Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1908/2020 21.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı iş üzrə QƏRARİ Açar sözlər: 57 yaşdan güzəştli şərtlə pensiya təyini, çilingər peşəsinin Siyahıda olan peşə ilə üst-üstə düşməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ya nında Dövlət Sosial Müdafiə Fondunun X8 İdarəsinin nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun X8 İdarəsinə (bundan sonra cavabdeh) qarşı “işlədiyi peşələrin güzəştli iş stajı kimi nəzərə alınmaqla əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə BakıApelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-906/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuşdur. 2. 01.06.1978-xx.xx.1980-cı illərdə Siyəzən üzümçülük sovxozunda fəhlə, xx.xx.1983-xx.xx. 1987-ci illərdə “AZSSR” trestində fəhlə, xx.xx.1987-xx.xx.1989-cu illərdə Aqrosənayetikintidə fəhlə, xx.xx.1989-xx.xx.1991-cı illərdə Siyəzən üzümçülük sovxozunda fəhlə və sahə gözətçisi, xx.xx.1992-ci il tarixdən xx.xx.2008-ci il tarixə kimi “Siyəzənneft” NQÇİ-nin Tikinti təmir sahəsində mədən avadanlıqlarının quraşdırılması üzrə boru çəkən çilingər, xx.xx.2008-ci il tarixdən xx.xx.2011-ci il tarixə kimi “Siyəzənneft” NQÇİ-nin İstismar avadanlıqları sahəsində quyuağzı avadanlıqların quraşdırılması boru çəkən çilingər işləmiş, xx.xx.2011-ci il tarixdən hal-hazıra kimi “Siyəzənneft “NQÇİ-nin İstismar avadanlıqları sahəsində təmirçi çilingər peşəsində çalışır.
3. SOCAR “Azneft” İstehsalat Birliyi “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin 44 saylı xx.xx.2019-cu il tarixli arayışında qeyd ed ilir ki, iddiaçı əmək kitabçasına uyğun güzəştli pensiya hüququ verən aşağıdakı iş stajına malikdir: 1) Qeyd 09-12. (10.2. bənd. səh.84 ) 14 saylı xx.xx.1992-ci il tarixli əmrə əsasən xx.xx.1992-ci il tarixdən xx.xx.2008-ci il tarixədək “Siyəzənneft” NQÇİ-nin Tikinti təmir sahəsində mədən avadanlıqlarının quraşdırılması üzrə boru çəkən çilingər peşəsində işləməklə iş stajı 16 il, 02 ay, 18 gün ( on altı il, iki ay, on səkkiz gün) təşkil edir. 2) Qeyd 13. (10.2. bənd. səh.84 ) 68/k saylı xx.xx.2008-ci il tarixli əmrə əsasən "8.04.2008-ci il tarixdən xx.xx.2011-ci il tarixədək “Siyəzənneft” NQÇİ-nin İstismar avadanlıqları sahəsində quyuağzı avadanlıqlarının quraşdırılması boru çəkən çilingər peşəsində işləməklə iş stajı 02 il, 08 ay, 13 gün (iki il, səkkiz ay, on üç gün) təşkil edir. 3) Qeyd 14. (10.2. bənd. səh.84 ) 16 saylı xx.xx.2011-ci il tarixli əmr-qərarına əsasən xx.xx.2011-ci il tarixdən hal-hazıradək “Siyəzənneft” NQÇİ-nin İstismar avadanlıqları sahəsində təmirçi çilingər peşəsində işləməklə iş stajı 08 il, 04 ay, 26 gün ( səkkiz il, bir ay iyirmi dörd gün) təşkil edir. Qeyd olunanlara əsasən İddiaçı güzəştli şərtlərlə ümumi əmək stajı 27 il, 03 ay 27 gün (iyirmi yeddi il, üç ay iyirmi yeddi gün) təşkil edir.
4. Şabran rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 126 saylı Şabran (keçmiş Dəvəçi) rayonu Siyəzən üzümçülük sovxozunun əmrlər kitabından arxiv arayışından görünür ki, iddiaçı-Eynibulaq kənd sakini-x xxxxxx 1962-ci ildə anadan olub-x xxxxxx 1989-cu il tarixdən 12 saylı üzümçülük briqadasına fəhlə qəbul edilmiş, x xxx 1990cı il tarixdən 7,11 saylı üzümçülü k briqadasının və taxıl sahələrinə sahə gözətçisi vəzifəsinə köçürülmüşdür. xx.xx.1991-ci il tarixdən işdən azad edilmişdir.
5. İddiaçı, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmişdir.
6. Cavabdeh iddiaçıya ünvanladığı xx xxxx 2019-cu il tarixli məktubda “Əmək pensiyaları haqqında” Qanunun 9.1 və 9.8-ci maddələrinə istinad edərək bildirmişdir ki, təqdim edilmiş sənədlərdə xx.xx.1989-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində Siyəzən üzümçülük sovxozunda işlədiyinə dair qeyd müvafiq qaydada təsdiqlənmədiyindən x xxxxxx 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az təşkil edir. Eyni zamanda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən xx.xx.1992xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində işlədiy i “Siyəzənneft” NQÇİ-nin Tikinti təmir sahəsində mədən avadanlıqlarının quraşdırılması üzrə boru çəkən çilingər, çilingər peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək xx.xx.1989-xx.xx.1991-ci illərdə Siyəzən üzümçülük sovxozunda fəhlə işləməyini sosial sığorta stajına və xx.xx.1992-ci il tarixdən xx.xx.2008-ci il tarixə kimi “Siyəzənneft” NQÇİ-nin Tikinti təmir sahəsində mədən avadanlıqların ın quraşdırılması üzrə boru çəkən çilingər, çilingər peşələrinin güzəştli iş stajı kimi nəzərə alınmaqla ona əmək pensiyasının təyin edilməsini cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1992-ci il tarixdən halhazıra kimi “Siyəzənneft “neft qaz çıxarma idarəsində ağır işdə işləyir. Bu barədə ona “Siyəzənneft” NQÇİ idarəsi tərəfindən NQÇİ-nin rəisi və personalın uçotu şöbəsinin rəisi tərəfindən imza və möhürlə təsdiq olunmuş xx.xx.2019-cu il tarixli 44 nömrəli güzəştli iş stajını təsdiq edən arayış verilmişdir. Arayışda onun xx.xx.1992-ci il tarixdən xx.xx.2008-ci il tarixə kimi “Siyəzənneft “NQÇİ-nin Tikinti təmir sahəsində mədən avadanlıqlarının quraşdırılması üzrə boru çəkən çilingər, xx.xx.2008-ci il t arixdən xx.xx.2011-ci il tarixə kimi “Siyəzənneft “NQÇİ-nin İstismar avadanlıqları sahəsində quyuağzı avadanlıqların quraşdırılması boru çəkən çilingər, xx.xx.2011-ci il tarixdən hal-hazıra kimi “Siyəzənneft “NQÇİ-nin İstismar avadanlıqları sahəsində təmirçi çilingər peşəsində işləməyi qeyd olunmuşdur. Həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993cü il tarixli 320 nömrəli Qərarı və xx xxxxxx 2007-ci il 12 nömrəli qərarı üzrə təsdiq olunmuş 2 nömrəli Siyahı ilə 2130200a-19238 tərkibində hidrogen sulfid olan qaz və kondensatların mədəndən zavoda qədər nəql edildiyi boru kəmərlərinin xidməti ilə məşğul olan xətti boru kəməri çəkənlər vəzifəsinə uyğun gəlir və eyni vəzifədir. Sadəcə olaraq əmək kitabçasında qeyd olunmuş əmr düzgün yazılmamışdır. Həmin ağır işə görə onun əmək haqqına əlavə 4 faiz və hər gün süd verilmişdir. Əgər həmin vəzifə ağır sənaye sayılmasaydı, bu barədə ona “Siyəzənneft” NQÇİ idarəsi tərəfindən NQÇİ-nin rəisi və personalın uçot şöbəsinin rəisi tərəfindən imza və möhürlə təsdiq olunmuş xx.xx.2019-cu il tarixli 44 nömrəli güzəştli arayış verilməzdi. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 06 ay güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq üçün hüququ vardır.
9. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-1549/2019 sayl ı qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.
10. Cavabdeh iddiaya qarşı məhkəməyə təqdim olunmuş etirazını onunla əsaslandırmışdır ki, nə iddiaçı tərəfindən təqdim edilən arayışda, nə də ki, əmək kitabçasında qeyd edilən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü ilin 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin siyahında göstərilməmişdir. Bundan əlavə, əmək kitabçasının çox hissəsi xarici dildə tərtib edildiyindən iddiaçının hansı peşələrdə işlədiyini müəyyən etmək mümkün deyil. Həmçinin arayış və əmək kitabçasında qeyd olunan peşələrin adları fərqlidir. İddiaçının qanunla tələb olunan xüsusi stajı yoxdur. 11. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməs inin (hakim X3, 2-1(81)-4522/2019 saylı iş) x xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir.
12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının əmək kitabçasından görünür ki, iddiaçının ümumi stajı olsa da, güzəştli stajı mövcud olmamışdır. Belə ki, iddiaçının əmək kitabçasında qeyd edilən peşə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifələrin siyahısında nəzərdə tutulmamışdır.
13. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X7-məruzəçi, X6 və X5, 2-1(103)-906/2020 saylı iş) xx xxxx 2020 -ci il tarixli qərarla birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq iddiaçının apelyasiya şikayətini təmin etməmiş,x xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirmədən saxlamışdır.
15. İddiaçı Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarını xx xxxx 2020-ci il tarixdə almış, xx xxxxxx 2020-ci il tarixdə kasasiya şikayəti vermişdir. Şikayətdə qərarın ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edilmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
16. İddiaçının əmək kitabçasında qeyd edilən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifələrin siyahısınd a nəzərdə tutulmuşdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.
19. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin dəlillərini qəbul etməyərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq 20. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təs diq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunver iciliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 21. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində deyilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... xx xxxx 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. 22. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xü susi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı ” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.
23. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdir ə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
24. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Kasasiya şikayətində apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. İddiaçının əsas dəlili ondan ibarətdir ki, neft qaz çıxarma idarəsində çilingər peşəsi ilə məşğul olmuş, bu peşə 2 saylı Siyahıda mövcud olmuşdur.
28. İddiaçının dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
29. Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya (55+2) 57 yaşdan güzəştli ş ərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması; 3) xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.
30. Cavabdeh və onunla razılaşan apelyasiya məhkəməsinin mövqeyinə görə x xxxxxx 2006-cı ilə qədər iddiaçının işlədiyi peşə 2 saylı Siyahıda mövcud olmamışdır.
31. İddiaçının istinad etdiyi “Socar “Azneft” İstehsalat Birliyi “Siyəzənneft” Neft və Qazçıxarma İdarəsinin 44 saylı xx.xx.2019-cu il tarixli arayışında qeyd edilmişdir ki, iddiaçı əmək kitabçasına uyğun güzəştli pensiya hüququ verən aşağıdakı iş stajına malikdir: xx.xx.1992-ci il tarixdən xx.xx.2008-ci il tarixədək “Siyəzənneft” NQÇİ-nin Tikinti təmir sahəsində mədən avadanlıqlarının quraşdırılması üzr ə boru çəkən çilingər peşəsində işləməklə iş stajı 16 il, 02 ay, 18 gün; 8.04.2008-ci il tarixdən xx.xx.2011-ci il tarixədək “Siyəzənneft” NQÇİ-nin İstismar avadanlıqları sahəsində quyuağzı avadanlıqlarının quraşdırılması boru çəkən çilingər peşəsində işləməklə iş stajı 2 il, 08 ay, 13 gün; xx.xx.2011-ci il tarixdən hal-hazıradək “Siyəzənneft” NQÇİ-nin İstismar avadanlıqları sahəsində təmirçi çilingər peşəsində işləməklə iş stajı 8 il, 04 ay, 26 gün təşkil edir. İddiaçının güzəştli şərtlərlə ümumi əmək stajı 27 il, 03 ay 27 gün təşkil edir. 32. 2x xxx 2019-cu il tarixli arayışa görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın X bölməsinə əsasən, güzəştli şərtlərlə, güzəştli ölçüdə dövlət təqaüdü almaq hüququ vardır. 33. 2x xxx 2019-cu il tarixli arayışda Siyahının X bölməsində hər hansı bəndə, peşəyə istinad edilməmişdir. Hər bir halda arayışda iddiaçının işlədiyi sahə və peşə göstərilmişdir.
34. Yuxarıda qeyd edildiyi kimi, iddiaçının güzəştli şərtlə pensiya hüququnun yaranması üçün x xxxxxx 2006-cı ilə qədər güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat, peşə, vəzifədə işləməsi şərtdir.
35. Arayışa görə iddiaçı xx xxxxxx 1992-ci ildən x xxxxxx 2006-cı ilədək “Siyəzənneft” NQÇİ-nin Tikinti təmir sahəsində mədən avadanlıqlarının quraşdırılması üzrə boru çəkən çilingər peşəsində işləmişdir.
36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il t arixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda iddiaçının işlədiyi peşə qeyd edilməmişdir.
37. İddiaçı hesab edir ki, 2 saylı Siyahıda 2130200a-19238 kodu ilə tərkibində hidrogen sulfid olan qaz və kondensatların mədəndən zavoda qədər nəql edildiyi boru kəmərlərinin xidməti ilə məşğul olan xətti boru kəməri çəkənlər peşəsi onun işlədiyi peşə ilə üst-üstə düşür.
38. İddiaçının Siyahıda istinad etdiyi kodda göstərilən peşədə işləməsi əmək kitabçası və iş yerindən verilən arayışda göstərilməmişdir.
39. İşdə olan sübutlarla iddiaçının 2 saylı Siyahıda 2130200a-19238 kodu ilə tərkibində hidrogen sulfid ol an qaz və kondensatların mədəndən zavoda qədər nəql edildiyi boru kəmərlərinin xidməti ilə məşğul olan xətti boru kəməri çəkənlər peşəsində işləməsi təsdiq olunmamışdır.
40. Odur ki, iddianı rədd etməklə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
41. Kasasiya şikayəti təmin olunmadan, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kasasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-906/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.