Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1907/2022 29.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1968-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müda fiə Fondunun Abşeron-Xızı regional filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2022-ci il tarixli, 2-1(105)-156/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. SSRİ Səhiyyə Nazirliyi Bakı şəhər TTYX-nin Ambulator, Stasionar Xəstəsinin 20 yanvar 1982-ci il tarixli Xəstəlik tarixindən çıxarışa əsasən iddiaçının ambulatoriya üzrə xəstələnmə vaxtı 6 yanvar 1981-ci ildir. İddiaçı 10 sentyabr 1981-ci ildə döş qəfəsinin ön səthinin, qarın, boyun və alının 25 faiz infeksiyaya yoluxmuş yanıqdan sonrakı işlə əlaqədar Bakı şəhəri TTYX uşaq cərrahiyə klinikas ına daxil olmuşdur.
2. İddiaçıya müddətsiz üçüncü qrup əlillik təyin edilmiş və bu barədə ona 8 may 2006-cı il tarixli, 093810 nömrəli və 3 oktyabr 2019-cu il tarixli, 027737 nömrəli vəsiqələr verilmişdir.
3. AZ-İİ 074638 saylı ölüm haqqında şəhadətnaməyə əsasən, iddiaçının atası X1 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir.
4. İddiaçı cavabdeh inzibati orqana müraciət edərək, ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
5. Cavabdeh 12 mart 2021-ci il tarixli, **********5 nömrəli məktubu ilə iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.1.2-ci maddəsinə əsasən, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şə xsin ailə başçısını itirməyə əmək pensiyası hüququ vardır. Ona əlillik dərəcəsi 18 yaşdan sonra təyin olunduğu üçün ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malik deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 18 yaşına qədər uşaqlıqdan əlil olduğundan ailə başçısını itirməyə görə atasının pensiyasının ona təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 13 yaşında olarkən 1981-ci il yanvar ayının 6-da çox ağır vəziyyətdə 4-cü dərəcəli yanıq xəsarəti almışdır. Bununla əlaqədar 1 il iki ay arxası üstə hərəkətsiz yataq xəstəsi olmuşdur. Həkimlər sağa lmasını mümkünsüz hesab etdiyindən Semaşko xəstəxanasının uşaq yanğın şöbəsində 4 dəfə əməliyyat edilmişdir (həyati əhəmiyyətli). Özündən dəri alınması və köçürülməsi yolu ilə onu həyata qaytarıblar. Bundan sonra düz bu vaxta qədər onda ağır travmalar, dartqılar qalmaqdadır, əvvəllər gənc olduğundan bunlara orqanizmi tab gətirirdi. Lakin, indi yaşa dolduğundan ağrıları da çoxalıb, əlil olduğundan valideynləri 1982-ci ilin ortalarında ona əlillik pensiyası düzəltdilər (3-cü qrup). O, tam şəkildə 1983-cü ildən indiyə kimi 3-cü qrup əlillik pensiyası alır. Bir sözlə uşaqlıqdan əlillik pensiyası alır. Bunların hamısı pensiya işində var və əlillik vəsiqəsində “uşaqlıqdan” sözü yazılıb. İddiaçı həmişə valideynlərinin himayəsi və qayğısında yaşamışdır. Rəhmətə gedənə qədər də onların aldıqları məvacib və pensiya ilə bir yerdə yaşayır və dolanırdı. Atası özü 40 ilə yaxın müddət təhlükəli, yüksək gərginlikli elektrik enerjisi sahəsində çalışmışdır. Oradan da pensiyaya çıxmışdır. Anası 2006-cı ildə, atası isə 2016-cı ildə rəhmətə gediblər. Rəhmətə gedəndən sonra onun demək olar ki, sosial vəziyyəti acınacaqlı duruma düşmüşdür. Çünki indiki halında fiziki gücü yoxdur. Aldığı 110 manat puldur. Onun qayğılarını, tələbatını ödəmir. Ancaq qaz, işıq puluna çatır. 