Məhkəmə qərarları › İş №2-1(102)-1909/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1909/2021

17.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1909/2021 17.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun ünvanrayon şöbəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi Filialı) qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi Filialına (bundan sonra cavabdeh) qarşı “əmək kitabçasında qeyd edilən 1976-2002-ci illərdə işlədiyi müddətlərin sosial sığorta stajına hesablamaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-69/2021 saylı, 2 iyul 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.xxx-ci ildə ünvanrayonunda anadan olmuş, ona məxsus təkrar əmək kitabçasına əsasən 12.05.1976-ci ildən 30.12.2002-ci ilə qədər X1 Şəbəkəsində montyor vəzifəsində işləmişdir.

2. İddiaçı cavabdehə müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

3. Cavabdeh iddiaçıya ünvanladığı 14 fevral 2020-ci il tarixli məktubla bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Qaydaların 4.2.7 maddəsinə əsasən sənədlərin yerində qarşılıqlı yoxlanılması zərurəti yarandığından 1976-cı ildən 30.12.2002-ci il tarixədək sığorta stajı öz təsdiqini tapmadığı üçün məhkəməyə m üraciət etmək tövsiyə olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı 28 fevral 2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək kitabçasında qeyd edilən 1976-2002-ci illərdə işlədiyi müddətlərin sosial sığorta stajına hesablamaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.xxx-ci ildə ünvanrayonunda anadan olmuş 12.05.1976-ci ildən əmək fəaliyyətinə başlayaraq Azbaşenerji idarəsi X6 elektrik montyoru işinə qəbul edilmiş və 30.12.2002-ci ildə bu işdən azad edilmişdir. Ümumilikdə hərbi xidməti də daxil olmaqla 28 il ümumi əmək stajı vardır. 6. "xxxx" ASC-nin birinci instansi ya məhkəməsinə ünvanladığı 13 iyul 2020-ci il tarixli məktubdan görünür ki, ünvanrayonun işğalı zamanı kadr məlumatları işğal zonasında qalmış və ünvanPEŞin kadr əmrləri "xxxx" ASC-də yoxdur. Vətəndaşın təqdim etdiyi əmək kitabçasına əsasən 12.05.1976-cı il tarixində 06 nömrəli əmrlə X3 elektrik montyoru vəzifəsinə işə qəbul olunmuş və 30.12.2002-ci il tarixində 15 nömrəli əmrlə işdən azad olunmuşdur.

7. Sumqayıt İnzibati Məhkəməsinin (hakim X9, 2-1(118)-806/2020 saylı iş) 12 avqust 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya təkrar əmək kitabçasında qeyd edilən müddətlər sosial sığorta stajına daxil edilərək, hüququnun yarandığı 07.02.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

8. Azərbaycan Respublikası Əmək v ə Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə İş üzrə Mərkəzi Filialı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi ünvanrayon Dövlət Arxivinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialına ünvanladığı məktubda qeyd edilmişdir ki, ünvanrayon Elektrik şəbəkəsi müəssisəsindən ünvanrayon Dövlət Arxivinə dövlət mühafizəsinə heç bir sənəd təhvil verilməmişdir.

10. Cavabdehin sorğusuna cavab olaraq, "xxxx" ASC 8 fevral 2021-ci il tarixli məktubla bildirmişdir ki, “ünvanrayon X5” "xxxx" ASC-nin tabeliyində ol sa da, kadrlara dair əmrlər rayon X5 (PEŞ) tərəfindən verilmişdir. ünvanrayonunun işğalı zamanı həmin məlumatlar işğal zonasında qalmış və ünvanPEŞ-ə aid kadr əmrləri və digər sənədlər "xxxx" ASC-də yoxdur. Məlum səbəbdən İddiaçı aid sənədlər də onlarda yoxdur.

11. Apellyasiya baxışı zamanı "xxxx" ASC-yə təkrar sorğu verilərək, iddiaçının işdən azad edilməsinə dair X4 30.12.2002-ci il tarixli 15 nömrəli əmrinin əslinin məhkəmə kollegiyasına təqdim edilməsi tələb olunmuşdur 12. "xxxx" ASC 1 aprel 2021-ci il tarixli məktubla sorğuya cavab olaraq bildirmişdir ki, hüquqi şəxs olmayan ünvanX5 ünvanrayonu erməni terrorist hərbi birləşmələri tərəfindən işğal olunanadək "xxxx" ASC-nin tərkibində olmuşdur. ünvanPEŞ hüquqi şəxs olmasa da, həmin dövrdə əmrlər və işçilərin sənədləri ünvanPEŞ tərəfində n icra olunmuş və şəbəkədə saxlanmışdır. ünvanrayonunun işğalı zamanı ünvanPEŞ-in sənədləri orada qalmış və “Azərenerji" ASC-də qeyd olunan sorğu ilə bağlı sənədlər yoxdur. Vətəndaş İddiaçı aid əmək kitabçasının surətindəki 30.12.2002-ci il tarixli işdən azad olunma barədə qeydlə bağlı bildirilmişdir ki, ünvanPEŞ-ə aid işğal zamanı çıxarılmış sənədlərin müəyyən hissəsi "xxxx" ASC-də olmuş, lakin enerji təchizata aid aktiv və passivlərin bir hüquqi şəxsdən digərlərinə təhvil-təslim işləri zamanı itirilmişdir ("xxxx" MMC və digər hüquqi şəxslərin idarəetməsi dövründə). Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2015-ci il tarixli 1045 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası ərazisində istehlakçıların elektrik enerji ilə təmin olunması (təchizatına) fəaliyyətinə aid "xxxx" ASÇ-nin balansındakı əmlak və digər avadanlıqlar (aktivlər), o cümlədən "xxxx" ASC-dən qəbul olunmuş aktivlər (sənədlər) 10.04.2015-ci il tarixdən "xxxx" ASC-nin balansına təhvil verilmişdir. "xxxx" ASC "xxxx" MMC və "xxxx" ASC-nin hüquqi varisi deyildir, onların hüquq və vəzifələri "xxxx" ASC-yə keçməmiş və "xxxx" ASC yarandığı vaxtdan isə ümumiyyətlə "xxxx" ASC-nin tabeliyində olmamışdır.

13. Bundan sonra məhkəmə kollegiyası 13 aprel 2021-ci il tarixdə "xxxx" ASC-yə sorğu vermişdir. 14. "xxxx" Açıq Səhmdar Cəmiyyəti 17 iyun 2021-ci il tarixli məktubla məhkəmənin sorğularına cavab olaraq bildirmişdir ki, iddiaçının işdən azad edilməsinə dair 30 dekabr 2002-ci il tarixli, 15 nömrəli əmrin təqdim edilməsi ilə bağlı 2-1(105)-69/2021 saylı iş üzrə 31 may 2021-ci il tarixli müraciətə "xxxx" AS C-də aidiyyəti üzrə baxılmışdır. Tələb olunan əmrin "xxxx" ASC-nin fəaliyyəti dövründən əvvəl tərtib olunması və həmin dövrə aid sənədlərin "xxxx" ASC-yə təhvil verilməməsi səbəbi ilə sorğunun cavablandırılması mümkün deyildir.

15. Sumqayıt İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X7-məruzəçi, X10 və X12, 2-1(105)-69/2021 saylı iş) 2 iyul 2021-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 12 avqust 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

16. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həm cavabdeh tərəfindən, həmçinin məhkəmə kollegiyası tərəfindən aidiyyəti orqanlara çoxsaylı sorğular edilməsinə baxmayaraq, iddiaçıya aid sənədlərin aşkar edilm əsi mümkün olmamışdır. İddiaçının əmək fəaliyyəti əmək kitabçası ilə təsdiq edildiyindən, arxiv sənədlərinin aşkar edilməməsi həmin dövrlərin sığorta stajı kimi nəzərə alınmasında maneə ola bilməz. İddiaçı tərəfindən təqdim edilən əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunur.

17. Cavabdeh 26 iyul 2021-ci il tarixdə qərarın surətini almış, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə İş üzrə Mərkəzi Filialı 24 avqust 2021-ci tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şi kayətinin dəlilləri

18. Vətəndaş iddia edir ki, müəssisənin arxiv sənədləri, həmçinin əmək kitabçası 1993-cü il 31 avqust tarixində ünvanrayonu işğal edildiyindən işğal zonasında qalmışdır. Vətəndaşın təqdim etdiyi əmək kitabçasının təkrarı 17 iyul 1997-ci il tarixdə tərtib edilmişdir. Əmək kitabçasının təkrarındakı qeydə əsasən vətəndaş işə 12.05.1976-ci il tarixdə daxil olmuş, 30.12.2002-ci il tarixli 15 nömrəli əmrlə işdən azad edilmişdir. 30.12.2002-ci il tarixdə verilmiş əmrin ünvanrayonu işğal edilən zaman orda qalması qeyrimümkündür. ünvanrayonunun işğal edildikdən sonra vətəndaş "xxxx" ASC-nin hər hansı filialında çalışmış olsaydı, məhz həmin filial tərəfindən işdən çıxma əmri verilməli idi. 30.12.2002-ci il tarixli 15 nömrəli işdən çıxma əmri "xxxx" ASC-nin həmin filialında saxlan ılmalı idi. Qeyd olunan xüsusatlar əmək kitabçasındakı qeydlərin saxtalaşdırılmasına əsas verir.

19. Göstərilən hallar məhkəmə tərəfindən yoxlanılmamış və həmin xüsusatlara düzgün hüquqi qiymət verilməmişdir.

20. X2 Məcəllənin 1.2, 12.1, 58.7, Mülki Prosessual Məcəllənin 385.1, 386-ci maddələrinə istinad edilərək qeyd edilmişdir ki, qərarla maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 22. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatın a imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə

23. Vətəndaşların başqa dövlətlərin ərazisində fəaliyyət dövrünün sığorta stajına daxil edilməsi şərtləri 23.1.Vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa ha l nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. 23.2.1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. 23. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu: Maddə

69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” (Nazirlər Kabineti nin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır.

25. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təy in edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin müvafiq olaraq a) və q) bəndlərinə görə əmək kitabçası və arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. 26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları” 3.1.1-ci bənd. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.

27. Ali Məhkəmənin İnzibati kollegiyası əvvəlki qərarlarında, o cümlədən 21(102)-523/2020 saylı 17 iyun 2020-ci il tarixli, 2-1(102)-1944/2020 saylı 28 ok tyabr 2020ci il tarixli və 2-1(102)-404/2021 saylı 3 mart 2021-ci il tarixli qərarlarında “Əmək pensiyaları haqqında” Qanunun 23.2-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddələrinə istinad edərək 1 yanvar 2006-cı ilədək olan iş dövrü əmək kitabçası ilə təsdiq olunduğuna görə şəxsin sığorta stajına daxil edilməsinin və pensiya hüququnun yaranmasının zəruriliyi bildirilmişdir. 28. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

29. İnzibati Prosessual Məcəllə: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçıların ı dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən mə hkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkün lüyü, kasasiya baxışının hədləri

30. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

31. Kasasiya şikayətində apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiy ası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. İddiaçı 17 iyul 1997-ci il tarixdə tərtib edilmiş əmək kitabçasının təkrarına (dublikatına) əsaslanaraq 1 yanvar 2006-cı ilə qədər 25 ildən çox iş stajı olduğunu bildirib yaşa görə əmək pensiyası hüququ olduğunu bildirmiş, birinci instansiyası məhkəməsi iddianı təmin etmiş, apelyasiya instansiyası məhkəməsi tərəfindən həmin qərar dəyişdirilmədən saxlanılmışdır.

34. Cavabdehin kasasiya şikayətinin dəlilinə əsasən iddiaçının 1976-2002-ci illərin iş stajının yoxlanılması zamanı işləmə faktı öz təsdiqini tapmadığı üçün həmin dövrlər sosial sığorta stajı kimi hesablana bilməz. Həmin müddət nəzərə alınmadığından ümumi sığorta stajı 25 ildən az olmuş, iddiaçının topladığı pensiya kapitalı isə tələb edilən miqdarda olmadığından iddiaçıya pensiyanın təyinindən imtina edilmişdir.

35. Kasasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. 36. 1997-ci ilin iyul ayında tərtib edilmiş təkrar əmək kitabçasının notarius tərəfindən təsdiq edilmiş surətində (dublikatında) iddiaçının 12.05.1976-ci il tarixli əmrlə X6 montyor qəbul edilməsi, 30 dekabr 2002-ci il tarixli əmrlə elektrik montyoru vəzifəsindən azad edilməsi qeyd edilmişdir.

37. Təkrar əmək kitabçasının tərtib edilmə zamanı, iddiaçının işə girmə və işdən çıxma əmrləri X4 möhürü ilə təsdiq edilmiş və imzalanmışdır. 38. "xxxx" ASC birinci instansiya məhkəməsinə ünvanladığı 13 iyul 2020-ci il tarixli məktubda bildirmişdir ki, ünvanrayonun işğalı zamanı kadr məlumatları işğal zonasında qalmış və ünvanPEŞ-in kadr əmrləri "xxxx " ASC-də yoxdur. Vətəndaşın təqdim etdiyi əmək kitabçasına əsasən 12.05.1976-cı il tarixində 06 nömrəli əmrlə X3 elektrik montyoru vəzifəsinə işə qəbul olunmuş və 30.12.2002-ci il tarixində 15 nömrəli əmrlə işdən azad olunmuşdur. 39. "xxxx" ASC 8 fevral 2021-ci il tarixdə 03-05-207 saylı məktubunda bildirmişdir ki, “ünvanrayon X5” "xxxx" ASC-nin tabeliyində olsa da, kadrlara dair əmrlər rayon X5 (PEŞ) tərəfindən verilmişdir. ünvanrayonunun işğalı zamanı həmin məlumatlar işğal zonasında qalmış və ünvanPEŞ-ə aid kadr əmrləri və digər sənədlər "xxxx" ASC-də yoxdur. 40. "xxxx" ASC 1 aprel 2021-ci il tarixli, 05-05-491 saylı məktubunda apelyasiya məhkəməsinə bildirmişdir ki, hüquqi şəxs olmayan ünvanX5 ünvanrayonu erməni terrorist hərbi birləşmələri tərəfindən işğal olunanadək "xxxx" ASC-nin tə rkibində olmuşdur. ünvanPEŞ hüquqi şəxs olmasa da, həmin dövrdə əmrlər və işçilərin sənədləri ünvanPEŞ tərəfindən icra olunmuş və şəbəkədə saxlanmışdır. ünvanrayonunun işğalı zamanı ünvanPEŞ-in sənədləri orada qalmış və “Azərenerji" ASC-də qeyd olunan sorğu ilə bağlı sənədlər yoxdur. İddiaçıya aid əmək kitabçasının surətindəki 30.12.2002-ci il tarixli işdən azad olunma barədə qeydlə bağlı bildirilmişdir ki, ünvanPEŞ-ə aid işğal zamanı çıxarılmış sənədlərin müəyyən hissəsi "xxxx" ASC-də olmuş, lakin enerji təchizata aid aktiv və passivlərin bir hüquqi şəxsdən digərlərinə təhvil-təslim işləri zamanı itirilmişdir ("xxxx" MMC və digər hüquqi şəxslərin idarəetməsi dövründə). Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2015-ci il tarixli 1045 nömrəli Sərəncamına əsasən Azərbaycan Respubli kası ərazisində istehlakçıların elektrik enerji ilə təmin olunması (təchizatına) fəaliyyətinə aid "xxxx" ASÇ-nin balansındakı əmlak və digər avadanlıqlar (aktivlər), o cümlədən "xxxx" ASC-dən qəbul olunmuş aktivlər (sənədlər) 10.04.2015-ci il tarixdən "xxxx" ASC-nin balansına təhvil verilmişdir. "xxxx" ASC "xxxx" MMC və "xxxx" ASC-nin hüquqi varisi deyildir, onların hüquq və vəzifələri "xxxx" ASC-yə keçməmiş və "xxxx" ASC yarandığı vaxtdan isə ümumiyyətlə "xxxx" ASC-nin tabeliyində olmamışdır. 41. "xxxx" Açıq Səhmdar Cəmiyyəti 17 iyun 2021-ci il tarixli məktubunda apelyasiya məhkəməsinə bildirmişdir ki, iddiaçının işdən azad edilməsinə dair 30 dekabr 2002-ci il tarixli, 15 nömrəli əmrin "xxxx" ASC-nin fəaliyyəti dövründən əvvəl tərtib olunması və həmin dövrə aid sənədlərin "xxxx" ASC-yə təhvil verilməməsi səbəbi ilə sorğunun cavablandırılması mümkün deyildir.

42. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. 43. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

44. Həmin Qaydaların 7-ci bəndinə əsasən, bu əsasnamənin 3.10 bəndinə əsasən dublikat almaq hüq uquna malik olan işçi axırıncı iş yeri üzrə işəgötürənə əmək kitabçası və ona əlavə içliyin verilməsi haqqında müraciət etməlidir. İşəgötürən 15 gün ərzində bu müraciətə baxıb onu həll etməlidir. Əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə işçiyə verilən yeni əmək kitabçasının işçi haqqında məlumat səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə “Dublikat” sözü yazılır. Əmək kitabçası, yaxud əlavə içliyin dublikatı ümumi qayda üzrə doldurulur. Əmək kitabçasının və onun əlavə içliyinin dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə (sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur. Keçmişdəki iş haqqında əmək kitabçasında yuxarıda göstərilən məlumat tam dərəcədə olmadığı hallarda, əmək kitabçasının dublikatına yalnız sənəddəki məlumat daxil edilir.

45. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.

46. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada m üvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

47. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

48. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.

49. Göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

50. İddiaçının əmək fəaliyyəti ona məxsus əmək kitabçasında qeyd edilmişdir. 51. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinə əsasən, işin faktiki halları ilə əlaqədar təqdim olunan sənədlər onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.

52. Cavabdeh iddiaçının əmək kitabçasında olan məlumatların həqiqətə uyğun olmamasına dair məhkəmələrə hər hansı sübut təqdim edə bilməmişdir.

53. Odur ki, əmək kitabçasında olan məlumatlar mötəbər hesab olunmalıdır. 54. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin tələbləri iddiaçıya münasibətdə mövcud olduğundan, apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

55. Bəhs olunanlara əsasən kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı d əyişdirilmədən saxlanılmalıdır.

56. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-69/2021 saylı 2 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar