Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1906/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Bakı şəhəri Nizami bələdiyyəsi) “torpaq sahəsinə icarə hüququnun qeydiyyatına dair reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2023-cü il tarixli, 2-1(103)-532/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 18 mart 2005-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri Nizami Bələdiyyəsinin 15 mart 2005-ci il tarixli 03 saylı qərarı əsasında iddiaçı ilə üçüncü şəxs arasında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 79 saylı binanın yanında yerləşən ümumi sahəsi 360 kv.m olan torpaq sahəsinin 49 il müddətinə iddia çıya icarə verilməsi haqqında müqavilə bağlanmışdır. 2. 15 mart 2005-ci il tarixli 03 saylı icarə müqaviləsinə əlavə edilmiş eskizdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 79 saylı binanın yanında yerləşən ümumi sahəsi 360 kv.m olan torpaq sahəsinin yeri göstərilmişdir.
3. Bakı şəhəri Nizami Bələdiyyəsinin 15 mart 2006-cı il tarixli 03 saylı qərarı əsasında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 79 saylı binanın yanında yerləşən ümumi sahəsi 360 kv.m olan torpaq sahəsinin 49 il müddətinə iddiaçıya icarə verilməsi qərarı alınmışdır.
4. İddiaçı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 79 saylı binanın yanında yerləşən ümumi sahəsi 360 kv.m olan torpaq sahəsi üzərində icarə hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, c avabdehin xx.xx.2021-ci il tarixli, **********20 nömrəli məktubu ilə iddiaçının müraciətindən imtina edilmişdir. Cavabdehin məktubunda qeyd edilmişdir ki, həmin məsələ ilə bağlı iddiaçının müraciətinə xx.xx.2020-ci il tarixli, **********71 nömrəli məktubla ətraflı cavab verilmiş, lakin qeyd olunan çatışmazlıqlar aradan qaldırılmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı 5 iyul 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsi, iddiaçının adına Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 79 saylı binanın yanında yerləşən ümumi sahəsi 360 kv.m olan torpaq sahəsinə icarə hüququnun qeydiyyatına dair reyestrdən çıxarışın verilməsi barədə qə rar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Bələdiyyəsinin 15 mart 2006-cı il tarixli, 10 saylı qərarı və 18 mart 2006-cı il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında bağlanmış müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 79 saylı binanın yanında yerləşən ümumi sahəsi 360 kv.m torpaq sahəsi verildiyi gündən hal-hazıradək iddiaçının (İddiaçı) istifadəsindədir. İddiaçı Bakı şəhəri Nizami Bələdiyyəsinə ərizə ilə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 79 saylı binanın yanında yerləşən ümumi sahəsi 360 kv.m torpaq sahəsinin icarə hüququ əsasında dövlət qeydiyyatına alınması və icarə hüququ əsasında reyestrdən çıxarışın verilməsini xahiş etmişdir. B akı şəhəri Nizami Bələdiyyəsi 16 aprel 2021-ci il tarixli müraciətə 02/478 saylı məktubla cavab olaraq bildirmişdir ki, “Bakı şəhər İHB-nın 26 sentyabr 2000-ci il tarixli, 911 saylı sərəncamı və həmin sərəncama əlavə edilmiş Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinin 2 oktyabr 2000-ci il tarixli ayrıc aktına əsasən Bakı şəhəri Nizami Bələdiyyəsinə ayrılacaq torpaq sahələrinin koordinatları müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Bakı ŞİH-in sərəncamına və Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinin ayrıc aktına əsasən Bakı şəhəri Nizami Bələdiyyəsinə ayrılan torpaq sahələrinin sərhədləri müəyyən edilmiş və onun istifadəsində olan torpaq sahəsi bələdiyyəyə ayrılan torpaq sahəsinə aiddir. İddiaçı istifadəsində olan torpaq sahəsinin ayrılmasına dair bələdiyyənin qərarını, torpaq sahəsinin icarə müqaviləsini, torpaq sahəsinin plan və ölçünü, dövlət reyestrindən icarə hüququ əsasında çıxarışın verilməsi üçün cavabdehə təqdim etməklə müraciət etmişdir. Lakin cavabdeh orqan heç bir əsas gətirmədən sənədlərin qəbul etməsindən imtina etmişdir. Cavabdehin etirazları:
7. Cavabdeh tərəfindən iddia tələbinə verilən yazılı etirazda qeyd edilmişdir ki, iddiaçının müraciətində 7 iyul 2020-ci il tarixdə əlavə edilmiş protokoldan çıxarışın qanunvericiliyə uyğun olmadığı müəyyən edilmişdir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 23 oktyabr 2007-ci il tarixdə edilmiş dəyişikliyinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Elektron kadastr məlumatına əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmamışdır. Həmçinin, torpaq sahəsinə dair icarə müqaviləsində qeyd edilən bələdiyyə qərarı və torpaq sahəsinə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə olunmamışdır. Bununla yanaşı, torpaq sahəsi yaşayış binasının ümumi istifadəsində olan yaşıllıq ərazisində yerləşmiş və hasarlanma, mərzçəkmə işləri aparılmamışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamış, iddiaçıya 25 sentyabr 2020-ci il və 7 iyun 2021-ci il tarixli cavab məktubları ünvanlanmışdır. Üçüncü şəxsin mülahizəsi:
8. Üçüncü şəxs məhkəməyə ünvanlanmış 15 sentyabr 2021-ci il tarixli məktubunda bildirir ki, iddiaçıya Bakı şəhəri Nizami Bələdiyyə sinin 15 mart 2006-cı il tarixli qərarı əsasında ayrılmış və Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 79 saylı binanın yanında yerləşən, ümumi sahəsi 360 kv.m olan torpaq sahəsini bələdiyyə ilə bağlanmış icarə müqaviləsi əsasında istifadə edir. İddiaçının icarə müqaviləsi əsasında istifadəsində olan torpaq sahəsi Bakı ŞİH başçısının 26 sentyabr 2000-ci il tarixli 911 saylı sərəncamı və Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsinin 2 oktyabr 2000-ci il tarixli ayrıc aktına əsasən Bakı şəhəri Nizami bələdiyyəsinə ayrılan 330 ha torpaq sahəsinin ərazisində yerləşir. Bakı ŞİH başçısının 26 sentyabr 2000-ci il tarixli 911 saylı sərəncamı və Memarlıq və Şəhərsalma Baş İdarəsinin ayrıc aktında göstərilən koordinatlara əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəs i tərəfindən xəritə hazırlanmışdır. Üçüncü şəxs göstərilənlərə və «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4.0.1-ci maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66, 67-ci maddələrinə əsaslanaraq, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 79 saylı binanın yanında yerləşən ümumi sahəsi 360 kv.m olan torpaq sahəsinə icarə müqaviləsi əsasında İddiaçı adına reyestrdən çıxarışın verilməsinə etiraz etmir.
9. Birinci instansiya məhkəməsinin 18 noyabr 2021-ci il tarixli qərardadı ilə məhkəmə ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2022-ci il tarixli 10/6803 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri Nizami Bələdiyyəsinin 15 mart 2006-cı il tarixli 10 sa ylı qərarına əsasən İddiaçı Bakı şəhəri, Q.Qarayev prospekti, 79 saylı binanın yanında ayrılmış 360 kv.m torpaq sahəsinin ayrılan dövrdə və hazırda bələdiyyənin mülkiyyətində olan ərazi hüdudlarında yerləşməsi və torpaq sahəsinin digər şəxslər tərəfindən istifadə edilmədiyi müəyyən olunur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Bakı İnzibati Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 2-1(112)-1475/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin imtinası qanunsuz sayılmış, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 79 saylı binanın yanında yerləşən ümumi sahəsi 360 kv.m torpaq sahəsinə icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
11. Birinci instansiya məhkəmə si qeyd etmişdir ki, üçüncü şəxsin 15 mart 2006-cı il tarixli 10 saylı qərarının qəbulu üzrə inzibati icraat zamanı inzibati orqan Nizami Bələdiyyəsi tərəfindən Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə müvafiq razılaşdırmanın aparılmaması və rəyin alınmaması, eləcə də hərrac və ya müsabiqənin keçirilməməsi yekun inzibati aktı kimi 15 mart 2006-cı il tarixli qərarın hüquqi qüvvəsinə təsir etmir.
12. Torpaq sahəsinin yaşıllıq ərazisində yerləşməsi, ümumi hasar daxilində yerləşməsinə gəldikdə isə, bu hal ona hüququnun qeydiyyat alınmamasına əsas vermir. İmtinada vurğulanan “mərzçəkmə işlərinin aparılmaması” dəlili də əsassızdır, çünki, bu hal həm iddiaçının iradəsindən asılı deyil, həm də cavabdehin səlahiyyətindədir. Nəzərə alınmalıdır ki, torpaq qanunvericiliyi bələdiyyə mülkiyyətind ə olan, yaşıllıq ərazisində yerləşən torpaq sahəsinin bələdiyyə qərarı ilə fiziki şəxslərin icarəsinə verilməsini məhdudlaşdırmır, eləcə də sahənin xüsusiyyətləri həmin sahədə tikinti işlərinin aparılıbaparılmaması üzrə icraatda mühüm rol oynaya bilər, hansı ki, hazırkı mübahisə yalnız torpaq sahəsinə hüquqla bağlıdır.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2023-cü il tarixli, 2-1(103)-532/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 2-1(112)-1475/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellya siya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdehin kassasiya şikayətinin dəlilləri etirazın dəlilləri ilə eynilik təşkil edir.
18. Cavabdeh əlavə olaraq qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2005-ci il tarixli icarə müqaviləsində Bakı şəhəri Nizami Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 03 saylı qərarına istinad edilmişdir. Lakin iddiaçı tərəfindən hüquqmüəyyənedici sənəd olaraq həmin bələdiyyənin xx.xx.2006cı il tarixli, 03 saylı qərarı təqdim edilmişdir. b) Kass asiya şikayətinə qarşı etirazın dəlilləri:
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
20. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 1 2-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırm a hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivə sində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
24. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
25. Apellyasiya instansiya məhkəməs i birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, Bakı şəhəri Nizami Bələdiyyəsinin 15 mart 2006-cı il tarixli, 10 saylı qərarının qəbulu üzrə inzibati icraat zamanı Nizami Bələdiyyəsi tərəfindən Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə müvafiq razılaşdırmanın aparılmaması və rəyin alınmaması, eləcə də hərrac və ya müsabiqənin keçirilməməsi yekun inzibati akt kimi 15 mart 2006-cı il tarixli qərarın hüquqi qüvvəsinə təsir etmir.
26. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini və bu qənaətlə bağlı əsaslandırmasını İnzibati Prosessual Məcəllənin 12.1, 58.7, 82 və 87.8-ci maddələrinin tələblərinə uyğun hesab etmir.
27. İşin materiallarına görə, Bakı şəhəri Nizami Bələdiyyəsinin 15 mart 2006-cı il tarixli 03 saylı qərarı əsasında iddiaçıya Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 79 saylı binanın yanında yerləşən ümumi sahəsi 360 kv.m olan torpaq sahəsi icarə verilmişdir. Lakin iddiaçı iddia tələbində onun torpaq sahəsi üzərində hüququnun qeydiyyata alınmasının əsası kimi Bakı şəhəri Nizami Bələdiyyəsinin 15 mart 2006-cı il tarixli 10 saylı qərarına istinad etmiş, məhkəmələr də iddiaçının qeyd etdiyi qərara əsaslanmaqla iddianı təmin etmişlər.
28. İş materiallarında Bakı şəhəri Nizami Bələdiyyəsinin 15 mart 2006-cı il tarixli 10 saylı qərarı yoxdur.
29. Digər tərəfdən, iddiaçı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin 18 mart 2006-cı il tarixdə bağlandığını göstərsə də, iş materiallarına əlavə edilmiş “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilənin tarixi 18 mart 2005-ci il göstər ilmiş, müqavilədə Bakı şəhəri Nizami Bələdiyyəsinin 15 mart 2005-ci il tarixli 03 saylı qərarına istinad edilmişdir.
30. Göründüyü kimi, mübahisələndirilən torpaq sahəsinin iddiaçının icarəsinə verilməsi barədə bələdiyyə qərarında və müqavilədə aşkar uyğunsuzluqlar var. Birinci instansiyası məhkəməsi həmin uyğunsuzluqları və ziddiyyətləri tam, hərtərəfli və obyektiv şəkildə araşdırmadan, iş materiallarında olmayan Bakı şəhəri Nizami Bələdiyyəsinin “15 mart 2006-cı il tarixli 10 saylı qərarı”na istinad etməklə iddianı təmin etmiş, apellyasiya instansiyası məhkəməsi də mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə tam və hərtərəfli araşdırmadan həmin nəticə ilə razılaşmışdır.
31. Beləliklə, İPM-in 12.1, 58.7 və 82-ci maddələrinin tələbləri ap ellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır.
32. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.
33. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələbələrinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə aid hissədə təmin oluna bilməz.
34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 aprel 2023-cü il tarixli, 21(103)-532/2023 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət iddianın rədd edilməsi tələbinə aid hissədə təmin edilmir. Qərar qətidir.