Məhkəmə qərarları › İş №2-1(102)-191/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-191/2022

25.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-191/2022 25.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Xüsusi Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət qulluqçusuna təyin edilmiş pensiyanın yenidən hesablanması; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Təyinat üzrə Mərkəzi filialı) qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 21 sentyabr tarixli, 2-1(103)-2092/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək onun pensiyasının yenidən hesablanmasını xahiş etmişdir.

2. Cavabdeh 2020-ci il 27 avqust tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki: - Dövlət Sosial Müdafiə Fondunun Oğuz rayon şöbəsi tərəfindən 6 mart 2009-cu il tarixindən hesablanmaqla sabiq dövlət qulluqçusu kimi İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən vaxtilə iddiaçının işlədiyi vəzifə üzrə vəzifə maaşı 300,00 manat, qulluq stajına görə vəzifə maaşının 20 faizi miqdarında əlavəsi-60,00 manat və mükafatlarla müavinətlərə görə əlavəsi-69,85 manat olmaqla orta aylıq əmək haqqı 429,85 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017ci il tarixinədək qüvvədə olan 20.11.3-cü maddəsinə əsasən 14 il 2 ay 24 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (429,85 manat) 75 faizi-322,39 manat müəyyən edilmişdir. Lakin 01.02.2017-28.02.2018-ci il tarixləri arasındakı dövr ərzində ona 311,56 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində 140,79 manat məbləğində əskik pul vəsaiti ödənilmişdir...; - Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə iddiaçının işlədiyi vəzifə üzrə vəzifə maaşının 330,00 manat, qulluq stajına görə vəzifə maaşının 20 faizi miqdarında əlavənin-66,00 manat və mükafatlarla müavinətlərə görə əlavənin-76,83 manat olmaqla orta aylıq əmək haqqı 472,83 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci 25 iyun il tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək olan vəzifə üzrə orta aylıq əmək haqqı (429,85 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (472,83 manat) ara sındakı fərq məbləğinin (42,98 manat) 47,23 faizi-20,30 manat 1 mart 2018-ci il tarixinədək olan pensiyanın (322,39 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 342,69 manat müəyyən edilmişdir. Lakin 01.03.2018-31.08.2019-cu il tarixləri arasındakı dövr ərzində 331,62 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində 199,26 manat məbləğində əskik pul vəsaiti ödənilmişdir; - Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşının 495,00 manat, qulluq stajına görə vəzifə maaşının 20 faizi miqdarında əlavənin-99,00 manat və mükafatlarla müavinətlərə görə əlavənin-115,25 manat olmaqla orta aylıq əmək haq qı 709,25 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək olan vəzifəniz üzrə orta aylıq əmək haqqı (472,83 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqının (709,25 manat) arasındakı fərq məbləğinin (236,42 manat) 47,23 faizi-111,66 manat 1 sentyabr 2019-cu il tarixinədək olan pensiyanın (342,69 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 454,35 manat təşkil edir. Lakin 01.09.2019-30.06.2020-ci il tarixləri arasındakı dövr ərzində iddiaçıya hər ay 438,60 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində 157,50 manat məbləğində əskik pul vəsaiti ödənilmişdir; - Yuxarıda göstərilənlərə əsasən ona ümumilikdə 497,64 manat məbləğində əskik pensiya məbləğinin ödənildiyi müəyyən edilmişdir; - Qeyd olunanlara əsasən iddiaçının əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 497,64 manat fərq məbləğinin 30,16 manat hissəsi cari ilin iyul və avqust aylarında pensiyanın üzərinə əlavə olunmaqla köçürülmüş, qalan 467,48 manat hissəsi isə cari ilin sentyabr ayında müvafiq kart hesabına köçürüləcəkdir; - Eyni zamanda nəzərə çatdırırıq ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci və 20.11.2-ci maddələrinə əsasən dövlət qulluğu vəzifəsində 15 il və ya 15 ildən yuxarı qulluq stajı olan 15 ilə görə dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Bununla əlaqədar olaraq əmək pensiyanın hesablanmasında tətbiq olunan faiz dərəcəsi qanunvericiliyə əsasən yalnız dövlət qulluğu vəzifəsində olduğu müddətə uyğun olaraq hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2020-ci il 28 sentyabr tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli, 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş dövlət qu lluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması qaydalarının 6-cı maddəsi tətbiq edilməklə, staja görə əlavələr hesablanarkən hərbi xidmətdə olduğu müddət nəzərə alınaraq ona təyin edilmiş pensiyanın yenidən hesablanması və bu zaman yaranmış fərqin məhdudiyyət qoyulmadan birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli, 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması qaydalarının 6-cı maddəsi tətbiq edilməklə, dövlət məvacibini mövcud vəzifənin 2007-2008-ci illər üzrə dövlət məvacibi əsasında hesablamaqla, staja görə əlavələr hesablanarkən hərbi xidmətdə olduğu müddət nəzərə alınaraq ona təyin edilmiş pensiyanın yenidən hesablanması, bu zaman yaranmış fərqin məhdudiyyət qoyulmadan birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 27 aprel tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1980-ci il 29 iyun tarixdən 1987ci il 1 aprel tarixədək Oğuz Rayon Mədəniyyət şöbəsində baş mühasib, 1987-ci il 23 aprel tarixdən 1994-cü il 24 oktyabr tarixədək Oğuz Rayon Maliyyə şöbəsində pensiya və müavinətlər üzrə böyük inspektor vəzifələrində işləmişdir. Qeyd edilən hər iki vəzifə hazırda qüvv ədə olan qanunvericiliyə əsasən dövlət qulluğuna şamil edilir. Ona 2009cu ilin yanvar ayında dövlət qulluğunda olmuş 2-ci qrup əlil kimi pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli, 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması qaydalarının 6-cı maddəsinə əsasən Əmək pensiyasının təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il 18 oktyabr tarixədək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi onların həmin dövrdəki gəliri əsasında müəyyən edildikdə, dövlət məvacibi Azərbaycan Res publikasının Prezidenti tərəfindən təsdiq edilmiş vəzifələrin Azərbaycan Respublikasının Prezidentinin 2003-cü il 4 avqust tarixli, 911 nömrəli Fərmanında nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısına müvafiq olaraq mövcud dövlət qulluğu vəzifəsi üzrə nəzərə alınır. Oğuz Rayon Maliyyə İdarəsi tərəfindən onun adına verilmiş 2009-cu il 25 fevral tarixli, 04/02-58 nömrəli arayışda onun 1993-1994-cü illərdə çalışdığı aparıcı inspektor vəzifəsinin aparıcı məsləhətçi vəzifəsi ilə əvəz edildiyi qeyd edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin insan resurslarının idarə edilməsi şöbəsinin müdiri Rumiyyə Ağdamskayanın ona ünvanlanmış 2019-cu il 21 noyabr tarixli, 16/02-05-395-6309 nömrəli məktubunun məzmunundan görünür ki, onun 1987-ci il 23 apr el tarixdən 1994-cü il 24 oktyabr tarixədək Oğuz Rayon Maliyyə şöbəsində işlədiyi pensiya və müavinətlər üzrə böyük inspektor vəzifəsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 1998-ci il 20 aprel tarixli, İ-36 nömrəli əmri ilə təsdiq edilmiş Oğuz Rayon Maliyyə İdarəsinin strukturunda pensiya və müavinətlər üzrə böyük inspektor vəzifəsi nəzərdə tutulmamışdır və hal-hazırda həmin idarədə belə bir vəzifə (ştat vahidi) yoxdur. Ona 2009-cu il 23 yanvar tarixdə pensiya təyin edilərkən pensiya Oğuz Rayon Maliyyə İdarəsinin mövcud aparıcı məsləhətçisinin 2007-2008-ci illərdəki dövlət məvacibi nəzərə alınmaqla hesablanmalı olduğu halda, səhvən onun 1993-1994-cü illərdəki dövlət məvacibi əsas götürülməklə hesablanmışdır. Göründüyü kimi, ona pensiya təyin edilərkən Azərbaycan Respublikası Prezide ntinin 2005-ci il 7 fevral tarixli, 194 nömrəli fərmanı ilə təsdiq edilmiş dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması qaydalarının 6-cı maddəsinin müddəalarına riayət edilməmişdir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə (staja görə əlavələrə görə) əsasən həqiqi hərbi xidmət müddəti (1992-ci il 1 yanvar tarixədək keçmiş SSRİ ərazisindəki əsgərlik xidməti) qulluq stajına şamil olunmur, lakin staja görə əlavələr hesablanarkən nəzərə alınır.

7. O, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə İdarəsinə müraciət edərək Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli, 194 nömrəli fərmanı ilə təsdiq edilmiş Dövlət Qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məva cibinin hesablanması qaydalarının 6-cı maddəsi tətbiq edilməklə, staja görə əlavələr hesablanarkən hərbi xidmətdə olduğu müddət nəzərə alınaraq ona təyin edilmiş pensiyanın yenidən hesablanması, bu zaman yaranmış fərqin məhdudiyyət qoyulmadan birdəfəyə ödənilməsi xahiş etmişdir. Müraciətinə 2020-ci il 27 avqust tarixli, **********0 nömrəli cavab məktubunda ərizədə göstərilənlərə cavab vermək əvəzinə, başqa əsasa görə pensiyasını yenidən hesablayıb həmin əsasa görə də pensiya təyin edildikdən sonrakı bütün müddət üçün ödənilməyən məbləğ hesablanıb tam ödənilməli olduğu halda son 3 ilin fərqi hesablanaraq ödənilmişdir... “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 07 fevral tarixli, 194 №-li Fərmanının 2-ci bəndinə əsasən fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləği dəyişdikdə, dövlət qulluqçusunun əmək pensiyasının məbləği müddət məhdudiyyəti qoyulmadan, fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğinin sonrakı artımlarına uyğun olaraq, bu Qaydalarının 3-10-cu bəndlərində nəzərdə tutulduğu kimi yenidən hesablanır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdehin etirazları:

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 27 aprel tarixli, 2-1(112)-1906/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya 14 il 2 ay 24 gün dövlət qulluğunda stajı (1980-ci il 22 iyul tarixdən - 1987-ci il 1 aprel tarixədək Oğuz rayon Mədəniyyət şöbəsində baş mühasib, 1987-ci il 21 aprel tarixdən 1994-cü il 20 oktyabr tarixədək Oğuz rayon Maliyyə İdarəsində aparıcı inspektor işlədiyi dövr) nəzərə alınmaqla 2-ci qrup əlliliyə görə 2009-cu il 6 mart tarixdə dövlət qulluğu pensiyası təyin edilmişdir. İddiaçının dövlət qulluğu hesab edilən vəzifədə işləməsinin son müddəti 1994-cü il olmuşdur. Dövlət qulluğuna görə pensiya təyin edilən zamanı iddiaçının dövlət qulluğu hesab edilən vəzifədə çalışan müddətdə aldığı dövlət məvacibindən pensiya hesablanmış və həmin dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla yenidən hes ablanma aparılmışdır. Bununla da, hazırkı iddia ilə 1993-1994-cü illərdə işlədiyi aparıcı inspektor (hazırda aparıcı məsləhətçi) vəzifəsinin 2007-2008-ci illər üzrə almadığı dövlət məvacibi nəzərə alınmaqla pensiyanın yenidən hesablanması tələbi əsassızdır. İddiaçının digər tələbi staja görə əlavələr hesablanarkən hərbi xidmətdə olduğu müddət (1974-1976-cı illər) nəzərə alınmaqla dövlət qulluğuna görə pensiyanın yenidən hesablanması ilə bağlıdır. Dövlət qulluğuna görə təyin edilmiş pensiyanın staja görə əlavələr hesablanması zamanı hərbi xidmətdə olma dövrünün nəzərə alınması qanunvericilik normalarında nəzərdə tutulmamışdır.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəm əsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 21 sentyabr tarixli, 2-1(103)-2092/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2021-ci 27 aprel tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri

16. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünv anladığı imtina məktubunda göstərilənlər təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məs ələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstə rilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

21. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, iddiaçının 1993-1994-cü illərdə işlədiyi aparıcı inspektor (hazırda aparıcı məsləhətçi) vəzifəsinin 2007-2008-ci illər üzrə almadığı dövlət məvacibi nəzərə alınmaqla pensiyanın yenidən hesablanması tələbi əsassızdı r.

22. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaətini və bu qənaətə dair əsaslandırmasını İPM-in 12.1, 12.2, 58.7, 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir.

23. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 6-cı bəndinə əsasən, əmək pensiyasının təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibi onların həmin dövrdəki gəliri əsasında müəyyən edildikdə, dövlət məvaci bi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən vəzifələrin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanında nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısına müvafiq olaraq mövcud dövlət qulluğu vəzifəsi üzrə nəzərə alınır.

24. İddiaçı da öz tələbinin hüquqi əsası kimi məhz həmin normaya istinad edir.

25. Apellyasiya instansiyası məhkəməsi iddiaçının Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın məhz 6-cı bəndinə istinadının səbəbləri ilə bağlı araşdırma apardığını və həmin normanın iddiaçıya münasibətdə tətbiqini istisna edən halları, yaxud həm in norma iddiaçı barəsində tətbiq olunmalıdırsa, inzibati orqan tərəfindən həmin normanın tələbinə əməl olunduğunu qərarında əsaslandırmamışdır.

26. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 2-ci bəndinə əsasən, əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 312-ci bəndlərinə müvafiq olaraq hesablanır.

27. Həmin Qaydaların 3-cü bəndinə əsasən, əmək p ensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır.

28. İşdə surəti olan pensiya işinin materiallarına iddiaçının oktyabr 1992 - oktyabr 1994-cü illəri əhatə edən (1993-cü ilə aid qeyd aşkar görünsə də, digər iki hissənin 1992 və 1994-cü illərə aid olduqları ehtimal olunur) dövr üzrə əmək haqqının aylar üzrə məbləğinə dair cədvəl də əlavə olunmuşdur (İş v. 73).

29. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın məhz 2, 3, 6-cı bəndlərinin tələbləri, həmçinin iddiaçının 19 93-1994-cü illərdə çalışdığı “aparıcı inspektor” vəzifəsinin 2009-cu ildə “aparıcı məsləhətçi” vəzifəsinə uyğun olduğu (iş v. 72) nəzərə alındıqda, əmək pensiyasının təyin edilməsi üçün iddiaçının “aparıcı məsləhətçi” kimi müraciət etdiyi 2009-cu ildən əvvəlki iki il üzrə “aparıcı məsləhətçi”nin dövlət məvacibinin tərkibi (iddiaçının 1992-1994-cü illəri əhatə edən dövr üzrə cədvəldə əks olunan aylar üzrə əmək haqqının tərkibinə daxil olan ödənişlərin sonrakı artımına uyğun olaraq) nəzərə alınmalıdır.

30. İddiaçının pensiya işinin hazırkı işə əlavə edilmiş materiallarında iddiaçının müraciət etdiyi 2009-cu ildə “aparıcı məsləhətçi”nin dövlət məvacibinin tərkibini əks etdirən, iddiaçıya pensiyanın məhz həmin vəzifə (“aparıcı məsləhətçi”) üzrə təyin edildiyini təsdiq edən sübut yoxdur. Cavabd ehin etirazlarındakı bəyanatlar isə onda əks olunan məlumatları özü-özlüyündə, qeyd-şərtsiz təsdiq etmir.

31. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 12.2, 58.7 və 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.

32. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.

33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 21 sentyabr tarixli, 2-1(103)-2092/2021 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar