Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-191/2025 31.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı QƏRARİ (Açar sözlər: müharibə veteranı adının və buna dair vəsiqənin verilməsi; ezam olunma; döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların tibbi təminatı üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və buna dair vəsiqənin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2925/2024 nömrəli, 29 avqust 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. AR Müdafiə Nazirinin N nömrəli hərbi hissəsinin tibbi hissə rəisi Zəfər İsmayılovun arayışına əsasən: Verilir ondan ötrü ki, həqiqətən xx.xx.1966-cı il təvəllüdlü, vətəndaş İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin apardığı X2, könüllü olaraq 20 oktyabr 2020-ci il tarixdən 28 oktyabr 2020-ci il tarixədək N nömrəli hərbi hissənin döyüş bölgəsində, Cəbrayıl rayonun Daşkəsən kəndində açdığı hərbi səhra hospitalında anesteziolagiya və intensiv terapiya bölməsində həkim-reanimatoloq vəzifəsində fəaliyyət göstərmiş, daxil olmuş yaralılara aparılan ilkin yardımlara, cərrahiyyə əməliyyatlarında fəal iştirak etmiş, bu zaman yüksək peşəkarlıq, fədakarlıq, əzmkarlıq nümayiş etdirmiş, neçə-neçə yaralını qurtarmışdır.
2. AR Müdafiə Nazirinin N nömrəli hərbi hissəsinin komandiri Hüseyn Qaçayevin arayışına əsasən: Verilir ondan ötrü ki, həqiqətən xx.xx.1966-cı il təvəllüdlü, vətəndaş İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin apardığı X2, TƏBİB-in göndərişi ilə 28 oktyabr 2020-ci il tarixdən 08 noyabr 2020-ci il tarixədək N nömrəli hərbi hissənin döyüş bölgəsində, Qubadlı rayonu, Xanlıq yaşayış məntəqəsində açdığı hərbi səhra hospitalında anesteziolagiya və intensiv terapiya bölməsində həkim-reanimatoloq vəzifəsində fəaliyyət göstərmiş, daxil olmuş yaralılara aparılan ilkin yardımlara, cərrahiyyə ə məliyyatlarında fəal iştirak etmiş, bu zaman yüksək peşəkarlıq, fədakarlıq, əzmkarlıq nümayiş etdirmiş, neçə-neçə yaralını qurtarmışdır.
3. AR Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Füzuli Rayon Mərkəzi Xəstəxanası” X5 arayışına əsasən: Verilir ondan ötrü ki, həqiqətən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin apardığı X2, TƏBİB-in göndərişi ilə Türkiyə Respublikasından könüllü gəlmiş həkim-reanimatoloq İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci tarixə qədər X3 Mərkəzində həkim-reanimatoloq vəzifəsində fəaliyyət göstərmişdir. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı ərazilərindən daxil olmuş yaralı hərbiçilərə aparılan ilkin tibbi yardımlarda, cərrahi əməliyyatlarında fəal iştirak etmiş, yaralı hərbiçilərin və şəhidlərin təxliyəsi ilə məşğul olmuşdur. Qeyd: xx.xx.2020-ci il tarixdə n xx.xx.2020-ci il tarixə kimi X3 Mərkəzi Vətən müharibəsi ilə əlaqədar olaraq Hərbi Hospital kimi fəaliyyət göstərmişdir.
4. AR Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin məktubu ilə bildirilmişdir ki, vətəndaş İddiaçı xx.xx.2022-ci il tarixdə verilmiş arayış (xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş əməliyyatlarının gedişi zamanı bir həkim kimi könüllü olaraq, xəstə və yaralılara ilkin tibbi yardımın göstərməsi barədə) N nömrəli hərbi hissədə araşdırılmışdır. Vətəndaş İddiaçı döyüş əməliyyatlarının gedişi zamanı bir həkim kimi könüllü olaraq iştirak etməsi barədə heç bir idarə və ya müəssisədən rəsmi sənəd daxil olmadığına görə N nömrəli hərbi hissənin nizami hissə üzrə əmrlər kitabında bu barədə heç bir qeydiyyat aparılmamışdır.
5. AR Müdafiə Nazirliyinin N nömrəl i hərbi hissəsinin məktubu ilə bildirilmişdir ki, vətəndaş İddiaçı Vətən Müharibəsi zamanı 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrin verilməsinə əsas olan sənəd (ezamiyyət vəsiqəsi) təqdim etmədiyi üçün N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrində öz əksini tapmamışdır. Vətəndaş İddiaçı Qubadlı rayonu Xanlıq kəndində açılmış N nömrəli hərbi hissənin mobil səhra hospitalında yaralılara ixtisaslı tibbi yardım göstərmişdir.
6. İddiaçı cavabdehə müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı müraciət etmişdir.
7. Cavabdeh xx.xx.2023-cü il tarixdə iddiaçının müraciətinə imtina məktubunda bildirmişdir ki, “Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Döyüş əməliyyatlarında iştirakınız Müdafiə Nazirliyinin tabeliyində olan hər hansı bir hərbi hissənin nizamı hissə üzrə əmrlərində öz əksini tapmadığına görə Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinizin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.” İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 4/3-5018 nömrəli imtina məktubunun qanunsuz hesab edilməsi və “Müharibə veteranı” adının və müvafiq vəsiqənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Daha sonra məhkəmənin qərardadı ilə iddia tələbi “İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması” kimi dəqiqləşdirilmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1966-cı ildə Laçın rayonu Kürdhacı kəndində anadan olmuş, ixtisasca həkim, Türkiyədə yaşayan vətəndaşdır. 1990-1999-cu illər ərzində "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində fəaliyyət göstərən X7 Xəstəxanasında hək im-reanimotoloq kimi fəaliyyət göstərmişdir. Birinci Qarabağ müharibəsi zamanı könüllü surətdə döyüş əməliyyatlarının aparıldığı Ağdam, Qubadlı, Füzuli və digər bölgələrə ezam olunmuş, vətən uğrunda döyüşmüş igid oğul və qızlarımızın sağlamlıqlarına qovuşmasında əlindən gələn köməkliyi etmişdir. Eyni zamanda, Vətən müharibəsi zamanı könüllü surətdə Türkiyə Respublikasından vətənə qayıtmış, Müdafiə Nazirliyinin N və N nömrəli hərbi hissələrində, eləcə də Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin tabeliyindəki Füzuli rayon Mərkəzi xəstəxanasında, Cəbrayıl rayonu işğaldan azad olunduqdan sonra Cəbrayıl rayonu Daşkəsən qəsəbəsində qurulmuş səhra hospitalında, daha sonra isə Qubadlı rayonunda ixtisası üzrə fəaliyyət göstərmişdir. Vətən müharibəsi zamanı yaralılar yüksək tibbi xidmətin göstə rilməsində fəal iştirakına görə X6, Müdafiə Nazirliyinin müvafiq hərbi hissələri və digər qurumlar tərəfindən fəxri fərman və təşəkkürnamə ilə təltif olunmuşdur. “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən verilmiş xx.xx.2023-cü il tarixli 4/3-5018 nömrəli məktubda “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Onun Vətən müharibəsində döyüş əməliyyatlarının aparıldığı ərazilərdə xidmət göstərməyi, yaralı əsgərlərə tibbi yardım etməyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N və N nömrəli hərbi hissələr tərəfindən verilmiş arayışlarda tam təsdiq olunur.
11. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbini n rədd edilməsini xahiş etmişdir.
12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1540/2024 nömrəli, 24 aprel 2024-cü il tarixli qərarı ilə (hakim L.Musayeva) iddia təmin edilmiş, İddiaçı “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır.
13. Məhkəmə hesab etmişdir ki, döyüş təminatı ilə bağlı tapşırıqların yalnız əməliyyat təminatı kimi qəbul edilməsi düzgün deyildir. Döyüş əməliyyatlarının uğurlu olması üçün əməliyyat təminatı ilə yanaşı həm də digər təminat növlərinin, o cümlədən tibbi yardım təminatı və arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur. Məhkə mə qeyd etmişdir ki, iddiaçının döyüş əməliyyatları zonasına tibbi yardım məqsədi ilə könüllü olaraq getməsi və bununla bağlı onun yerinə yetirdiyi xidməti vəzifəni qeyd olunan kontekstdən qiymətləndirmək lazımdır. Başqa sözlə, iddiaçının döyüş əməliyyatlarında şəxsən iştirak etməsindən əlavə, döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrə tibbi yardım üzrə tapşırıqları yerinə yetirməsi öz əhəmiyyətinə görə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi kimi dəyərləndirilməlidir. İddiaçının döyüş əməliyyatları aparan hərbi hissəyə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün göndərilməsi təsdiq olduğundan, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr vetera nı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnaməsinin 1-ci bölməsində göstərilən şəxslərin dairəsinə aiddir.
14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2925/2024 nömrəli, 29 avqust 2024-cü il tarixli qərarı ilə (hakimlər: K.Əkbərov - sədrlik edən və məruzəçi, P.Hüseynov və Ş.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyas məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğ v edilərək, iddianın mümkün sayılmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
18. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, inzibati iş materialında olan N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli N nömrəli, N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli N nömrəli məktublarından görünür ki, İddiaçı N və N nömrəli hərbi hissələrdə komandirin nizami hissə üzrə əmrlərində siyahıya daxil edilməmişdir.
19. Belə olan halda Azərbaycan Respublikası Müdafiə Nazirliyi bu inzibati işdə cavabdeh kimi göstərilə bilməz. Çünki, İddiaçı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında hər-hansı rəsmi əmək (xidməti) münasibəti olmamış və nizami hissə üzrə hərbi hissə komandirinin əmrlərində siyahıya salın mamışdır.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərini (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Susa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər. Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazi lərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə ve teranı” adı verilir.) pozaraq iddianı təmin etmişdir.
21. Əsasnamədən də görünür ki, şəxslərə müharibə veteranı adı və vəsiqəsi o halda verilir ki, yəni hərbi biletlər, şəxsi işlər və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilmiş olsun.
22. İnzibati iş materiallarına əlavə edilmiş N nömrəli hərbi hissənin yuxarıda qeyd edilən məktubundan da görünür ki, İddiaçı hər hansı bir idarə və müəssisədən rəsmi olaraq N nömrəli hərbi hissəyə göndərilməmiş, yəni iddiaçı könüllü olaraq tibbi xidmət göstərdiyini iddia etmişdir.
23. Xüsusən qeyd edir ki, yuxarıda qeyd olunan Əsasnamədə könüllü xidmət göstərmiş, habelə təminatların icrası ilə bağlı döyüş əməliyyatlarında işt irak etmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi nəzərdə tutulmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
3. Aşağıdakılar müharibə veteranları sayılırlar:.... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Maddə
7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səl ahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”: 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həm in döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə işt irakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. 26. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 420 Qərarı təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə: 10 və 11-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir.
27. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kass asiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası iş üzrə materia lları və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayətləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesa b olunur.
32. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
33. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı “Müharibə veteranı” adının və müvafiq vəsiqənin verilməsi ilə bağlıdır.
34. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində bildirilmişdir ki, İddiaçı N və N nömrəli hərbi hissələrdə komandirin nizami hissə üzrə əmrlərində siyahıya daxil edilməmişdir. Həmçinin İddiaçı hər hansı bir idarə və müəssisədən rəsmi olaraq N nömrəli hərbi hissəyə göndərilməmiş, yəni iddiaçının könüllü olaraq tibbi xidmət göstərmişdir.
35. Məhkəmə kollegiyası qeyd edir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 10 və 11-ci bəndlərin ə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilər inə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir.
36. Həmçinin həmin Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur.
37. İş materia llarında olan sənədlər və işin təsdiq edilmiş halları ilə müəyyən olunur ki, Müdafiə Nazirinin N nömrəli hərbi hissəsinin komandiri Hüseyn Qaçayevin arayışına əsasən, İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin apardığı X2, TƏBİB-in göndərişi ilə 28 oktyabr 2020-ci il tarixdən 08 noyabr 2020-ci il tarixədək N nömrəli hərbi hissənin döyüş bölgəsində, Qubadlı rayonu, Xanlıq yaşayış məntəqəsində açdığı hərbi səhra hospitalında anesteziolagiya və intensiv terapiya bölməsində həkim-reanimatoloq vəzifəsində fəaliyyət göstərmiş, daxil olmuş yaralılara aparılan ilkin yardımlara, cərrahiyyə əməliyyatlarında fəal iştirak etmiş, bu zaman yüksək peşəkarlıq, fədakarlıq, əzmkarlıq nümayiş etdirmiş, neçə-neçə yaralını qurtarmışdır.
38. AR Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Füzuli Rayon Mərkəzi Xəstəxanası” X5 arayışına əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin apardığı X2, TƏBİB-in göndərişi ilə Türkiyə Respublikasından könüllü gəlmiş həkimreanimatoloq İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci tarixə qədər X3 Mərkəzində həkim-reanimatoloq vəzifəsində fəaliyyət göstərmişdir. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı ərazilərindən daxil olmuş yaralı hərbiçilərə aparılan ilkin tibbi yardımlarda, cərrahi əməliyyatlarında fəal iştirak etmiş, yaralı hərbiçilərin və şəhidlərin təxliyəsi ilə məşğul olmuşdur. Qeyd: xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi X3 Mərkəzi Vətən müharibəsi ilə əlaqədar olaraq Hərbi Hospital kimi fəaliyyət göstərmişdir.
39. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, yuxarıda qeyd edilmiş Əsasnaməyə görə, müharibə veteranı adı həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə də verilməlidir. Bu zaman tələb olunan sənəd kimi ezam olunmuş şəxslərə münasibətdə ezamiyyət vəsiqələri çıxış edir. Hazırkı işin hallarından isə müəyyən olunur ki, iddiaçı məhz TƏBİB-in göndərişi, başqa sözlə ezam etmə qaydasında döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların tibbi təminatı üzrə tapşırıqların yerinə yetirilməsi üçün göndərilmişdir. TƏBİB-in göndərişi işin hallarının məcmusu nəzərə alındıqda ezam olunma kimi qəbul olunmalıdır.
40. Eyni zamanda qeyd edilməlidir ki, Əsasnamədə döyüş əməliyyatlarının bü tün növ təminatları dedikdə, tibbi təminat da nəzərdə tutulmuşdur.
41. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq bildirir ki, iddiaçının döyüş əməliyyatları gedən əraziyə göndərilməsi, həm də döyüş əməliyyatları gedən ərazidən qayıtması barədə hərbi hissə komandirinin əmri olmasa da (iddiaçı hərbi qulluqçu olmadığına görə), iş materiallarında iddiaçının həmin dövrdə qeyd edilən ərazilərdə olmasına və tibbi təminatla məşğul olduğuna dair kifayət qədər sübutlar mövcuddur.
42. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hərbi qulluqçu olmaması, hər hansı bir hərbi hissənin nizamı hissə üzrə əmrlərində onun barədə məlumatın öz əksini tapmaması səbəbindən ona müharibə veteranı adı və vəsiqəsi verilməli olmaması ilə bağlı cavabdehin dəli lləri əsassız olmuşdur. Belə ki, qanunvericilik hərbi qulluqçu olmayan şəxslərə də əgər onlar döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuşlarsa, müharibə veteranı adı və vəsiqəsinin verilməsinin mümkünlüyünü nəzərdə tutur.
43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhk əməsinin İnzibati Kollegiyasının 2-1(103)-2925/2024 nömrəli, 29 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.