Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1906/2021 02.11.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: vergi məsuliyyətinə cəlb etmə haqda qərarın ləğvi; ƏDV məbləğinin düzgün hesablanmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının vəkili X1, cavabdehin nümayəndəsi X2, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini n 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********197418 saylı qərar və qərara əsasən hesablanmış 74089,75 manat vergi və 37124,88 manat cərimə sanksiyasının ləğv edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.07.2021-ci il tarixli, 2-1(105)-395/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh vergi orqanının 04.06.2019-cu il tarixli **********184486 nömrəli qərarına əsasən İddiaçı MMC-də 01.05.2016-cı il tarixindən 30.04.2019-cu il tarixinədək olan dövr əhatə edilməklə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və yoxla manın nəticəsi 27.12.2019-cu il tarixli **********184614 nömrəli aktla rəsmiləşdirilmişdir.
2. Cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş 19.02.2020-ci il tarixli, **********197418 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərara əsasən İddiaçı MMC-yə 74.089,75 manat əlavə dəyər vergisi, 37.124,88 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı MMC iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmə si haqqında” tərtib edilmiş **********97418 saylı Qərarına əsasən qanunsuz hesablanmış 74089,75 manat ƏDV və 50% məbləğində hesablanmış 37044,88 manat maliyyə sanksiyasının tətbiqinə dair tərtib edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” tərtib edilmiş **********97418 saylı Qərarın ləğv edilməsini, cavabdehə 64522,97 manat artıq ödənilmiş vergi məbləğində pul vəsaitinin iddiaçının bank hesabına qaytarılmasını və Səyyar vergi yoxlaması Aktında Vergi Məcəlləsinin ləğv edilmiş maddəsinə (maddə 159.9.) əsasən vergi hesablanmasını və həmin Məcəllənin (218 və 219-cu maddələri) digər maddələrinin tələblərinin əksinə olaraq aktda qanunsuz vergi məbləğinin hesablanmasına dair aktı tərtib etmiş 2 saylı Ərazi Vergilər Baş İdarəsinin vergi müfəttişlərinin əməllərinə hüquqi qiymət verilməsi məqsədi ilə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi barədə xüsusi qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş **********084614 saylı 27.12.2019-cu il tarixli “Səyyar vergi yoxlaması” aktı və akta əsasən tərtib edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********197418 saylı Qərar və qərara əsasən hesablanmış 74089,75 manat vergi və 37124,88 manat cərimə sanksiyası tamamilə qanunsuzdur və həmin “Akt” və “Qərar” Vergi Məcəlləsinin müvafiq maddələrinin tələblərinin kobud surətdə pozulması ilə tərtib edildiyindən adı çəkilən “Akt” və “Qərar” ləğv edilməl idir. Belə ki, cavabdeh tərəfindən 1 kv. metr sahənin satış qiymətinin 650 manat müəyyən edilməsi barədə ekspert rəyi tamamilə əsassız və səhvdir, Vergi Məcəlləsinin 14.1 maddəsinə əsasən bazar qiyməti malın (iş, xidmətlərin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiymətdir. Cavabdeh iddiaçının tətbiq etdiyi qiymətlərdən fərqli qiymətlərlə daşınmaz əmlakın təqdim olunmasını sübuta yetirən faktı tapmamış və səyyar vergi yoxlaması aktında belə faktların olması öz əksini tapmır. Deməli, bazar qiyməti adı altında tətbiq edilmiş qiymət qeyri-qanunidir və bu qiymətə əsasən aparılmış bütün hesablamalar ləğv edilməlidir. Vergi