4 baş külfətdirlər. Əvvəllər yenə cavan olduğuna görə birtəhər çətin olsa da idarələrdə, təşkilatlarda işləyirdi. Kənddə üzümçülük sovxozunda, köçkün düşəndən sonra yaşadığı yerə yaxın ixtisas kənd tikinti idarəsində işləmişdir. 19 il rəsmi stajı var. İndi artıq yaşla, travmalarla əlaqədar ağrıları çox olduğundan işləyə bilmir. Demək olar ki, taqətdən düşmüşdür. Sinirləri normal deyil, yanıqdan qalma travmalar onu incidir. Buna görə yaddaş və ürək problemləri var. Onun əlilliyi 18 yaşına qədər – uşaqlıqdan yaranıb. Bu rəsmi sənədlərdə də öz əksini tapır. Semaşko xəstəxanasının 1982-ci ildə verdiyi tibbi arayış (epikriz) var. Bunun əsasında əlillik işinin içində və Binəqədi, Abşeron rayonlarının verdiyi əlillik vəsiqələrinin içində uşaqlıqdan sözü xüsusilə yazılıb. xx.xx.2021-ci ildə Abşeron rayonu DSMF-yə bununla əlaqədar ailə başçısını itirdiyinə görə pensiyasının atasının pensiyası ilə əvəzlənməsi barədə ərizə ilə müraciət etmişdir. Lakin müraciətindən imtina edilmişdir. Bunu hüquqlarının pozulması hesab edir. Hətta 1987-ci ilə kimi hər il tibbi komissiyadan keçmişdir. 1987-ci ildən sonra birdəfəlik (ömürlük) t əyin edilmişdir.
8. Cavabdeh iddia tələbinə dair yazılı etirazda göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.1.2-ci maddəsi ilə “18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil” övladın ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1.2-ci bəndinə görə “əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanl arı məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur”. Həmin qərarın 1.5-ci bəndinə əsasən, “tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur”. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.7-ci bəndinə uyğun olaraq şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti q iymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsi ilə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq əlilliyi olan şəxs hesab edilir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Yuxarıda qeyd olunan qanunvericilik aktlarının əlaqəli təhlilindən göründüyü kimi, iddiaçının on səkkiz yaşınadək sağlamlıq imkanlarının məhdudluğu nun müəyyən edilməsi barədə qanunvericiliklə müəyyən edilmiş qaydada tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarış mövcud olmalıdır. Lakin iddiaçının iddia ərizəsindən göründüyü kimi, ona 1987-ci ildən – on səkkiz yaşı tamam olduqdan sonra ömürlük əlillik müəyyən edilmişdir. Belə olan halda 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması istisna olunur. Bu səbəbdən də iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ yaranmadığından iddia təmin edilməməlidir.
9. Sumqayıt İnzibati Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2-1(118)1069/2021 nömrəli qərarı (hakim İ.R.Quliyev) ilə iddia təmin edilmiş, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
10. Birinci instans iya məhkəməsi qeyd etmişdir ki, iddiaçının ambulatoriya üzrə xəstələnmə vaxtı xx.xx.1981-ci ildir. İddiaçının əlilliyinin səbəbi xx.xx.1981-ci ildə 13 yaşında aldığı yanıq xəsarətidir. Hazırkı iş üzrə iddiaçının əlilliyinin 18 yaşından sonra müəyyən edilməsi halı cavabdeh orqan tərəfindən sübut edilməmişdir. İddiaçı barəsində “Əlillik altsistemində” məlumat aşkar edilməmişdir. Əlillik altsistemi 2015-ci il dən tətbiq edildiyindən, şəxsin əvvəlki illərdən (barəsində müraciət olunubsa) qeydə alınmış məlumatları sistemə işlənməmiş ola bilər. Sorğuda şəxsin barəsində yalnız adı, soyadı, ata adı (TSEK tərəfindən verilmiş hər hansı bir sənədin surəti əlavə edilmədiyindən) qeyd edildiyindən 2015-ci ildən əvvəl əlilliyin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin hazırda qüvvədə olan 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Həmin Əsasnamədən əvvəl qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli, 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamənin müddəalarına görə isə ikinci və üçüncü dərəcə əlillik bir il müddətinə təyin edilirdi. İnzibati orqanların bu kateqoriya işlərlə bağl ı təcrübəsini nəzərə alanda, iddiaçıya müddətsiz əlilik təyin edilməsindən əvvəl müəyyən dövrlər daxilində əlilliyin müəyyən edilməsi ilə bağlı dəlilini inzibati orqanlarının qanunvericilikdən irəli gələn praktikası baxımından əsaslı hesab etmək olar. Məhkəmə hesab etmişdir ki, iddiaçının əlilliyi ilə bağlı məlumatların tam olmaması inzibati orqanların məsuliyyətidir və mövcud məlumatlar iddiaçının yanıq xəsarəti aldığı tarixdən əlil olmasını və bu halın iddiaçının 18 yaşına çatana kimi müəyyən olunmasını istisna etmir. İddiaçıya 18 yaşına çatana kimi əlilliyin müəyyən edilməməsi faktını sübut etmək cavabdehin üzərinə düşür. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsinə səbəb olan faktiki şərtlərin mövcudluğ u sübut edilməmişdir.
12. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2022-ci il tarixli, 2-1(105)-156/2022 nömrəli qərarı (hakimlər Z.T.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və F.Ə.Məmmədov) ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli, 2-1(118)-1069/2021 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia rədd edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi tibbi sənədlərdə və əlilliyə dair vəsiqələrin surətlərində, habelə tibbi sosial ekspert komissiyasının müayinə aktının çıxa rışında əlilliyin səbəbinin “uşaqlıqdan” sözləri ilə ifadə olunması avtomatik olaraq həmin şəxsləri 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş şəxs hesab etməyə əsas vermir. Çünki, bu halda gəlinmiş belə nəticə kompleks qiymətləndirmənin nəticələrinə əsaslanmamış olur.
15. Apellyasiya instansiya məhkəməsi iddiaçıya aid “müavinət alanın şəxsi işi”nin materiallarına əsasən müəyyən etmişdir ki, iddiaçının şəhadətləndirilməsinə dair TSEK-in aktından 012507 nömrəli çıxarış (arayış) ilə ona uşaqlıqdan 3-cü qrup əlillik xx.xx.1987-ci il tarixdə, yəni 18 yaşı tamam olduqdan sonra təyin edilmiş, növbəti müayinənin tarixi xx.xx.1988-ci il qeyd edilmişdir. İddiaçı daha sonra xx.xx.1988-ci ildə təkrar müayinə edilmiş və yenidən 3-cü qrup əlillik müəyyən edilərək növbəti müayinəni n tarixi xx.xx.1989cu il qeyd edilmişdir (041722 saylı arayış). 046972 nömrəli arayışa əsasən iddiaçı xx.xx.1989-cu il tarixdə təkrarən şəhadətləndirilmiş və ona daimi uşaqlıqdan 3-cü qrup əlillik təyin edilmişdir (diaqnoz: termiki yanıqdan sonrakı döş qəfəsinin ön divarında, qarında, boyun və çiyində kobud qalıqlar, boyun fəqərəsində hərəkətin çətinləşməsi).
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi xx.xx.1982-ci il tarixli “xəstəlik tarixindən çıxarış”a, xx.xx.1988-ci il tarixli “xəstəlik tarixindən çıxarış”a və xx.xx.1988-ci il tarixli “xəstəlik tarixindən çıxarış”a istinad edilməklə onun əlillik dərəcəsinin əslində daha əvvəllər, yəni 18 yaşına çatanadək müəyyən edildiyi iddia olunsa da, həmin sənədlər onun əlillik dərəcəsinin müəyyən edilməsi ilə bağlı deyil, xəstəliyi və aldığı müalicələr ilə bağlıdır. İddiaçının 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməmişdir. Belə olan halda cavabdeh iddiaçıya pensiya təyin olunmasından imtina etməkdə haqlı olmuş, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlməmişdir.
17. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
18. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. İddiaçı əlavə olaraq qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçının əlilliyinin 18 yaşından sonra müəyyən edilməsi halı cavabdeh orqan tərəfindən sübut edi lməmişdir. İddiaçının əlilliyi ilə bağlı məlumatların tam olmaması inzibati orqanların məsuliyyətidir və mövcud məlumatlar iddiaçının yanıq xəsarəti aldığı tarixdən əlil olmasını və bu halın iddiaçının 18 yaşına çatana kimi müəyyən olunmasını istisna etmir. İddiaçıya 18 yaşına çatana kimi əlilliyin müəyyən edilməməsi faktını sübut etmək cavabdehin üzərinə düşür. Beləliklə cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsinə səbəb olan faktiki şərtlərin mövcudluğu sübut edilməmişdir. Apellyasiya məhkəməsi işdə olan sübutlara qeyri-obyektiv, birtərəfli münasibət bildirməklə istinad etdiyi maddi və prosessual hüquq normalarını düzgün təfsir etməmiş, sübutları və qanunvericiliyi qərarda sadalamaqla kifayətlənərək, əlaq əli şəkildə əsaslandırmalar aparmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
14. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs;... 21. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənalar ı ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs,... Maddə
3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əl illiyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.... 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir....
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”:
1. Ümumi müddəalar... 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur.... 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur.
23. Azər baycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”:
1. Ümumi müddəalar... 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir....
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası... 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbə bini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur....
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qi ymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandır ma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üz rə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
28. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
29. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
30. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də iddia tələbinin və şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
31. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan şəxs hesab olunması ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
32. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
33. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə qəbul edilmiş qərar analoji işlər üzrə Ali Məhkəmənin hüquqi mövqeyinə uyğundur. Belə ki, Ali Məhkəmənin bu qəbildən olan işlər üzrə formalaşmış hüquqi mövqeyinə görə, şəxsin ailə başçısını itirməyə görə pensiya hüququna malik olması üçün onun sağlamlıq imkanlarının məhdudluğunun 18 yaşınadək müəyyən olunması zəruridir.
34. Bu qərarın 22-ci bəndində istinad olunan normaya görə, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.7-ci bəndinə uyğun olaraq şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tari xdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq əlilliyi olan şəxs hesab edilir.
35. Nəzərə almaq lazımdır ki, hazırkı qərarın 20-21-ci bəndlərində istinad edilən normalara əsasən, vəfat etmiş və ya həlak olmuş ailə başçısının 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladı ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan şəxs sayılır.
36. Göründüyü kimi, mövcud qanunvericiliyə əsasən, şəxsin əlilliyi olan şəxs hesab edilməsi onun müvafiq xəstəlikdən müalicə olunması barədə xəstəlik tarixçəsinə və onun tarixinə deyil, həmin şəxsin sağlamlıq vəziyyətinin məhz inzibati orqan tərəfindən qiymətləndirilərək əlil olması barədə qərarın qəbul edilməsinə bağlıdır. Yəni şəxs onun xəstələndiyi və ya xəsarət aldığı tarixdən etibarən deyil, həmin xəstəlik və ya xəsarətin qiymətləndirilməsi ilə bağlı yuxarıda istinad olunan normalara uyğun olaraq müvafiq qərarın qəbul edildiyi tarixdən əlil hesab olunur.
37. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş halları ilə iddiaçının sağlamlıq imkanlarının məhdudluğunun 18 yaşınadək müəyyən edildiyi təsdiq olunmur.
38. Beləliklə, apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı q iymətləndirməsi ilə də razılaşır.
39. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normaların tələbləri baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.
40. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2022-ci il tarixli, 2-1(105)-156/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanı