Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1908/2025 06.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı (üçüncü şəxs Gədəbəy Rayon İcra Hakimiyyəti)iş üzrə QƏRARİ Açar sözlər: tikilinin dövlət reyestrinə daxil edilərək kod verilməsi əsasları Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı (üçüncü şəxs Gədəbəy Rayon İcra Hakimiyyəti) “Tikililərin dövlət reyestrinə daxil edilərək müvafiq kod verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(104)-17/2025 nömrəli, 17 yanvar 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2014-cü il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla Gədəbəy rayonu, Poladlı kəndində yerləşən 0.10 ha torpaq sahəsi yaşayış məntəqə torpağı kimi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. 2. xx.xx.2019-cu il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ç ıxarışla Gədəbəy rayonu, Poladlı kəndində yerləşən 0.07 ha torpaq sahəsi yaşayış məntəqəsinin torpağı kimi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. 3. xx.xx.2019-cu il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla Gədəbəy rayonu, Poladlı kəndində yerləşən 0.12 ha torpaq sahəsi yaşayış məntəqəsinin torpağı kimi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır.
4. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi təhlil qrupunun xx.xx.2022-ci il tarixli, 1178 nömrəli rəyindən görünür ki, fiziki şəxs İddiaçı məxsus Gədəbəy rayonu, Poladlı kəndində yerləşən meyvə və müalicəvi otların qurudulması, qablaşdırılması üçün talvar və köməkçi binaları təyinatı dəyişdirilməmək şərti ilə yükdaşıya n konstruksiyaları möhkəmlik və dayanıqlıq tələblərini ödəyir və bu baxımdan binanın istismara yararlı olması barədə qərar qəbul edilmişdir. 5. xx.xx.2022-ci il tarixli, 005756 nömrəli istismara hazırlıq aktından görünür ki, bu akt İddiaçı tərəfindən inşa edilmiş obyektdə tikinti-quraşdırma işlərinin, sifarişçi tərəfindən texniki nəzarətin, podratçı tərəfindən daxili əməliyyat nəzarətinin, layihəçi tərəfindən müəllif nəzarətinin və müfəttişlik tərəfindən dövlət nəzarətinin müvafiq qaydada həyata keçirilməsi ilə yerinə yetirildiyini təsdiq edir.
6. Gədəbəy Rayon İcra Hakimiyyətinin iddiaçıya göndərdiyi 09 dekabr 2022-ci il tarixli, 301/8-8 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı tərəfindən Gədəbəy rayonu, Poladlı kəndində inşa olunmuş talvar və köməkçi binanın istismarına icazə veril məsi barədə müraciətinə RİH-də baxılmış, icraat çərçivəsində sənədlərin qanunvericiliyin tələblərinə uyğun olaraq Tikintilərin Dövlət reyestrinə daxil edilərək müvafiq kodun verilməsi üçün Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın 3.1.1-ci yarımbəndinin tələblərinə uyğun olaraq obyektin tikintiyə icazə sənədi təqdim olunmadığından Komitə tərəfindən tikinti barədə məlumatlar Tikintilərin Dövlət reyestrinə daxil edilərək müvafiq kod verilməmişdir.
7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Eksper tizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2647 saylı ekspert rəyindən görünür ki, İddiaçı məxsus olan torpaq sahəsində tikilmiş meyvə və müalicə otlarının qurudulması, qablaşdırılması üçün talvar və köməkçi binanın tikinti-texniki tələblərə uyğun inşa edildiyi müəyyən edilmişdir.
8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-40/2-6609/2024 saylı mütəxəssis rəyindən görünür ki, İddiaçı tərəfindən inşa etdirilmiş meyvə və müalicəvi otların qurudulması və qablaşdırılması üçün talvar və köməkçi bina ona məxsus çıxarışların və Gədəbəy rayonu, Poladlı kəndində yerləşən torpaq sahəsinin hüdudları daxil ində inşa edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə (üçüncü şəxs Gədəbəy Rayon İcra Hakimiyyəti) qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Gədəbəy rayonu, Poladlı kəndində mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsində inşa edilmiş meyvə və müalicəvi otların qurudulması, qablaşdırılması üçün talvar və köməkçi binanın tikintilərin dövlət reyestrinə daxil edilərək müvafiq kod verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddia onunla əsaslandırılmışdır ki, Gədəbəy rayonu, Poladlı kəndində yerləşən mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan tor paq sahəsində “Meyvə və müalicəvi otların qurudulması, qablaşdırılması üçün talvar və köməkçi bina” inşa etdirmişdir. Qeyd olunan talvar və köməkçi binanın Dövlət reyestrinə daxil edilməsi və müvafiq kodun verilməsini təmin etmək üçün Gədəbəy Rayon İcra Hakimiyyətinə müraciət etmiş, Gədəbəy Rayon İcra Hakimiyyətinin 09 dekabr 2022-ci il tarixli, 301/8-8 saylı məktubu ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tikililərin dövlət reyestrinə salınması və müvafiq kodun verilməsində imtina edildiyi göstərilmişdir. İmtinanın səbəbi kimi o göstərilmişdir ki, tikililər barədə icazə sənədi təqdim olunmadığından komitə tərəfindən tikinti barədə məlumatlar Tikililərin dövlət reyestrinə daxil edilərək müvafiq kodun verilməsindən imtina edilmişdir. İddiaçı hesab ed ir ki, imtina əsassız və qanunsuzdur. Belə ki, mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsində tikilmiş talvar və köməkçi bina kənd təsərrüfatı fəaliyyəti ilə bağlıdır. Köməkçi binanın mərtəbə sayı 1, hündürlüyü dam örtüyü ilə birlikdə 6 metr, tikilinin sahəsi isə 100 kv.m-dən artıqdır. Cavabdeh orqan tərəfindən imtina məktubu verilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 4 saylı nömrəli qərarının 3.1.1-ci yarımbəndinə istinad edilməklə də, səhvə yol verilmişdir. Çünki həmin tikililərlə bağlı icazə sənədinin verilməsi tələb edilmir. Yalnız məlumatlandırma icraatı tətbiq edilir.
11. Gəncə İnzibati Məhkəməsinin (hakim Fikrət Hüseynov) xx.xx.2023-cü il tarixli, 21(114)-1337/2023 saylı qərarı ilə iddianın təmin edilməsi, İddiaçı tərəfindən Gədəbəy rayo nu, Poladlı kəndində mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsində inşa edilmiş “meyvə və müalicəvi otların qurudulması, qablaşdırılması üçün talvar və köməkçi bina”nın dövlət reyestrinə daxil edilərək müvafiq kodun verilməsi öhdəliyinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin üzərinə qoyulması qərara alınmışdır.
12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən ona məxsus torpaq sahəsində inşa edilmiş tikilinin tikintisinə icazə tələb olunmur. Odur ki, cavabdeh həmin tikiliyə dair müvafiq kodun verilməsindən tikiliyə icazənin olmaması səbəbindən imtina etməkdə haqlı olmamışdır.
13. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apelyasiya inst ansiyası məhkəməsindəki icraat
14. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X6məruzəçi, X2 və X3) 2-1(104)-17/2025 nömrəli 14 yanvar 2025-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin olunmamış, Gəncə İnzibati Məhkəməsinin 24 may 2023-cü il tarixli, 2-1(114)-1337/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Məlum olduğu kimi, iş üzrə İddiaçı iddia ərizəsinin predmetini, Gədəbəy rayonu Pola dlı kəndində yerləşən ona məxsus torpaq sahəsində inşa edilmiş tikinti obyektinin (meyvə və müalicəvi otların qurudulması və qablaşdırılması üçün talvar və köməkçi bina) dövlət reyestrinə daxil edilməsi və müvafiq kodun verilməsi ilə bağlıdır. Koda dair şəhadətnamə tələb olunan tikinti obyektləri, tikintisinə icazə tələb olunan tikinti obyektləridir ki, həmin obyektlərin tikintisi ilə əlaqədar icazə alınması qanunvericiliyin imperativ tələbidir. Mövcud tikinti obyektinə, Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən tikintiyə icazə sənədi verilməmişdir.
18. Şəhərsalma və Tikinti Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğuları nın tikintisi istisna olmaqla) tikintiyə icazə verməlidir. Obyektin tikintisi ilə əlaqədar icazə alınması üçün, müvafiq icra hakimiyyəti orqanına sifarişçi (iddiaçı) tərəfindən müraciət edilərək AR Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada sənədlər təqdim edilməlidir.
19. İş materiallarından məlum olur ki, iddiaçıya məxsus olan Gədəbəy rayonu, Poladlı kəndində yerləşən torpaq sahəsində sahibkarlıq məqsədi ilə meyvə və müalicəvi otların qurudulması, qablaşdırılması üçün talvar və köməkçi binalar adı altında əsaslı tikinti obyekti inşa edilmişdir (tikintiyə dair foto şəkil əlavə olunur). Həmin obyektin tikintisi, tikintiyə icazə icraatı qaydasında aparılmalı idi, lakin iddiaçı bunu etməmişdir. Sözügedən tikinti obyekti, Tikintilərin Dövlət reyestrinə təq dim edilməsi üçün Gədəbəy Rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 301/8-8 nömrəli məktubu ilə Komitəyə təqdim edilmişdir. Lakin təqdim edilən tikinti obyektinin tikintisinə icazənin surəti təqdim edilmədiyindən, bu barədə sənədlərin surəti təqdim edildikdən sonra sözügedən müraciətə yenidən baxılacağına dair Komitənin xx.xx.2022-ci il tarixli MİHO/2.1-2-2022-7738 nömrəli məktubu ilə imtina verilmişdir. Qeyd olunanlarla bağlı iddiaçıya Komitənin 11 yanvar 2023cü il tarixli, 3-35/2A-3- xx-xx/2023-nömrəli məktubu ilə bir daha məlumat verilmişdir. (məktub əlavə olunur).
20. İşin hallarından görünür ki, yerli icra hakimiyyəti tərəfindən verilən məktub tikinti işlərinin başlanmasına əsas olan tikintiyə icazə sənədi deyil, icazəsi olmadan inşası başa çatmış tikinti obyektinin rəsmiləş dirilməsi məqsədi ilə verilmişdir. Belə hal, Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmayıb.
21. Həm birinci, həm də ki, apellyasiya instansiya məhkəməsi Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1-ci maddəsinə istinad etməklə, həmin maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, qeyd olunan maddi hüquq normasının mənasına görə həmin maddənin təsir dairəsinə düşən tikilələr üçün icazə tələb olunmur. Tikintisinə icazə tələb olunmayan tikinti obyektinə isə, ümumiyyətlə kod verilmir. Reallıq isə odur ki, iddiaçıya aid sözügedən tikinti obyekti, əslində Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsi ilə (tikintisinə icazə tələb olunan tikinti obyektləri) müəyyən edilən hüquq normasının təsir dairəsinə düşmür. Belə olan halda, iddiaçının iddia tələbinin predmetini təşkil e dən hazırkı tələb ilə (tikintinin dövlət reyestrinə daxil edilməsi və müvafiq kodun verilməsi) çıxış etməsi əsassızdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə
75. Tikintiyə icazə verilməsinin ümumi qaydaları 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verili r. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır.... Maddə
79. Tikintisinə icazə tələb olunmayan tikinti obyektləri 79.1. Mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: 79.1.1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin;... 79.2. Bu Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tiki ntisinə məlumatlandırma icraatı şamil olunur. Maddə
80. Məlumatlandırma icraatı 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti əraz isinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur....
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması” Qaydaları: 1.1.Tikintilərin Dövlət reyestrinə (bundan sonra - Reyestr) daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları (bundan sonra–Qaydalar) “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012- ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.26-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin tərkib hissəsi olmaqla, Reyestrə daxil edilən məlumatların tərkibini, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması qaydalarını tənzimləyir. 3.1. Reyestrə daxil edilən məlumatların tərkibi aşağıdakılardır: 3.1.1. tikintiyə icazə verən orqan (qurum) tərəfindən Reyestrə təqdim edilməsi nəzərdə tutulan icazəyə dair sənəd və məlumatlar, o cümlədən: 3.1.1.1. obyektin tikintisinə icazə; 3.1.1.2. sifarişçinin torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd; 3.1.1.3. tikinti obyektinin yerləşdiyi ərazinin müfəssəl planından çıxarış və ya təsdiq edilmiş şəhərsalma əsaslandırılması; 3.1.1.4. tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi; 3.1.1.5. tikinti obyektinin əsas texniki göstəriciləri, yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları (koordinatlar bu Qaydaların 3.1.1.2-ci yarımbəndində nəzərdə tutulan sənədlərdə göstərilmədiyi hallarda), tikinti ərazisinin baş planı və təyinatı barədə məlumat... 4.1. Reyestr respublikanın inzibati ərazi vahidləri üzrə elektron daşıyıcılarda aparılır. 4.2. Tikintiyə icazə verildikdə bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulmuş məlumatlar Reyestrə ötürülür, həmin məlumatlar Reyestrdə qeydə alınaraq tikinti obyektinə kod verilir və bu barədə bu Qaydaların əlavəsində göstəril ən Şəhadətnamə tikintiyə icazə verən orqana (quruma) göndərilir. 4.2-1. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinə münasibətdə tikinti barədə məlumatlandırılan orqan (qurum) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinin ikinci cümləsinə əsasən 10 gün müddətində layihəyə dair iradın sifarişçiyə təqdim edilməməsi ilə bağlı tikinti işlərinə başlamaq hüququ yarandıqda, bu barədə məlumatın Reyestrə ötürülməsini təmin edir. Həmin məlumatlar 3 iş günü ərzində Komitənin internet səhifəsində yerləşdirilir. 4.2-2. Məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektlərinin tikintisi başa çatdıqdan sonra, sifarişçi bu barədə məlumatı sifarişli poçt göndərişi ilə 10 iş günü müddətində tikinti barədə məlumatlandırılan orqana (quruma ) göndərir. Sifarişçi öz arzusu ilə həmin məlumatı. 4.3. Bu Qaydaların 3.1.1-ci yarımbəndində qeyd olunan sənəd və məlumatlar tam tərkibdə Reyestrə təqdim edilmədikdə, tikinti obyekti Reyestrdə qeydə alınmır və bu barədə 3 (üç) iş günü müddətində məlumatları təqdim etmiş tikintiyə icazə verən orqana (quruma) əsaslandırılmış imtina məktubu göndərilir. Tikintiyə icazə verən orqan (qurum) çatışmayan sənəd və məlumatları imtina məktubunu aldığı tarixdən 5 (beş) iş günü müddətində Reyestrə təqdim edir. 4.4. Reyestrin yaranmasından əvvəl tikintisinə başlanılmış, lakin istismarına icazə verilməmiş tikinti obyektlərinə dair bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulan məlumat və sənədlər yerli icra hakimiyyəti orqanı və ya sifarişçi tərəfindən Reyestrə təqdim edilir və tikinti obyektinə ko d verilir....
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şi kayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Hazırkı işdə iddiaçının hüquqi marağı və ondan irəli gələn tələbi cavabdeh tərəfindən Reyestrdə qeydə alınaraq tikinti obyektinə kod verilməsinə yönəlmişdir.
29. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilmədiyindən qəbul etdiyi qərar ləğv olunmalıdır.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması” Qaydalarının 4.2-ci bəndinə görə tikintiyə icazə verildikdə bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulmuş məlumatlar Reyestrə ötürülür, həmin məlumatlar Reyestrdə qeydə alınaraq tikinti obyektinə kod verilir və bu barədə bu Qaydaların əlavəsində göstərilən Şəhadətnamə tikintiyə icazə verən orqana (quruma) göndərilir.
31. Qaydaların 3.1.1.1-ci bəndinə görə Reyestrə daxil edilən məlumatların tərkibinə tikintiyə icazə verən orqan (qurum) tərəfindən Reyestrə təqdim edilməsi nəzərdə tutulan icazəyə dair sənəd və məlumatlar, o cümlədən obyektin tikintisinə icazə də aiddir.
32. Qaydaların tələbinə görə yalnız tikintiyə icazə verilən tikinti obyektləri ilə bağlı cavabdeh tərəfindən kod verilməsi nəzərdə tutulmuşdur. Qayda larda tikintisinə icazə tələb olunmayan tikinti obyektləri və barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin Reyestrə təqdim edilməsi və kod verilməsi nəzərdə tutulmamışdır.
33. Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsində tikintiyə icazə verilən tikinti obyektləri, 79-cu maddəsində tikintisinə icazə tələb olunmayan tikinti obyektləri, 80-ci maddəsində barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri ilə bağlı şərtlər təsbit olunmuşdur.
34. İddiaçı Gədəbəy rayonu Poladlı kəndində yerləşən mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsində “Meyvə və müalicəvi otların qurudulması, qablaşdırılması üçün talvar və köməkçi bina” inşa etdirmişdir.
35. Tikili barəsində Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyinin Baş Dövlət Ti kinti Müfəttişliyinin xx.xx.2022-ci il tarixli, 005756 nömrəli “İstismara hazırlıq aktı” mövcuddur. Həmin aktda göstərilir ki, obyektin əsas göstəriciləri; talvar 2 girişli, 1 mərtəbəli+zirzəmilidir; binanın ümumi həcmi V=9511,80 m3, tikinti sahəsi S=1437,14 m2, ümumi sahəsi S=1571,3 m2, o, cümlədən; 0.00-dan aşağı S=250,65 m2, 0.00-dan yuxarı S=1320,65 m2; köməkçi bina; tikinti sahəsi S=151,30 m2, ümumi sahəsi S=305,50 m2, həcmi V=1216,60 m3, sanitar qovşağı 1 ədəd; sanitar qovşağı (2,2 x 7m) 1 ədəd. Bu akt obyektdə tikinti-quraşdırma işlərinin, sifarişçi tərəfindən texniki nəzarətin, podratçı tərəfindən daxili əməliyyat nəzarətinin, layihəçi tərəfindən müəllif nəzarətinin, müfəttişlik tərəfindən Dövlət nəzarətinin müvafiq qaydada həyata keçirilməsi ilə yerinə yetirildiyini təsdiq edir.
36. Həmçinin Tikinti və layihəyə uyğunluğu haqqında qısa məlumatda 5 ədəd anbar binası və köməkçi binanın hər birinin ölçüləri (sahəsi, hündürlüyü, mərtəbəsi) göstərilmişdir.
37. Araşdırılmalı hal iddiaçının Reyestrdə kod verilməsini arzu etdiyi 5 ədəd anbar binası və köməkçi binanın hansı kateqoriya tikililərə aid olmasıdır.
38. Həmin tikililərdən hər hansı biri və ya hamısı Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulan tikintisinə icazə tələb olunmayan tikinti obyektləri və 80-ci maddəsində nəzərdə tutulan barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri olarsa, belə tikililərə Reyestrdə kod verilməsi istisna olunur. Həmin tikililərdən hamısı, yaxud hər hansı biri Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsində nəzərdə tutulan tikintiyə i cazə verilən tikinti obyektləri olduğu halda Qaydaların 4.2-ci bəndinə görə Reyestrdə qeydə alınaraq tikinti obyektinə kod verilir.
39. Cavabdehin şikayətinin dəlillərinə görə iddiaçının inşa etdiyi tikililər tikintiyə icazə verilən tikinti obyektləri olduğundan onlara kod verilə bilər, lakin tikintiyə icazə sənədi və istismara icazə olmadığından iddiaçının müraciəti müsbət həllini tapmamışdır. Cavabdeh iddiaçının inşa etdiyi tikililərin tikintiyə icazə verilən tikinti obyektləri olmasını yalnız həmin tikililərin qeyri-yaşayış sahəsi olması ilə əsaslandırmışdır.
40. Apellyasiya instansiyası məhkəməsi tikinti obyektlərinin kateqoriyası ilə bağlı araşdırma aparmamış, tikinti obyektlərinin hər birinin Şəhərsalma və Tikinti Məcəlləsinin 75, 79, yaxud 80-ci maddəsinin təsiri altına düşməsinə qi ymət verməmişdir.
41. Məhkəmə kollegiyası qeyd edir ki, tikinti obyektləri tikintiyə icazə verilən tikinti obyektləri olmadığı halda (Məcəllənin 79 və 80-ci maddələri), mübahisə ilə bağlı iddiaçının hüquqi marağı müəyyən edilməlidir. Bundan başqa, cavabdehin dəlilləri araşdırılmalı, tikintiyə icazə verilən tikinti obyektləri olduğu (Məcəllənin 75-ci maddəsi) halda, tikintiyə icazə ilə bağlı qanunvericiliyin tələb etdiyi sübutlar araşdırılmalı, tikintiyə icazə ilə bağlı yuxarıda adı çəkilən Qaydanın 3.1.1-ci bəndində tələb olunan sənədlərin mövcudluğu yoxlanılmalı, araşdırmadan asılı olaraq qərar qəbul edilməlidir.
42. Odur ki, kassasiya şikayəti qismən əsaslı olduğundan təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv olunmalı, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndəril məli, şikayət qalan hissədə təmin edilməməldir.
43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə tərkibi Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-17/2025 nömrəli, 17 yanvar 2025-ci il tarixli qərarı ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.