Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1908/2022 23.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələ binə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-127/2022 nömrəli, 17 iyun 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ərizə ilə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini xahiş etmişdir.
2. Cavabdeh xx.xx.2021-ci il tarixli, H/2166 saylı məktubu ilə müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, döyüş əməliyyatlarında iştirakını sübut edən sənədlər və ya hüquqi qüvvəsi olan sənədlər əsasında yazılmış arayışlar (sənədlərin (arayışların) imza və möhürlə təsdiq olunmuş əsli və ya n otarial qaydada təsdiq edilmiş surəti) olduğu təqdirdə ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məsələsinə baxıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə, onun özünümüdafiə batalyonunun tərkibində torpaqların müdafiəsi uğrunda gedən döyüşlərdə iştirakı ilə bağlı “müharibə veteranı” statusunun və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” na dair qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1951-ci ildə Xocalı rayonunun Kosalar kəndində anadan olmuş, həmin rayonun Kərkicahan qəsəbəsində yaşamış, Sovet ordusu sıralarında xidmət etmiş, 1988-ci ildən 1991-ci ilin dekabr ayınadək Xocalı rayonu Kərkicahan qəsəbəsi özünümüdafiə dəstəsinin tərkibində torpaqların müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmiş, bu barədə ona verilmiş hərbi biletdə də müvafiq qeydlər aparılmışdır. Ona yaşa görə əmək pensiyası təyin edilmiş və 2021-ci ilin yanvar ayına kimi təyin edilmiş pensiyaya əlavə 80 manat da veteran pulu almışdır. Lakin, o, səhhətində yaranmış problemlərlə bağlı veteran vəsiqəsini almamışdır. DSMF-nin Sumqayıt şəhər şöbəsi tərəfindən ona bildirilmişdir ki, onun veteran pulu yalnız veteran vəsiqəsi aldıqdan sonra bərpa ediləcək və ayrıca kart əsasında ödəniləcəkdir. Buna görə də ona “müharibə veteranı” vəsiqəsinin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. İddiaçı daha sonra bildirmişdir k i, bununla razı deyil, belə ki, onun tərəfindən cavabdehə təqdim edilmiş Xocalı rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli arayışı ilə onun Kərkicahan qəsəbəsinin ermənilər tərəfindən işğalına qədər (1992-ci ilin dekabr ayına kimi) könüllü müdafiə dəstəsinin tərkibində qəsəbənin müdafiəsində iştirakı təsdiq edilmişdir. Bundan başqa bu faktı təsdiqləyən şahidləri də var.
5. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəxsin müharibə veteranı hesab edilməsi üç ün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. Döyüşlərdə iştirakı sübut edən sənədlər dedikdə - silahların təhkim edilməsi barədə əmrlərdən çıxarışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, döyüşlərdə iştirakı sübut edən başqa sənədlər nəzərdə tutulur. Qeyd edirlər ki, əksər hallarda yerli icra hakimiyyəti orqanları yeni siyahıları tərtib edərkən döyüş əməliyyatları aparılan dövrə aid sənədlərə, siyahılara, əmrlərə istinad olunmadan, kənd icra nümayəndələri tərəfindən verilmiş arayışlara və ya sadəcə şahid ifadələrinə əsaslanaraq bu siyahıları tərtib etmişlər. Bu səbəbdən də Azərbaycan Respublikası S əfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi komissiyası” da müraciətlərə baxarkən qeyd edilən qanunvericilik aktlarına uyğun olaraq qərar qəbul edir. Cavabdeh hesab edir ki, iddiaçının özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını sübut edən sənədlər olmadığından, iddia tələbi təmin edilə bilməz.
6. Sumqayıt İnzibati Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2-1(118)-1401/2021 saylı qərarı ilə (hakim C.B.Məmmədov) iddia təmin edilmiş, iddiaçının özünümüdafiə batalyonunda 1988-ci ildən 1991-ci ilin dekabr ayınadək Xocalı rayonu Kərkicahan qəsəbəsinin özünümüdafiə batalyonunun tərkibində torpaqların müdafiəsi uğrunda gedən dö yüşlərdə iştirakı ilə bağlı ona “müharibə veteranı” statusu və vəsiqəsinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, yerli icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayışlardan müəyyən olunur ki, iddiaçı Xocalı rayon Kərkicahan qəsəbəsi könüllü özünümüdafiə batalyonunun tərkibində torpaqların müdafiəsi uğrunda erməni silahlı birləşmələrinə qarşı döyüşlərdə iştirak etmiş, bununla əlaqədar Xocalı rayon İcra Hakimiyyəti Başçısının aparatı tərəfindən tərtib edilmiş siyahıda İddiaçı adı 1351-ci sırada qeyd edilmişdir. İddiaçının döyüşlərdə iştirakı onunla birlikdə döyüşlərdə iştirak etmiş X3 və X2 ifadələrində də öz təsdiqini tapmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon Bölməsi 107 saylı, xx.xx.2 021-ci il tarixli arayışı ilə İddiaçı 1988-1991-ci ilin dekabr ayının 28-dək Kərkicahan qəsəbəsinin ermənilər tərəfindən işğalına kimi özünümüdafiə dəstəsinin tərkibində iştirakını təsdiq etmişdir. Məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab etmişdir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
8. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
9. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-127/2022 nömrəli iş üzrə 17 iyun 2022-ci il tarixli qərarı ilə (sədrlik edən: H.Ç.Babayeva, hakimlər: Z.İ.Məmmədov və F.Ə.Məmmədov) apelyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2-1(118)-1401/2021 saylı qərarı ləğv edilərək iddia təmin edilməmişdir.
10. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin tələblərindən göründüyü kimi, icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar iddiaçının döyüşlərdə iştirakını sübut edən sənədlərlə birgə təqdim edildiyi halda ona müharibə veteranı adı verilə bilər. Lakin, hazırki işdə belə hallar mövcud deyildir. Məhkəmə kollegiyası tərəfindən işin hallarının araşd ırması nəticəsində yerli icra hakimiyyəti orqanlarının təsdiq etdiyi siyahıda iddiaçının adının qeyd olunduğu müəyyən edilsə də, döyüşlərdə iştirakını sübut edən digər sənədlər aşkar edilməmişdir.
11. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətində göstərilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi əsassızdır. Belə ki, yerli icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayışlardan müəyyən olunur ki, iddiaçı Xocalı rayon Kərkicahan qəsəbəsi könüllü özünümüdafiə batalyonunun tərkibində torpaqların müdafiəsi uğrunda erməni silahlı birlə şmələrinə qarşı döyüşlərdə iştirak etmiş, bununla əlaqədar Xocalı rayon İcra Hakimiyyəti Başçısının aparatı tərəfindən tərtib edilmiş siyahıda onun adı 1351-ci sırada qeyd edilmişdir. İddiaçının döyüşlərdə iştirakı onunla birlikdə döyüşlərdə iştirak etmiş şəxslərin şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon Bölməsi 107 saylı, xx.xx.2021-ci il tarixli arayışı ilə də onun 19881991-ci ilin dekabr ayının 28-dək Kərkicahan qəsəbəsinin ermənilər tərəfindən işğalına kimi özünü müdafiə dəstəsinin tərkibində iştirakını təsdiq etmişdir.
13. Qərarda qeyd edilir ki, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahıları iddiaçının döyüşlərdə iştirakını sübut edən sənədlərlə birgə təqdim etdiyi halda ona müharibə vete ranı adı verilə bilər. Xocalı rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 24 nömrəli arayışda iddiaçının 1991-ci il dekabr ayının 28-dək Kərkicahan qəsəbəsinin ermənilər tərəfindən işğalına kimi könüllü özünümüdafiə dəstəsinin tərkibində qəsəbənin müdafiəsində iştirak etdiyi göstərilmiş və ona şahidlərin 18 may 2021-ci il tarixdə imzaladığı akt əlavə edilmişdir. Eyni zamanda, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 107 nömrəli arayışda da iddiaçının 1988-1991-ci il dekabr ayının 28dək Kərkicahan qəsəbəsinin ermənilər tərəfindən işğalına kimi könüllü özünümüdafiə dəstəsinin tərkibində qəsəbənin müdafiəsində iştirak etməsi qeyd edilmişdir.
14. İddiaçıya məxsus olan DJ seriyalı, 155 086 nömrəli hərbi biletin 11-ci bəndində Xocalı rayon İcra Hakimiyyəti başçısının 443 saylı, 27 aprel 2006-cı il tarixli arayışına əsasən, iddiaçının 1988-ci ildən 1991-ci ilin dekabr ayına qədər Xocalı rayonu Kərkicahan qəsəbə özünümüdafiə dəstəsinin tərkibində döyüşlərdə iştirak etdiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsində də bu qeydlər icra hakimiyyəti tərəfindən verilmiş arayış əsasında aparılmışdır. Lakin, iddiaçının SHXÇDX-in Xocalı rayon bölməsində saxlanılan uçot qeydiyyat sənədlərində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi barədə hər hansı məlumatın olmaması onun bu döyüşlərdə iştirak etməməsi anlamına gəlməyə əsas vermir. Çünki, “Vetera nlar haqqında” Azərbaycan Respublikası Qanununa görə, əsas hüquqmüəyyənedicı sənəd icra hakimiyyəti orqanının verdiyi arayışdır. Xocalı rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təqdim edilmiş məktubdan, eləcə də siyahıdan görünür ki, “12 fevral 1988-ci ildən 26 fevral 1992-ci ilə qədər erməni silahlı qüvvələrinə qarşı keçirilmiş hərbi əməliyyatlarda və Xocalı şəhərinin müdafiəsi uğrunda döyüşlərdə iştirak etmiş Xocalı ərazi dəstələrinin üzvləri”nin adlı siyahısında iddiaçının adı 1351-ci sırada qeyd edilmişdir.
15. İddia tələbini rədd edən, məhkəmə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 29 aprel 2022-ci il tarixli, 4/2-2766 nömrəli məktubuna istinad etmiş və göstərmişdir ki, Müdafiə nazirinin katibliyi Mərkəzi Arxivdə olan N nömrəli hərbi hissə komandirinin xx.xx.1991-ci il ta rixdən xx.xx.1992-ci il tarixədək olan nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumat aşkar olunmamış, bundan başqa, Xocalı rayon İcra Hakimiyyəti başçısının 443 saylı, 27 aprel 2006-cı il tarixli arayışı və Xocalı rayon Kərkicahan qəsəbəsi könüllü özünümüdafiə batalyonunun tərkibində torpaqların müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edənlərin siyahısı Müdafiə nazirinin katibliyi Mərkəzi Arxivinə daxil olmamışdır. Halbuki, iddiaçı hərbi qulluqçu olmamış və qeyd edilən hissənin də iddiaçıya aidiyyəti olmamışdır. 30 il müddətində iddiaçı müharibə veteranı statusundan istifadə etmişdir.
16. Məhkəmənin bu mübahisəyə aidiyyəti olmayan sənədə istinad etməsi və həmin arayışa əsasən mübahisəyə qiymət verməsi də əsassızdır. Belə ki, özünümüdafiə batalyonunda döyüşən döyüşçülə r barədə məlumat AR Müdafiə Nazirliyinin Arxivində olmur və bu məlumatlar yalnız yerli icra orqanlarında saxlanılır. a) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.... Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə
7. Veteran adlarının və vəsiqələrinin verilməsi Mühari bə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir....
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə: Müharibə veteranı adı aşağıdakı qaydada verilir:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə dö yüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Strateji X1 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təl tif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında;... Qeyd.
1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müv afiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir....
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə e dilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxı mdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamenta l vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbər lik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
27. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı hazırkı tələbinin əsası kimi onun döyüş əməliyyatlarında iştirak etməsi (o cümlədən, yaralanması) faktına əsaslana bilər. Lakin iddiaçı hər bir halda, cavabdehin onun qarşısında məhz iddia olunan məzmunda öhdəlik daşıdığını sübut etməlidir.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinin məzmununa görə, qanunvericilikdə həm hərbi qulluqçulara, həm də hərbi qulluqçu olmayan şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi nəzərdə tutulmuşdur.
29. Həmin normaya gör ə, hərbi qulluqçu olmayan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, …….. müharibə veteranı adı və vəsiqəsi verilə bilər.
30. Yuxarıda istinad olunan Əsasnamədən göründüyü kimi, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda müharibə veteranı adının verilməsi üçün əsasdır.
31. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsinin xx.xx.2022-ci il tarixli, H-133 nömrəli arayışına əsasən, iddiaçının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon bölməsində saxlanılan uçot qeydiyyat sənədlərində Azər baycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi barədə hər hansı məlumat olmadığından, hərbi biletin 11-ci (hərbi biletin 11-ci bəndində Xocalı rayon İcra Hakimiyyəti başçısının 443 saylı, 27 aprel 2006-cı il tarixli arayışına əsasən, iddiaçının 1988-ci ildən 1991-ci ilin dekabr ayına qədər Xocalı rayonu Kərkicahan qəsəbə özünümüdafiə dəstəsinin tərkibində döyüşlərdə iştirak etdiyi qeyd edilmişdir) və 17-ci bəndlərindəki qeydlər etibarsız hesab edilmişdir. Xocalı rayon İcra Hakimiyyəti başçısının 01 aprel 2022ci il tarixli məktubu, eləcə də məktuba əlavə edilən siyahıdan görünür ki, “12 fevral 1988-ci ildən 26 fevral 1992-ci ilə qədər erməni silahlı qüvvələrinə qarşı keçirilmiş hərbi əməliyyatlarda və Xocalı şəhərinin müdafiəsi uğrunda döyüşlərd ə iştirak etmiş Xocalı ərazi dəstələrinin üzvləri”nin adlı siyahısında İddiaçı adı 1351-ci sırada qeyd edilmişdir. Xocalı rayon İcra Hakimiyyəti Aparatında qeyd edilən siyahıdan başqa iddiaçının döyüşlərdə iştirakını sübut edən sənədlər yoxdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 29 aprel 2022-ci il tarixli, 4/2-2766 nömrəli məktubuna əsasən, Müdafiə nazirinin katibliyi Mərkəzi Arxivdə olan N nömrəli hərbi hissə komandirinin xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək olan nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Bundan başqa, Xocalı rayon İcra Hakimiyyəti başçısının 443 saylı, 27 aprel 2006-cı il tarixli arayışı və Xocalı rayon Kərkicahan qəsəbəsi könüllü özünümüdafiə batalyonunun tərkibində torpaqların müdafiəsi uğrunda gedən döyüş lərdə iştirak edənlərin siyahısı Müdafiə nazirinin katibliyi Mərkəzi Arxivə daxil olmamışdır.
32. Beləliklə, məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçının Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etməsi barədə yerli icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahıdan başqa heç bir rəsmi məlumat müəyyən edilmədiyindən cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən, cavabdehin iddiaçı qarşısında yuxarıda istinad edilən normalardan irəli gələn hazırkı məzmunda öhdəliyi yoxdur. İddiaçının şikayətində istinad et diyi hallar apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə və ya dəyişdirilməsinə əsas vermir.
33. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-127/2022 nömrəli iş üzrə 17 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.