Məhkəmə qərarları › İş №2-1(102)-1909/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1909/2022

30.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1909/2022 30.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimləri Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz ərazi idarəsinə qarşı “Azərbaycan Respublikası DTXK-nın Quba rayon şöbəsi tərəfindən JN 5158A kod 30301 004 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Quba şəhərində yerləşən 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının vahid daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata alınması və iddiaçının adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2022-ci il tarixli, 2-1(105)-10/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Quba rayon Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli, 05 saylı qərarı ilə Quba şəhəri ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.12 ha torpaq sahəsinə dair iddiaçının adı na torpağın mülkiyyətə verilməsinə dair JN5158A seriyalı, KOD 30301004 nömrəli şəhadətnamə tərtib edilmişdir.

2. Hazırda iddiaçı qeyd edilən şəhadətnaməyə əsasən 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına dair ərizə ilə cavabdehə müraciət etmişdir.

3. Cavabdehin 29 yanvar 2020-ci il tarixli iddiaçının müraciətinin təmin edilməməsi barədə məktubunda qeyd edilmişdir ki, iddiaçıya məxsus JN-5158 A KOD 30301004 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza məlumatlarında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyat kitabında öz əksini tapmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki i craat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikası DTXK-nın Quba rayon şöbəsi tərəfindən JN 5158A kod 30301004 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Quba şəhərində yerləşən 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının vahid daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata alınması və iddiaçının adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, torpağın mülkiyyətə verilməsinə dair JN-5158A kod 30301004 saylı şəhadətnaməyə əsasən iddiaçının mülkiyyətində Quba şəhəri ərazisində 0.12 ha həyətyanı torpaq sahəsi vardır. İddiaçı hal-hazırda qeyd olunan torpağı özəlləşdirmək istəyir, bununla əlaqədar hüquq müə yyənedici sənədləri toplayıb DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinin Quba şöbəsinə təqdim etmiş, həmin təşkilatda sənədlər qəbul edilməmiş, bildirilmişdir ki, iddiaçının mülkiyyətində olan JN 5158A kod 30301004 saylı şəhadətnamə üzrə 0,12 ha torpaq sahəsi idarənin baza sənədlərində qeydə alınmayıb, ona görə sənədləri qəbul etməkdən imtina etmişlər. İddiaçı məcburiyyət qarşısında qalıb Xaçmaz 5 saylı ərazi idarəsinə rəsmi müraciət etmiş, DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsindən iddiaçıya rəsmi bildirilmişdir ki, onun mülkiyyətini təsdiq edən şəhadətnamə baza sənədlərində qeydə alınmamış, ona görə də çıxarışın verilməsindən imtina edilmişdir.

6. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazında bildirmişdir ki, iddiaçı JN-5158A KOD 30301004 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ə sasında dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətə xx.xx.2020-ci il tarixli **********75 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, JN5158A KOD 30301004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza malumatlarında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında öz əksini tapmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə g östərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Qeyd olunan səbəblərdən ərizənin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 9-cu maddəsi hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Göründüyü kimi iddia ərizəsində göstərilən daşınmaz əmlak ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza kadastr xəritə materiallarında və arxiv məlumatlarında aşkar edilmədiyindən sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması daşınmaz əmlakın dövlət reyestrində mümkün olmamışdır.

7. Sumqayıt İnzibati Məhkəməsinin 17 iyun 2020-ci il tarixli sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin cav ab məktubunda qeyd olunur ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı faktiki istifadə edilən 0.12 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən yaşayış məntəqəsinə aid olan ərazidə yerləşdiyi, torpaq sahəsinin 0.0248 ha hissədə xəritə üzərində dövlət mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü, qalan hissədə isə digər torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir.

8. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-665/2020 nömrəli, 13 oktyabr 2020-ci il tarixli qərardadı iş üzrə Quba şəhər Bələdiyyəsi və Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər.

9. Sumqay ıt İnzibati Məhkəməsinin 2-1(118)-665/2020 nömrəli, 18 noyabr 2020-ci il tarixli qərarı ilə (hakim: İ.Quliyev) iddia rədd edilmişdir.

10. Məhkəmə qeyd etmişdir ki, iddiaçının qanuni istifadəsində olan və aqrar islahat zamanı mülkiyyətinə verilən digər torpaq sahəsinə aid sənədlər mövcud olsa da, hazırda mübahisə predmeti olan torpaq sahəsinə aid ilkin sənədlərin olması və dövlət reyestrində torpaq sahəsi ilə bağlı məlumatların olması müəyyən edilmir. Quba bələdiyyəsinin nümayəndəsinin izahatından aydın olur ki, mübahisəli torpaq sahəsi ilə əlaqədar bələdiyyəyə hər hansı sənəd təqdim edilməmiş, müvafiq vergilər ödənilməmişdir. Dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi üçün lazım olan tələblərdən biri də daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı daxil edilmiş sənədlərdə göstəri lən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğun olmasıdır. Lakin iddiaçının təqdim etdiyi sənədlər dövlət reyestrində saxlanılan məlumata uyğun deyil. Məhkəmə hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı dövlət reyestrində müvafiq məlumat olmadığına və iddiaçının təqdim etdiyi sənədin arxiv məlumatları olmadığına görə cavabdeh inzibati orqanın hərəkətlərində hər hansı bir qanun pozuntusu müəyyən olunmur və imtina əsaslı olduğuna görə iddia rədd edilməlidir.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat

12. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-10/2022 nömrəli, 18 may 2022-ci il tarixli qərarı ilə (hakimlər H.Babayeva - sədrli k edən və məruzəçi, Z.Məmmədov və F.Məmmədov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətinin dəlillərinə görə, dövlət reyestrində qeydiyyat hüququn yaranması kimi yox, bundan əvvəlki yaranmış hüququn sadəcə olaraq reyestrdə formal qeydə alınması kimi qiymətləndirilməlidir. Qeyd edilməlidir k i, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 4.1-ci maddəsinə əsasən, “2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır”. Belə olduğunda DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi DƏDRX yaranmamış Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş Şəhadətnamə əsasında mövcud olan hüquqları sadəcə olaraq qeydə almalı idi. İşə baxan məhkəmə instansiyaları isə Qanunun yuxarıda göstərilən müddəalarını düzgün tətbiq edə bilməmiş və birbaşa olaraq Azərbaycan Respublikasının Konstitusiyasında göstərilən mülkiyyət və vətəndaş hüquqlarını pozan qərarlar qəbul etmişlər. Qaldı ki, Quba rayon Aqrar-İslahat Komissiyasının 2000-ci il üçün iclas protokollarına vətəndaşların adlı siyahılarının əlavə olunmamasına, bu artıq bir vətəndaş kimi onun təqsiri deyil və bu halın onun iddiasının rədd olunması üçün əsas kimi götürülməsi özü-özlüyündə absurddur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan R espublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 4 Əvvəllər yaranmış hüquqların tanınması 4.1 006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. (-). Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-). 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təs diq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; (-). 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Maddə 9 Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1 Daşınmaz Əmlakın dövlət reyestri haqqında Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır. 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi. 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması. 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə

11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 1.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdak ı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

18. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi g östərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərç ivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.

22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesa b oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

25. İddiaçı torpaq sahəsinə hüququn qeydə alınması üçün torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə istinad edir. Şəhadətnamə də isə torpaq sahəsinin Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 05 saylı qərarı ilə verildiyi qeyd edilmişdir. Halbuki, Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən apelyasiya instansiyası məhkəməsinin sorğusuna cavab olaraq bildirilmişdir ki, Quba rayon Aqrar İslahat Komissiyasının 2000-ci il üçün sənədləri araşdırılarkən məlum olmuşdur ki, 2000-ci ildə Quba şəhərində həyətyanı torpaq sahəsi alacaq vətəndaşların adlı siyahısı filiala təhvil verilməmişdir.

26. Məhkəmə kollegiyası hesab edir ki, JN5158A seriyalı, KOD 30301004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən məlumatların həqiqiliyi həqiqətən də, aqrar islahat zamanı iddiaçıya torpaq sahəsinin ayrılması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, el əcə də, şəhadətnamədə göstərilən məlumatlar dövlət reyestrində saxlanılan məlumatlara uyğun olmadığından cavabdehin imtinası əsaslı olmuşdur. 27. “Torpağın mülkiyyətə verilməsinə dair” JN 5158A seriyalı şəhadətnamədəki məlumatlar dövlət reyestrində saxlanılan məlumatlara tam olaraq uyğun olmadığından cavabdehin, 0.12 ha torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə almaqdan imtinası əsaslı olmuşdur.

28. Apellyasiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edilmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

29. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya ins tansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğun sayılmalıdır. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli və apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-10/2022 saylı, 18 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar