Məhkəmə qərarları › İş №2-1(102)-1906/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1906/2020

21.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1906/2020 21.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: kompensasiya verilməklə əmlakın boşaldılması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı vəkili X2 iştirakı ilə İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “kompensasiya ödənilərək fərdi yaşayış evinin boşaldılması” tələbi, cavabdehin iddiaçıya qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” barədə qarşılıqlı iddia tələbinə dair (üçüncü şəxslər X4 və X3) inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-363/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2018-ci il tarixli 51 nömrəli qərarı ilə Bakı şəhəri Yasamal rayonu ərazisində ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərinin Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan İddiaçı müəyyən edilmişdir.

2. MH seriyalı ******* saylı dövlət reyestrindən çıxarışa əsas ən cavabdehə mülkiyyət hüququ ilə məxsus olan Yasamal rayonu, S.Rüstəmov küçəsi, dalan 3-də istifadədə olan 0.01256 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli, 4 otaqlı, 65.2 kv.m. yaşayış, 60.9 kv.m. köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2018-ci il tarixli 51 nömrəli qərarının təsiri dairəsinə düşmüşdür.

3. İddiaçı cavabdehə kompensasiya ödənilməklə evin boşaldılmasını tələb etsə də, cavabdeh bununla razılaşmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşıiddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Yasamal rayonu, S.Rüstəmov küçəsi, dalan 3, ev 4 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiya cları üçün alınması ilə bağlı kompensasiya məbləğinin 190.150 manat məbləğində müəyyən edilməsi və fərdi yaşayış evinin boşaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının hərəkətləri onun mülkiyyət hüquqlarına müdaxilədir. Çıxarışa əsasən mülkiyyətində olan ev 0.01256 ha torpaq sahəsində yerləşməklə yaşayış sahəsi 65.2 kv.m, köməkçi sahəsi 60.9 kv.mdən ibarət olsa da, evin faktiki sahəsi 280-290 kv.m, həyətyanı sahəsi isə 70 kv.m-dir. İddiaçı istinad etdiyi NK-nin qərarı isə onun mülkiyyət hüququna müdaxilə üçün əsas vermir. Bundan əlavə, kompensasiya kimi bütün əlavələr daxil edilməklə 1.500 manat təklif edilir ki, bu ədalətli məbləğ deyil. Həmçinin kompensasiya məbləği hesablanarkən inflyasiya nəzərə alınmamışdı r. Həmçinin, kompensasiya hesablanarkən çətinliklərə görə kompensasiya daxil edilməyib.

6. Cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının üzərinə cavabdehin mülkiyyətindən istifadə etmək hüququnun pozulmasına yönələn hərəkətlərdən çəkinməsi öhdəliyinin qoyulmasını və iddiaçının mülkiyyət hüququna müdaxilə nəticəsində dəymiş 20.000 AZN məbləğində maddi ziyan və 100.000 AZN məbləğində mənəvi zərərin ödənilməsi vəzifəsinin iddiaçıya həvalə edilməsini xahiş etmişdir.

7. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehə fərdi evinin tərk edilməsinə dair təzyiqlər göstərilir. Bundan əlavə, onun evinə bitişik evlərin sökülməsi nəticəsində onun öz evində yaşaması ilə əlaqədar çətinliklər yaranır, o cümlədən kanalizasiy a sistemi sıradan çıxmış, qaz təchizatı kəsilmiş, internet və telefon rabitəsi yoxdur. Həmçinin söküntülər səs-küylə həyata keçirilir.

8. İddiaçı qarşılıqlı iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, Cavabdeh məxsus ev dövlət layihəsinin təsiri altına düşsə də, o, yaşayış sahəsinin sökülməsinə razı deyil, kompensasiya məbləğləri ilə razılaşmır, yaşayış sahəsinə baxış keçirilməsinə mane olur. Halbuki, İddiaçı AR NK-nin xx xxxxxx 2018-ci il tarixli 51 saylı qərarının icrasını həyata keçirir və hərəkətlərində qanunsuzluq müşahidə olunmur. Bundan əlavə, Cavabdeh ona maddi ziyan dəydiyini qeyd etsə də, buna dair mötəbər sübut məhkəməyə təqdim etməmişdir. 9. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X6, 2-1(81)-1566/2019 saylı iş) xx.xx.2019-cu il tarixli qərarı ilə ilkin iddia tələ bi təmin edilmiş, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlaka sahibliyi alan orqan iddiaçı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olaraq əldə edilməsi təsdiq edilmiş, S.Rüstəmov küçəsi, dalan 3, ev 4 ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdehə 190.150 manat məbləğində kompensasiya ödənilməklə fərdi yaşayış evinin boşaldılması, qarşılıqlı iddianın rədd edilməsi qərara alınmışdır.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin mülkiyyətində olan fərdi yaşayış evi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı xx xxxxxx 2018-ci il tarixli qərarının təsiri altına düşür və iddiaçının hərəkətləri “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğundur. 11. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini, ilkin iddianın təmin edilməməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

12. Apelyasiya icraatı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Yasamal rayonu, S.Rüstəmov küçəsi, dalan 3, ev 4 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı kompensasiya məbləğinin 408.996 manat məbləğində müəyyən edilməsi və fərdi yaşayış evinin boşaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X8məruzəçi, X14 və X9, 2-1(103)-363/2020 saylı iş) xx xxx x 2020-ci il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı iddiaya münasibətdə ləğv edilmiş, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı cavabdehə 408.996 manat məbləğində kompensasiya ödənilməklə fərdi yaşayış evinin boşaldılması, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

14. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının təklif etdiyi 408.996 manat məbləğində kompensasiya məbləği real və ağlabatan olmaqla iddiaçıya məxsus əmlakın ədalətli əvəzi kimi qəbul edilməlidir.

15. Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarını cavabdeh xx.xx.2020-ci il tarixdə almış, həmin qərardan Cavabdeh, X4 və X1 şikayəti verərək, qərarın ləğv edilməsini, ilkin iddianın təmin edilməməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişlər. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

16. Çıxarışda qeyd olunan sahə faktiki sahəni əhatə etmir. Hal-hazırda əmlakın faktiki olaraq sahəsi 339 kv.m, torpaq sahəsinin sahəsi isə 230.9 kv.m-dir. “xxxxxxxxxxx” MMC-nin təqdim etdiyi ekspert rəyi ilə əmlakın dəyəri 806.700 manatdır. Lakin təklif olunan kompensasiya ədalətli deyil və real bazar qiymətindən iki dəfə azdır. Bundan əlavə, qanunvericiliyə əsasən 20 faiz məbləğində əlavə haqq və çətinliyə görə 10 faiz məbləğində əlavə haqq ödənilməlidir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kasasiya şikayəti nə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin dəlillərini qəbul etməyərək rədd edilməsini xahiş etmişdir.

19. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq

20. Mülki Məcəllə: Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnı z “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. 246.3. torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyə ti orqanı bu barədə torpaq sahəsinin xxxxxxxxxxxsinə yazılı bildiriş göndərməlidir. 246.5. bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı, həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da daxildir. 246.7. torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 21. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası nın 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli, 689 №li Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın xxxxxxxxxxxsinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. 22. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun: Maddə 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. Maddə 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) xxxxxxxxxxx (xxxxxxxxxxxlər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Maddə 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq xüsusi mülkiyyətdə olan torpaqlar və bələdiyyə mülkiyyətində olan torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər. Maddə 6.1. Torpaqları dövlət ehtiyacları üçün alan orqan (bundan sonra - alan orqan) bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilən, torpağın alın masını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir. 23. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 382 nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə 51 saylı xx xxxxxx 2018-ci il tarixli qərar qəbul etmişdir. Qərarın 1-ci bəndinə əsasən, Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələr i arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan Bakı şəhəri İddiaçı müəyyən edilmişdir. 24. “İnsan hüquqlarının və ya əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Mə hkəməsi “X5rşı” məhkəmə işi üzrə qərarında qeyd etdi ki, mülkiyyət hüququna istənilən müdaxilənin əsaslı olması üçün həmin müdaxilə cəmiyyətin ümumi maraqlarına xidmət etməli, yəni qanuni məqsəd daşımalıdır. Lakin mülkiyyət hüququna müdaxiləyə haqq qazandırmaq üçün həmin müdaxilənin qanuni məqsəd daşıdığı bəyan etməsi kifayət deyildir. Məhkəmə müəyyən etməlidir ki, cəmiyyətin maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilibmi? Bu cür tarazlığa riayət edilməsi bütövlükdə Konvensiyaya xas olan cəhətdir və 1 saylı Protokolun 1-ci maddəsinin quruluşunda da öz əksini tapıb (Sporronq və Lonnrot İsveçrə qarşı məhkəmə işi üzrə qərar 9A52, 1982). Yenə həmin qərarda göstərilir ki, xüsusi mülkiyyətin xxxxxxxxxxxsi “xüsusi və həddən artıq ağır məhdud iyyət yükünə məruz qalаrsa”, ədalətli tarazlıq pozulmuş olur. Kompensasiyanın ödənilməsi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etdi ki, bu barədə 1-ci maddədə hər hansı norma olmasa da, hər halda 1-ci maddə mülkiyyətin özgəninkiləşdirilməsi zamanı kompensasiyanın ödənilməsini tələb edir. Məhkəmə bildirdi ki, Razılığa gələn Dövlətlərin hüquq sistemlərində kompensasiya ödənilmədən mülkiyyətin müsadirə olunmasına yalnız müstəsna hallarda haqq qazandırıla bilər, əks təqdirdə mülkiyyət hüququ “xəyali” və “səmərəsiz” hüquq olaraq qalardı. Kompensasiyanın məbləğinə gəldikdə isə, məhkəmə qeyd etdi ki, mülkiyyəti onun dəyərinə uyğun ağlabatan məbləğdə kompensasiya ödəmədən müsadirə etmək qeyrimütənasib tədbirdir. Lakin 1-ci maddə heç də bütün hallarda tam kompensasiyanı təmin etmir: “cəmiyyətin maraqlarına xidmət edən, yəni qanuni məqsədlər daşıyan tədbirlərin, məsələn, iqtisadi islahatların, yaxud daha çox sosial ədalətə nail olmağa yönəlmiş tədbirlərin həyata keçirilməsi zamanı qarşıya qoyulan qanuni məqsədlər tam bazar dəyərindən aşağı məbləğdə kompensasiya ödənilməsinə haqq qazandıra bilər”( Qərarın 54-cü bəndi).

25. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstəril məlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

26. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

27. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, iddianın tə min edilən hissəsində apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilməmişdir.

29. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, əmlakının bir kvadratmetrinin bazar dəyəri 2.000-3.000 manat, mülkiyyətində olan daşınmaz əmlakın ümumi sahəsi 339 kv.m olmuşdur. Mütəxəssis rəyinə görə ona ödənilməli olan kompensasiyanın məbləği 806.700 manat olmalıdır. İddiaçı tərəfindən onun mülkiyyətinə qanunsuz müdaxilə olmuş, kompensasiya hesablanarkən Mülki Məcəllənin və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələbləri nəzərə alınmamışdır.

30. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

31. Mənzilin yaşayış, köməkçi və yardımçı sahələrinin qiymətləri ilə bağlı qeyd olunmalıdı r ki, oxşar işlər üzrə digər məhkəmə qərarlarına əsasən Bakı şəhəri Yasamal rayonu (keçmiş Sovetski) ərazisində “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2007-ci il tarixli, 689 №li Fərmanının 2.3-cü bəndində nəzərdə tutulmuş 20 faiz əlavə nəzərə alınmaqla bir kvadratmetr yaşayış sahəsi 1.500 manat, köməkçi sahəsi maksimum 1.500 manat müəyyən edilmişdir. 32. xx xxxxxx 2020-ci il tarixli qiymətləndirmə hesabatında cavabdehə məxsus mənzilin də 20 faiz əlavə nəzərə alınmaqla yaşayış sahəsinin bir kvadratmetri 1.500 manat, köməkçi sahənin bir kvadratmetri 1.500 manatdan hesablanmışdır.

33. Cava bdehin təqdim etdiyi qiymətləndirmə hesabatında yaşayış evinin bir kvadratmetrinin 1.500 manatdan çox olması, həmçinin qiymətləndirmə hesabatında müəyyən edilən məbləğdə olması hər hansı halla əsaslandırılmamışdır.

34. Odur ki, əmlakın dəyərinin 20 faiz əlavə nəzərə alınmaqla 1.500 manatdan hesablanması barədə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan, bu hissədə şikayətin dəlilləri əsaslı sayıla bilməz.

35. İşdən göründüyü kimi, iddiaçı cavabdehə kompensasiya ödənilməklə yaşayış evinin boşaldılması iddiası ilə məhkəməyə müraciət etmişdir. İddiaçının cavabdehə məxsus mənzillə bağlı ona maddi və mənəvi ziyan vurması hər hansı sübutla təsdiq edilmir.

36. Cavabdeh ona məxsus mənzilin ümumi sahəsinin 339 kv.m olduğunu bildirmiş, bu barədə xx xxxxxxx 2019-cu il tarixli qiymətlənd irmə rəyinə yaşayış binasının mərtəbəsinin planı əlavə edilmişdir. Mərtəbənin planında yaşayış, köməkçi və yardımçı sahələri ayrı-ayrılıqda göstərilmişdir (1-ci cild, səh. 130).

37. İddiaçı xx xxxxxx 2020-ci il tarixli qiymətləndirmə hesabatından çıxarışa yaşayış binasının mərtəbə plan sxemini əlavə etmişdir. Hesabatdan çıxarışda binanın əsas sahəsi 166,55 kv.m, köməkçi sahə 101,02 kv.m, habelə yardımçı sahələr göstərilmişdir (2-ci cild, səh. 92-94).

38. Cavabdeh qiymətləndirmə hesabatına həmçinin yaşayış evinin fotoşəkillərini və videosunu da əlavə etmişdir.

39. Tərəflərin təqdim etdikləri mərtəbə planında mənzilin sahələri fərqli göstərilmişdir.

40. Apelyasiya məhkəməsi cavabdehə məxsus yaşayış binasının mövcud sahəsi ilə bağlı araşdırma aparmamış, mütəxəssis vasitəsilə mənzilə baxış keç irməklə faktiki (yaşayış, köməkçi və yardımçı) sahənin müəyyən edilməsinin zəruriliyini müzakirə etməmişdir.

41. Cavabdehə məxsus mənzilin faktiki sahəsi müəyyən edildikdən sonra müəyyən edilən sahəyə uyğun kompensasiyanın məbləği ödənilə bilər.

42. İddianın təmin edilən hissəsində apelyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamışdır. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır.

43. Odur ki, iddianın təmin edilən hissəsində qərarın ləğv edilməsi barədə şikayətin dəlilləri əsaslı olduğundan təmin edilərək həmin hissədə apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apelyasiya baxışına göndərilməli, qarşılıqlı iddianın rədd edilməsi hissəsində qərar dəyişdirilm ədən saxlanılmalı, kasasiya şikayəti qismən təmin edilməlidir.

44. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-363/2020 saylı, xx xxxx 2020-ci tarixli qərarı iddianın təmin edilən hissəsində ləğv edilsin. Bu hissədə iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qarşılıqlı iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar