Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1905/2021 08.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.07.2021-ci il tarixli, 2-1(105)-338/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Sumqayıt şəhər Bələdiyyəsinin 18 fevral 2004-cü il tarixli, 106 saylı qərarı ilə iddiaçıya Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində mağaza tikintisi üçün 24 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə dair iddiaçı ilə Sumqayıt şəhər Bələdiyyəsi arasında 29 dekabr 2019-cu il tarixli, 144 saylı torpaq icarəsi müqaviləsi bağlanmışdır. Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən mağazaya inşaat pasportu verilmişdir. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin ”Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən həmin birmərtəbəli binanın instrumental müayinəsi aparılmışdır. Mağaza ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin, sifarişçinin, layihəçinin və podratçının nümayəndələrinin imzaları ilə təsdiq edilmiş 19 fevral 2020-ci il tarixli, 003586 saylı İstismara hazırlıq aktı verilmişdir.
2. Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 15.05.2020-ci il tarixli, 11 saylı sərəncamına əsasən ümumi sahəsi 24.0 kv.m olan mağazanın istismarına icazə verilmişdir.
3. İddiaçının nümayəndəsi 08.06.2020-ci il tarixində ərizə ilə cavabdehə müraciət edərək, Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və reyestrdən çıxarışın, habelə texniki pas portun verilməsini xahiş etmişdir.
4. Cavabdeh 07.07.2020-ci il tarixli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina olunduğunu bildirmiş və imtinanı belə əsaslandırmışdır ki, 0.0024 ha torpaq sahəsinin Sumqayıt şəhər Bələdiyyəsinin 18 fevral 2004-cü il tarixli 106 nömrəli protokoluna əsasən ayrılmasına baxmayaraq, torpaq sahəsinə dair icarə müqaviləsi qanunvericiliklə müəyyən edilmiş qaydada müraciətə əlavə edilmədiyi, həmçinin idarənin mütəxəssisləri tərəfindən əraziyə yerində baxış keçirərkən qeyri-yaşayış binasının faktiki tikinti sahəsinin təqdim olunmuş hüquqmüəyyənedici sənədlərə uyğun olmadığı aşkar edilmişdir. Belə ki, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsində və istismara icazə sənədində tikintinin tikintialtı sahəsi 24.0 kv.m qeyd olunsa da, faktiki tiki nti sahəsinin 30.1 kv.m olduğu, yəni 6.1 kv.m kənarlaşmanın olduğu müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Sumqayıt şəhər Bələdiyyəsinin 18.02.2004-cü il tarixli, 106 saylı qərarına əsasən Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində yerləşən ümumi sahəsi 30.1 kv.m. qeyriyaşayış binası üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı sonradan iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən 24 kv.m torpaq sahəsi üzərində inşa edilmiş qeyri- yaşayış binası üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması bar ədə qərar çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2004-cü ildən Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində yerləşən qeyri-yaşayış binasının faktiki sahibidir. Belə ki, Sumqayıt şəhər Bələdiyyəsinin 18.02.2004-cü il tarixli qərarı əsasında iddiaçıya Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin rəyi nəzərə alınmaqla, Sumqayıt şəhər Bələdiyyəsinin Torpaq Komissiyasının 17 fevral 2004-cü il tarixli, 5 saylı protokoluna ilə mağaza-tikinti quraşdırılması məqsədi ilə 24 kv.km torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin qərara uyğun olaraq ona ayrılmış torpaq sahəsində tikili inşa etmişdir. Həmin tikili hazırkı günədək qeyri-iaşə obyekti kimi fəaliyyət göstərir. Həmin torpaq sahəsinə dair bütün hüquq müəyyənedici sənədlər mövcuddur. Həmin sənədlər əsasın da Sumqayıt şəhəri, 34cü məhəllə ərazisində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh ona ünvanlanan məktubda qeyri-yaşayış sahəsində 6,1 kv.m kənarlaşma olduğunu qeyd edərək, bu səbəbdən mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina etmişdir. Cavabdehin imtinasını əsassız hesab edir.
8. Sumqayıt İnzibati Məhkəməsinin (hakim C.Məmmədov) 23 fevral 2021-ci il tarixli, 2-1(118)-235/2021 saylı qərarı ilə iddia təmin edilmiş, Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində yerləşən 24 kv.m torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Məhkəmə hesab etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci, 10-cu və 11-ci maddələrində daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı barədə əsaslar, həmin hüquqların dövlət qeydiyyatına alınması üçün tələb edilən sənədlərin siyahısı və təqdim edilən sənədlərə dair tələblər öz əksini tapmışdır. Qeyd olunan müddəalarda maraqlı maraqlı şəxslərin hüquqlarına və mənafelərinə təsir etməyən və mühüm nəticələrə səbəb olmayan qeydlərin olmaması səbəbindən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün əsaslar mövcud deyil.
10. Cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.07.2021-ci il tari xli, 2-1(105)-338/2021 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – H.Babayeva, hakimlər – F.Məmmədov və Z.Məmmədov) apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 2-1(118)-235/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Məhkəmə qərarı cavabdehə 26.07.2021-ci il tarixində təqdim edilmişdir.
14. Cavabdeh 25.08.2021-ci il tarixində kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.07.2021-ci il tarixli, 2-1(105)338/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh kassasiya şikayətinin dəlillərində imtina məktubunda qeyd olunan əsaslara istinad etmişdir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət daşıyan bütün faktiki hallar araşdırılmamış, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulmuş və düzgün tətbiq edilməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. İddiaçı teleqram göndərərək kassasiya şikayətinin təmin olunmamasını və apelyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu madd əsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
18. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. 19. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstəril ir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin qanunun 8-ci maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar bunlardır:.....8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edi lməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumat landırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd və.s.
20. Həmin Qanunun 8.0.9-cu və 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tiklililərə dair – çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı həmin tikililər üzərində hüquqların qeydə alınması üçün əsas hesab edilir. 21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə m alik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır.
23. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz.
24. Azərbaycan Respublikası İnzibati Pros essual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
25. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələb ləri göstərilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsasl ar müəyyən edilməmişdir.
29. Kassasiya şikayətinin dəlilləri imtina məktubunun, iddiaya qarşı etirazın və apelyasiya şikayətinin dəlillərinə uyğundur. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
30. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq apelyasiya şikayətinin məzmununa uyğun hazırkı kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apely asiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
31. Məhkəmə kollegiyası cavabdehin istinad etdiyi halların daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüququnun qeyd alınmasından imtinaya əsas vermədiyi barədə birinci və apelyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh kassasiya şikayətinin dəlili kimi mübahisə predmeti olan qeyri-yaşayış obyektinin tikintialtı sahəsinin 24 kv.m deyil, 30,1 kv.m olduğunu bildirsə də, öz etirazının əsası kimi istinad etdiyi həmin halı sübuta yetirə bilməmiş, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən həm istismara hazırlıq aktında, həm də istismara icazə sənədində ticarət obyektinin 24 kv.m torpaq sahəsində inşa olunduğu qeyd edilmişdir. Bundan əlavə, iddiaçı da, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə, 24 kv.m torpaq sahəsində inşa edilmiş mağaza üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etmişdir.
32. Bununla bağlı qeyd olunmalıdır ki, qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlərin yerinə yetirildiyi hallarda, qeydiyyata alınması tələb olunmayan sahəyə istinad edərək hüquqmüəyyənedici sənədlərdə nəzərdə tutulmuş sahənin qeydiyyatından ümumiyyətlə imtina olunması yolverilməzdir. Bu baxımdan cavabdeh iddiaçı tərəfindən təqdim olunmuş hüquqmüəyyənedici sənədlərlə nəzərdə tutulmuş sahə üzərində hüququn qeydiyyata alınmasınından imtina etməkdə haqlı sayıla bilməz. Hazırkı qərarın 22-23-cü bəndlərində göstərilən normaların müddəaları da bunu tələb edir.
33. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Sumqayıt şəhər Bələdiyyəsinin 18 fevral 2004-cü il tarixli, 106 saylı qərarı ilə iddiaçıya mağaza tikintisi üçün 24 kv.m torpaq sahəsi ayrılan zaman qanunvericiliklə müəyyən edilmiş qaydada icarə müqaviləsinin bağlanmaması iddiaçının məsuliyyət sferasına aid edilə və onun ziyanına təfsir oluna bilməz. Nəzərə almaq lazımdır ki, icarə müqaviləsinin bağlanması torpaq sahəsinin ayrılması ilə bağlı icraatın tərkib hissəsi kimi nəzərdə tutulmasına rəğmən, torpaq sahəsinin ayrılması barədə hakimiyyət iradəsinin ifadəsi məhz bələdiyyə qərarında ifadə olunur və həmin iradənin ifadə olunduğu qərara şəxsin etimadı qorunmalıdır. H azırkı mübahisəyə münasibətdə həm də nəzərə alınmalıdır ki, bələdiyyə sonradan 29 dekabr 2019-cu il tarixdə hazırkı iş üzrə mübahisə predmeti olan 24 kv.m torpaq sahəsinə dair iddiaçı ilə icarə müqaviləsi bağlamış və bununla da həmin torpaq sahəsinin iddiaçıya ayrılması ilə bağlı prosedura riayət etmişdir. Bu həm də Sumqayıt şəhər Bələdiyyəsinin qərarında əks olunmuş iradə ifadəsinin yenidən təsdiqi kimi qiymətləndirilməlidir
34. Nəzərə almaq lazımdır kı, hazırkı iddia üzrə öhdəliyin icrasından imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Belə ki, cavabdeh imtina ilə bağlı hərəkətin icraçısı olduğu üçün, öz davranışının qanuna əsaslandığını məhkəməyə və iddiaçıya izah etməyə və əsaslandırmağa borcludur. Hazırkı mübahisəyə münasibətdə ca vabdeh sözügedən qeyri-yaşayış sahəsinə dair dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsini istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etsə də, həmin şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində yerləşən 24 kv.m. torpaq sahəsində tikilmiş qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb etməkdə haqlı sayılmalıdır.
34. Cavabdehin kassasiya şikayətinin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir. Kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9 6-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.07.2021-ci il tarixli, 2-1(105)-338/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.