Məhkəmə qərarları › İş №2-1(102)-1908/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1908/2021

08.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1908/2021 08.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə (üçüncü şəxs X3) qarşı iş üzrə QƏRARİ Açar sözlər: (hüquqmüəyyənedici sənədin qüvvədə olması, çıxarışın ləğv edilməsindən imtina olunması) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı üçüncü şəxs X1 adına verilmiş 16 aprel 2009-cu il tarixli, MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın l əğv edilməsi tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29.06.2021-ci il tarixli, 2-1(105)-153/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Quba rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1997-ci il tarixli, 06 saylı qərarı ilə X3 Quba rayonu birinci Nügədi kəndi ərazisindən fərdi mənzil tikintisi məqsədi ilə torpaq sahəsi ayrılmışdır.

2. Həmin torpaq sahəsi ilə bağlı X1 adına torpağın mülkiyyətə verilməsinə dair 12 avqust 2005-ci il tarixli, JN-523F seriyalı 30319018 kodlu Şəhadətnamə verilmişdir.

3. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz rayon Ərazi İdarəsi tərəfindən X1 birinci Nügədi kəndində mülkiy yətində olan 0,09 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi onun adına qeydiyyata alınmış və ona 16 aprel 2009-cu il tarixli, MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.

4. İddiaçı X1 adına verilmiş 16 aprel 2009-cu il tarixli, ********** qeydiyyat nömrəli, MH ******* seriyalı çıxarışın ləğv edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdehin 26 noyabr 2019-cu il tarixli, **********14 saylı məktubu ilə iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Sumqayıt İnzibati Məhkəm əsinə (bundan sonra mətndə-birinci instansiya məhkəməsi) iddia ərizəsi ilə müraciət edərək, üçüncü şəxsin adına verilmiş 16 aprel 2009-cu il tarixli, ********** qeydiyyat nömrəli, MH ******* seriyalı çıxarışın ləğv olunmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 may 1993-cü il tarixli, 266 saylı qərarı ilə Quba rayonu Nügədi meyvəçilik sovxozuna ayrılmış 20,54 ha torpaq sahəsindən 0,06 ha həyatyanı torpaq sahəsi iddiaçı ayrılaraq ona təhkim edilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının verdiyi 09.02.2016-cı il tarixli, 316 nömrəli arxiv arayışına əsasən, Quba Rayon İcra Hakimiyyəti Başçısının Birinci Nügədi İnzibati Ərazi Vahidi üzrə nümayəndəliyinin 19911995, 1996-2000-ci illərə aid təsərrüfa t kitablarında Salahova (Xıdırova) Nailə Qəhrəman qızının təsərrüfat başçısı olduğu, onun şəxsi mülkiyyətində və istifadəsində 1994-cü ildən 0,06 ha həyatyanı torpaq sahəsinin, o cümlədən tikili altında 0,01 ha torpaq sahəsinin olduğu qeyd edilmişdir. Həmin nümayəndəliyin 2001-2005, 2006-2010-cü illərə aid təsərrüfat kitablarında Salahova (Xıdırova) Nailə Qəhrəman qızının təsərrüfat başçısı olduğu, onun xüsusi mülkiyyətində, istifadəsində 0,28 ha torpaq sahəsi, o cümlədən 0,22 ha pay torpağı, 0,06 həyatyanı torpaq sahəsi və tikili altında 0,01 ha torpaq sahəsi olduğu göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının verdiyi 09.02.2016- cı il tarixli, 315 nömrəli arxiv çıxarışından görünür ki, Nügədi meyvəçilik sovxozu üzrə 02 iyul 1993-cü il tarixli, 73 nömrəli əmr də Salahova (Xıdırova) Nailə Qəhrəman qızına 0,06 ha torpaq sahəsi ayrıldığı qeyd olunmuşdur. Quba rayonu Birinci Nügədi bələdiyyəsinin 07 oktyabr 2016-cı il tarixli, 115 nömrəli arayışından görünür ki, Salahova (Xıdırova) Nailə Qəhrəman qızına məxsus 0,06 ha həyətyanı torpaq sahəsinə dair DTXK və Yerquruluşu Layihə İnstitutunun təqdim etdiyi 16 may 2005-ci il tarixli, JN-523F saylı şəhadətnamədə Salahova (Xıdırova) Nailə Qəhrəman qızının adı göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 03 aprel 2009-cu il tarixli, 89/2 nömrəli məktubundan görünür ki, Quba rayonu, Birinci Nügədi kənd sakini X5 və onun ailə üzvlərinin mülkiyyətində olan 0,08 ha həyatyanı torpaq sahəsinə JN-455E saylı 16 may 2005-ci il tarixli, 0,09 ha torpaq sahəsinə isə yalnız X1 adına J N-523F saylı, 12 avqust 2005-ci il tarixli torpağa mülkiyyət hüququna dair şəhadətnamələr verilmişdir. Kadastr siyahısında JN-523F saylı şəhadətnamədə Salahova (Xıdırova) Nailə Qəhrəman qızının adı qeyd olunmuşdur. Qeyd olunanlardan göründüyü kimi 3-cü şəxs Rizvan Salahovun mülkiyyətinə iki müxtəlif ərazidən həyətyanı torpaq sahəsi verilmiş, iddiaçı Salahova (Xıdırova) Nailə isə ona verilmiş 0,06 ha həyətyanı torpaq sahəsindən məhrum olmuşdur. Tərəflər arasında mövcud olan hazırki mübahisə üzrə qəbul edilmiş məhkəmə qərarları ilə təsdiq edilir ki, 3-cü şəxsin adına dövlət reyestrindən çıxarış verilmiş 0,09 ha torpaq sahəsi əslində iddiaçıya məxsus olan 0,06 ha torpaq sahəsidir, lakin sadəcə olaraq ölçüsü 0,03 ha artıq göstərilmişdir. Müəyyən olunduğu kimi, 0,09 ha torpaq sahəsinə dair JN 5 23 F saylı 12 avqust 2005-ci il tarixli torpağa mülkiyyət hüququna dair şəhadətnamə verilmiş, lakin kadastr siyahısında JN-523F saylı şəhadətnamədə X2 adı qeyd olunmuşdur. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsinə ünvanladığı 03 aprel 2009-cu il tarixli məktubda, kadastr siyahısında Nailə Salahovanın adının göstərilməsinin guya texniki səhv olduğu göstərilmişdir. Halbuki, bu faktın kadastr siyahısında texniki səhv kimi göstərilməsi mümkün deyildır. Həmin məktubdan məlum olur ki, qeyd olunan torpaq sahəsinə dair 12 avqust 2005-ci il tarixdə Nailə Salahovanın adına mülkiyyət hüququ haqqında şəhadətnamə verilmiş, lakin 03 aprel 2009-cu il tarixli məktubda bunun texniki səhv olmasının göstərilməsi səbəbindən, 0,09 ha ölçüdə torpaq sahəsinin ona ayrılması üçün heç bir əsas olmamasına baxmayaraq, həmin torpaq sahəsinə dair qanunsuz olaraq Rizvan Salahovun adına 16 aprel 2009-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan, seriya MH ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarışa əsasən Quba rayonu, Birinci Nügədi kəndində mülkiyyətində olan 0,09 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 53,6 kv.m yaşayış, 61,50 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 133 nömrəli vərəqində qeydə alınmışdır.

7. Sumqayıt İnzibati Məhkəməsinin 20.10.2020-ci il tarixli, 2-1(118)-540/2020 nömrəli (hakim İsmayıl Quliyev) qərarı ilə iddia təmin edilməmişdir.

8. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, X1 adına verilmiş 16.04.2009-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsızlığı əvvəllər məhkəmə qaydasında mübahisələndirilmiş və iddia həmin hissədə təmin edilməmişdir.

9. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat

10. Sumqayıt Apelyasiya Mə hkəməsinin İnzibati Kollegiyasının 29.06.2021-ci il tarixli, 21(105)-153/2021 nömrəli (hakimlər Fuad Məmmədov - sədrlik edən və məruzəçi, Zaur Məmmədov və Hökümə Babayeva) qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin dəlillərində qeyd olunmuşdur ki, birinci və apelyasiya instansiya məhkəmələri hazırkı iş üzrə təsvir olunan mübahisə ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcudluğuna əsaslanaraq iddianı rədd etməkdə haqlı olmamışlar. Belə ki, məhkəmənin nəzərdə tutduğu həmin iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyası apelyasiya instansiyası məhkəməsinin belə bir mövqeyi ilə razılaşmışdır ki, İddiaçı mübahisəli torpaq sahəsinə dair ehtimal olunan hüquqları lazımi qaydada dövlət qeydiyyatına alınmadığından hazırkı halda onun belə bir iddia ilə çıxış etməsi üçün əsaslar yaranmamışdır. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı üçüncü şəxs Salahov Rizvan tərəfindən etiraz təqdim olunmuşdur. Etirazda bildirilir ki, Quba Rayon Məhkəməsinin 21 dekabr 2016-cı il tarixli 2(0 27)-2443/2016 saylı qətnaməsi, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 avqust 2017-ci il tarixli, 2(105)-2048/2017 saylı qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 oktyabr 2018-ci il tarixli, 2(102)6959/2018 saylı qərarı ilə iddiaçının əsassız iddiaları haqlı olaraq rədd olunmuşdur. Üçüncü şəxs kassasiya şikayətinin təmin olunmamasını və apelyasiya instansiyası məhkəməsinin həmin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikası Konstitusiyası: Maddə

13. Mülkiyyət. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə

29. Mülkiyyət hüququ. I. Hər kəsin mülkiyyət hüququ vardır. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

16. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsa slandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

18. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamışdır. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya məhkəməsinin qərarı ləğv olunmalı, iş üzrə yeni qərar qəbul edilməli və iddia mümkün sayılmamalıdır.

20. Məhkəmə K ollegiyası apelyasiya məhkəməsinin qərarının ləğvini və iddianın mümkün sayılmamasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

21. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli və iş üzrə obyektiv qanunauyğun qərarın qəbulu üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zaman ı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

22. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Lakin apelyasiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamış, eyni zamanda iddianın mümkünlüyü ilə bağlı şərtlər yoxlanılmamışdır.

23. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqı nda şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.

24. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə tabedir və iddia həmin şərtlərə riayət edilməklə qaldırılıldığı təqdirdə məhkəmə tərəfindən mümkün sayılır. Bu baxımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər ödənilmiş olmalıdır.

25. Hazırkı mübahisə mahiyyət etibarı ilə, cavabdeh tərəfindən Quba rayonu, Birinci Nügədi kəndi ərazisində yerləşən 0,09 ha torpaq sahəsi üzərində üçüncü şəxs X1 mülkiyyət hüququnun qeydiyyata alınması və onun adına verilmiş 16.04.200 9-cu il tarixli, ********** qeydiyyat nömrəli, MH ******* seriyalı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi ilə bağlıdır.

26. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının üçüncü şəxsin adına verilmiş çıxarışın məhkəmə qaydasında ləğvini tələb etməsi üçün onun subyektiv tələb hüququna malik olması zəruri mümkünlük şərtidir. Bununla bağlı nəzərə almaq lazımdır ki, daşınmaz əmlak üzərində mülkiyyət hüququna dair çıxarışın verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlər qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsə verilmi ş çıxarışın ləğvinin başqa şəxslər tərəfindən tələb olunması istisna olunur. Belə tələb hüququnun yaranması üçün maraqlı şəxs ilkin olaraq həmin çıxarışın verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədin qanunla müəyyən olunmuş qaydada, o cümlədən məhkəmə qaydasında ləğv edilməsinə və ya dəyişdirilməsinə nail olmalıdır. Yəni əvvəlcə hüquqmüəyyənedici sənədlər mübahisələndirilməlidir. Yalnız bundan sonra mübahisənin həllindən asılı olaraq maraqlı şəxsin çıxarışın ləğvini tələb etmək hüququ yarana bilər.

27. Həmçinin nəzərə alınmalıdır ki, cavabdeh Reyestr Xidməti qeydiyyat üzrə hərəkətləri həyata keçirərkən etibarlı hüquqmüəyyənedici sənədlərə bağlıdır və qeydiyyat hərəkətlərini yalnız həmin sənədlərə əsasən aparmağa səlahiyyətlidirlər.

28. Hazırkı mübahisəyə münasibətdə iddiaçının üçüncü şəxs X1 adına verilmiş çıxarışın ləğvini tələb hüququ üçüncü şəxsin adına hüquqmüəyyənedici sənədlərin qüvvədə olması səbəbindən istisna olunur.

29. Belə ki, torpağın mülkiyyətə verilməsinə dair 12 avqust 2005-ci il tarixli, JN523F seriyalı 30319018 kodlu Şəhadətnamədən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1997-ci il tarixli, 06 saylı qərarı ilə X3 Quba rayonu, birinci Nügədi kəndi ərazisində fərdi mənzil tikintisi məqsədi ilə torpaq sahəsi verilmişdir.

30. Həmin sənədlər əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz rayon Ərazi İdarəsi tərəfindən Quba rayonu, birinci Nügədi kəndi ərazisində mülkiyyət hüququ əsasında X3 məxsus 0,09 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi onun adına qeydiyyata alınmış və ona 16 aprel 2009-cu il tarixli, MH seriy alı, ******* qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.

31. Bundan başqa, nəzərə almaq lazımdır ki, iş üzrə materiallara əlavə olunmuş məhkəmə qətnamələrindən görünür ki, İddiaçı cavabdeh X3 və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı torpaq sahəsinin boşaldılıb özgəsinin qanunsuz sahibliyindən geri qaytarılması, şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsinə dair iddia tələbinin qismən, cavabdeh X1 torpağa mülkiyyət hüququna dair JN-336 kodlu, 30319018 nömrəli dövlət aktına əsasən Quba rayonu Aqrar İslahat Komissiyasının 23 mart 1999cü il tarixli, 07 saylı qərarı ilə X4 Quba rayonu İ Nügədi kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş 0,22 ha torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin boşaldılaraq iddiaçıya geri qaytarılması hissəsində təmin edilməsi, iddiaçı X2 cavabdeh X3 qarşı JN 523F kodlu, 30319018 saylı şəhadətnamənin və 16.04.2009-cu il tarixli, MH seriyalı, ******* qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi hissəsində təmin edilməməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə minmişdir.

32. İş üzrə materiallardan göründüyü kimi, X1 adına verilmiş 16.04.2009-cu il tarixli, MH seriyalı, ******* qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsızlığı məhkəmə qaydasında mübahisələndirilmiş və iddia həmin hissədə təmin edilməmişdir.

33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan səbəblərdən kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29.06.2021-ci il tarixli, 2-1(105)-153/2021 nömrəli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və çıxarışın ləğv edilməsi tələbinə dair iddia mümkün sayılmamalıdır.

34. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29.06.2021-ci il tarixli, 21(105)-153/2021 nömrəli qərarı ləğv olunur. İş üzrə yeni qərar qəbul edilir. İddia mümkün sayılmır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar