Məhkəmə qərarları › İş №2-1(102)-1910/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1910/2021

07.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1910/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 5 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işin hallarının obyektiv araşdırılması prinsipinin pozulması. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı “JN-5159A kod 30301004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Quba şə hərində yerləşən 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının vahid daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata alınması və onun adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 iyul 2021-ci il tarixli, 2-1(105)-182/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. DTXK-nin Quba rayon şöbəsi tərəfindən verilmiş JN5159A KOD 30301004 seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən, Quba rayon Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli 05 saylı qərar ı ilə fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya 0.08 ha torpaq sahəsi ayrılmışdır.

2. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması və onun adına dövlət reyestrindən çıxarışın verilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş, cavabdeh 17.02.2020-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, JN-5159A, kod 30301004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə idarənin elektron baza məlumatlarında aşkar edilməmiş və ləğv edilmiş DTXK tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında öz əksini tapmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DTXK-nın Quba ray on şöbəsi tərəfindən verilmiş JN5159A kod 30301004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Quba şəhərində yerləşən 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının vahid daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata alınması və onun adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, JN5159A kod 30301004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Quba şəhərində yerləşən 0.08 ha torpaq sahəsi ona məxsus olsa da, cavabdeh əsassız olaraq həmin torpaq üzərində mülkiyyət hüquqlarının vahid daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata alınması və onun adına dövlət reyestrindən çıxarışın verilməsindən imtina edir. Belə ki, cavabdehin bazasında və ya arxivdə iddiaçıya məxsus sənədlərin olmaması onun təqsiri deyildir.

5. Cavabdehin iddia ərizəsinə qarşı yazılı etirazının dəlilləri imtinanın dəlilləri ilə eynilik təşkil edir.

6. Sumqayıt İnzibati Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli 2-1(118)-830/2020 saylı qərarı ilə (hakim: V.E.Əzizova) iddia təmin edilmiş, iddiaçının JN-5159A kod 30301004 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən və Quba şəhərində yerləşən 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

7. Məhkəmə qeyd etmişdir ki, torpağın İddiaçı qanuni surətdə ayrılması keçmiş DTXK-nin Quba rayon şöbəsi tərəfindən verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə təsdiq edilir. Cavabdehin həmin şəhadətnamənin elektron baza məlumatlarında və şəhadətnamələrin qeydiyyat kitablarında aşkar edilməməsinə dair dəlili əsassızdır və iddiaçının müraciətinin təmin olunmasından imtina üçün səbəb ola bilməz. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının qanuni əsaslarla əldə etdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina edilməklə iddiaçının göstərilən hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol verilmişdir.

8. Sumqayıt İnzibati Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli 2-1(118)-830/2020 saylı qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiya məhkəməsindəki ic raat

9. Sumqayıt Apellyasiya Məhkəməsinin 06 iyul 2021-ci il tarixli 2-1(105)-182/2021 saylı qərarı ilə (sədrlik edən: F.Ə.Məmmədov, hakimlər: Z.İ.Məmmədov və H.Ç.Babayeva) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli 2-1(118)-830/2020 saylı qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

10. Apelyasiya instansiyası məhkəməsi qərarını aşağıdakı qaydada əsaslandırmışdır: DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 17.02.2020-ci il tarixli məktubundan görünür ki, JN-5159A kod 30301004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə idarənin elektron baza məlumatlarında aşkar edilməmiş və ləğv edilmiş DTXK tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında öz əksini tapmamışdır. M əhkəmə kollegiyası araşdırma zamanı X5 filialına sorğular vermiş, Quba rayon Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli, 05 saylı qərarının və həmin qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin arxiv çıxarışının təqdim edilməsini, iddiaçıya aqrar islahat zamanı torpaq sahəsinin ayrılıbayrılmaması barədə məlumat verilməsini xahiş etmişdir. X5 filialının 10 nömrəli, 19.03.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, Quba rayon AİK-nın 25.05.2000-ci il tarixli, 05 saylı protokoluna və ona əlavə edilmiş sənədlərə pay torpağı və fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi alacaq vətəndaşların adlı siyahıları əlavə edilməmişdir. X5 filialının 559 nömrəli 09.06.2021-ci il tarixli məktubunda isə göstərilmişdir ki, Quba rayon Aqrar İslahat Komissiyasının 2000-ci il üçün iclas prot okollarının qərarları ilə torpaq sahəsi alacaq vətəndaşların adlı siyahısı filiala təhvil verilməmişdir. Sorğulardan müəyyən olunmuşdur ki, X4 fərdi yaşayış evi tikintisi üçün 0.08 ha torpaq sahəsinin verilməsinə dair Quba rayon Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli, 05 saylı qərarı arxivdə aşkar olunmamışdır və ümumiyyətlə, Aqrar İslahat Komissiyasının 2000-ci il tarixdə 05 saylı qərarı may ayının 25-i qəbul olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının təqdim etdiyi şəhadətnaməyə əsasən mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı dövlət reyestrində müvafiq məlumat və sənədin arxiv məlumatları olmadığından mövcud iddia tələbi əsassızdır və təmin edilməməlidir.

11. Sumqayıt Apellyasiya Məhkəməsinin 06 iyul 2021-ci il tarixli 2-1(105 )-182/2021 saylı qərarından iddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

12. Apellyasiya instansiyası məhkəməsi işin hallarının obyektiv araşdırılması prinsipini pozmuşdur. Belə ki, torpağa mülkiyyət hüququna dair şəhadətnamədə Aqrar İslahat Komissiyasının qərarının tarixinin nömrəsi texniki olaraq səhv yazılmışdır. X7 Komissiyasının 2000-ci il üçün iclas protokollarına vətəndaşların adlı siyahılarının əlavə olunmaması isə iddiaçının təqsiri deyildir. Belə ki, JN-5159A kod 30301004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə səlahiyyətli qurum tərəfindən verilmiş, ləğv edilməmiş v ə hal-hazırda da qüvvədədir. Belə olan halda isə cavabdehin imtinası qanunazidd hesab olunmalıdır. Bundan əlavə, faktiki istifadədə olan torpaq sahəsində fərdi yaşayış evi inşa etdirilmiş və həmin yaşayış evi su və qazla təchiz olunmuşdur. Qeyd edilənlər iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun mövcudluğunu sübut edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən q üvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir. 16.Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsaslıdır. Odur ki, təmin edilməlidir.

18. Belə ki, hazırkı iş üzrə iddiaçının tələbi DTXK-nin Quba rayon şöbəsi tərəfindən verilmiş JN5159A KOD 30301004 seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında, ona fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması və onun adına dövlət reyestrindən çıxarışın verilməsidir.

19. JN5159A KOD 30301004 seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə isə onun verilməsinə əsas olan hüquqi sənəd kimi - Quba rayon Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli 05 saylı qərarına istinad edilmişdir.

20. Cavabdehin JN-5159A kod 30301004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından imtinasının əsaslarını aşağıdakıları təşkil edir: - JN-5159A, kod 30301004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə idarənin elektron baza məlumatlarında aşkar edilməmişdir; - ləğv edilmiş DTXK tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında öz əksini tapmamışdır.

21. İşə baxan apellyasiya instansiya məhkəməsi cavabdehin qeyd olunan dəlillərinin araşdırılması ilə bağlı Azərbaycan Respublikasının X5 filialına müvafiq sorğularla müraciət etmiş və sorğularda Quba rayon Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli, 05 saylı qərarının və həmin qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin arxiv çıxarışının təqdim edilməsini, iddiaçıya aqrar islahat zamanı torpaq sahəsinin ayrılıb-ayrılmaması barədə məlumat verilməs ini xahiş etmişdir.

22. X5 filialının 10 nömrəli, 19.03.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, Quba rayon Aqrar İslahat Komissiyasının 25.05.2000-ci il tarixli, 05 saylı protokoluna və ona əlavə edilmiş sənədlərə pay torpağı və fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi alacaq vətəndaşların adlı siyahıları əlavə edilməmişdir.

23. X5 filialının 559 nömrəli 09.06.2021-ci il tarixli məktubunda isə göstərilmişdir ki, Quba rayon Aqrar İslahat Komissiyasının 2000-ci il üçün iclas protokollarının qərarları ilə torpaq sahəsi alacaq vətəndaşların adlı siyahısı filiala təhvil verilməmişdir.

24. X5 filialı tərəfindən verilən məlumatlarla müəyyən olunmuşdur ki, iddiaçıya fərdi yaşayış evi tikintisi üçün 0.08 ha torpaq sahəsinin verilməsinə dair Quba rayon Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli, 05 saylı qərarı arxivdə aşkar olunmamışdır və ümumiyyətlə, Aqrar İslahat Komissiyasının 2000-ci il tarixdə 05 saylı qərarı may ayının 25-i qəbul olunmuşdur.

25. İşə baxan apellyasiya instansiya məhkəməsi X5 filialının təqdim etdiyi sənədlərə istinad etməklə hesab etmişdir ki, iddiaçının təqdim etdiyi şəhadətnaməyə əsasən mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı dövlət reyestrində müvafiq məlumat və sənədin arxiv məlumatları olmadığından hazırkı iddia tələbi əsassızdır və təmin edilməməlidir.

26. Məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən işə baxılarkən işin hallarının obyektiv araşdırılması prinsipi pozulmuşdur. Belə ki, iş materiallarında olan X3 X8 Komissiyasının 10 may 2000-ci il tarixli 17 saylı qərarı ilə X2 aparılan X8larla ə laqədar torpaq islahatlarının kompleks layihə sənədləri təsdiq edilmiş, təsərrüfatdan torpaqdan pay almaq hüququ olan subyektlərin əlavə payçılar nəzərə alınmaqla siyahısı təsdiq edilmiş, iclasda qəbul edilmiş qərarın təsdiqi Quba rayon Aqrar İslahat Komissiyasından xahiş edilmişdir.

27. İş materiallarında olan Quba rayon Aqrar İslahat Komissiyasının 25 may 2000-ci il tarixli iclasının 5 nömrəli protokolunda iclasın gündəliyinə 4 məsələnin daxil edildiyi və müvafiq qərarlar qəbul edildiyi qeyd olunmuşdur:

1. Torpaq islahatı ilə əlaqədar kompüter qaydasında aparılmış bölgünün yerə köçürülməsinin yekunu və edilmiş zəruri dəyişikliklər barədə “Nügədi” sovxozu aqrar islahat komissiyasının 24 may 2000-ci il tarixli 55 saylı qərarı təsdiq edilmiş;

2. Quba X3 sovxozu aqrar islahat komissiyasının özəlləşdiriləcək torpaq paylarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 may 2000-ci il tarixli 17 saylı qərarı nəzərə alınmış, Quba X2 torpaq islahatının aparılması üçün tərtib edilmiş Yerquruluşu Layihəsi təsdiq edilmiş;

3. Təsərrüfatda aparılan torpaq islahatı ilə əlaqədar Respublika Dövlət Kadastr Monitorinqi və İnformasiya Mərkəzindən çıxmış pay bölgü sxeminin Respublika Dövlət Torpaq Komitəsinin Yer Quruluşu Layihə İnstitutunun mütəxəssisləri tərəfindən yerə köçürülmə zamanı edilmiş qismən zəruri dəyişikliklər barədə M.Əsədov adına Quba sovxoz texnikumu Aqrar İslahat Komissiyasının 23 may 2000-ci il tarixli 16 saylı təsdiq edilmiş;

4. Yer Quruluşu Layihə X1 hazırlanmış Dövlət Aktlarında müəyyən olunmuş uyğunsuzluqların aradan qaldırılması ilə əlaqədar Aşağı Atuc İƏV üzrə Aqrar İslahat Komissiyasının 24 yanvar 2000-ci il tarixli 17 saylı qərarı təsdiq edilmişdir.

28. Göründüyü kimi, X3 X8 Komissiyasının 10 may 2000-ci il tarixli iclasında qəbul edilən qərarla X8larla əlaqədar torpaq islahatlarının kompleks layihə sənədləri təsdiq edilmiş, təsərrüfatdan torpaqdan pay almaq hüququ olan subyektlərin əlavə payçılar nəzərə alınmaqla siyahısı təsdiq edilmiş, Quba rayon Aqrar İslahat Komissiyasının 25 may 2000-ci il tarixli iclasında qəbul edilən qərarla isə Quba X2 torpaq islahatının aparılması üçün tərtib edilmiş Yerquruluşu Layihəsi təsdiq edilmişdir.

29. Belə olan halda, iddiaçıya torpaq ayrılmasının müəyyən edilməsi məqsədilə apellyasiya instansiya məhkəməsi tərəfindən X3 X8 Komissiyasının 10 may 2000-ci il tarixli iclasında qəbul edilən qərarla təsdiq edilmiş layihə sənə dlərinin, təsərrüfatdan torpaqdan pay almaq hüququ olan subyektlərin siyahısının əldə edilməsi ilə bağlı müvafiq sorğu verilməli, müvafiq sənədlərdə iddiaçının adının olub-olmaması araşdırılmalı idi.

30. Lakin işə baxan apellyasiya instansiya məhkəməsi Dövlət Arxivinin verdiyi məlumatlarla kifayətlənmiş, iş üzrə araşdırmanı davam etdirməmiş, nəticədə iddiaçıya torpaq sahəsinin ayrılıb-ayrılmaması ilə bağlı obyektiv həqiqətin əldə olunması istiqamətində hərtərəfli araşdırma aparmadan qərar qəbul etmişdir.

31. Məhkəmə tərkibi hesab edir ki, apelyasiya instansiyası məhkəməsində işə baxılarkən işin hallarının hərtərəfli araşdırılmasına dair prosessual hüquq normaları pozulmuşdur. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərardadı ləğv edilməl i, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

32. Qeyd olunanlara əsasən məhkəmə tərkibi QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 iyul 2021-ci il tarixli, 2-1(105)-182/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar