Məhkəmə qərarları › İş №2-1(102)-1907/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1907/2021

02.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1907/2021 02.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının faktiki xarakterli hərəkətinin mübahisələndirilməsi; vergi ödəyicisinin şəxsi hesab vərəqəsində düzəliş edilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilə r Baş idarəsinə qarşı “şəxsi hesab vərəqəsindən borcun silinməsi və ödənilmiş borcun geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 5 iyul tarixli, 2-1(105)-350/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək şəxsi hesab vərəqəsində olan borcun və ona hesablanmış faiz borcunun silinməsini xahiş etmişdir.

2. Cavabdeh 2019-cu il 27 avqust tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, ödənişləri təsdiq edən hər hansı bir sənəd vergi orqanına təqdim edilməmişdir. ödəniş sənədlərinin təqdim edilməməsi səbəbindən müraciətə baxıl ması mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2020-ci il 10 iyun tarixdə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək - Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “2020-ci il 16 mart tarixli müraciətə baxılması haqqında” imtina məktubunun əsassız hesab edilməsini, - iddiaçı barəsində “düzəliş (daxil olma)” əməliyyat növündə hesablanılaraq iddiaçının şəxsi hesab vərəqəsində 2019-cu il 6 noyabr tarixdə qeyd alınmış 5000 manat və 8000 manat və 2019-cu il 7 noyabr tarixdə qeydə alınmış 10000 manat, 9000 manat və 6000 manat olmaqla, ümumilikdə, 38000 manat vergi borcunun və onun üzərinə hesablanmış 9090,52 manat faiz üzrə qalıq borcunun iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi vəzif əsinin cavabdehə həvalə edilməsini, - iddiaçı tərəfindən 2019-cu il 18 noyabr tarixdə 3000 manat, 2019-cu il 20 noyabr tarixdə 7500 manat, 2019-cu il 21 noyabr tarixdə 5000 manat, 2019-cu il 26 noyabr tarixdə 4450 manat, 2020-ci il 03 fevral tarixdə 2995,51 manat və 2020-ci il 07 fevral tarixdə 3000 manat edilmiş və vergi ödəyicisi barəsində əsassız olaraq hesablanmış 38000 manat qalıq vergi borcunun və onun üzərinə hesablanmış 9090,52 manat faiz üzrə qalıq borcu ilə əlaqədar olaraq silinmiş 25945,51 manat ödənişin iddiaçıya geri qaytarılması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

4. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək - Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “2020-ci il 16 mart tarixli müraciətə baxıl ması haqqında” imtina məktubunun əsassız hesab edilməsini, - iddiaçının şəxsi hesab vərəqəsində 2019-cu il 6 noyabr və 2019-cu il 7 noyabr tarixlərdə aparılmış düzəliş (daxilolma) əməliyyatlarının qanunsuz hesab edilməsini, - iddiaçı barəsində “düzəliş (daxil olma)” əməliyyat növündə hesablanılaraq iddiaçının şəxsi hesab vərəqəsində 2019-cu il 6 noyabr tarixdə qeyd alınmış 5000 manat və 8000 manat və 2019-cu il 7 noyabr tarixdə qeydə alınmış 10000 manat, 9000 manat və 6000 manat olmaqla, ümumilikdə, 38000 manat vergi borcunun və onun üzərinə hesablanmış 9090,52 manat faiz üzrə qalıq borcunun iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsini, - iddiaçı tərəfindən 2019-cu il 18 noyabr tarixdə 3000 manat, 2019-cu il 20 noyabr tarixdə 7500 manat, 2019-cu il 21 noyabr tarixdə 5000 manat, 2019-cu il 26 noyabr tarixdə 4450 manat, 2020-ci il 03 fevral tarixdə 2995,51 manat və 2020-ci il 07 fevral tarixdə 3000 manat edilmiş və vergi ödəyicisi barəsində əsassız olaraq hesablanmış 38000 manat qalıq vergi borcunun və onun üzərinə hesablanmış 9090,52 manat faiz üzrə qalıq borcu ilə əlaqədar olaraq silinmiş 25945,51 manat ödənişin iddiaçıya geri qaytarılması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının ödənilməmiş vergi borcu olmamışdır. İddiaçı ödənilmədiyi iddia olunan mübahisələndirilən vergiləri vaxtında ödəmiş və bu barədə şəxsi hesab vərəqəsində 2016-cı il 2 oktyabr, 2016-cı il 31 oktyabr, 2017-ci il 31 oktyabr və 2017-cı il 29 noyabr tarixlərdə müv afiq qeydlər aparılmışdır. Mübahisələndirilən vergi borclarının ödənilməsini təsdiq edən yeganə və mötəbər sübut elə şəxsi hesab vərəqəsində aparılan həmin qeydlərdir. Məlum olduğu kimi, şəxsi hesab vərəqəsi vergi ödəyicisi ilə aparılan hesablaşma vəziyyətini əks etdirən mötəbər sənəddir. Belə ki, vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə vergi ödəyicisi və ya digər üçüncü şəxs tərəfindən hər hansı müdaxilənin edilməsi mümkünsüzdür və şəxsi hesab vərəqəsi üzərində bütün əməliyyatlar yalnız vergi orqanı tərəfindən həyata keçirilir. Bu deyilənlər məhz Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" 2016-cı il 30 dekabr tarixli, 474VQ nömrəli Qanunun tətbiqi ilə bağlı ve rgi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair 2020-ci il 13 avqust tarixli Qərardadında ifadə olunan hüquqi mövqelərdə öz əksini tapmışdır. Belə ki, həmin Qərardadın 43-cü bəndində qeyd edilmişdir ki, Vergi Məcəlləsində şəxsi hesab vərəqəsinin anlayışı verilməsə də, “şəxsi vərəqə” ifadəsinə Məcəllənin mətnində - 87.2-ci maddədə rast gəlinir. Bununla yanaşı, qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 83.1-ci maddəsində həm də “vergi orqanının uçot sənədləri’’ ifadəsi işlənilir. Qeyd olunan normanın mənasına görə, vergi ödəyicisinin ödəməli olduğu vergi məbləği barədə vergi orqanının uçot sənədlərində qeydiyyat aparılmalıdır.

6. Həmin Qərardadın 44-cü bəndində göstərilmişdir ki, kollegiya qeyd edir ki, bu qəbildən olan məlumatların vergi orqanı tərəfindən uçotunun aparılması vergi orqanının əsas vəzifələrinin icrasının lazımi qaydada təmin edilməsi zərurətindən irəli gəlir. Belə ki, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək (maddə 24.0.1), o cümlədən hesablanmış və təyinatı üzrə daxil olmuş vergilərin uçotunu aparmaq və bu barədə müvafiq icra hakimiyyəti orqanlarına məlumat vermək (maddə 24.0.4) Vergi Məcəlləsində vergi orqanının əsas vəzifələri sırasında göstərilmişdir. Belə olan halda, şəxsi hesab vərəqəsini vergi orqanının vergilər və digər məcburi ödənişlərin hesablaşma vəziyyətini əks etdirən uçot sənədlərinə aid etmək olar. Vergi orqanının şəxsi hesab vərəqəsində 2019-cu il 6 noyabr və 2019-cu il 7 noyabr tarixlərdə apardığı “düzəliş (daxilolma)” əməliyyatları qanunsuz olmuşdur. Qanunvericiliyin tələblərindən bəllidir ki, inzibati orqanların fiziki və hüquqi şəxslərlə münasibətləri inzibati akt və ya faktiki xarakterli hərəkətlər formasında təzahür edir. İddiaçının şəxsi hesab vərəqəsində 06.11.2019 və 2019-cu il 7 noyabr tarixlərdə “düzəliş (daxilolma)” formasında aparılan əməliyyatlar vergi orqanının faktiki xarakterli hərəkətləridir. Həmin hərəkətlərin qanuniliyinin müəyyən edilməsi üçün isə bu əməliyyatların mahiyyəti təhlil olunmalıdır. Sözügedən əməliyyatların (2019-cu il 6 noyabr və 2019-cu il 7 noyabr tarixli düzəliş(daxilolma)) hansı səbəbdən aparılması ilə bağlı cavabdehin nümayəndəsinin gətirdiyi açıqlamadan göründüyü kimi, vergi orqanı mübahisələndirilən məbləğlərin ödənilməsinə dair sənədlərin olmadığını nəzərə alaraq vergi borcunu yenidən hesablamış və ona yeni faizlər əlavə edər ək, beləliklə dürüstləşmə əməliyyatı apararaq 2019-cu il 6 noyabr və 2019-cu il 7 noyabr tarixlərdə şəxsi hesab vərəqəsində düzəliş etmişdir.

7. Göründüyü kimi, vergi orqanı vergi ödəyicisi üçün vergilərin yenidən hesablanmasını aparmış, hətta ödəyici barəsində faiz borcu da hesablamışdır. Yəni bu əməliyyatlar nəticəsində vergi ödəyicisi üçün yeni vergi öhdəliyi yaranmışdır. Vergi qanunvericiliyi bu kimi hallarda qanunla müəyyən olunmuş müddət ərzində kameral vergi yoxlaması keçirməklə bu tip nöqsanların aradan qaldırılması imkanını nəzərdə tutmuşdur. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Odur ki, həqiqətən də mübahisələndirilən məbləğlər ödənilməmiş olsa idi, vergi orqanı yalnız kameral vergi yoxlamasının keçirilməsi barədə müvafiq inzibati akt qəbul etməklə və vergi ödəyicisi barəsində kameral vergi yoxlaması keçirməklə sözügedən vergi məbləğlərinin hesablanması və ödənilməsi barədə sənədlər və digər məlumatlar əsasında həmin halı müəyyən etməli və aradan qaldırmalı idi. Halbuki, bu məbləğlərlə bağlı bu günədək hər hansı vergi yoxlaması keçirilməmişdir. Əksinə vergi orqanı keçən müddət ərzində sözügedən məbləğləri ödənilmiş məbləğ kimi qəbul edərək onları mübahisələndirməmişdir. Cavabdehin etirazları:

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət Və S osial İnnovasiyalar X2 (VÖEN: **********) tərəfindən 2016-2017-ci illər üzrə ödənilmiş dövlət rüsumlarının araşdırılması zamanı müəyyən edilmişdir ki, 19.09.2016-cı il tarixli ********** nömrəli ödəniş tapşırığı üzrə 10000 manat, 20.10.2016-cı il tarixli ********** nömrəli ödəniş tapşırığı üzrə 9000 manat, 20.10.2016cı il tarixli ********** nömrəli ödəniş tapşırığı üzrə 6000 manat, 16.10.2017-ci il tarixli ********** nömrəli ödəniş tapşırığı üzrə 5000 manat və 17.11.2017-ci il tarixli ********** nömrəli ödəniş tapşırığı üzrə 8000 manat olmaqla ümumilikdə 38000 manat dövlət rüsumu düzgün olmayaraq vergi kimi iddiaçının şəxsi hesab vərəqəsinə işlənilmişdir. Bu səbəbdən də 06.11.2019-cu il tarixdə ********** nömrəli ödəniş tapşırığı üzrə 5000, 0 manat, ********** nömrəli ödəniş tapşırığı üzrə 8000,0 manat, 07.11,2019-cu il tarixdə ********** nömrəli ödəniş tapşırığı üzrə 10000,0 manat, ********** nömrəli ödəniş tapşırığı üzrə 9000,0 manat, ********** nömrəli ödəniş tapşırığı üzrə 6000,0 manat, cəmisi 38000 manat olmaqla daxilolmaya düzəliş edilərək iddiaçının şəxsi hesab vərəqəsinə işlənilmişdir. “Dövlət rüsumu haqqında” Qanunun 7-ci maddəsinə əsasən həmin Qanunun 20.1 - 20.11-ci maddələri üzrə dövlət rüsumunun düzgün hesablanmasına və vaxtında dövlət büdcəsinə köçürülməsinə nəzarət Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli Fərmanına əsasən vergi orqanları tərəfindən həyata keçirilir. Ödənilmiş dövlət rüsumunun vergi kimi iddiaçının şəxsi hesab vərəqəsinə işlənilməsi vergi qanunvericiliyinin tələblərinə zidd olduğundan vergi orqanı tərəfindən Vergi Məc əlləsinin 85.4-cü maddəsi əsas tutularaq yenidən hesablama aparılmışdır. Belə ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. İddiaçının silinmiş 25945.51 manat ödənişin geri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə münasibətdə bildirilir ki, iddiaçı tərəfindən 2019-cu il 18 noyabr tarixdə ödənilmiş 3000 manat, 2019-cu il 20 noyabr tarixdə ödənilmiş 7500 manat, 2019-cu il 21 noyabr tarixdə ödənilmiş 5000 manat, 2019-cu il 26 noyabr tarixdə ödənilmiş 4450 manat, 2020-ci il 3 fevral tarixdə ödənilmiş 2995,51 manat və 2020-ci il 7 fevral tarixdə ödənilmiş 3000 manat, cəmisi 25945,51 manat məbləğində ödənişlər iddiaçının mənfəət vergisi, ƏDV və sair öhdəlikləri ilə bağlıdır. Həmin ödənişlərin geri qaytarılması yalnız artıq ödəmə mövcud olduqda Vergi Məcəlləsinin 87-ci maddəsinin tələblərinə müvafiq olaraq həyata keçirilir. İddiaçının şəxsi hesab vərəqəsindən görünür ki, iddiaçının sonuncu ödənişlər edilməmişdən əvvəl 39996.89 manat məbləğində borcu olmuş, ödənişlərdən sonra isə hazırda 23242.02 manat vergi borcu vardır. Vergi Məcəlləsinin 88.1-ci maddəsinə əsasən vergilər üzrə yaranmış borc bu Məcəllənin 85.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı sıra qaydası ilə ödənilir: yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği; hesablanmış faizlərin məbləği; tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği. Qanunun tələbindən göründüyü kimi, vergi öhdəliyi mövcud olduqda sonrakı ödənişlər əvvəlki öhdəliklər üzrə sıra ardıcıllığı ilə həyata keçirilir. İddiaçının 2020-ci il 16 mart tarixli müraciətinə baxılması haqqında 2020-ci il 2 aprel tarixli, **********309200 nömrəli məktubun əsassız hesab edilməsi tələbinə gəldikdə isə bildirilir ki, iddiaçı tərəfindən vergi orqanına müraciət edilərək hesablanmış 38000 manat vergi borcunun və 9090.52 manat faiz borcunun ödənilməsi bildirilsə də, ödənişləri təsdiq edən hər hansı bir sənəd vergi orqanına təqdim edilməmişdir. Bu səbəbdən də iddiaçıya ödəniş sənədlərinin təqdim edilməməsi səbəbindən müraciətə b axılmasının mümkün olmaması barədə məlumat verilmişdir. Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə görə vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vergi ödəyicisinin vəzifəsidir. İddiaçı vergi orqanına müraciət edərkən ödəmələr barədə sübutlar təqdim etməməklə qanunun göstərilən tələbinə əməl etməmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Sumqayıt İnzibati Məhkəməsinin 2021-ci il 15 fevral tarixli, 2-1(118)-196/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, - göründüyü kimi, vergi orqanı məhz “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" 2016-cı il 30 dekabr tarixli 474VQ nömrəli Qanunun tətbiqi ilə bağlı “Dürüşləşmə” adlandırdığı əməliyyat ilə kompüt er proqramı təminatındakı xətadan irəli gələn səhvin düzəldilməsi üçün nəzərdə tutulub. Başqa sözlə desək vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının Qanuna görə silinməsinə baxmayaraq, kompüter proqramı həmin borcları yenidən silməsi məqsədi ilə vergi ödəyicilərinin digər mübahisə olunmayan borclarını silir. Buna görə də vergi məmuru “Dürüsləşmə” adlandırdığı əməliyyat vasitəsi ilə silinməli olmayan vergi borclarını şəxsi hesab vərəqəsinə yenidən işləyir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 21 avqust tarixli Qərardadına əsasən həmin borcların yenidən şəxsi hesab vərəqəsinə işlənməsi üçün yeni inzibati aktın qəbul edilməsinə zərurət yoxdur. Lakin hazırkı iddia tələbinin Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan ver gi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ nömrəli Qanununun tətbiqi ilə bağlı məsələ ilə heç bir əlaqəsi yoxdur. - Vergi orqanı tərəfindən iddiaçının ödənilməmiş vergi borclarının şəxsi hesab vərəqəsinə daxil edilməsi ona yenidən vergi borclarının hesablanması demək deyil. Belə ki, vergi borclarının yenidən hesablanması əvvəllər hesablanmış vergi borcundan fərqli vergi borcunun hesablanması deməkdir. Lakin hazırkı iddia tələbinin araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı 2016 və 2017-ci illər ərzində hesablanmış vergi borcuna hər hansı bir dəyişiklik edilməyib. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının 3 illik iddia müddətinə əsaslanması da düzgün deyil. Nəzərə alınmalıdır ki, vergi orqanının iddiaçıya vergi borcunun tələb edilməsi ilə bağlı 5 illik, yəni hazırkı iddia tələbi üzrə 2021-ci il 2 oktyabr tarixə kimi müddəti var.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 5 iyul tarixli, 2-1(105)-350/2021 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2021-ci il 15 fevral tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN D ƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, Bununla yanaşı, məhkəmələr şəxsi hesab vərəqəsini iddia tələbinin əsası olan halı, yəni mübahisələndirilən vergi borclarının icra edilməsini təsdiq edən sübut kimi qəbul etməmişdir. Kollegiya şəxsi hesab vərəqəsinə məlumat xarakterli sənəd kimi yanaşaraq hesab etmişdir ki, vergi ödəyicisi tərəfindən vergi öhdəliyinin yerinə yetirilməməsinə baxmayaraq şəxsi hesab vərəqəsində vergi ödəyicisinin vergi borcunun olmaması kimi qeyd olunması düzgün deyil, şəxsi hesab vərəqəsində iddiaçının vergi borcunun sıfır kimi qeyd olunması onun hələ vergi öhdəliyinə xitam verilməsi anlam ına gəlməməlidir. Kollegiyanın bu mövqeyinin maddi hüquqi əsası yoxdur və məhkəmə qərarda bunu təsdiq edən hər hansı normaya da istinad etməmişdir. Hazırda mübahisələndirilən vergi borclarının ödənilməsini təsdiq edən yeganə sənəd şəxsi hesab vərəqəsidir və iddiaçıda bu barədə başqa hər hansı sənəd yoxdur. Şəxsi hesab vərəqəsi isə vergi orqanının vergilər və digər məcburi ödənişlərin hesablaşma vəziyyətini əks etdirən uçot sənədidir. Bu sənəddə əks olunan məlumatların mötəbərliyi ancaq güclü dəlillərə istinad edilməklə şübhə altına alına və təkzib oluna bilər. Belə dəlillər isə iş materiallarında yoxdur. Buna baxmayaraq məhkəmələr iş materiallarına əlavə edilmiş Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X1 Nazirliyinə ünvanladığı 2019-cu il 30 oktyabr tarixli, **********14 saylı mək tuba və həmin məktuba əlavə edilmiş sənədlərə istinad edərək məktubda sadalanan ödəniş tapşırıqları üzrə ümumilikdə 38.000 manat dövlət rüsumunun düzgün olmayaraq vergi kimi iddiaçının şəxsi hesab vərəqəsinə işlənilməsi, beləliklə də mübahisələndirilən vergi borclarının əslində ödənilməməsi qənaətinə gəlmişdir.

16. Azərbaycan Respublikası vergilər nazirinin 2018-ci il 28 dekabr tarixli əmri ilə təsdiq edilmiş Qaydaların tələblərindən də (5.1, 6.1.1 və 6.1.4-cü bəndlər) göründüyü kimi şəxsi hesab vərəqəsinə vergi ödənişinin edilməsi barədə məlumatlar özbaşına deyil, yerli xəzinədarlıq orqanından alınan sənədlər əsasında daxil edilir və hətta hesabat ayı üzrə daxilolmalar barədə məlumatlar həm ay, həm də artan yekunla hər bir büdcə təsnifat kodu üzrə Maliyyə Nazirliyi ilə üzləşdirilməklə müv afiq üzləşmə aktı ilə təsdiq olunur. Göründüyü kimi, şəxsi hesab vərəqəsində aparılan əməliyyatlar barəsində cavabdeh şəxs vergi orqanı (məlumatların düzgün daxil edilməsi baxımından) və yerli xəzinədarlıq orqanıdır (vergi orqanına verdiyi məlumatların mötəbərliyi baxımından). Başqa sözlə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar X2nin şəxsi hesab vərəqəsinə daxil edilmiş məlumatlar barəsində verdiyi hər hansı informasiyanın heç bir hüquqi əhəmiyyəti yoxdur. Agentlik bu məlumatlara münasibətdə tamamilə kənar və aidiyyəti olmayan şəxsdir. Odur ki, sübutların mümkünlüyü və mötəbərliyi tələblərinə cavab verməyən Agentliyin həmin məktubu məhkəmə tərəfindən sübut kimi qəbul edilməməli idi. Bununla yanaşı əgər həqiqətən də **********, **********, **********, ********** və ********** nömrəli öd əniş tapşırıqlarının dövlət rüsumlarına aid olduğu fərz edilsə belə, bu hal yenə də vergi ödəyicisinin əleyhinə şərh edilə bilməz. Ona görə ki, yuxarıda qeyd edildiyi kimi ödənişlərin edilməsini təsdiq edən sənədlərin şəxsi hesab vərəqəsində səhv göstərilməsinə görə məsuliyyəti iddiaçı daşımamalıdır. Bununla əlaqədar o da qeyd edilməlidir ki, birinci instansiya məhkəməsində məhkəmə araşdırmaları zamanı vergi orqanının nümayəndəsi iddiaçının şəxsi hesab vərəqəsinə həmin məlumatların daxil edilməsində məsul olan vəzifəli şəxsinin səhvə yol verdiyini bildirmişdir. Odur ki, sadalanan normalar şəxsi hesab vərəqəsində iddiaçının vergi borcunun sıfır kimi qeyd olunması onun hələ vergi öhdəliyinə xitam verilməsi anlamına gəlməməsi barədə məhkəmələrin mülahizəsini yox edir.

17. Vergi orqanının şə xsi hesab vərəqəsində 2019-cu il 6 noyabr tarixdə və 2019-cu il 07 noyabr tarixdə apardığı “düzəliş (daxilolma)” əməliyyatlarının hüquqi əsası olmamışdır. Həm birinci, həm də apellyasiya instansiya məhkəməsi iddiaçının bu arqumentinə yalnız Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 13 avqust tarixli Qərardadında göstərilən müddəalar çərçivəsində hüquqi qiymət verməklə səhvə yol vermişdir. Belə ki, vergi orqanının 2019-cu il 6 noyabr və 2019-cu il 7 noyabr tarixlərdə “düzəliş (daxilolma)” formasında şəxsi hesab vərəqəsində apardığı əməliyyatların hüquqi əsasının olmaması Azərbaycan Respublikası Vergilər nazirinin 2018-ci il 28 dekabr tarixli əmri ilə təsdiq edilmiş qaydalarının 4-cü bəndi ilə bir daha öz təsdiqini tapır. Qaydaların həmin bəndində hesablanmı ş məbləğlərin şəxsi hesab vərəqəsinə daxil edilməsinin konkret və məhdud əsasları göstərilmişdir. Odur ki, qanunvericilik digər hər hansı əsasdan çıxış edərək və ya ümumiyyətlə hər hansı əsasa istinad etmədən, özbaşına şəkildə hesablanmış məbləğin şəxsi hesab vərəqəsinə daxil edilməsi ilə bağlı vergi orqanı üçün dispozitiv imkan nəzərdə tutmamışdır. Daha sonra şəxsi hesab vərəqəsində 2019-cu il 06 noyabr və 2019-cu il 7 noyabr tarixlərdə “düzəliş (daxilolma)” formasında aparılan əməliyyatların hüquqi əsasının olmaması barədə mövqeyini əsaslandırarkən iddiaçı Ali Məhkəmənin 2020-ci il 13 avqust tarixli Qərardadında (bundan sonra Qərardad) əks olunan hüquqi mövqelərə istinad etmişdir. Lakin məhkəmələr hesab etmişdir ki, həmin qərardad məhz “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ nömrəli Qanunun tətbiqi ilə bağlı məsələlərlə əlaqədardır, bu Qərardadda əks olunan hüquqi mövqenin hazırki işlə heç bir əlaqəsi yoxdur. kassasiya şikayətinə etirazın dəlilləri

18. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddia ərizəsinə qarşı məhkəməyə təqdim etdiyi etirazda göstərilənlər təşkil edir. b. məhkəmə icraatı iştirakçılarının izahatları

19. Tərəflər məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəb ul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

20. İnzibati Prosessual Məcəllə(mətndə bundan sonra İPM): Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdır ıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü mad dələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, şəxsi hesab vərəqəsində İddiaçı MMC-nin vergi borcunun sıfır manat kimi qeyd olunması onun hələ vergi öhdəliyinə xitam verilməsi kimi qəbul olunmamalıdır. Belə ki, vergi ödəyicisinin vergi öhdəliyindən azad olunması üçün vergi ödəyicisi vergi borclarını bilavasitə və ya bank əməliyyatları vasitəsi ilə dövlət büdcəsinə ödəməlidir. Şəxsi hesab vərəqəsində qeyd olunmuş 38.000 manat vergi borcunun İddiaçı MMC tərəfindən dövlət büdcəsinə ödənilməsi ilə bağlı hər hansı bir dəlil iddiaçı tərəfindən məhkəməyə təqdim etməmişdir.

25. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaətini iddiaçının irəli sürdüyü və məhkəmə tərəfindən həll edilməli olan tələblərə uyğun hesab etmir. Belə ki, hazırkı məzmunda iddianın, deməli, həm də tərəflər arasındakı mübahisənin düzgün həlli üçün məhkəmə vergi orqanı tərəfindən iddiaçıya münasibətdə apardığı inzibati icraatın vergi qanunvericiliyinin və “İnzibati icraat haqqında” Qanunun həmin icraatla bağlı müddəalarının tələblərinə uyğun olubolmadığını yoxlamalı idi. Başqa sözlə, şəxsi hesab vərəqəsində qeyd olunmuş 38.000 manat vergi borcunun İddiaçı MMC tərəfindən dövlət büdcəsinə ödənilməsi barədə təsdiqedici sənədin olmaması cavabdeh inzibati orqanı vergi ödəyicisinə münasibətdə vergi qanunvericiliyinin və “İnzibati icraat haqqında” Qanunun tələblərini gözləmək vəzifəsindən azad etmir.

26. Apellyasiya instansiyası məhkəməsi, həmçinin hesab etmişdir ki, vergi orqanı məhz “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli, 474VQ nömrəli Qanununun tətbiqi ilə bağlı “Dürüşləşmə” adlandırdığı əməliyyat ilə kompüter proqramı təminatındakı xətadan irəli gələn səhvin düzəldilməsi üç ün nəzərdə tutulub. Başqa sözlə, vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının Qanuna görə silinməsinə baxmayaraq, kompüter proqramı həmin borcları yenidən silməsi məqsədi ilə vergi ödəyicilərinin digər mübahisə olunmayan borclarını silir. Buna görə də, vergi məmuru “Dürüsləşmə” adlandırdığı əməliyyat vasitəsi ilə silinməli olmayan vergi borclarını şəxsi hesab vərəqəsinə yenidən işləyir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 21 avqust tarixli Qərardadına əsasən həmin borcların yenidən şəxsi hesab vərəqəsinə işlənməsi üçün yeni inzibati aktın qəbul edilməsinə zərurət yoxdur. Lakin hazırkı iddia tələbinin Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-c ı il 30 dekabr tarixli, 474VQ nömrəli Qanununun tətbiqinə dair məsələ ilə heç bir əlaqəsi yoxdur.

27. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin əsaslandırmasını da işin faktiki hallarına, habelə iş üzrə gəldiyi nəticəyə uyğun hesab etmir.

28. Bir halda ki, apellyasiya instansiyası məhkəməsi hazırkı iddia tələbinin “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli, 474VQ nömrəli Qanununun tətbiqinə dair məsələ ilə əlaqəli olmadığını hesab edir, deməli, həmin Qanunun tətbiqi ilə bağlı qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 21 avqust tarixli Qərardadında nəzərdə tutulmuş “vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində vergi orqanı tə rəfindən vergilərin hesablanması ilə əlaqəli olmayan əməliyyatların (o cümlədən, yol verilmiş texniki səhvlərlə bağlı dürüstləşmə adı altında edildiyi bildirilən düzəlişlərin) edilməsi üçün ayrıca yazılı inzibati aktın qəbul olunması tələb olunmur” müddəasını da iddiaçıya aid etməli deyil.

29. Bu halda da, apellyasiya instansiyası məhkəməsi, ilk növbədə, vergi orqanı tərəfindən iddiaçıya münasibətdə apardığı inzibati icraatın vergi qanunvericiliyinin və “İnzibati icraat haqqında” Qanunun həmin icraatla bağlı müddəalarının tələblərinə uyğun olub-olmadığını yoxlamalı idi. Çünki iddiaçı da öz tələbinin əsası kimi, “düzəliş (daxil olma)” əməliyyatı ilə hesablamanın aparılmasının qanunsuz olduğuna istinad edir.

30. Cavabdeh isə iddia tələbinə etirazında təsdiq edir ki, ödənilmiş dövlət rüsumunu n vergi kimi iddiaçının şəxsi hesab vərəqəsinə işlənilməsi vergi qanunvericiliyinin tələblərinə zidd olduğundan vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 85.4-cü maddəsi əsas tutularaq yenidən hesablama aparılmışdır. Deməli, məhkəmə cavabdehin həm də öz hərəkətinin (fəaliyyətinin) əsası kimi istinad etdiyi həmin normanın tələblərinə uyğun davrandığını yoxlamalı idi.

31. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 12.2, 58.7 və 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv ediməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

32. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.

33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 5 iyul tarixli, 2-1(105)-350/2021 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar