırılır. Digər hallarda həmin detalların araşdırılması göstərişi yoxdur.
9. Qərardan narazı qalan cavabdeh vergi orqanı apellyasiya şikayəti verərək qərarın ləğ v edilməsi, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.V.Bayramov /sədrlik edən və məruzəçi/, R.Z.Mamedov və A.V.İsgəndərova) 16 yanvar 2024-cü il tarixli, 2-1(104)-129/2024 nömrəli qərarı ilə cavabdeh vergi orqanının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh vergi orqanı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏR İ a) kassasiya şikayətinin dəlilləri:
13. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, hüquqi şəxsin yenidən təşkili zamanı qoşulan hüquqi şəxsin ləğvi onun vergi uçot sistemində məlumat bazasının ləğv edilməsinə gətirib çıxartmır və qanunvericilikdə belə tələb nəzərdə tutulmamışdır.
14. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 02 may 2023-cü il tarixli 2-1(102)-564/2023 nömrəli qərarı 18 avqust 2023cü il tarixdə 14 saylı Ərazi Vergilər İdarəsinə daxil olmuş və vergi orqanı tərəfindən icra edilmişdir. Belə ki, 14 saylı Ərazi Vergilər İdarəsinin 22 dekabr 2020-ci il tarixli **********142866 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar”ına düzəliş edilmiş və 18 avqust 2023-cü il tar ixli **********175483 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərara düzəlişin edilməsi haqqında Qərar”a əsasən “X1 Company” MMC-nin şəxsi hesab vərəqəsində müvafiq düzəlişlər edilmişdir. “X1 Company” MMC-nin şəxsi hesab vərəqəsində olan məlumatların İddiaçı MMC-nin şəxsi hesab vərəqəsi ilə müvafiq əvəzləşmənin aparılması və “X1 Company” MMC-nin ləğv edilərək İddiaçı MMC-yə qoşulması “X1 Company” MMC Vergi Məcəlləsi ilə vergi öhdəliklərini tam yerinə yetirdikdə və səyyar vergi yoxlaması yekunlaşdıqdan sonra başa çatmalıdır. “X1 Company" MMC-də xx.xx.2016-cı il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsəd i ilə xx.xx.2023-cü il tarixli qərar əsasında növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə qəbul edilmiş prosessual qərar (AVİS qeydiyyatı: xx.xx.2023-cü il tarixli **********626700 nömrəli) ilə bağlı olmuşdur. Həmçinin, Hüquq baş idarəsindən daxil olmuş xidməti məktubda “X1 Company” MMC-nin ləğv edildiyi bildirilsə də, faktiki olaraq həmin müəssisənin ləğv prosesi başa çatdırılmamış və vergi ödəyicisi kimi qeydiyyatı ləğv olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmənin hüquqi mövqeyi və gəldiyi qənaət işin faktiki hallarına uyğun olmadığı üçün nəticə qanuni və əsaslı hesab edilə bilməz. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
15. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
55. Hüquqi şəxsin yenidən təşkili 55.1. Hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər.... 55.4. Qoşulma şəklində yenidən təşkil halı istisna olmaqla, hüquqi şəxs yeni yaranan hüquqi şəxslərin dövlət qeydiyyatına alındığı andan yenidən təşkil edilmiş sayılır. 55.5. Hüquqi şəxs başqa hüquqi şəxsin ona qoşulması şəklində yenidən təşkil edilərkən qoşulan hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqınd a qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan birinci hüquqi şəxs yenidən təşkil edilmiş sayılır.... Maddə
56. Hüquqi şəxslər yenidən təşkil edilərkən hüquq varisliyi... 56.2. Hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir.
17. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə
34. Uçota alınma, yenidən uçota alınma və uçotdan çıxarılma qaydaları... 34.3. Vergi ödəyicisinin olduğu yer və ya yaşadığı yer dəyişdikdə, vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən 40 gün müddətində ərizə verməlidir. Vergi ödəyicisinin vergi uçotunda olduğu vergi orqanına olduğu yer və ya yaşadığı yer dəyişdiyi barədə ərizə ilə müraciət etdiyi gündən sonra 15 gün müddətində həmin vergi orqanı ve rgi ödəyicisinin yenidən uçota alınmasını (yəni əvvəlki vergi orqanından uçotdan çıxarılması və yeni vergi orqanında uçota alınması) həyata keçirməlidir.... 34.4. Hüquqi şəxsin ləğvi və ya yenidən təşkil edilməsi, hüquqi şəxs tərəfindən öz filialının və ya nümayəndəliyinin ləğv edilməsi, nümayəndəlik vasitəsi ilə fəaliyyətinin ləğvi, fərdi sahibkarın fəaliyyətinin ləğvi hallarında uçotdan çıxarılma, bu Məcəllənin 34.3-cü maddəsində göstərilən müddətlər nəzərə alınmaqla vergi ödəyicisinin müraciətinə əsasən həyata keçirilir.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyə rək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutu lmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası m əhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normala rının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
23. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş və iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmış hallarından göründüyü kimi, cavabdeh vergi orqanı tərəfindən 22 dekabr 2020-ci il tarixli, **********142866 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə “X1 Company” MMC-yə 1716168,93 manat ƏDV, 242 222,91 manat mənfəət vergisi, 9,57 manat əmlak vergisi və 218,68 manat vergilərin artıq hesablanması üzrə ümumilikdə, 1958182,73 manat vergi borcu hesablanmışdır. Sözügedən qərar iddiaçı tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş və Gəncə İnzibati Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2-1(114)24/2022 nömr əli qərarı ilə iddia tələbi qismən təmin edilərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********142866 nömrəli qərarı qismən, mənfəət vergisinə münasibətdə 61690,38 manat əsas borc, 30845,19 manat maliyyə sanksiyası, eyni zamanda əlavə dəyər vergisinə münasibətdə 1633083,76 manat əsas, 816541,88 manat maliyyə sanksiyası hissəsində qismən ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qərardan tərəflər apellyasiya şikayətləri vermiş, Gəncə Apellyasiya Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2-1(104)-305/2022 nömrəli qərarı ilə cavabdeh vergi orqanı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinc i instansiya məhkəməsinin qərarı iddia tələbinin təmin edilmədiyi hissəsində qismən, yəni 180532,53 manat mənfəət vergisinin və buna görə hesablanmış 90266,26 manat maliyyə sanksiyasının ləğvinə dair tələbin təmin edilmədiyi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qərar çıxarılaraq, iddia tələbi təmin edilmiş, cavabdeh vergi orqanının “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********142866 nömrəli qərarı qismən, 180532,53 manat mənfəət vergisinin və buna görə tətbiq edilmiş 90266,26 manat maliyyə sanksiyasının hesablanması hissəsində ləğv edilmiş, birinci instansiya məhkəməsinin qərarı digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.x x.2023-cü il tarixli, 2-1(102)564/2023 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
24. Məhkəmə qərarlarının icrası istiqamətində cavabdeh vergi orqanının mübahisələndirilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar”ına düzəliş edilməsi haqqında 18 avqust 2023cü il tarixli, **********175483 nömrəli qərara əsasən “X1 Company” MMC-nin şəxsi hesab vərəqəsində müvafiq düzəlişlər edilmişdir. 25. “X1 Company” MMC xx.xx.2020-ci il tarixdə qoşulma yolu ilə İddiaçı MMC-yə qoşulmuş və sonuncu hüquqi şəxs yenidən təşkil edilmişdir. Gəncə İnzibati Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2-1(114)-24/2022 nömrəli qərarından müəyyən olunur ki, “X1 Company” MMC-nin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə yuxarıda qeyd olunan əsasla iddiaçı “X1 Company” MMC əsl İddiaçı MMC ilə əvəz edilmişdir. Həmçinin, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 sentyabr 2022-ci il tarixli, 2-1(104)-305/2022 nömrəli qərarından göründüyü kimi, “X1 Company” MMC-nin vergi borcu 83094,74 manat məbləğində müəyyən edilmişdir ki, həmin məbləğ “X1 Company” MMC-nin 2017-2020-ci illər üzrə müəyyən edilmiş vergi borcudur. “X1 Company” MMC xx.xx.2020-ci il tarixdən İddiaçı MMC-yə qoşulduğundan qanunvericiliyin tələbləri baxımından “X1 Company” MMC-nin hüquq və vəzifələri də İddiaçı MMC-yə keçmişdir.
26. Apellyasiya instansiya məhkəməsi düzgün olaraq göstərmişdir ki, mövcud olmayan hüquqi şəxsin (“X1 Co mpany” MMC) borcunun olması və aktiv bank hesablarının olması əsası ilə vergi uçot sistemində məlumat bazasında adının saxlanılması qanunauyğun deyildir. Vergi öhdəlikləri tam yerinə yetirildikdən və səyyar vergi yoxlaması yekunlaşdıqdan sonra “X1 Company” MMC-nin vergi uçot sistemində məlumat bazasının ləğv edilməsinin başa çatdırılacağına dair kassasiya şikayətinin dəlilləri də əsassızdır. Belə ki, Vergi Məcəlləsinin 34.4-cü maddəsinə görə yenidən təşkil nəticəsində qoşulan hüquqi şəxslə bağlı məlumatlar uçotdan çıxarılmalıdır.
27. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin kassasiya şikayəti edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 yanvar 2024-cü il tarixli, 2-1(104)-129/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.