Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1908/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi, operativ vergi nəzarəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xid mətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın qismən ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2023-cü il tarixli, 2-1(103)-884/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********6623 №-li qərarı ilə iddiaçıya nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edil məsi hallarının aşkar edilməsi məsələsi (ləri) üzrə xx.xx.2022- ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022-ci il daxil olmaqla) operativ vergi nəzarəti həyata keçirilmişdir.
2. Keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində direktor X4 iştirakı ilə xx.xx.2022-ci il saat 11:50 tarixdə təqdim edilmiş sənədlərə əsasən obyektdə yerinə yetirilən işlərin və ya xidmətlərin yerinə yetirilməsinə cəlb edilmiş 125 (yüz iyirmi beş) fiziki şəxsdən 40 (qırx) nəfərin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi aşkar edilmiş və bu xx.xx.2022-ci il tarixli DVX 002623 saylı Aktla rəsmiləşdirilmişdir. Aktda iddiaçıda keçirilmiş 40 (qırx) nəfər fiziki şəxslə əmək müqavil əsi və ya xidmət müqaviləsi bağlanmadan işlərin xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi halı aşkar edilmiş və həmin şəxslərin adları qeyd edilmişdir.
3. Cavabdehin operativ vergi nəzarətinin nəticələrinə dair qəbul etdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********7916 №-li Qərarı ilə iddiaçıya Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 40 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 80000 manat məbləğində maliyyə sanksiyası tətbiq edərək vergi məsuliyyətinə cəlb edilmişdir İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdehin xx.xx.2022-ci il tarixli, **********47916 №li qərarının qismən yəni, İddiaçı MMC-yə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 35 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə 70.000 (yetmiş min) manat məbləğində maliyyə sanksiyasının tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv olunmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Dövlət Vergi Xidmətinin 09 fevral 2022-ci il tarixli, **********6 623 №li qərarına əsasən, "xxxx" MMC-də (indiki adı İddiaçı MMC) 10 fevral 2022-ci il tarixində operativ vergi yoxlaması aparılmış, nəticəsinə dair 10 fevral 2022-ci il tarixli, DVX seriyalı 002623 nömrəli akt tərtib edilmiş, lakin həmin aktın tərtib edilməsi barəsində həmin gün vergi ödəyicisinə heç bir məlumat verilməmişdir. Bu barədə yalnız 15 fevral 2022-ci il tarixində AVİS sistemi vasitəsi ilə elektron qaydada akt klinikaya göndərilmişdir. Klinika tərtib edilmiş aktla razı olmadığından cavabdeh idarəyə şikayət məktubları göndərmiş, 31 mart 2022-ci il tarixində müəssisənin rəhbərliyi BŞLGBİ-yə dəvət olunmuş, həmin görüşdə vergi rəhbərliyinə tərtib edilmiş 10 fevral 2022-ci il tarixli aktın əsassız olduğu bildirilmiş və bu aktın əsassızlığını təsdiq edən ilkin sənədlər vergi əməkdaşla rına tərəflərindən təqdim edilmişdir: "xxxx" MMC (VÖEN: **********) və fiziki şəxs X8 (VÖEN: **********) ilə bağlanmış "xəstə baxıcısı" kurslarının dinləyicilərinin klinikada təcrübə keçmələri barədə müqavilələrinin surətləri, 35 nəfər kurs dinləyicilərindən aldıqları izahatlar, elektron qaimələr, bank ödəniş sənədləri və s.) 10 fevral 2022-ci il tarixli aktda adları "muzdlu işci" kimi qeyd edilmiş 40 nəfərin heç birindən yoxlama aparan vergi əməkdaşları tərəfindən həmin gün müvafiq izahatlar alınmamışdır. Bu səbəbdən akt klinikaya daxil olduqdan sonra "xxxx" tərəfindən 28 nəfər və fiziki şəxs X8 tərəfindən 7 nəfər klinikaya müqavilə əsasında təcrübəyə göndərilmiş cəmi 35 nəfərdən tərəflərindən müvafiq izahatlar alınaraq, cavabdehə təqdim edilmişdir. Aktda adları göstərilən 40 nəfərdən 35 nəfəri yuxarıda qeyd etdiyi müqavilələr əsasında "xəstə baxıcısı" kursları dinləyicilərindən ibarətdir ki, yoxlama keçirilən müddətdə klinikada təcrübə keçmək məqsədi ilə klinikada olmuşdular. Bu barədə yoxlama günü vergi yoxlaması aparan səlahiyyətlilərə məlumat verilmişdir. Dinləyicilər "xxxx" MMC və fiziki şəxs X8 ilə bağlanmış rəsmi müqavilələr əsasında klinikada "xəstə baxıcısı" kimi təcrübə keçmişlər. Həmin müqavilələrə əsasən klinika tərəfindən dinləyicilərin təcrübə keçməsinə görə elektron qaimələr tərtib edilərək sifarişçilərə, yəni "xxxx" MMC və fiziki şəxs X6 təqdim edilmişdir. Təqdim edilmiş elektron qaimələrə əsasən dinləyicilərin klinikada təcrübə keçməsinə görə sifarişçilər tərəfindən bank hesabları vasitəsi ilə müvafiq olaraq ödənişlər aparılmışdır. Daxil olunmuş vəsaitlər qanuna uyğun olaraq əlavə dəyər vergisinə və mənfəət vergisinə cəlb edilərək aidiyyəti hesabatlar vergi orqanına təqdim edilmişdir. Yoxlama aparılan zaman dinləyicilərin boyunlarından asılan kimliklər onların dinləyici olduğunu təsdiq yetirmişdir. Lakin vergi əməkdaşları dinləyicilərin klinikanın daxili qaydalarına əsasən ağ xalatda olduqlarına əsas gətirərək onların adlarını aktda "muzdlu işçi" kimi qeyd edərək, heç bir əlavə araşdırma aparmamış və dinləyicilərdən izahat almamışlar. Yoxlama zamanı vergi əməkdaşlarına "xxxx" MMC və fiziki şəxs X8 ilə bağlanmış müqavilələrin surətləri təqdim edilmişdir. Klinika tərəfindən kifayət qədər təsdiqedici sənədlər BŞLGBİ-yə rəsmi qaydada təqdim edilməsinə baxmayaraq, vergi orqanı tərəfindən bu sənədlərə əhəmiyyət verilməmiş, heç bir araşdırılma apa rılmamışdır. Yalnız 31 mart 2022- ci il tarixində qərarın çıxarılması üçün klinika rəhbərliyi ilə görüşdə vergi əməkdaşları kurs dinləyicilərini klinikaya təcrübə məqsədi ilə göndərən "xxxx" və fiziki şəxs X1 təşkil edilməsi üçün xüsusi icazələrinin (Lisenziyalarının) olmamasını əsas gətirərək, klinikanın məsuliyyətə cəlb ediləcəyi barədə şifahi məlumat vermişlər. 01 aprel 2022-ci il tarixində vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********7916 nömrəli qərar qəbul edərək, "xxxx" MMC 80.000,00 (səksən min) manat cərimə edilmişdir. Həmin qərar əsasında klinikanın bank hesablarına sərəncamlar qoyulmuş, bank hesabları dondurulmuşdur. Klinikanın bank hesablarına sanksiya tətbiq edildiyindən klinikanın fəaliyyəti faktiki olaraq dayandır ılmışdır. Belə ki, tibbi ləvazimatların, dərmanların alına bilməməsi səbəbindən klinikanın fəaliyyəti iflic olmuşdur. BŞLGBİ-nin 01 aprel 2022- ci il tarixli qərarından 04 aprel 2022-ci il tarixində Dövlət Vergi Xidmətinə klinika tərəfindən şikayət məktubu göndərilmişdir. Ümumilikdə bu barədə vergi orqanına cəmi 10 şikayət ərizəsi ilə birlikdə 35 nəfər dinləyici barədə bütün təsdiqedici sənədlər (şəxsiyyət vəsiqəsi, kimlikləri, bağlanmış müqavilələr, dinləyicilərin izahatları, dinləyicilərin davamiyyət jurnalı və s.) təqdim edilmişdir. Eyni zamanda, Dövlət Vergi Xidməti tərəfindən "xxxx" MMC və fiziki şəxs X3 və dinləyicilərin hər birindən müvafiq izahatlar alınmışdır...”
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, "xxxx" MMC və fiziki şəxs X 8 dövlət və qeyri-dövlət təhsil müəssisələrinə aid olmadığından və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi vermədiyindən, sözügedən şəxslərin istehsalat təcrübəsinin keçməsi mümkün deyildir. "xxxx" MMC və fiziki şəxs X5 lisenziyası olmadığı halda, “Tibb bacısı” ixtisaslı kadrların yetişdirməsi qanunun tələblərinə ziddir. Yuxanda qeyd olunanlardan bir daha aydın olur ki, "xxxx" MMC və fiziki şəxs X8 qanunvericiliyin tələblərinə uyğun olaraq peşə təhsil müəssisəsi hesab edilmədiyi üçün, hər hansı şəxsin istehsalat təcrübəsi keçməsi üçün göndərmək səlahiyyəti olmamışdır. İddiaçı tərəfindən Dövlət Vergi Xidmətinə keçirilmiş operativ nəzarət tədbirləri ilə əlaqədar inzibati şikayət edilmiş və xx.xx.2022-ci il tarixli **********984200 saylı inzibati şikayətin təmin edilməməsi haqqında qərar qəbul edilmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 6 oktyabr 2022-ci il tarixli, 2-1(112)-9550/2022 nömrəli qərarı ilə (hakim: X12) iddia təmin edilmiş, cavabdehin xx.xx.2022-ci il tarixli, **********47916 №li qərarı qismən yəni, İddiaçınə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 35 nəfər fiziki şəxsin işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə 70.000 (yetmiş min) manat məbləğində maliyyə sanksiyasının tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv olunmuşdur.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının göstərdiyi xidmətə görə aldığı müqavilənin dəyərinin təsdiqi həmin dövrdə verilmiş elektron qaim ənin mövcudluğu çıxış edir ki, həmin sənəd normativ hüquqi aktların tələblərinə görə də ciddi hesabat blankı hesab olunur. Həmin sənədin mövcudluğu da iddiaçı ilə "xxxx" MMC arasında müqavilə münasibətlərini təsdiq edən dəlildir. Cavabdehin "xxxx" MMC-nin lisenziyasının olmaması ilə bağlı irəli sürdüyü mülahizələr əsaslı olsa da, həmin müəssisənin lisenziyaya malik olmaması iddiaçının təqsiri ilə bağlı olmayan hal olduğundan və iddiaçı yalnız müqavilə münasibətləri ilə üzərinə düşən öhdəlikləri icra etdiyindən, təcrübəyə göndərilən şəxslərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fəaliyyət göstərən əməkdaşlar kimi qiymətləndirilməsi düzgün deyildir. cavabdeh 35 nəfər şəxsin əmək müqaviləsi olmadan əmək fəaliyyəti ilə məşğul olmasını nəzərə alaraq qərar qəbul etsə də, həmin şəxslər iddiaçı nın işçiləri olmamış, onlar "xxxx" MMC ilə “X27” MMC (hazırki İddiaçı MMC) arasında mövcud olan müqavilə münasibətlərinin icrası ilə əlaqədar təcrübəyə cəlb olunmuş şəxslər hesab olunmuşdur ki, onlara münasibətdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərini tətbiq edərək əmək müqaviləsi olmadan fəaliyyət göstərən şəxslər kimi iddiaçıya münasibətdə maliyyə sanksiyasının tətbiq edilməsi hüquqi baxımından düzgün deyildir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş BŞLGBİ-nin operativ vergi nəzarətinin keçirilməsi haqqında **********6623 №li xx.xx.2022-ci il tarixli qərarda “Tanış oldum, imza, Əhmədov Şahrud” qeyd olunsa da, qərarda operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi tərəfindən həmin qərarın vergi ödəyicisinə nə vaxt təqdim edildiyi qeyd olunmamış və bununla da Vergi Məcəlləsinin 50.4-cü maddəsinin tələbləri pozulmuşdur. Həmçinin cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən qərar qəbul olunarkən qanunvericiliyin qeyd olunan tələbləri də pozulmuşdur. Belə ki, BŞLGBİ-nin əməkdaşları tərəfindən mübahisələndirilən qərarı qəbul olunmasına əsas olmuş “Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması ilə bağlı vergi nəzarətinin nəticəsi haqqında DVX seriyalı 002623 saylı akt xx.xx.2022-ci il tarixdə tərtib olunduğu halda, həmin akt üzrə qərar 1 (bir) ay 21 (on üç) gündən sonra, yəni xx.xx.2022- ci il tarixdə qəbul edilmiş dir.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2023-cü il tarixli, 2-1(103)-884/2023 nömrəli qərarı ilə (hakimlər: X15 (sədrlik edən və məruzəçi), X16 və X13) Bakı İnzibati Məhkəməsinin 6 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
13. Kassas iya şikayətində işin halları və iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, araşdırma zamanı 35 nəfərdən biri olan, yəni Cambridge kursun (X9) dinləyicisi olduğu iddia edilən və izahatında da bunu təsdiq edən X14 ilə Cəmiyyət arasında nəzarət tədbirindən sonra xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlandığı, Cəmiyyətin tanımadığı iddia edilən Əmir hüseynova Nərmin Qulu qızının əvvəlki tarixlərdə iki müxtəlif tibb müəssisəsində işlədiyi, sonuncu dəfə əmək müqaviləsinə xx.xx.2021-ci tarixdə xitam verildiyi, Cəmiyyətin inzibati icraat qaydasında araşdırma zamanı öz təşəbbüsü ilə tələbələrdən aldığı izahatlarında 8 nəfər tərəfindən kursa 2020-ci ilin sentyabr-noyabr aylarında başladığı bildirilsə də, həmin şəxslərin tələbə vəsiqələrinin (badge) müddətləri nin xx.xx.2021-ci il tarixdə bitdiyi, operativ vergi nəzarəti tədbirinin keçirildiyi tarixə həmin dinləyicilərin vəsiqələrinin tarixi bitsə də, izahatlarında həmin kursun dinləyiciləri olduğu qeyd edildiyi müəyyən edilmişdir. Ümumilikdə 35 nəfər fiziki şəxs izahatlarında kursa 2020-ci ilin sentyabr – 2021-ci ilin sentyabr ayları ərzində, klinikaya təcrübəyə isə 2022-ci ilin yanvar – fevral aylarında başladıqlarını bildirmişlər. 1 nəfər, yəni Nəbiyeva Elviranın izahatında isə kursa 2021-ci ilin sentyabr ayında kursa başladığı bildirilsə də, vəsiqəsinin müddətinin xx.xx.2021-ci tarixdə bitdiyi müəyyən edilmişdir. Cəmiyyətin sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Yasamal rayonu, X24 küçəsi, ev 15V ünvanda yerləşən İddiaçı adlı təsərrüfat subyektində keçirilmiş operativ vergi n əzarəti tədbiri nəticəsində tərtib olunmuş xx.xx.2022-ci il tarixli DVX seriyalı 002623 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” akt etibarlı hesab edilməli və həmin akt əsasında Baş İdarə tərəfindən qəbul olunmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********7916 nömrəli qərar dəyişdirilmədən saxlanılmalı və vergi ödəyicisinin şikayəti təmin olunmamalıdır. Ali və orta ixtisas təhsilinin heç bir tələblərinə cavab verməyən, müvafiq lisenziyası olmayan "xxxx" MMC və fərdi sahibkar Niftəliyeya İddiaçı MMC-də hüquqi əsası və qanunvericiliyin tələblərinə uyğun olmayan tibbi təcrübə keçirilməsi barədə bağladıqları müqavilə ilə yol verdikləri qanun pozuntusuna hüquqi əsas yaratmağa çalışmışlar.
14. Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində qərar qəbul edir. Vergi Məcəlləsinin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müv afiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49- cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 39.5- ci maddəsinə əsasən vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. Həmin Məcəllənin 39.6-cı maddəsinə əsasən bu Məcəllənin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır. Göründüyü kimi, operativ vergi nəzarətinin nəticələri üzrə müvafiq qərar yoxlama aktından 55 gün (30+15+10) müddətində qəbul edilməlidir ki, göstərilən müddətə riayət edilmişdir.
15. İddiaçı(İcraçı) ilə "xxxx" MMC (Sifarişçi) arasında xx.xx.2022-ci il tarixdə 01 №-li müqaviləyə əsasən “Sifarişçi”nin təqdim etdiyi siyahı ilə cavabdeh orqan tərəfindən tərt ib olunan aktda qeyd olunan şəxslərin eyni şəxslər olub-olmaması və o siyahının operativ vergi nəzarəti tədbirindən sonra tərtib olunma və müqavilənin qeydiyyatını araşdırmamışdır. Həmçinin, qeyd olunmalıdır ki, həmin müqavilə sadəcə tərəflər arasında tərtib olunan, şərtləri və siyahıda qeyd olunan şəxslərin sayı və şəxsiyyəti istənilən vaxt (operativ vergi nəzarətindən sonra) dəyişdirilə bilən bir etibarsız müqavilədir. b. kassasiya şikayətinə etirazın dəlilləri
16. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Həmçinin etirazda qeyd edilmişdir ki, həmin 40 nəfərin 35 nəfəri iddiaçının işçiləri olmamış, onlar "xxxx" MMC və fiziki şəxs X10 ilə “X27” MMC (hazırki adı İddiaçı MMC) arasında mövcud olan müqavilə münasibə tlərinin icrası ilə əlaqədar “xəstə baxıcısı” kimi təcrübə keçməyə cəlb olunmuş şəxslər olmuşlar ki, onlara münasibətdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərini tətbiq edərək əmək müqaviləsi olmadan fəaliyyət göstərən şəxslər kimi iddiaçıya münasibətdə maliyyə sanksiyasının tətbiq edilməsi əsassızdır. TƏTBİQ EDİLƏN HÜQUQ 17.Vergi Məcəlləsi: Maddə
39. Səyyar vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsi 39.5. Vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını i mzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. 39.6. Bu Məcəllənin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır. Maddə
49. Vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qərarın çıxarılması 49.1. Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri ( rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; 49.1.2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; 49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında; 49.1.4. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; 49.1.5. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; 49.1.6. yeni qərarın qəbul edilməsi. 49.1-1. Bu Məcəllənin 49.1.4-cü – 49.1.6-cı maddələrinin müddəaları bu Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuş əsas üzrə keçirilən səyyar vergi yoxlamasının materi allarına baxılmanın nəticələri üzrə qəbul olunan qərarlara münasibətdə tətbiq edilir.https://e-qanun.az/framework/46948 49.1-2. Bu Məcəllənin 49.1.3-cü maddəsinə müvafiq olaraq təyin edilən yoxlama əvvəlki səyyar vergi yoxlamasının davamı hesab edilir və yalnız 1 dəfə 60 iş günündən artıq olmamaqla keçirilə bilər. Əlavə vergi yoxlamasının keçirilməsinin nəticəsi üzrə yenidən əlavə vergi yoxlamasının keçirilməsi barədə qərar qəbul edilə bilməz. 49.2. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. 49.3. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə çıxarılmış qərar əsasında 10 gündən gec olmayaraq vergi ödəyicisinə vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə tələbnamə göndərilir. 49.4. Vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin b ilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. 49.5. Vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. 49.6. Vergi orqanı tərəfindən aşkar edilmiş vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisi inzibati məsuliyyətə cəlb edilməli olduqda, vergi yoxlamasını keçirən vergi orqanının səlahiyyətli vəzifəli şəxsi inzibati hüquq pozuntusu haqqında ayrıca protokol tərtib edir. Bu hüquq pozuntuları haqqında işlərə baxılma və inzibati tənbeh tədbirlərinin həmin pozuntuların edilməsində günah kar olan vergi ödəyicisinin vəzifəli şəxslərinə və vergi ödəyicisi – fərdi sahibkara münasibətdə tətbiq edilməsi vergi orqanları tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq həyata keçirilir. 49.7. Bu maddənin müddəaları həmçinin vergi agentlərinə də şamil edilir. Maddə
50. Operativ vergi nəzarəti 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Maddə
58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları... 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetiril məsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
18. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 13 1.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməs inin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığ ı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərinə əməl etmədiyindən qəbul edilən qərar ləğv olunmalıdır.
22. Belə ki, cavabdehin operativ vergi nəzarətinin nəticələrinə dair qəbul etdiyi “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********7916 №-li Qərarı ilə iddiaçıya Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 40 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 80000 manat məbləğində maliyyə sanksiy ası tətbiq edərək vergi məsuliyyətinə cəlb edilmişdir.
23. İddiaçı cavabdeh vergi orqanının onu vergi məsuliyyətinə cəlb edən qərarını qismən, "xxxx" MMC-nin iddiaçı klinikada təcrübə keçən 35 nəfər fiziki şəxsinə münasibətdə, işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyi nə görə klinikaya 70.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək onun vergi məsuliyyətinə cəlb edilməsi hissəsində qərarın ləğv edilməsini tələb etmişdir.
24. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yarad ıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
25. Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tətbiqi üçün əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxs lərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktının müəyyən edilməsi yetərlidir. Belə ki, qanunverici məhz həmin faktın özünü gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradan hal kimi normada təsbit etmişdir.
26. İşin halları ilə müəyyən olunur ki, "xxxx" MMC (Sifarişçi) ilə “X27” MMC (İcraçı) arasında xx.xx.2022-ci il tarixdə 01 №-li müqavilə bağlanmışdır ki, həmin müqavilənin də 1-ci bəndi nəzərdə tutur ki, “Sifarişçi”nin təqdim etdiyi siyahılar üzrə “İcraçı” müqavilələrin klinikada tibbi təcrübə keçməsini (bundan sonra “Xidmətlər” adlandırılacaq) öhdəsinə götürür (1.1). Təcrübədən keçəcək müdavimlərin siyahısı bu müqavilənin 1 saylı əlavəsində göstərilir (1.2). Göstəriləcək xidmətlərin dəyəri “Tərəflər” arasında imzalanan razılaşma protokolu və təhvil-təslim aktı sənədləri əsasında müəyyən edilir. (3.2)
27. X2 (Sifarişçi) ilə X27” MMC(İcraçı) arasında xx.xx.2022-ci il tarixdə 02/22 №li digər bir müqavilə bağlanmışdır ki, həmin müqavilənin də 1-ci bəndində əsasən “Sifarişçi”nin təqdim etdiyi siyahılar üzrə “İcraçı” müqavilələrin klinikada tibbi təcrübə keçməsini (bundan sonra “Xidmətlər” adlandırılacaq) öhdəsinə götürür (1.1). Təcrübədən keçəcək müdavimlərin siyahısı bu müqavilənin 1 saylı əlavəsində göstərilir (1.2)
28. Lakin məhkəmə kollegiyası qeyd edir ki, hər iki müqavilədə qeyd olunduğu kimi təcrübədən keçəcək müdavimlərin siyahısı müqavilənin 1 saylı əlavəsində göstərilməsi qeyd olunsa da təcrübədən keçəcək müdavimlərin siyahısı və 3.2-ci maddədə göstərilən təhvil-təslim aktı mövcud deyildir.
29. Beləliklə, apellyasiya inst ansiyası iddiaçının əmək müqaviləsi olmadan əmək fəaliyyətinə cəlb edilməsi mübahisələndirilən 35 nəfər şəxsin, onunla müqavilə münasibətlərində olan "xxxx" MMC tərəfindən təcrübəyə cəlb edilən şəxslər olması barədə dəlilinin əsassız olduğu müəyyən edilir.
30. Belə ki, işin halları ilə müəyyən olunur ki, keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində direktor X4 iştirakı ilə xx.xx.2022-ci il saat 11:50 tarixdə təqdim edilmiş sənədlərə əsasən obyektdə yerinə yetirilən işlərin və ya xidmətlərin yerinə yetirilməsinə cəlb edilmiş 125 fiziki şəxsdən 40 (hazırkı mübahisənin predmeti olan 35 işçi daxil olmaqla) nəfərin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi aşkar edilmiş və bu xx.xx.2022-ci il tarixli DVX 002623 saylı Aktla rəsmiləşdirilmişdir. Aktda iddiaçıda keçirilmiş 40 nəfər fiziki şəxslə əmək müqaviləsi və ya xidmət müqaviləsi bağlanmadan işlərin xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi halı aşkar edilmiş və həmin şəxslərin adları qeyd edilmişdir.
31. Məhkəmə kollegiyası yekun olaraq qeyd edir ki, yuxarıda qeyd olunanlara əsasən iddiaçı tərəfindən nə operativ vergi nəzarəti zamanı, nə də məhkəmə baxışı zamanı qaydalarda nəzərdə tutulmuş məlumat forması, fiziki şəxslərlə əmək müqaviləsinin hüquqi qüvvəyə minməsini təsdiq edən sənəd təqdim edilməmiş, təcrübədən keçəcək müdavimlərin siyahısı müəyyən olunmadığından onlarla müqavilə bağlanmasına dair sübut mövcud olmamışdır.
32. Göründüyü kimi, İPM-in 14-ci maddəsinə uyğun olaraq cavabdeh qə bul etdiyi qərar üçün əsas olan faktiki şərtlər 35 nəfərə münasibətdə mövcud olmuş, beləliklə də, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan kimi cavabdeh tərəfindən həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmişdir.
33. Həmçinin məhkəmə kollegiyası operativ vergi yoxlamasının nəticəsi barədə qərarın qəbul edilməsi müddəti barədə qeyd edir ki, Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən yoxlama materiallarına baxılmanın nəticələri üzrə 10 gün müddətində qərar qəbul edilir. Vergi Məcəlləsinin 39.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. Həmin Məcəllənin 39.6-cı maddəsinə əsasən bu Məcəllənin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır. Göründüyü kimi, cavabdeh operativ vergi nəzarətinin nəticələri üzrə müvafiq qərarı yoxlama aktından 55 gün (10+30+15) müddətində qəbul etməlidir ki, hazırkı iş üzrə göstərilən müddətə riayət edilmiş, qanunvericiliyin bəhs olunan tələbləri pozulmamışdır.
34. Odur ki, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan kimi cavabdeh tərəfindən həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirildiyindən, kasasiya şikayəti təmin edilməli, apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməldir.
35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2023-cü il tarixli, 2-1(103)-884/2023 nömrəli qərarı ləğv ed ilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı MMC-nin iddiası təmin edilməsin. Qərar qətidir.