Məcəlləsinin 219.5-ci maddəsinə əsasən sadələşdirilmiş vergini ödəyən hüquqi şəxs ƏDV-nin, mənfəət vergisinin ödəyicisi deyil. Səyyar vergi yoxlamas ı aktında ƏDV-nin hesablanması ümumiyyətlə qanunsuz olmaqla yanaşı, yoxlayıcılar tərəfindən Vergi Məcəlləsindən xəbərsiz olmalarını sübut edir. İddiaçı səyyar vergi yoxlmasının əhatə etdiyi 01.05.2016-cı il tarixdən 30.04.2019-cu il tarixədək olan dövr üzrə ƏDV ödəyicisi olmamış, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs kimi Vergi Məcəlləsinin 218 və 219-cu maddələrinin tələblərinə əsasən sadələşdirilmiş verginin ödəyicisi olub. Qeyd edilənlərə əsasən cavabdeh tərəfindən İddiaçı MMC-yə hər hansı bir əlavə vergi məbləği hesablanmamalıdır və hesablanmış vergi məbləği qeyri-qanuni olmaqla yanaşı Vergi Məcəlləsinin müvafiq maddələrinə tamamilə ziddir. İddiaçı səyyar vergi yoxlamasının əhatə etdiyi 01.05.2016-cı il tarixdən 30.04.2019-cu il tarixədək olan fəaliyyət dövrü üzrə 747,23 kv.me tr sahəni faktiki olaraq satmış, həmin sahənin satışına dair vergilər idarəsinə hesabat təqdim etmiş, Vergi Məcəlləsinə əsasən isə satışa görə ödənilməli olan 50438,03 manat vergi məbləğindən 64522,97 manat artıq vergi ödəmişdir (747,23 kv.m x 45 manat x 1,5 əmsal=50438,03 manat), iddiaçı tərəfindən 2 saylı ərazi vergi idarəsinə 29.07.2019-cu il tarixdə 73710 manat və 13.09.2019-cu il tarixdə isə 41251 manat, cəmi 114 961 manat vergi ödənilmiş, yəni 50438,03 manat vergi öhdəliyinə qarşı 64522,97 manat artıq vergi ödənilmişdir.
5. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində qeyd edilənlərlə əlaqədar olaraq müvafiq araşdırma aparılmış və iddiaçının dəlillərinin əsassız olduğu müəyyən edilmişdir. Belə ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 04.06.2 019-ci il tarixli **********184486 nömrəli qərarı ilə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyü məsələləri üzrə 01.05.2016-cı il tarixdən 30.04.2019-cu il tarixədək olan vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və yoxlamanın nəticəsi 27.12.2019-cu il tarixli **********184614 nömrəli aktla rəsmiləşdirilmişdir. Yoxlama zamanı müəyyən olunmuşdur ki, vergi ödəyicisinə Abşeron rayon İcra Hakimiyyətinin Sərəncamına əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba magistralının 12-ci km qərbi ünvanında 3 ədəd 7 bloklu 6-7 mərtəbəli + mansard 90 mənzilli yaşayış binasının tikintisinə icazə verilmişdir. Bundan əvvəlki yoxlama ilə 3500 kvm sahəsi yoxlama ilə əhatə olunmuşdur. Eyni zamanda, MTFSV üzrə bəyannamələr əvvəlk i yoxlama ilə tam olaraq əhatə edilmişdir. Yoxlamaya heç bir alqı-satqı müqaviləsi təqdim olunmamışdır. Buna baxmayaraq, təbii qaz və su sərfiyyatı barədə məlumatların təqdim edilməsi və İddiaçı MMC ilə abonentlər arasında alqı-satqı müqavilələrinin surətlərinin təqdim edilməsi məqsədilə 20.06.2019-cu il tarixində “Azərqaz İB”-ə və "xxxx" ASC-yə məktublar göndərilmişdir. Məktuba cavab olaraq 12.07.2019-cu il tarixində "xxxx" ASC tərəfindən təqdim olunan siyahıya əsasən 51 mənzilin, o cümlədən 4247.23 kvm mənzil sahəsinin sayğaclaşdırdığı məlum olmuşdur. Əvvəlki SVY yoxlaması zamanı İddiaçı MMC tərəfindən müqaviləsi olan mənzillərin siyahısına əsasən isə 3604.10 kv.m. təşkil edir. SVY ilə əhatə olunan sahənin 3500.00 kvm olduğunu nəzərə alaraq, "xxxx" ASC tərəfindən təqdim olunmuş məktuba ə sasən kənarlaşmanın 747.23 kv.m müəyyən edilmişdir. “01.01.2016-ci il tarixədək tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlanması barədə” Məlumat formasının təqdim edilməsi məqsədilə 13.01.2016-cı il tarixdə **********425600 nömrəli məktubla vergi ödəyicisinə müraciət olunmuşdur. Vergi ödəyicisi 27.01.2016-cı il tarixli **********979600 nömrəli məktubla müraciət edərək vergi orqanından qanun qüvvəyə minənədək olan qaydada vergiləri ödəməyi nəzərə almağı xahiş etmişdir. Əlavə olaraq, binanın satışa yararlı sahəsinin 1 kv.m-nin satışının orta bazar qiymətlərini müəyyənləşdirmək məqsədi ilə ekspert rəyinin verilməsi barədə 06.11.2019-cu il tarixli **********192906 nömrəli Qərar çıxarılmışdır. Ekspertin rəyinə əsasən yaşayış sahəsinin 1 kv.m-nin satış qiyməti ƏDV daxil 650,00 manat q eyd olunmuşdur və əlavə dəyər vergisi üzrə kənarlaşma 74089,75 manat (747,23*650=485699,50/1,18*18%) və 37044,88 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Müəssisənin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi A.Q.Musayeva tərəfindən səyyar vergi yoxlaması aktında yazılmış kənarlaşmalarla bağlı heç bir təsdiqedici sənəd yoxlamaya təqdim edilməmişdir. Həmçinin, səyyar vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsi üçün Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına, onların aradan qaldırılması və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə baxılması məqsədilə 11.02.2020-ci il tarixli **********058400 nömrəli məktubla müəssisənin direktorunun və ya nümayəndəsinin şəxsiyyətini təsdiq edən vəsiqənin surəti və səlahiyyət lərini təsdiq edən etibarnamə ilə birlikdə iştirakı üçün 12.02.2020-ci il tarixdə vergi orqanına dəvət edilmişdir. Lakin müəssisənin direktoru və ya nümayəndəsi prosesdə iştirak etmədiyi üçün yoxlamanın materiallarına və digər sənədlərə ödəyicinin iştirakı olmadan baxılmışdır.
6. Sumqayıt İnzibati Məhkəməsinin 01.04.2021-ci il tarixli 2-1(118)-124/2021 saylı qərardadı ilə iddia “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” tərtib edilmiş **********97418 saylı Qərarın ləğv edilməsini, cavabdehə 64522,97 manat artıq ödənilmiş vergi məbləğində pul vəsaitinin iddiaçının bank hesabına qaytarılması hissəsində iddia mümkün sayılmamışdır.
7. Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti verməmiş və qərardad qanuni qüvvəyə minmişdir.
8. Sumqayıt İ nzibati Məhkəməsinin 01.04.2021-ci il tarixli 2-1(118)-124/2021 saylı qərarı ilə (hakim Ceyhun Məmmədov) iddia qismən təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçınə qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə 19.02.2020-ci il tarixli **********197418 saylı qərarı ƏDV üzrə 43.826,935 manat, maliyyə sanksiyası üzrə 21.913,4675 manat hissəsində ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
9. Məhkəmə hesab etmişdir ki, qanunun birbaşa göstərişi ilə 225 manat ƏDV nəzərdə tutulduğu halda, iddiaçının tikinti işləri aparmasına görə ƏDV-nin bazar qiyməti ilə (650 manat) hesablanması Vergi Məcəlləsinin tələblərinə zidd ir. İddia tələbinin vergi müfəttişlərinin əməllərinə hüquqi qiymət verilməsi ilə bağlı digər hissəsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, həmin tələb cavabdehə qarşı yönələn tələb deyil və məhkəmənin birbaşa səlahiyyətinə aiddir. Vergi orqanı tərəfindən iddiaçıya vergi orqanının **********197418 saylı qərarı əsasında vergi orqanının əməkdaşları tərəfindən ƏDV-nin düzgün hesablanmaması onların əməllərinin qəsdən həyata keçirilməsinə dəlalət edə bilməz.
10. Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.07.2021-ci il tarixli, 2-1( 105)-395/2021 nömrəli qərarına əsasən (sədrlik edən və məruzəçi – Zaur Məmmədov, hakimlər – Səyyad Qafari və Fuad Məmmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 01.04.2021-ci il tarixli, 2-1(118)124/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Məhkəmə qərarı cavabdehə 04.08.2021-ci il tarixində təqdim edilmişdir.
14. Cavabdeh 27.08.2021-ci il tarixində kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.07.2021-ci il tarixli, 2-1(105)395/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ET İRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsinə etirazda qeyd olunanlar təşkil edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, qanunvericilikdə “tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış şəxs bu Qanun qüvvəyə mindikdən sonrakı 30 gün müddətində Vergilər Nazirliyinə öz seçimi barədə yazılı formada məlumatı təqdim etməlidir” tələbinin mahiyyəti ondan ibarətdir ki, vergi ödəyicisi qanunda verilmiş imkandan istifadə edərək ya sadələşdirilmiş vergi, ya da ƏDV metodunu seçməli və bu barədə vergi orqanına məlumat verməlidir. Müəyyən olunmuş müddətdə yazılı formada məlumatı təqdi m etməyən şəxsə sadələşdirilmiş vergi metodu tətbiq edilməlidir. Vergi ödəyicisi 27.01.2016-cı il tarixli **********979600 nömrəli məktubla müraciət edərək vergi orqanından qanun qüvvəyə minənədək olan qaydada vergiləri ödəməyi nəzərə almağı xahiş etmişdir. Bununla da, 01.01.2016-cı il tarixindən qüvvəyə minmiş Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq səyyar vergi yoxlaması zamanı faktiki olaraq binanın satılmış sahələrinə uyğun ƏDV hesablanmışdır.
16. Məhkəmə kollegiyası isə yuxarıda qeyd olunan maddəni səhv təsvir edərək belə nəticəyə gəlmişdir ki, vergi ödəyicisinə ƏDV metodu ilə hesablama aparılmalı, ancaq Vergi Məcəlləsinin dəyişiklik edilmiş 159.9-cu maddəsinin əvvəlki redaksiyasına uyğun tətbiq edilməlidir. Lakin səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanı tərəfindən Qan unun göstərilən tələbi düzgün tətbiq edilərək yoxlama ilə əhatə olunan dövrdə qüvvədə olan maddənin tələblərinə riayət edilərək hesablamanı aparmışdır. Həmçinin, məhkəmənin tikintisi həyata keçirilən binanın xüsusiyyətlərini, yerləşdiyi ərazidəki binalarla müqayisədə orta bazar qiymətindən aşağı olan minimum dövriyyə tətbiq etməklə ƏDV hesablaması əsassızdır. Məhkəmə Vergi Məcəlləsinin 83.2.4, 67.1, 67.1.9-cu maddələrini işin hallarına düzgün tətbiq etməmiş, İPM-in 12.1, 14-cü maddələrinin tələblərini pozmuş, işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, prosessual hüquq normalarının tələblərini pozmaqla qanunsuz və əsassız qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. İddiaçı kassasiya şikayəti qarşı etiraz təqdim edərək Sumqayıt Apellyasiya Məhkəməsi nin İnzibati Kollegiyasının 26.07.2021-ci il tarixli, 2-1(105)-395/2021 nömrəli qərarının qüvvədə saxlanması, cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qanunun birbaşa göstərişi olduğu təqdirdə və İddiaçı MMC-nin tikinti işləri apardığına görə ƏDV-nin bazar qiyməti ilə hesablanması Vergi Məcəlləsinin tələblərinə ziddir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X1 izahat verərək kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
19. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 və cavabdehin vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏ N HÜQUQ 20. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20.10.2015-ci il № 1384-İVQD saylı Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış şəxs öz seçiminə uyğun vergiləri bu Qanun qüvvəyə minənədək mövcud olan qaydada da ödəyə bilər. Tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış şəxs bu Qanun qüvvəyə mindikdən sonrakı 30 gün müddətində müvafiq icra hakimiyyəti orqanına öz seçimi barədə yazılı formada məlumatı təqdim etməlidir. Bu maddə ilə müəyyən edilmiş müddətdə yazılı formada məlumatı təqdim etməyən şəxsə sadələşdirilmiş vergi bu Qanunla müəyyən edilmiş qaydada hesablanır. Bu Qanun qüvvəyə minənədək tikinti obyektinin tikinti-quraşdırma işlərinə və vergi ödəməyə başlamış şəxs bu Qanunla müəyyən olunan sadələşdirilmiş vergini ödədiyi zaman bu Qanun qüvvəyə mindiyi tarixədək ödənilmiş ƏDV və sadələşdirilmiş vergi nəzərə alınır. 21. 20.11.2015-ci il tarixinədək Vergilər Məcəlləsinin qüvvədə olan 159.9-cu maddəsinə əsasən mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ƏDV-nin məqsədləri üçün vergi tutulan minimum dövriyyə bu Məcəllənin 219.1.2-ci maddəsində müəyyən edilmiş vergitutma obyektinin hər kvadrat metri üçün 225 manat məbləğinə ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əmsallar tətbiq edilməklə hesablanır. 22. 03.05.2016-cı il tarixinədək qüvvədə olan “Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ƏDV-nin məqsədləri üçün vergi tut ulan minimum dövriyyənin hesablanması üçün ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə əmsalları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 62 saylı 29.02.2008-ci il tarixli Qərarına əsasən mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ƏDV-nin məqsədləri üçün vergi tutulan minimum dövriyyənin hesablanması üçün ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə əmsalları bu qərarın əlavəsinə uyğun, Bakı şəhəri üzrə zonalar və onların sərhədləri isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.09.2007-ci il tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş “Mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ödənilməli olan sadələşdirilmiş verginin hesablanması üçün ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə əmsalları”nın əlavəsinə uyğun müəyyən edilmişdir. Qeyd olunan Qərara edilmiş Əlavəyə əsasən “ƏDVnin məqsədləri üçün vergi tutulan minimum dövriyyənin hesablanması üçün” Abşeron rayonu (Xırdalan şəhəri daxil olmaqla), Sumqayıt və Gəncə şəhərləri üzrə zona əmsalı 1,0-ə, Xankəndi, Əli Bayramlı, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki, Naftalan, Şamaxı, Qazax, Şəmkir, Salyan, Quba, Xaçmaz, Zaqatala, Cəlilabad və Göyçay şəhərləri üzrə 0,8-ə, digər rayon (şəhər) və qəsəbələr (kəndlər) üzrə 0,6-ya bərabərdir
23. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
24. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
25. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə koll egiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından məlumdur ki, 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 07.06.2019-cu ildə İddiaçı MMC-də səyyar vergi yoxlaması keçirmiş və yoxlama aparılan dövr 2016-cı ilin may - 2019-cu ilin aprel aylarını əhatə etmişdir. Yoxlamanın nəticəsi olaraq İddiaçı MMC-nin barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********197418 saylı 19.02.2020-ci il tarixli qərar qəbul edilmiş və qərara əsasən İddiaçı MMC-yə 74.089,75 manat əlavə dəyər vergisi, 37.044,88 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin həm sadələşdirilmiş, həm də ƏDV ödəyicisi olmasını əsas gətirərək, qeyd olunan qərarı qəbul etmişdir. Bundan başqa, vergi orqanı Vergi Məcəlləsində bina tikintisi ilə məşğul olan şəxslər üçün nəzərdə tutulmuş 2016-cı ildə edilmiş dəyişikliyin aid olmamasını bildirmişdir. Belə ki, Vergi Məcəlləsinə 1384 saylı 20 oktyabr 2015-ci il tarixli Qanunla edilmiş əlavəyə əsasən vergi ödəyicisinin seçiminə görə köhnə və ya təzə qaydaların ona qarşı tətbiq edilməsinə dair ərizəsi alınmış və vergi ödəyicisi köhnə qaydaların ona tətbiq edilməsini xahiş etmişdir. Qeyd olunanlara əsasən İddiaçı MMC-nə münasibətdə Vergi Məcəlləsində 01 yanvar 2016-cı il tarixinədək qüvvədə olan qaydalar tətbiq edilmişdir. Vergi ödəyicisi tərəfindən satılan mənzillərin alqı-satqı müqaviləsi təqdim edilmədiyinə görə satdığı mənzillərin dəyəri ilə bağlı ekspertiza keçirilmiş və həmin binada mənzilin 1 kv.m bazar qiymətinin 650 manat olması müəyyən edilmişdir. Buna görə də ”Vienna” MMC tərəfindən satılan 747,23 kv.m sahə ilə bağlı vergi orqanı tərəfindən 74089,75 manat ƏDV və 37.044,88 manat maliyyə sanksiyası hesablanmışdır.
30. İddiaçı MMC 27.01.2016-cı ildə 2 saylı Ərazi Vergilər İdarəsinə müraciət edərək ona qarşı qanunun qüvvəyə mindiyi günə qədər olan qaydaların tətbiq edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin əsas dəlili də ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi 01.01.20 16-cı il tarixinədək qüvvədə olan maddi hüquq normalarına istinad etməkdə haqlı olmamış, maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Məhkəmə kollegiyası isə kassatorun dəlillərini əsassız hesab edir.
31. Belə ki, iddiaçı Vergi Məcəlləsinə 20.10.2015-ci il tarixində edilmiş dəyişiklikdən sonra, 27.01.2016-cı il tarixində müraciət edərək qanunun qüvvəyə mindiyi günə qədər olan qaydaların tətbiq edilməsini xahiş etdiyindən hazırki iddia tələbinə baxılarkən 01.01.2016-cı il tarixinədək Vergilər Məcəlləsinə edilmiş dəyişikliyə qədər qüvvədə olan maddi hüquq normalarına istinad olunmalıdır.
32. Zamana görə qüvvədə olan Vergi Məcəlləsinin 159.9-cu maddəsinə əsasən mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən satılmış mənzilin hər kvadrat metri üçün Nazirlər Kabineti t ərəfindən müəyyən edilmiş ƏDV-nin Əmsalları nəzərə alınmaqla Xırdalan şəhərində 225 manat ƏDV nəzərdə tutulmuşdur (bax: hazırkı qərarın 20-22-ci bəndləri).
33. Belə olan halda, cavabdeh vergi orqanı İddiaçı MMC-yə ƏDV hesablayarkən ekspertin rəyi ilə müəyən edilmiş 650 manat bazar qiymətini rəhbər tutmaqda haqlı olmamışdır və inzibati orqan tərəfindən ƏDV-nin bazar qiyməti ilə hesablanması hazırkı qərarın 20-22-ci bəndlərində göstərilən normaların məzmununa uyğun gəlmir. Nəticə etibarilə iddiaçı tərəfindən 30.262,815 manat məbləğində ƏDV ödənilməli olsa da, cavabdeh 74089,75 manat məbləğində ƏDV hesablamışdır. Odur ki, məhkəmələr haqlı olaraq iddianı qismən təmin etmiş, İddiaçı MMC-yə artıq hesablanmış ƏDV-dən 43.826,935 manat (74089,75- 43.826,935=30.262,815), maliyyə sanksiyasından 21.91 3,4675 manat (37044,88- 21.913,4675=15.131,4075) çıxılması qənaətinə gəlmişdir.
34. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.07.2021-ci il tarixli, 2-1(105)-395/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.07.2021-ci il tarixli, 2-1(105)-395/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.