Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-191/2023 17.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması; çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 17 saylı Yevlax Ərazi İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazi rliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) qarşı “Mingəçevir şəhəri N.Rəfibəyli küçəsi ev 10/2 ünvanında yerləşən 783 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 sentyabr 2022-ci il tarixli, 2-1(107)-253/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. ünvan 1 nömrəli yaşayış mənzili Mingəçevir şəhəri, XDS İK-nin 29 iyul 1983-cü il tarixli 248 nömrəli qərarına əsasən vətəndaş İddiaçı istifadəsinə verilməsi barədə 02 avqust 1983-cü il tarixli 702 nömrəli order verilmişdir. Həmin orderə əsasən dövlət mü lkiyyətinə aid mənzil fondunun tərkibində ünvan 1 ünvanında yerləşən yaşayış mənzilinin İddiaçı daimi istifadəsində olmasını nəzərə alaraq Mingəçevir şəhər TİMHQİ-nin 73 saylı 22 sentyabr 1997-ci il tarixli qərarı ilə əvəzsiz olaraq onun mülkiyyətinə keçirilməsi barədə Mingəçevir şəhər TİB-su tərəfindən 2435 qeydiyyat nömrəli mülkiyyət hüquqlarını təsdiq edən vəsiqə verilmişdir. Həmin qeydiyyat vəsiqəsi əsasında iddiaçının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq hüquqların dövlət reyestrindən 17 mart 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.
2. Həmin çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 305.19 kv.m olan mənzil tam xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. 3. “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” PHŞ "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş arayışdan görünür ki, iddia edilən 783 kv.m torpaq sahəsi tam hasara alınmışdır. Üzərində yaşayış evi olmaqla iddiaçı tərəfindən istifadə edilir. Mingəçevir bələdiyyəsi ərazisindən bələdiyyə mülkiyyətinə verilən torpaqların yerquruluşu layihəsində həmin torpaq sahəsi dövlət mülkiyyəti kimi göstərilmişdir.
4. Fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin 1997-ci il tarixli texniki pasportundan görünür ki, mənzilin sahibi İddiaçı Məhəmməd oğlu, binanın tikildiyi il – 1997-ci il, mərtəbələrin sayı - 1, mənzilin yerləşdiyi mərtəbə - 1, mənzillərin sayı -1, torpağın sahəsi – 784 kv.m qeyd edilmişdir.
5. İddiaçı ünvan 3 ünvanda yerləşən evin yerləşdiyi torpaq sahəsinin üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeyd iyyata alınması ilə bağlı cavabdehə müraciət etmişdir.
6. Cavabdehin xx.xx.2019-cu il tarixli imtina məktubunda iddiaçıya bildirilmişdir ki, ünvan 1 ünvanda yerləşən evin istifadəsində olan torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici sənəd aşkar edilməmişdir. Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələri, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə əsas kimi müəyyən edilmiş sənədlər əsasında həyata keçirilir.
7. Qanunvericiliklə müəyyən edilmiş qaydada və sənədlər əlavə edilməklə ərizə ilə Xidmətin 17 saylı Yevlax Ərazi İdarəsinə və ya idarənin Mingəçevir ş əhər şöbəsinə müraciət ediləcəyi təqdirdə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması məsələsinə baxıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhəri N.Rəfibəyli küçəsi ev 10/2 ünvanında yerləşən mülkiyyətində olan yaşayış sahəsi 116.48 kv.m 6 otaqlı fərdi yaşayış evinin yerləşdiyi 784 kv.m torpaq sahəsinin onun adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Məhkəmə iclasında iddiaçı tələbini dəqiqləşdirərək Mingəçevir şəhəri N.Rəfibəyli küçəsi ev 10/2 ünvanında yerləşən 783 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhd əliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, 6058 inventar №-li, sentyabr 1997-ci il tarixli “fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin texniki pasportu”nda qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan həmin evin istifadəsində olan torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici sənədin olmadığını bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı mübahisə yaranmışdır.
11. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, mənzilin istifadəsində olan, iddia olunan torpaq sahəsinin ayrılmasına dair hər hansı ilkin hüquq müəyyənedici sə nədin olmadığını, mənzillərin yerləşdiyi yaşayış evlərinin Mingəçevir şəhər İcra Hakimiyyətinin tabeliyində olan Mənzil İstismar sahəsinin balansında olduğu üçün onların yerləşdiyi torpaq sahələrinin dövlət mülkiyyətinə aid olmasını bildirmişdir.
12. Şəki İnzibati Məhkəməsini 25 may 2022-ci il tarixli, 2-1(116)-113/2022 nömrəli qərardadı ilə Əmlak Məsələləri Dövlət Komitəsinin Mingəçevir Ərazi Şöbəsinin üçüncü şəxs qismində məhkəmə icraatında iştirakına xitam verilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.
13. Şəki İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(116)-113/2022 nömrəli qərarı ilə (hakim V.Ə.Musayev) iddia təmin edilmiş, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 17 saylı ünvan 4 ünvanında yerləşən 783 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur.
14. Məhkəmə qeyd etmişdir ki, 2001-ci il tarixədək tərtib olunmuş texniki pasportdan göründüyü kimi 1997-ci ildə tikilmiş binada 1 mərtəbə və 1 mənzil mövcuddur və həmin mənzilin də mülkiyyətçisi iddiaçıdır. Bu isə o deməkdir ki, həmin torpaq sahəsi birdən çox mənzilə xidmət etmir. İddia olunan torpaq sahəsi üzərində yerləşən yaşayış evi iddiaçının tam xüsusi mülkiyyətində olduğundan və Azərbaycan Respublikası Prezidentinin Fərmanının tələbləri baxımından Mülki Məcəllənin 227.1-ci maddəsinə əsasən yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Cavabdeh orqan həmin torpaq sahəsi üzərində iddiaçının xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina etməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibət də texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) (2.4) zəruri sənədlər olaraq qeyd edilmişdir.
15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
16. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 sentyabr 2022-ci il tarixli, 2-1(107)-253/2022 nömrəli qərarı ilə (hakimlər: V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, R.R.Rəfiyev və G.İ.Cavadova) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, inzibati iş üzrə yeni qərar qəbul edilmiş, iddiaçının cavabdehə qarşı “Mingəçevir şəhəri N.Rəfibəyli küçəsi ev 10/2 ünvanında yerləşən 783 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir.
17. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının istifadəsində olan torpaq sahəsinin birinci instansiya məhkəməsinin qərarında öz əksini tapmış mütəxəssis rəyindən görünür ki, iddiaçının tələbində göstərilən 783 kv.m torpaq sahəsi dövlət mülkiyyətinə aiddir. Belə olan halda birinci instansiya məhkəməsi torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olmasını əsaslı hesab etmiş və buna dair hər hansı hüquqmüəyyənedici sənədinin olmamasını nəzərə almadan iddia tələbini təmin etmişdir.
18. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarının ləğv edilməsi ni və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
19. Kassasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, ilk öncə Apellyasiya Məhkəməsi və cavabdeh orqan iddia tələbinə etirazda mənzilin istifadəsində olan, iddia olunan torpaq sahəsinin ayrılmasına dair hər hansı ilkin hüquq müəyyənedici sənədin olmadığını, mənzillərin yerləşdiyi yaşayış evlərinin Mingəçevir şəhər İcra Hakimiyyətinin tabeliyində olan Mənzil İstismar sahəsinin balansında olduğu üçün onların yerləşdiyi torpaq sahələrinin dövlət mülkiyyətinə aid olmasını bildirmişdir. Lakin nəzərə almamışlar ki, Mənzil İstismar sahəsinin balansında torpaq olmur. Uzun illərdir yəni 1955-ci ildən istifadəsində olan torpaq sahəsini mülkiyyətinə keçirmək istəyən iddiaçı bunu hansı formada etməlidir? MİS-dən torpaq alınması deyə bir anlayış qanunvericilikdə yoxdur. Ona görə də bu cür sözlərlə qərarın əsaslandırılması qanunsuzluqdur.
20. İddiaçının və onun ailə üzvlərinin 1955-ci ildən yaşadıqları ev və həmin evin həyətyanı torpaq sahəsi uzun illərdir onların istifadəsindədir. Bütün ətrafda olan qonşuların torpağa dair mülkiyyət sənədi olsa da iddiaçılar hər-hansı səbəbdən cavabdehin əməkdaşlarının səhlənkarlığı səbəbindən torpaq bu cür yəni dövlət mülkiyyəti kimi göstərilmişdir. Bütün qonşulara torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilsə də iddiaçılara bu şəhadətnamə verilməmişdir. Bu iddiaçının təqsiri deyil. SSRİ-nin dövründə torpağın mülkiy yətə verilməsi kimi bir anlayış yox idi. Bütün torpaqlar dövlətə məxsus idi və yalnız istifadəyə (sərəncamına) verilirdi. Bunu bilməsinə baxmayaraq ilkin sənədlərin tələb olunması haqsızlıqdır. Sözügedən torpaq sahəsinin yerində baxış keçirməklə digər şəxslər tərəfindən istifadə olunmadığı və uzun illərdir yalnız iddiaçı və ailə üzvləri tərəfindən istifadə olunması görünə bilər. Lakin məhkəmə heç bir araşdırma aparmamışdır. Qonşuların sözügedən ərazidə torpaq sahələrinin mülkiyyət sənədinin olması və onlara bu cür çıxarışların verilməsi iddiaçıya münasibətdə isə ayrı-seçkilik edilməsi qanunvericiliklə də qadağandır. (Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı” 27 sentyabr 2007-ci il tarixli qərarı)
21. Bundan başqa ev uzun illərdir Mingəçevir şəhəri N.Rəfibəyli küçəsi e v 10/2 kimi yazılsa da məhkəmənin təkidi ilə alınmış çıxarışda cavabdeh orqan tərəfindən ünvanları ünvan 5eh orqanın qərəsidir. Belə ki, uzun illərdir fərdi yaşayış evimizin ünvanı fərdi yaşayış evi statusundan mənzilə keçirilmişdir. Halbuki 70 ildən çoxdur iddiaçıların yaşadıqları ev fərdi yaşayış evi sayılmış və orada ikinci bir mənzil yoxdur. Fərdi yaşayış evini mənzil kimi göstərməkdə məqsəd isə həmin evi çoxmənzilli bina kimi göstərməkdir. Lakin iddiaçıların əlində 70 ildən indiyə kimi olan bütün sənədlər mövcuddur və arxiv sənədlərində ünvanın son çıxarışın alındığı zaman dəyişdirilməsi görünür. Bunlar iş materiallarında öz əksini tapsa da Şəki Apellyasiya Məhkəməsi tərəfindən sözügedən hallar ümumiyyətlə araşdırılmamışdır.
22. Sözügedən qərarlarda göstərilir ki, dövlət orqanı tərə findən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz.
23. İddiaçının tələbi üzrə olan işdə isə cavabdeh evin ünvanını dəyişdirməklə, evin yerləşdiyi torpaq sahəsinə əvvəldən şəhadətnamə verməməklə və qonşuluqda olan digər şəxslərə torpaq sahələrinə şəhadətnamə verməklə iddiaçının hüquqları pozulmuş və ilkin sənədlərdə olan torpaq sahəsinə qərəzli olaraq çıxarış verilməmişdir.
24. Belə ki, göründüyü kimi iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi üzərində yerləşən yaşayış evi 1955-ci ildən onların istifadəsində olmuş, hazırda sözügedən evə onun tam xüsusi mülkiyyətindədir. Həmin yaşayış evinin texniki pasportunda isə iddia olunan torpaq sahəsinin ölçüsü göstərilmişdir və texniki pas port xx.xx.2001-ci il tarixədək tərtib edilmişdir. Belə olan halda, iddiaçının yuxarıda istinad olunan Fərmanın tələbləri baxımından həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ olmuşdur. b. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
25. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
26. Mənzil Məcəlləsi: Maddə
35. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakına mülkiyyət hüququ 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillər arası pilləkən meydança ları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli bina nın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. 27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 26. “Torpaq islahatı haqqında” Qanun Maddə
9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə
10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanunu istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
27. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 5 34 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamənin 1-ci abzasının 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin. fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
28. Azərbaycan R espublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda)
29. Azərbaycan Respublikası tarixli, 439 nömrəli Fərmanı. Prezidentinin 13 yanvar 2015-ci il
30. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, on ların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.6. Sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
32. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə tam və hərtərəfli araşdırma aparmadan, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları müəyyənləşdirmədən və qiymətləndirmədən yekun nəticəyə gəlmişdir.
34. Belə ki, hazırkı iş üzrə iddiaçının dəqiqləşdirilmiş tələbi Mingəçevir şəhəri N.Rəfibəyli küçəsi ev 10/2 ünvanında yerləşən 783 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır.
35. İddianı əsassız sayan apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olan mənzilinin istifadəsində olan torpaq sahəsinin ayrılmasına dair hər hansı ilkin hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir. Ümumiyyətlə mənzillərin yerləşdiyi yaşayış evləri Mingəçevir şəhər İcra Hakimiyyətin in tabeliyində olan Mənzil İstismar Sahələrinin balansında olduğu üçün onların yerləşdiyi torpaq sahələri dövlət mülkiyyətinə aiddir.
36. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyini əsassız sayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:
37. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ünvan 1 nömrəli yaşayış mənzili Mingəçevir şəhəri, XDS İK-nin 29 iyul 1983-cü il tarixli 248 nömrəli qərarına əsasən vətəndaş İddiaçı istifadəsinə verilməsi barədə 02 avqust 1983-cü il tarixli 702 nömrəli order verilmişdir. Həmin orderə əsasən dövlət mülkiyyətinə aid mənzil fondunun tərkibində ünvan 1 ünvanında yerləşən yaşayış mənzilinin İddiaçı daimi istifadəsində olmasını nəzərə alaraq Mingəçevir şəhər TİMHQİ-nin 73 saylı 22 sentyabr 1997-ci il tarix li qərarı ilə əvəzsiz olaraq onun mülkiyyətinə keçirilməsi barədə Mingəçevir şəhər TİB-su tərəfindən 2435 qeydiyyat nömrəli mülkiyyət hüquqlarını təsdiq edən vəsiqə verilmişdir. Həmin qeydiyyat vəsiqəsi əsasında iddiaçının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq hüquqların dövlət reyestrindən 17 mart 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.
38. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşı nmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur.
39. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.4-cü bəndində, üzərində mü lkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) göstərilmişdir.
40. Göründüyü kimi iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi üzərində yerləşən yaşayış evi onun xüsusi mülkiyyətindədir. Həmin yaşayış evinin texniki pasportunda isə iddia olunan torpaq sahəsinin ölçüsü göstərilmişdir və texniki pasport xx.xx.2001-ci il tarixədək tərtib edilmişdir. Belə olan halda, iddiaçının yuxarıda istinad olunan Fərmanın tələbləri baxımından həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ olmuşdur.
41. Məhkəmə kollegiyası q eyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın əsassız olması qənaətinə gələrkən həmçinin qeyd etmişdir ki, mənzillərin yerləşdiyi yaşayış evləri Mingəçevir şəhər İcra Hakimiyyətinin tabeliyində olan Mənzil İstismar Sahələrinin balansında olduğu üçün onların yerləşdiyi torpaq sahələri dövlət mülkiyyətinə aiddir.
42. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 227.1-ci maddəsinə əsasən, yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur.
43. İş materiallarında olan texniki pasportdan göründ üyü kimi 1997-ci ildə tikilmiş binada 1 mərtəbə və 1 mənzil mövcuddur və həmin mənzilin də mülkiyyətçisi iddiaçıdır. Bu isə o deməkdir ki, həmin torpaq sahəsi birdən çox mənzilə xidmət etmir. İddia olunan torpaq sahəsi üzərində yerləşən yaşayış evi iddiaçının tam xüsusi mülkiyyətində olduğundan, cavabdeh orqan həmin torpaq sahəsi üzərində iddiaçının xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina etməkdə haqlı olmamışdır.
44. Apellyasiya instansiyası məhkəməsi isə qeyd edilən xüsusatları nəzərə almamış, həmin istiqamətlərdə müvafiq araşdırma aparmamışdır.
45. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadan qərar qəbul edərək hazırkı qərarın 29(a) bəndində göstərilən prosessual hüquq normalarının tələ blərini pozmuşdur.
46. Məhkəmənin bu cür araşdırması, Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsində müəyyən olunmuş işin hallarının tam araşdırılması prinsipinə və 58-ci maddəsində müəyyən olunmuş sübutların araşdırılması qaydalarına cavab vermir.
47. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli,
48. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi qeyd edilən xüsusatları iddiaçıya məxsus texniki pasportun əslini tələb etməklə ətraflı araşdırma aparmalı və hazırkı qərarda qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qərar qəbul etməlidir.
49. Şərh edilənlər ə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-253/2022 nömrəli, 22 sentyabr 2022-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. İddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.