Məhkəmə qərarları › İş №2-1(102)-1905/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1905/2022

13.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1905/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müdaxilənin aradan qaldırılması) 13.12.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndi ünvanında yerləşən 1 ha torpaq sahəsində sənaye tipli olmayan, kənd üsulu ilə quşların yetişdirilməsi və emalı üçün tikinti işlərinin aparılmasına cavabdeh tərəfindən edilən müdaxilələrin əsassız hesab edilməsi və aradan qaldırılması” tələbinə dai r inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyun 2022ci il tarixli, 2-1(105)-258/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” ********** saylı, xx.xx.2020-ci il tarixli çıxarışa əsasən Abşeron rayonu, Fatmayı kəndində yerləşən 1 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydiyyata alınmışdır.

2. İddiaçı ona məxsus torpaq sahəsində quşların yetişdirilməsi və emalı üçün tikinti işlərinin aparılmasına başlamışdır.

3. Cavabdeh iddiaçıya xx.xx.2020-ci il tarixdə 996 saylı məktub ünvanlamışdır. Həmin məktubun da qeyd olunmuşdur ki, daşınmaz əmlakın Dövlət reyestrindən **********19 reyestr nömrəli çıxarış ilə mülkiyyətində olan Fatmayı kəndi ərazisində yerləşən 1,0 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olduğu üçün əsaslı tikinti işlərinin aparılması qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun deyildir. Odur ki, qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq torpaq sahəsinin təyinatının dəyişdirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət etməsi tövsiyə olunur.

4. Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin 0232 saylı xx.xx.2021-ci il tarixli Qərarı əsasında İddiaçı tərəfindən ünvan 3ində inşa edilən quşçuluq fermasında tikinti işləri dayandırılmışdır.

5. İş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin 28 iyul 2 021-ci il tarixli, 2-1(118)-1107/2021 saylı qərarı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qəbul etdiyi xx.xx.2021-ci il tarixli 0232 nömrəli qərarı ləğv edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2-1(105)-614/2021 saylı qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2-1(118)1107/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 3i ünvanında yerləşən 1 ha torpaq sahəsində sənaye tipli olmayan, kənd üsulu ilə quşların yetişdirilməsi və emalı üçün tikinti işlərinin aparılmasına cavabdeh tərəfindən edilən müdaxilələrin əsassı z hesab edilməsi və aradan qaldırılması, cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyana görə 10000 manat kompensasiya ödənilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. İddiaçı daha sonra iddia tələbini dəqiqləşdirərək mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndi ünvanında yerləşən 1 ha torpaq sahəsində sənaye tipli olmayan, kənd üsulu ilə quşların yetişdirilməsi və emalı üçün tikinti işlərinin aparılmasına cavabdeh tərəfindən edilən müdaxilələrin əsassız hesab edilməsi və aradan qaldırılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması:

8. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Fatmayı kəndi ünvanında yerləşən, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 1 (bir) hektar torpaq sahəsini-not ariat qaydada təsdiq olunmuş, AN-İ № 0817979, xx.xx.2020-ci il tarixli alğısatqı müqaviləsinə əsasən, əvəzi ödənilməklə əldə etmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmış və ona xx.xx.2020-ci il tarixli dövlət reyestrindən çıxarış təqdim olunmuşdur. Odur ki, həmin torpaq sahəsi əvvəlki mülkiyyətçidən satın alınmaqla əldə edilən zaman qanunvericiliyə zidd hərəkətlərə yol verilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 14-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini, vətəndaşların mülkiyyətində olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada satın alınması ilə əldə edirlər. Bundan sonra, həmin torpaq sahə sində kənd təsərrüfatı məhsulları, yəni kənd üsulu ilə quşların (əsasən qırqovul, kəklik, turac və s. bu kimi quşların) yetişdirilməsi və emalı üçün müvafiq ərazilərin hazırlanması, eləcə də lazımi obyektlərin tikintisinə görə TFM SMART PROJECT MMC tərəfindən işçi layihəsi sifariş olunmuşdur. Həmin işçi layihəsi və maddi hüquq normasında nəzərdə tutulmuş digər sənədlər Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə müvafiq olaraq Cavabdehnə xx.xx.2020-ci il tarixdə təqdim olunmuşdur. Cavabdeh 996 №-li, xx.xx.2020ci il tarixli cavab məktubunda bildirilmişdir ki, mülkiyyətinizdə olan 1 hektar torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olduğu üçün əsaslı tikinti işlərinin aparılması qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun deyildir. Odur ki, qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq torpaq sahəsinin təyinatının dəyişdirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət etməyinizi tövsiyə edirik. TFM SMART PROJECT MMC tərəfindən hazırlanmış işçi layihəsində kənd üsulu ilə quşların yetişdirilməsi və emalı üçün hündürlüyü 5 metrə qədər, sahəsi 100 kvadratmetrə qədər bir mərtəbəli obyektlərin inşa olunacağı nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.1-ci maddəsinə əsasən mülkiyyətdə olan torpaq sahəsində hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı fəaliyyəti ilə bağlı obyektlərin tikintisinə icazə tələb olunmur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 58-ci maddəsinin 1-ci bəndinə əs asən torpaq mülkiyyətçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Odur ki, qüvvədə olan maddi hüquq normasının tələbinə görə, bu cür obyektlərin inşa olunması üçün icazə tələb olunmadığından, həmin işçi layihəsinə uyğun olaraq tikinti işlərinə başlanılmışdır. Lakin cavabdehin bəzi vəzifəli şəxsləri müxtəlif vaxtlarda onun mülkiyyətində olan əraziyə daxil olaraq, heç bir rəsmi sənəd təqdim etmədən, bilə-bilə qanunsuz hərəkətlərə yol verərək, heç bir hüquqi əsas olmadan ərazidə aparıl an tikinti işlərinin dayandırılmasını tələb etmişlər. Eyni zamanda, torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaqlara aid olduğu üçün həmin ərazidə ümumiyyətlə hər hansı bir obyektin tikintisinin aparılmasının qadağan olunduğunu qeyd edərək, inşa olunmuş yarımçıq tikintinin sökülməsinə cəhdlər etmişlər. Tərəfindən cavabdehin vəzifəli şəxslərinə bildirilmişdir ki, ümumiyyətlə kənd təsərrüfatının mənası bitki və heyvan mənşəli məhsulların istehsal olunmasını, bunların keyfiyyət və səmərələrinin yüksəldilməsini, bu məhsulların uyğun şərtlərdə mühafizəsini, işlənib qiymətləndirilməsini və satışa çıxarılmasını, həmçinin iqtisadi dəyəri olan hər cür bitki, heyvan mənşəli məhsulun baxım, bəsləmə, yetişdirmə, qoruma və mexanikləşdirmə fəaliyyətlərini əhatə edir. Bundan başqa, həmin şəxslərin diqqətinə çatdırılmışdır ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13-cü maddəsinin 1-ci bəndinin tələbinə görə kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədləri üçün istifadə edilməsini nəzərdə tutduğundan və həmin Məcəllənin 58-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyətində olan torpaq sahəsində maddi hüquq normasının tələbinə müvafiq qaydada tikinti işləri aparmaq onun qanunla qorunan hüququ olduğu üçün onun hüquqlarına qarşı etdiyi hazırkı hərəkətləri əsassız və qanunsuzdur. Onunla cavabdehin vəzifəli şəxsləri arasında yaranmış sonuncu mübahisədən sonra, cavabdeh xx.xx.2021-ci il tarixdə dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlarda naməlum şəxsin özbaşına tikinti işlərinin aparılması barədə şikayətlə Abşeron r ayon Polis idarəsinə müraciət etmişdir. Abşeron rayon Polis idarəsinin İŞ-nin müstəntiqi X4 tərəfindən qəbul edilmiş “Cinayət təqibinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2021-ci il tarixli qərarda göstərilmişdir ki, toplanmış material üzrə İddiaçı barəsində cinayət işinin başlanması rədd edilsin və tərəflərə həmin xüsusatla bağlı məhkəməyə müraciət etmək hüququ izah edilsin. Göründüyü kimi, cavabdeh tərəfindən onun torpaq sahəsi üzərindəki mülkiyyət hüququna qarşı edilən bilə-bilə qanunsuz hərəkətlərini ört-basdır etmək üçün istənilən vasitələrə əl atır və bu cür qanunsuz hərəkətlərini davam etməkdə israrlıdır. Cavabdeh tərəfindən torpaq sahəsi üzərindəki onun mülkiyyət hüququna əsassız olaraq müdaxilələr edildiyinə görə və həmin torpaq sahəsi üzərindəki hüquqlarına edilən müdaxilə lərin qarşısının alınması üçün məcbur qalıb məhkəməyə müraciət edir. Göründüyü kimi, mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndi ünvanında yerləşən 1 (bir) hektar torpaq sahəsində, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədləri üçün normativ hüquqi aktların tələbinə uyğun müvafiq sənədləşmə işləri aparıldıqdan sonra tikinti işlərinə başlanılmışdır. Lakin, cavabdeh tərəfindən heç bir hüquqi əsas olmadan onun torpaq sahəsi üzərində olan hüquqlarına qarşı qanunsuz hərəkətlərə yol verilmiş və bunun nəticəsində onun əmlak hüquqları əsassız olaraq məhdudlaşdırılmışdır. Cavabdehin ona qarşı bilə-bilə delikt törətdiyi tam sübut olunduğu üçün hesab edir ki, ona vurulmuş ziyana görə onun tərəfindən kompensasiya ödənilməlidir. Bundan başqa, hər bir hüquq pozuntusu sosial mənada ict imai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur.

9. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsaslarına görə iddia ərizəsində iddiaçı guya onun tərəfindən mülkiyyətində olan Abşeron rayonu Fatmayı kəndi ərazisində yerləşən 1 ha torpaq sahəsindı sənaye tipli olmayan, kənd üsulu ilə quşların yetişdirilməsi və emalı üçün tikinti işlərinin həyata keçirildiyini bildirm işdir. Həmin tikintiyə cavabdeh tərəfindən qanunsuz müdaxilələr olunduğunu qeyd edir. İddiaçıya məxsus əkin uqodiyalı kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin, Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinin kobud şəkildə pozulması ilə qanunsuz əsaslı tikinti işləri həyata keçirilir. Ərazidə torpaq sahəsinin təyinatına zidd beton özül işləri aparılmış, mişar daşı ilə hörgü işləri həyata keçirilmişdir. Tərəflərindən qanunsuz tikinti işlərinin aparıldığı müəyyən ediləndən dərhal sonra qanunvericiliyin tələbləri çərçivəsində tikinti sifarişçisi xəbərdar olunmuş və qanunsuz tikintinin dayandırılması üçün Fövqəladə Hallar Nazirliyinə müraciət olunmuşdur. Fövqəladə Hallar Nazirliyi tərəfindən də öz növbəsində qanunsuz tikintinin dayandırılması ba rədə müvafiq qərar qəbul olunmuşdur. Hazırda həmin qərarda iddiaçı tərəfindən mübahisələndirilir və inzibati iş Sumqayıt İnzibati Məhkəməsinin icraatındadır. “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 3.11.5-ci bəndinə əsasən yerli icra hakimiyyəti orqanları həyata keçirilən tikinti işləri zamanı tikinti norma və qaydalarına riayət olunmadığını aşkar etdikdə, tikintinin dayandırılması üçün məhkəməyə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət edir. Rayon İcra Hakimiyyəti öz vəzifə səlahiyyətlərinə uyğun hərəkət edərək iddiaçı tərəfindən aparılan qanunsuz tikintinin dayandırılması üçün Fövqəladə Hallar Nazirliyinə müraciət etmişdir. İddiaçı tərəfindən RİH-nin vəzifə səlahiyyətləri çərçivəsində hərəkət etməsinə onun tərəfindən aparılan qanunsuz tikinti işlərinə müdaxilə edilməsi kimi qiymət verilməsi yolverilməzdir. İddia tələbində guya cavabdehin qanunsuz müdaxiləsi ilə iddiaçıya maddi ziyan dəyməsinin qeyd olunması əslində iddiaçının qanunsuz hərəkətlərinin pərdələnməsinə hesablanmışdır və tələbdə həmin ziyanı təsdiq edəcək hər hansı fakta istinad edilməmişdir. İddiaçının qanunsuz işlərinin qarşısının alınmasında RİH tərəfindən aparılan qanuni prosesi ləngitmək, tikinti işlərinin aparılmasına müdaxilələrin qarşısının alınması üçün müvəqqəti xarakterli müdafiə tədbiri barədə məhkəmədən qərardad əldə etmək niyyəti ilə maddi ziyan tələbini qoymuş, lakin əsaslandıra bilməmişdir. İddiaçı tərəfindən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində beton özül və beton dayaqlarla mişar daşlarından da istifadə olunmaqla əsaslı tikinti işləri həyata keçirilir ki, bunun da iddia tələbində qeyd olunduğu kimi müvəqqəti tikili və ya qurğu kimi göstərilməsi doğru deyildir. İddiaçı Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.1-ci maddəsinə də iddia tələbində istinad edərək mülkiyyətdə olan torpaq sahəsində hündürlüyü 5 metr sahəsi 100 kvm oolan bir mərtəbəli yardımçı tikililərə görə icazə tələb olunmadığını bildirir. Əslində burada da iddiaçı məhkəməni çaşdırmağa və bununla da diqqəti başqa yönə çevirməyə çalışır. Əslində həmin ərazidə bir neçə min kv.m-lik əsaslı tikinti işləri həyata keçirilir. İddia tələbi tamamilə qanunsuz və əsassızdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

10. Sumqayıt İnzibati Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2-1(118)-958/2021 nömrəli (hakim L.E.Mirzəyeva) qərarı ilə iddia təmin edilərək iddiaçının mülkiyyətin də olan ünvan 3i ünvanında yerləşən 1 ha torpaq sahəsində sənaye tipli olmayan, kənd üsulu ilə quşların yetişdirilməsi və emalı üçün tikinti işlərinin aparılmasına Cavabdeh tərəfindən edilən müdaxilələrin əsassız hesab edilməsi və aradan qaldırılması qərara alınmışdır.

11. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi iddiaçının mülkiyyətindədir. İddiaçı həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədi, torpaq sahəsinin plan və ölçüsünü, eləcə də qeydiyyatdan keçmiş və layihələndirmə fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq almış MMC tərəfindən tərtib olunmuş tikiləcək qeyri-yaşayış obyektinin (sənaye tipli olmayan, kənd üsulu ilə quş yetişdirən) işçi layihəsini Cavabdehnə təqdim edərək m ülkiyyətində olan torpaq sahəsində qeyri yaşayış obyektini tikmək niyyətində olduğunu bildirərək cavabdeh orqanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən məlumatlandırmışdır. Cavabdeh isə torpaq sahəsində tikinti işlərinin aparılmasına etiraz edərək, bildirmişdir ki, torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olduğu üçün əsaslı tikinti işlərinin aparılması qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun deyil. Apelyasiya instansiyası məhkəməsi göstərilən hal ilə bağlı qeyd edir ki, kənd təsərrüfatı təyinatlı torpaqlar məqsədli istifadə, yəni kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün istifadə olunur və bu zaman kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğ un kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, torpaq sahəsində müvəqqəti tipli tikililər-çadır tipli konstruksiyalar quraşdırılmışdır.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər F.Ə.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və Z.T.Məmmədov) 30 iyun 2022-ci il tarixli, 2-1(105)-258/2022 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2-1(118)958/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Ap ellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

16. Məhkəmə qərar qəbul edərkən torpaq sahəsinin təyinatını nəzərə almamış nəticədə qərar Azərbaycan Respubliksının Torpaq Məcəlləsinin 13-cü maddəsinin 2-ci bəndinin tələbləri pozulmuşdur. Həmin maddəyə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmitədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Kənd təsərrfatı təyinatlı torpaqlarda müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Belə torpaq sahələrinin başqa məqsədlər üçün istifadə edilməsi onların kateqoriyasının uyğun kateqoriyaya keçirilməsindən sonra mümkündür. Lakin iddiaçıya məxsus torpaq sahəsi əkin uqodiyalı kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir ki, burada yalnız əkin işləri həyata keçirilə bilər və torpaq sahəsinin üst münbit qatının beton örtüklə bağlanıb tikinti altına verilməsi qanunsuzdur.

17. Məhkəmə iddiaçının iddia tələbində qeyd etdiklərinə əsaslanaraq müvafiq araşdırma (yerli baxış keçirməklə) aparmadan guya iddiaçı tərəfindən həmin torpaq sahəsində hündürlüyü 5 metrə kimi, sahəsi 100 kv.m olan bir mərtəbəli yardımçı tikililərin quraşdırıldığını əsas gətirərək burada müvafiq icra hakimiyyəti orqanlarından icazə tələb olunmadığını və məlumat landırma icraatı çərçivəsində müraciət tələb olunduğu qənaətinə gəlmişdir ki, bu da öz növbəsində əsassızdr. Ona görə ki, iddiaçı heç də həmin torpaq sahəsində sahəsi 100 kv.m-lik, hündürlüyü 5 metrə kimi qurğu quraşdırmır, hündürlüyü 7-8 metr, sahəsi 5000-6000 kv.m-lik istehsalat sahəsi inşa edir. Bunu təqdim edilən fotoşəkillər də sübut edir.

18. İddiaçıya məxsus əkin uqodiyalı kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin, Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinin kobud şəkildə pozulması ilə qanunsuz (müvafiq icra hakimiyyəti orqanlarından razılıqlar alınmadan) əsaslı tikinti işləri həyata keçirildiyi üçün “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 3.11.5-ci bəndinə əsasən tərəflərindən həmin qanunsuz tikinti işlərinin dayandırılm ası üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət edilmişdir. Belə ki, yuxarıda qeyd olunan Əsasnamənin 3.11.5-ci bəndinə əsasən yerli icra hakimiyyəti orqanları həyata keçirilən tikinti işləri zamanı tikinti norma və qaydalarına riayət olunmadığını aşkar etdikdə, tikintinin dayandırılması üçün məhkəməyə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət edir. Rayon İcra Hakimiyyəti öz vəzifə səlahiyyətlərinə uyğun hərəkət edərək iddiaçı tərəfindən aparılan qanunsuz tikintinin dayandırılması üçün Fövqəladə Hallar Nazirliyinə müraciət etmişdir.

19. Kassator hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Torpaq Məcəlləsinin 13.2, 45.1,-ci maddələrinin, “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 3.11.5-ci bəndinin və İPM-in 58.7, 68.2-ci maddələ rinin tələblərini pozmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə

12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi

1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır.

2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.

3. Kənd təsərrüfatı yerl ərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir.

4. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyrikənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə yol verilir.

5. Bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanı qarşısında vəsatət qaldırırlar Maddə

13. Kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli istifadəsi

1. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir.

2. Kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar.

3. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Maddə

45. Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini həyata keçirən orqanlar

1. Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. 22. “Yerli icra hakimiyyətləri haqqında” Əsas namə: Bənd

3. Yerli icra hakimiyyəti başçısının vəzifələri:... 3.3.4. Müvafiq ərazidə kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən, o cümlədən yay və qış otlaqlarından səmərəli istifadə edilməsinə, onların keyfiyyətinin yaxşılaşdırılmasına və təyinatı üzrə istifadə olunmasına nəzarəti həyata keçirir;... 3.11.5 Yerli İcra Hakimiyyəti başçısı tikinti norma və qaydalarına riayət olunmadığı aşkar edildikdə, tikintinin dayandırılması üçün məhkəməyə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət edir;...

23. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hal ları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 58.6. Sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni t əzələyə və ya tamamlaya bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Cavabdehin kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətç inin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Cavabdeh apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə tam və hərtərəfli araşdırma aparmadan, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları müəyyənləşdirmədən və qiymətləndirmədən yekun nəticəyə gəlmişdir

27. Hazırkı iş üzrə iddiaçının dəqiqləşdirilmiş tələbi onun mülkiyyətində olan Abşeron rayonu, Fatmay ı kəndi ünvanında yerləşən 1 ha torpaq sahəsində sənaye tipli olmayan, kənd üsulu ilə quşların yetişdirilməsi və emalı üçün tikinti işlərinin aparılmasına cavabdeh tərəfindən edilən müdaxilələrin əsassız hesab edilməsi və aradan qaldırılmasıdır.

28. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən xüsusat nəzərə alınmamış, iddiaçının qeyd etdiyi əsassız müdaxilənin nədə ifadə olunduğu araşdırılmamış və iddia tələbinin dəqiqləşdirilməsi istiqamətində iddiaçıya yardım etməmişdir.

29. Halbuki, İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin ha llarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.

30. Bundan başqa, hazırkı qərarın 22-ci bəndində qeyd olunan normaların mənasından görünür ki, yerli icra hakimiyyətləri müvafiq ərazidə kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən, o cümlədən yay və qış otlaqlarından səmərəli istifadə edilməsinə, onların keyfiyyətinin yaxşılaşdırılmasına və təyinatı üzrə istifadə olunmasına nəzarəti həyata keçirir.

31. Belə ki, işin araşdırılmış hallarından müəyyən olunur ki, cavabdeh tərəfindən qanunla ona həvalə edilmiş nəzarət funksiyasının icrası ilə bağlı iddiaçıya məxsus əkin uqodiyalı kənd təsərrüfatı təyinatlı torpaq sahəsində əsaslı tikinti işləri həyata keçirildiyindən tikinti işlər inin dayandırılması üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət edilmişdir.

32. Yuxarıda qeyd olunan Əsasnamənin 3.11.5-ci bəndinə əsasən yerli icra hakimiyyəti orqanları həyata keçirilən tikinti işləri zamanı tikinti norma və qaydalarına riayət olunmadığını aşkar etdikdə, tikintinin dayandırılması üçün məhkəməyə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə müraciət edir.

33. Bununla yanaşı cavabdeh iddiaçıya xx.xx.2020-ci il tarixli məktub ünvanlayıb və həmin məktubla torpaq sahəsinin təyinatının dəyişdirilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət etməsini iddiaçıya tövsiyə etmişdir.

34. Cavabdeh apellyasiya və kassasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, iddiaçıya məxsus torpaq sahəsi əkin uqodiyalı kənd təsərrüfatı tə yinatlı torpaq sahəsidir ki, burada yalnız əkin işləri həyata keçirilə bilər və torpaq sahəsinin üst münbit qatının beton örtüklə bağlanıb tikinti altına verilməsi qanunsuzdur.

35. Məhkəmə kollegiyası kassatorun həmin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 13-cü maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir və həmin torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar.

36. İddiaçıya məxsus torpaq sahəsi əkin uqodiyalı kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir ki, burada yalnız əkin işləri həyata keçirilə bilər. Belə torpaq sahələrinin başqa məqsədlər üçün istifadə edilməsi onların kateqoriyasının uyğun kateqoriyaya keçirilməsindən sonra mümkündür.

37. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən xüsusatlara diqqət yetirməmiş, həmin torpaq sahəsində iddiaçı tərəfindən quşların yetişdirilməsi və emalı üçün həyata keçirilən tikinti işlərini qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olması qənaətinə gəlmiş və cavabdehin müdaxiləsini qanunsuz hesab etmişdir.

38. Halbuki, məhkəmə qərar qəbul edərkən torpaq sahəsinin təyinatını, o cümlədən iddiaçıya məxsus torpaq sahəsinin əkin uqodiyalı kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmasını, belə torpaq sahələrinin başqa məqsədlər üçün istifadə edilməsinin onların kateqoriyasının uyğun k ateqoriyaya keçirilməsindən sonra mümkün olduğunu nəzərə almalı idi və cavabdeh tərəfindən iddiaçıya yuxarıda göstərilən məzmunda məktubun göndərilməsi ilə bağlı hərəkətin qanuna zidd olub olmamasına qiymət verilməli idi.

39. İşin araşdırılmış hallarından müəyyən olunur ki, cavabdeh tərəfindən hər hansı bir digər müdaxilələr, o cümlədən torpaq sahəsinə qanunsuz daxil edilməsi, tikinti işlərinin aparılmasında maneələrin törədilməsi, tikililərin sökülməsinə cəhd göstərilməsi, yəni əmlak hüququn məhdudlaşdırılması iş materiallarında hər hansı bir sübutla təsdiqini tapmamışdır.

40. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin digər müdaxiləsinin nədən ibarət olduğu müəyyən olunduqdan sonra həmin müdaxilənin cavabdehin nəzarət funksiya sı ilə ehtiva olunubolunmaması araşdırılmalı və müvafiq hüquqi qiymət verilməli idi.

41. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən faktiki halları araşdırmadan qərar qəbul edərək hazırkı qərarın 23a bəndində göstərilən prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, məhkəmənin bu cür araşdırması, Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsində müəyyən olunmuş işin hallarının tam araşdırılması prinsipinə və 58-ci maddəsində müəyyən olunmuş sübutların araşdırılması qaydalarına cavab vermir.

42. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya məxsus 1 ha torpaq sahəsində tikinti işlərinin dayandırılması barədə Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən 21 aprel 2021-ci il tarixli qərar qəbul e dilmişdir. İddiaçı həmin qərarın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddiaçının tələblərinin təmin edilməsi barədə məhkəmə aktı qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1rşı iddiası üzrə qəbul edilmiş məhkəmə aktı hazırki iş üzrə preyudisial qüvvəyə malik deyildir.

43. Belə ki, məhkəmə işə mahiyyəti üzrə tam və obyektiv qərar qəbul edilməsi üçün birinci növbədə cavabdeh tərəfindən müdaxilənin nədən ibarət olmasını və bu müdaxilənin qanuna zidd olub-olmadığını müəyyən etməlidir.

44. Odur ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyun 2022-ci il tarixli, 2-1(105)258/2022 nömrəli qərarı ləğv edi lməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

45. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi qeyd edilən xüsusatları araşdırmalı və Ali Məhkəmənin yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun qərar qəbul etməlidir.

46. Məhkəmə kollegiyası onu da qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməməsi tələbinə dair hissədə təmin oluna bilməz.

47. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 iyun 2022-ci il tarixli, 2-1(105)-258/2022 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar