Məhkəmə qərarları › İş №2-1(102)-1906/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1906/2022

15.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1906/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 15.11.2022 hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1984-cü il təvəllüdlü, FİN:xxxxxxx) cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs Sumqayıt şəhəri 2 saylı poliklinika) “Tibbi Sosial Ekspert Komissiyasının qərarına dəyişiklik edilərək ona 2-ci qrup əlillik tə yin edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-376/2022 nömrəli, 28 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin xx.xx.2021-ci il tarixdə iddiaçıya ünvanlanmış bildirişində onun əlavə müalicəyə ehtiyacı olması səbəbi ilə əlillik təyinatından imtina edilmişdir.

2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 29 iyul 2021-ci il tarixli ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışa əsasən iddiaçıya Epilepsiya, Simptomatik. Anamnezində kəllə beyin travması diaqnozu qoyulmuşdur.

3. Sumqayıt Tibbi Mərkəzi PHŞ 2 nömrəli Ailə Sağlamlıq Mərkəzinin 4 avqust 2021-ci il tarixli, 375 nömrəli arayışına əsa sən iddiaçı “epilepsiya” diaqnozu ilə Sumqayıt şəhər 2 nömrəli ASM-də dispanser qeydiyyatdadır.

4. Sumqayıt Tibb Mərkəzi PHŞ X3 Stansiyasının 26 noyabr 2021-ci il tarixli 2590 nömrəli arayışına əsasən 12 avqust 2021-ci il tarixdə saat 11:32-də ünvan 1 ünvanında yaşayan 1984-cü il təvəllüdlü iddiaçının adına ünvan 2 ünvanına 25 saylı çağırış daxil olmuşdur. İddiaçıya dəqiqləşdirilməmiş epilepsiya tutmasından sonrakı vəziyyət diaqnozu qoyulmuşdur.

5. Mərkəzi Neftçilər Xəstəxanasından verilmiş epikrizə əsasən (yatış tarixi xx.xx.2015; çıxış tarixi xx.xx.2015) iddiaçıya əsas Mediastinal törəmə, yanaşı: Epilepsiya klinik diaqnozu qoyulmuşdur.

6. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş TSEK-ə göndərilən zaman xəstənin vəziyyəti ilə bağlı məlumatlara əsasən iddiaçıya əsas diaqnoz olaraq epil epsiya (G40), simptomatik. Anamnezində kəllə beyin travması qoyulmuşdur. Ağırlaşma diaqnozu kimi başqa rubrikalarda təsnif olunmayan qıcolmalar, tez-tez təkrarlanan (ayda 8 dəfə) generalizə olunmuş qıcolma tutmaları (R56), dəqiqləşdirilməmiş ensefalopatiya, postravmatik ensefalopatiya (G93.4), xoşxassəli kəllədaxili hipertenziya (G93.2), nevrasteniya, Asteno nevrotik sindrom (F48.0) qeyd edilmişdir.

7. TSEK müayinələrinə əsasən iddiaçıya xx.xx.2014-cü ildə bir il müddətinə, xx.xx.2015-ci ildə bir il müddətinə, xx.xx.2016-cı ildə beş il müddətinə ikinci dərəcə əlillik verilmişdir. Diaqnozun mətni dəqiqləşdirilməmiş ensefalopatiya, anamnezində KBT-sı. Simptomatik epilepsiya. Təkrarlanan qıcolma tutmaları ilə, ANS, zəif dər miopiya olmuşdur. xx.xx.2021-ci ildə iddiaçıya əlilliyin verilməsində n imtina edilmişdir. Səbəb kimi əlavə müalicəyə ehtiyacın olması, son illərdə müalicə müddətinin az olması, əlavə stasionar müalicəyə ehtiyacının olması qeyd olunmuşdur. xx.xx.2021-ci il tarixdə iddiaçıya əlillik verilməsindən yenidən imtina edilmişdir. Səbəb kimi göndərişin natamam doldurulması, son 5 il ərizndə stasionar müalicəsi haqqında məlumatın olmaması olmuşdur.

8. İddiaçı Sumqayıt şəhər 4 nömrəli xəstəxanasının poliklinika şöbəsi tərəfindən müayinə olunmuş və ona tez-tez təkrarlanan (ayda 8 dəfə) generalizə olunmuş qıcolma tutmaları (R56), dəqiqləşdirilməmiş ensefalopatiya, postravmatik ensefalopatiya (G93.4), xoşxassəli kəllədaxili hipertenziya (G93.2), nevrasteniya, Asteno nevrotik sindrom diaqnozları qoyulmuşdur. Barəsində 1 dekabr 2021-ci il tarixdə nevropotoloq tərəfindən G40 epilepsiya, epilepsiya simptomatik. Anamnezində kəllə beyin travması qeyd olunmuşdur. Qeyd olunan məlumatlar əsasında Sumqayıt Tibb Mərkəzi publik hüquqi şəxsi tərəfindən Forma 88 saylı arayış tərtib edilərək “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilmişdir. Göndərilmiş reyestr məlumatları əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2sosial ekspert komissiyası (TSEK) tərəfindən iddiaçıya əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. İmtinanın əsas səbəbi kimi xəstənin son 5 il ərzində stasionar müalicəsi haqqında məlumatın olmaması göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

9. İddiaçı 16 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Əm ək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Tibbi Sosial Ekspert Komissiyasının qərarına dəyişiklik edərək ona ikinci qrup əlillik təyin edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

10. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, epilepsiya xəstəsidir və bununla əlaqədar ona təyin olunmuş 2-ci qrup əlillik müddəti bitdiyindən yenidən Sumqayıt şəhərinin 2 nömrəli poliklinikasının həkim məsləhət komissiyasından keçirilmiş və bu barədə göndəriş nazirliyin “Tibbi-sosial ekspert komissiyasının (TS EK) göndərişlərin reyestri”nə daxil edilmişdir. İddiaçıya TSEK-dən əlavə müalicəyə ehtiyacın olması səbəbindən əlillik təyinatından imtina edilməsi barədə cavab göndərilmişdir. Hesab etmişdir ki, bu qərar qanunvericiliyin tələblərinə ziddir.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına” dair Əsasnamənin 2.2-ci bəndinə əsasən “epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi (G40-G419.) səbəbi ilə 2-ci qrup əlillik müəyyən olunmuşdur (2.2.11.). Epilepsiya, seyrək tutmalarla (ayda iki dəfədən az olmamaqla) (G40-G40.9) 3-cü qrup əlillik dərəcəsi təyin edilməsi müəyyən olunmuşdur. 1

2. Onun barəsində həkim komissiyası tərəfindən verilmiş göndərişdə və ambulator kitabçadan çıxarışda bir ay ərzində tez-tez təkrarlanan tutmalarının sayının 8 olması qeyd edilmişdir. Təsdiq olunmuş meyarlarda 2-ci qrup üçün nəzərdə tutulduğundan iddiaçıda müşahidə edilən tutmaların sayı iki dəfə çoxdur və iddiaçının ikinci qrup əlillik dərəcəsi almaq hüququ yaranmışdır. Müalicəyə daim ehtiyacı olduğunu, lakin bunun ona əlillik qrupu verilməsindən imtina edilməsinə əsas vermədiyini bildirmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını, ona əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.

13. Sumqayıt İnzibati Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli qərardadı ilə Sumqayıt şəhər 2 nömrəli şəhər poliklinikası üçüncü şəxs qismin də məhkəmə iclasına cəlb edilmişdir.

14. İddiaçı 10 fevral 2022-ci il tarixdə iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin cavabdehlər siyahısından çıxarılmasını xahiş etmiş, həmin ərizə icraata qəbul edilmişdir. Cavabdehin etirazları:

15. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Sumqayıt 2 saylı Şəhər poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G98 - Sinir sisteminin digər rubrikalarda təsnif olunmamış başqa pozğunluğu; Diaqnozun mətni: Ensefalopatiya. Anamnezin də KBT-sı. Simptomatik epilepsiya. Təkrarlanan qıcolma tutmaları ilə. ANS. Zəif dər. miopiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.

16. Sumqayıt 4 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2015-ci il tarixli 0530003AABJA saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G93 - Baş beynin digər zədələnmələri => G93.4 - Dəqiqləşdirilməmiş ensefalopatiya; Diaqnozun mətni: Dəqiqləşdirilməmiş Ensefalopatiya. Anamnezində КВТ-sı. Simptomatik epilepsiya. Təkrarlanan qıcolma tutmaları ilə. ANS. Zəif dər. miopiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.

17. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: => G93.4 - Dəqiqləşdirilməmiş ensefalopatiya; Diaqnozun mətni: Dəqiqləşdirilməmiş Ensefalopatiya. Anamnezində КВТ-sı. Simptomatik epilepsiya. Təkrarlanan qıcolma tutmaları ilə. ANS. Zəif dər. miopiya; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: 2.2” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir.

18. Sumqayıt 4 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli 0530003AAHBF saylı göndərişi əsasında baxılmış və “X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 - Epizodik və paroksizmal pozğunluqlar => G40 - Epilepsiya => G40.3 - Generalize olunmuş idiopatik epilepsiya və epileptik sindromlar; Diaqnozun mətni: Epilepsiya, Simptomatik. Anamnezində kəllə beyin travması.; Mərkə zə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Son illərdə müalicə müddəti azdır. Əlavə stasionar müalicəyə ehtiyacı var” səbəbi ilə imtina verilmişdir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir.

20. Göndəriş verilməsi üçün əsaslara şəxsin ey ni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir.

21. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağl ı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.

22. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Cavabdeh yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir. Bi rinci instansiya məhkəməsinin gəldiyi nəticə:

23. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-484/2022 nömrəli, 14 fevral 2022ci il tarixli qərarı ilə (hakim İ.R.Burcayev) iddia təmin edilmiş, Tibbi Sosial Ekspert Komissiyasının qərarına dəyişiklik edərək iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

24. Məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015 -ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına” dair Əsasnamənin müvafiq bəndlərinə istinad edərək qeyd etmişdir ki, iddiaçıda mövcud xəstəliyin olması cavabdeh orqan tərəfindən inkar edilməməklə yanaşı iddiaçının ev şəraitində, o cümlədən, Sumqayıt şəhər 2 nömrəli şəhər poliklinikasında müalicə alması onun tərəfindən təqdim edilmiş müayinə vərəqələri ilə müəyyən edilmişdir. Belə ki, iddiaçıya məxsus tibb müəssisəsi tərəfindən qeydiyyat aparılmış xəstəlik kitabçasından çıxarışa əsasən o, müxtəlif vaxtlarda – xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il tarixlərdə müalicələr almışdır. Xəstədə baş ağrıları, baş gicəllənmə, huşun itməsi, qıcolma kimi hallar müəyyən edilmiş və ona ensefalopatiya, simptomatik epilepsiya diaqnozları qoyulmuşdur. Təqdim edilən resept müayinələrindən isə iddiaçının daim ambulator müayinə alması müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının ev şəraitində və tibb müəssisəsində müalicə və müayinələri cavabdeh tərəfindən verilən imtinanın əsassız olmasına dəlalət edir.

25. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

26. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-376/2022 nömrəli, 28 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər: F.Ə.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və Z.İ.Məmmədov) cavabdehin apellyasiya şikayəti tə min edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-484/2022 nömrəli, 14 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

28. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

29. Cavabdeh kassasiya şikayətində işin hallarını sadalamış və iddia tələbinə qarşı etirazın dəlillərini təkrarlamışdır. Əlavə olaraq qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinin sonuncu dəfə qiymətləndirilməsi 2015-ci ildə həyata keçirilmiş, 2016-cı ildə isə elektron təyinatla əlillik vəziyyəti av tomatik olaraq 5 il müddətinə uzadılmışdır. Beləliklə, iddiaçının əlillik vəziyyəti 6 il müddətində (2015-ci ildən, sonuncu göndərişin verildiyi xx.xx.2021 -ci il tarixinə qədər) yoxlanılmamışdır. İddiaçının 2015-2021-ci illər ərzində stasionar müalicə müddətləri əlillik təyinatı üçün müraciət etdiyi göndərişdə göstərilməmişdir. Hansı ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.5.1-ci bəndinə əsasən şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyaların ın bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması göndəriş verilməsi üçün əsasdır. Qeyd edilən səbəblərə görə iddiaçıya əlillik dərəcəsi verilməkdən haqlı olaraq imtina edilmişdir. Məhkəmə qərar qəbul edərkən qanunvericiliyin tələblərinə əməl etmədən, sadəcə iddiaçının evdə müalicə olunmasına istinad etmişdir.

30. Həmçinin, diaqnoz əsasında şəxsin əlil hesab olunub-olunmaması Agentliyin diskresİon səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 74-cü maddəsinə əsasən, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilm əsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-376/2022 nömrəli, 28 iyun 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 32. “İnzibati icraat haqqında” Qanun: Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) hə yata keçirməyə borcludur. Maddə 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

33. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmişdir):... 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəl i iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi;...

34. Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmişdir), (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022 -ci il tarixli, 187 nömrəli qərarı ilə ləğv edilmişdir).... 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: (...) 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9); (...)

35. İnzibati Prosessual Məcəllə: Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsin i cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 73.2. İddiaçının tələbi əsa sında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəf indən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Maddə

74. İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayə ti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcm də) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

36. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

37. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

38. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

39. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassa siya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

40. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

41. Hazırkı iş üzrə müəyyən edilmişdir ki, iddiaçıda mövcud xəstəliyin olması cavabdeh orqan tərəfi ndən inkar edilməmiş, həmçinin iddiaçının ambulator şəraitdə, Sumqayıt şəhər 2 nömrəli şəhər poliklinikasında müalicə alması təqdim edilmiş müayinə vərəqələri ilə öz təsdiqini tapmışdır. Belə ki, iddiaçıya məxsus tibb müəssisəsi tərəfindən qeydiyyat aparılmış xəstəlik kitabçasından çıxarışa əsasən o, müxtəlif vaxtlarda xx.xx.2017-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il tarixlərdə müalicələr almışdır. Xəstədə baş ağrıları, baş gicəllənmə, huşun itməsi, qıcolma kimi hallar müəyyən edilmiş və ona ensefalopatiya, simptomatik epilepsiya diaqnozları qoyulmuş, iddiaçının daim ambulator müayinə alması müəyyən edilmişdir.

42. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan tərəfindən iddiaçıya əlilliyin təyin olunmasından imtina edilməsinin əsassız olması barədə aşağ ı instansiya məhkəmələrinin mövqeyi qanuni hesab olunmalıdır.

43. Şikayətin əsas dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlil hesab olunub-olunmaması Agentliyin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.

44. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, cavabdehin də istinad etdiyi İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. 45. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).

46. Hazırkı halda, cavabdeh nəzərə almalı idi ki, yuxarıda istinad edilən normativ aktlarda müalicənin təkcə və mütləq stasionarda deyil, həm də ambulator şəraitdə keçməsi də təsbit olunmuşdur. Yuxarıda qeyd olunduğu kimi, iddiaçıda mövcud xəstəliyin olması cavabdeh orqan tərəfindən inkar edilməmiş, həmçinin iddiaçının ambulator şəraitdə, Sumqayıt şəhər 2 nömrəli şəhər poliklinikasında müalicə alması təqdim edilmiş müayinə vərəqələri ilə öz təsdiqini tapmışdır.

47. Digər tərəfdən, müayinə tarixində (xx.xx.2021-ci il) qüvvədə olmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına” dair Əsasnamənin 2.2-ci bəndinə əsasən “epilepsiya, tez-tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla...” təsbit olunduğu halda, iddiaçı Sumqayıt şəhər 4 nömrəli xəstəxanasının poliklinika şöbəsi tərəfindən müayinə olunmuş və onda tez-tez təkrarlanan qıcolmaların ayda 8 dəfə baş verdiyi təsbit olunmuşdur.

48. Beləliklə, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən həmin halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir.

49. Məhkəmə kollegiyası irəli sürülən iddia tələbinin məzmununa münasibətdə qeyd edir ki, iddiaçı öz tələbini “Tibbi Sosial Ekspert Komissiyasının qərarına dəyişiklik edərək ona ikinci qrup əlillik təyin edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” olaraq göstərsə də, birinci instansiya məhkəməsi və onun qənaəti ilə razılaşan apellyasiya instansiyası məhkəməsi nəzərə almalı idilər ki, iddiaçı məcburetmə haqqında iddia irəli sürdüyündən, bu tələb İPM-in 33.1, 33.2-ci maddələrinin, habelə 52-ci maddəsinin tələblərinə uyğun həll edilməli idi. Belə ki, iddiaçı ca vabdehin imtina qərarının dəyişdirilməsini tələb etsə də, əgər məhkəmə cavabdehin imtina barədə qərarının qanunsuz olduğu nəticəsinə gəlmişdirsə, bu halda, iddiaçının ifadə tərzinə bağlanmadan onun üçün əlverişli inzibati aktın qəbulu üçün cavabdehin imtina qərarını ləğv etməli idi (qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv edilməlidir).

50. İşdən göründüyü kimi, xx.xx.2021-ci il tarixli göndəriş (Forma 88) üzrə cavabdehin imtina qərarı xx.xx.2021-ci il tarixdə qəbul edilmiş, iddiaçı da məhz həmin qərarla bağlı bildirişi aldıqdan sonra xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir.

51. Məhkəmə kollegiyası nəzərə alır ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə ləğv edilərək, həmin Qərarla “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilsə də, bu, iddiaçıya dair göndəriş üzrə qərarın qəbul edildiyi xx.xx.2021-ci il tarixdə qüvvədə olmuş normativ aktın tətbiqi və iddiaçıya əlilliyin həmin tarixdən təyin olunması üçün maneə deyil.

52. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-376/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilir. Cavabdehin iddiaçıya əlilliyin müəyyən edilməsindən imtina barədə xx.xx.2021-ci il tarixli qərarı ləğv edilməklə, cavabdehin üzərinə iddiaçıya xx.xx.2021-ci il tarixli göndəriş (Forma 88) üzrə xx.xx.2021-ci il tarixdən ikinci dərəcəli əlilliyin

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar