Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1910/2020 14.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddia verməyə subyektiv hüququ olmadığına görə iddianın mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, iddiaçının vəkili X1, nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınma z Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı dövlət qeydiyyatının ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-1(103)-1267/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 34 saylı evin 25 saylı mənzili İddiaçı məxsus olmuş və xx.xx.2007-ci il tarixli bağışlama müqaviləsinə əsasən mənzili oğlu X3 hədiyyə etmişdir. Bu mənzil üzərində Araz Məmmədovun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci ildə qeydiyyata alınmış və ona reyestrdən RX seriyalı ******* saylı çıxarış verilmişdir. 2. 2008-ci ildə binada qaz partlayışı baş vermiş və bunun nəticəsində mənzil dağılmışdır. 2009-cu ildə dövlətin hesabına həmin yerdə yeni bina tikilərək mənzillər bərpa edilmişdir. Araz Məmmədov xx xxxx 2012-ci ildə Rusiyada vəfat etmişdir.
3. İddiaçı, miras sayılacaq əmlak 2008-ci ildə məhv olduğuna görə, Araz Məmmədovun adına olan RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi üçün cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 34, mənzil 25-ə dair X2 adına olan dövlə t qeydiyyatının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mənzili oğlu Araz Məmmədova bağışlamasına baxmayaraq, Araz ailəsi ilə birlikdə Rusiyada yaşadığına görə mənzil qızı Asudə ilə birlikdə onun istifadəsində qalmışdır. Həmin daşınmaz əmlak məhv olduğuna görə onun iddiası təmin edilməlidir.
4. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir.
5. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(112)-1686/2020 saylı qərardadı ilə (hakim X.İmanov) iddia tələbi mümkün sayılmamışdır.
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhv edilmiş daşınmaz əmlakın mülkiyyət hüququnun qeydiyyatının ləğv edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş hallar mövcud olmamış, iddiaçı cavabdeh tərəf indən onun hüquqlarının pozulması barədə sübutu məhkəməyə təqdim etməmişdir.
7. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. b. apelyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 21(103)-1267/2020 nömrəli qərardadı ilə (hakimlər H.Həmidov (sədrlik edən və məruzəçi), E.Nağıyeva və V.Məmmədov) Bakı İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
9. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRA ATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
11. Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiyası məhkəməsi öz qərarında göstərmişdir ki, işin faktiki hallarından göründüyü kimi mübahisəli mənzil mülkiyyətçinin iradəsi ilə deyil, qaz partlayışı nəticəsində dağılmışdır. Burada Bakı Apelyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinin səlahiyyətlərini mənimsəyərək qanunu məhdudlaşdırıcı təfsir etmişdir. İddiaçı 1995-ci ildən mübahisəli mənzildə yaşayır, 2000-ci ildə ev mülkiyyətinə keçib, 2008-ci ildə isə oğlu Nümayəndə bağışlasa da, bu günə qədər həmin evdə yaşayıb. Bununla da iddiaçının həmin evə dair istifadə hüququnun olmasını təsdiq olunur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c. məhkəm ə icraatı iştirakçılarının izahatları
13. İddiaçının vəkili və nümayəndəsi kassasiya şikayətinin təmin olunmamasını xahiş etdilər.
14. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 18.1 Məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq a parılır. Maddə 18.2. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir.
16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə b ilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. İş üzrə iddiaçı apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyinə görə, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Şikayət aşağıdakı səbəblərə görə təm in edilə bilməz. Şikayətin əsas dəlili ondan ibarətdir ki, iddiaçı 1995-ci ildən mübahisəli mənzildə yaşadığını, 2000-ci ildə evin mülkiyyətinə keçdiyni, 2008-ci ildə oğlu Nümayəndə bağışlasa da bu günə qədər həmin evdə yaşadığını, beləliklə həmin ev dair istifadə hüququnun olduğunu bildirir.
20. Apelyasiya instansiya məhkəməsi qərarında iddianın mümkün sayılmamasını onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 34 saylı evin 25 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə X3 məxsusdur. İddiaçı tərəfindən onun həmin mənzilə dair hər hansı hüququnun olması iş materialları ilə təsdiq edilmir və iddiaçı tərəfindən bununla bağlı məhkəməyə hər hansı sənəd təqdim edilməmişdir. Daşınmaz əmlakın qeydiyyatının ləğv edilməsi ilə bağlı iddiaçının maraqlı şəxs olmasını təsd iq edən sənədlər də iş materiallarında mövcud deyildir. Bundan əlavə işin faktiki hallarından göründüyü kimi mübahisəli mənzil mülkiyyətçinin iradəsi ilə deyil, qaz partlayışı nəticəsində dağıdılmış, zərər dəymiş digər mənzillər kimi mübahisəli mənzil də dövlətin hesabına bərpa edilərək sahiblərinə təhvil verilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ olmamışdır.
21. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab ed ilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
22. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd).
23. Həmin qərarın 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü b axımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar.
24. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.
25. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
26. Baxılan işdə iddiaçı bu cür ixtiyara malik olduğuna dair hər hansı sübut təqdim etməmişdir. İddiaçı mərhum oğlunun əmlakı barədə iddia vermə hüququnu yalnız vərəsəliyi müəyyən edildiyi halda qaldıra b ilərdi.
27. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 21(103)-1267/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.