Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1910/2022 03.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Bahadur qızının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Bahadur qızının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-84/2022 saylı, 10 iyun 2022-ci il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Torpağa mülkiyyət hüququna dair JN-2715, KOD 30320018 saylı, 18 may 2006cı il tarixli Dövlət aktından görünür ki, Quba rayon DNK-nın 10 iyul 2003-cü il tarixli 4-ə443 -460, 462 və 4-ə-463-472 saylı alqı-satqı müqavilələri ilə satılmış Quba rayonu İİ Nügədi kəndində 18,87 ha torpaq sahəsi İddiaçı adına d övlət aktı qeydiyyatı kitabında 1681 nömrə ilə qeydiyyata alınmışdır.
2. Torpağa mülkiyyət hüququna dair JN-2717, KOD 30320018 saylı, 12 may 2006cı il tarixli Dövlət aktından görünür ki, Quba rayon DNK-nın 06 oktyabr 2004-cü il tarixli 4ə311--336 saylı alqı-satqı müqavilələri ilə satılmış Quba rayonu İİ Nügədi kəndində 23,16 ha torpaq sahəsi İddiaçı adına dövlət aktı qeydiyyatı kitabında 951 nömrə ilə qeydiyyata alınmışdır.
3. İddiaçı sözügedən torpaq sahələrinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə cavabdehə müraciət etmişdir.
4. Cavabdehin ünvanladığı xx.xx.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, ilə iddiaçıya JN-2715, KOD 30320018 saylı, 18 may 2006-cı il tarixli və JN-2717, KOD 30320018 saylı, 12 may 2006-cı il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında qeydiyyatdan keçməmiş, eyni zamanda ərazi idarəsinin elektron məlumat bazasında da öz əksini tapmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “JN 2715 saylı 30320018 kodlu Torpağa Mülkiyyət Hüququna dair D övlət Aktına əsasən İddiaçı Bahadur qızının mülkiyyətində olan 2715Z saylı sahəsi 7581 kv.metrdən, 2715D saylı sahəsi 2078 kv.metrdən, 2715A saylı sahəsi 2527 kv.metrdən, 2715B saylı sahəsi 7581 kv.metrdən, 2715O saylı sahəsi 2801 kv.metrdən, 2715P saylı sahəsi 2800.97 kv.metrdən, 2715J saylı sahəsi 15163 kv.metrdən, 2715R saylı sahəsi 2527 kv.metrdən, 2715E saylı sahəsi 10108 kv.metrdən, 2715 saylı sahəsi 2527 kv.metrdən, 2715V saylı sahəsi 7581.03 kv.metrdən, 2715K saylı sahəsi 5054 kv.metrdən, 2715C saylı sahəsi 4641.69 kv.metrdən, 2715T saylı sahəsi 7581 kv.metrdən, 2715L saylı sahəsi 2891.34 kv.metrdən, 2715U saylı sahəsi 9217.95 kv.metrdən, 2715S saylı sahəsi 5594.87 kv.metrdən, 2715H saylı sahəsi 12628.78 kv.metrdən, 2715G saylı sahəsi 44809.85 kv.metrdən, 2715W saylı sahəsi 5000.83 kv.metrdən, 2715Y saylı sahəsi 20431.28 kv.metrdən, 2715M saylı sahəsi 7580.57 kv.metrdən ibarət torpaq sahələrinə Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışların verilməsinin cavabdehə həvalə edilməsi, JN 2717 saylı 30320018 kodlu Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən İddiaçı Bahadur qızının mülkiyyətində olan 2717İ saylı sahəsi 8403 kv.metrdən, 2717J saylı sahəsi 14006 kv.metrdən, 2717K saylı sahəsi 2801 kv.metrdən, 2717F saylı sahəsi 5054 kv.metrdən, 2717G saylı sahəsi 5602 kv.metrdən, 2717H saylı sahəsi 5602 kv.metrdən, 2717C saylı sahəsi 8718 kv.metrdən, 2717E saylı sahəsi 10108 kv.metrdən, 2717L saylı sahəsi 6458.23 kv.metrdən, 2717D saylı sahəsi 7574.05 kv.metrdən, 2717 saylı sahəsi 5085.37 kv.metrdən, 2717A saylı sahəsi 7584.20 kv.metrdən, 2717M saylı sahəsi 700 4.91 kv.metrdən, 2717N saylı sahəsi 20340.97 kv.metrdən, 2717O saylı sahəsi 5064.77 kv.metrdən, 2717P saylı sahəsi 15173.81 kv.metrdən, 2717Q saylı sahəsi 7372.07 kv.metrdən, 2717B saylı sahəsi 5853.13 kv.metrdən, 2717R saylı sahəsi 38702.35 kv.metrdən, 2717S saylı sahəsi 6922.32 kv.metrdən, 2717U saylı sahəsi 5046.47 kv.metrdən, 2717V saylı sahəsi 2533.74 kv.metrdən, 2717X saylı sahəsi 7573.34 kv.metrdən, 2717Y saylı sahəsi 7573.56 kv.metrdən, 2717Z saylı sahəsi 15430.92 kv.metrdən ibarət torpaq sahələrinə Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışların verilməsinin cavabdehə həvalə edilməsi xahiş etmişdir
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2003-cü ildən başlayaraq Quba rayonu, İİ Nügədi kəndi ərazisində vətəndaşların mülkiyyətində olan torpaq sahələrini onlardan alqı-satqı vasitəsilə alaraq, orada müxtəlif meyvə ağacları əkmişdir. Həmin illərdə müqavilələri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə təqdim etməklə torpaq sahələrinə mülkiyyət hüquqlarını əldə etdiyini təsdiq edən dövlət aktlarını almışdır. Bundan sonra 2008 və 2011-ci illərdə qeyd edilən torpaq aktlarının bir neçəsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim etməklə torpaq sahələrinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışlar almışlar. Həmin vaxtı kredit almaq üçün çıxarışlar lazım olduğundan əlavə xərc çəkməmək üçün Bank Respublikanın girov tələb etdiyi 50 hektar torpaq sahəsinə çıxarış almışdır. 05 mart 2021-ci il tarixdə isə eyni massivdə olan və qalan torpaq aktlarını da Azərba ycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim edərək, tələbdə qeyd olunan mülkiyyətində olan torpaq sahələrinə çıxarışların verilməsini xahiş etmişdir. Lakin həmin idarə 10 mart 2021-ci il tarixli, **********43 saylı məktubla onun təqdim etdiyi Torpağa Mülkiyyət Hüququna dair X28 Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabından qeydiyyatdan keçmədiyi bəhanəsi ilə çıxarışların verilməsindən imtina etmişdir. İddiaçı həmin torpaq sahələrin yarısına artıq çıxarış almışdır. Bundan başqa sputnik xəritəsindən də ərazinin görünüşündən orada eyni vaxtda, yəni eyni boyda, ağacların əkilməsini görmək olar. Onun mülkiyyətində olan torpaq sahələrinə mülkiyyət hüququnun dövlət qeydiyyatına allanaraq çıxarışın verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün əsaslar mövcuddur. Belə ki, torpaq sahələrinin mülkiyyət hüququna dair dövlət aktları vardır. Qanunvericiliklə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları müəyyən edilmiş, lakin cavabdeh qeyd edilən əsasların heç birinə istinad etmədən iddiaçının tələbinin yerinə yetirilməsindən imtina etmişdir.
7. Cavabdeh iddia tələbinə etiraz verərək bildirmişdir ki, İddiaçı JN-2715, JN-2717 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktları əsasında” torpaq sahələrinə dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətə xx.xx.2021-ci il tarixli **********43 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, təqdim edilmiş sənədlərin ekspertizası zamanı aşkar edilmişdir ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar ərizənizə əlavə edilmiş JN-2715 və JN-2717 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında qeydiyyatdan keçməmiş, eyni zamanda ərazi idarəsinin elektron məlumat bazasında da öz əksini tapmamışdır. “Daşınmaz əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanı lan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Bununla bağlı ona xx.xx.2020-ci il tarixli **********82 nömrəli məktubla münasibət bildirilmişdir. Qeyd olunan səbəbdən ərizənin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. Göründüyü kimi iddia ərizəsində göstərilən daşınmaz əmlak ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza kadastr xəritə materiallarında və arxiv məlumatlarında aşkar edilmədiyindən sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması daşınmaz əmlakın dövlət reyestrində mümkün olmamışdır. Vətəndaş tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən daşınmaz əmlakın müayinəsi keçirilməmiş və ərizəyə dair texniki hissə ilə bağlı münasibət bildirilməmişdir.
8. Sumqayıt İnzib ati Məhkəməsinin 2-1(118)-999/2021 saylı iş 15 iyul 2021-ci il tarixli (hakim L.Mirzəyeva) qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş JN 2715 saylı 30320018 kodlu Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına (cizgidə göstərilən sərhəd daxilində ümumi sahəsi 18.87 ha) əsasən 2715 Z saylı sahəsi 7581 kv.metrdən, 2715D saylı sahəsi 2078 kv.metrdən, 2715A saylı sahəsi 2527 kv.metrdən, 2715B saylı sahəsi 7581 kv.metrdən, 2715O saylı sahəsi 2801 kv.metrdən, 2715P saylı sahəsi 2800.97 kv.metrdən, 2715J saylı sahəsi 15163 kv.metrdən, 2715R saylı sahəsi 2527 kv.metrdən, 2715E saylı sahəsi 10108 kv.metrdən, 2715 saylı sahəsi 2527 kv.metrdən, 2715V saylı sahəsi 7581.03 kv.metrdən, 2715K saylı sahəsi 5054 kv.m etrdən, 2715C saylı sahəsi 4641.69 kv.metrdən, 2715T saylı sahəsi 7581 kv.metrdən, 2715L saylı sahəsi 2891.34 kv.metrdən, 2715U saylı sahəsi 9217.95 kv.metrdən, 2715S saylı sahəsi 5594.87 kv.metrdən, 2715H saylı sahəsi 12628.78 kv.metrdən, 2715G saylı sahəsi 44809.85 kv.metrdən, 2715W saylı sahəsi 5000.83 kv.metrdən, 2715Y saylı sahəsi 20431.28 kv.metrdən, 2715M saylı sahəsi 7580.57 kv.metrdən ibarət torpaq sahələrinin və JN 2717 saylı 30320018 kodlu Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına (cizgidə göstərilən sərhəd daxilində ümumi sahəsi 23.16 ha) əsasən 2717 İ saylı sahəsi 8403 kv.metrdən, 2717 J saylı sahəsi 14006 kv.metrdən, 2717 К saylı sahəsi 2801 kv.metrdən, 2717 F saylı sahəsi 5054 kv.metrdən, 2717 G saylı sahəsi 5602 kv.metrdən, 2717 H saylı sahəsi 5602 kv.metrdən, 2717 C sa ylı sahəsi 8718 kv.metrdən, 2717 E saylı sahəsi 10108 kv.metrdən, 2717 L saylı sahəsi 6458.25 kv.metrdən, 2717 D saylı sahəsi 7574.05 kv.metrdən, 2717 saylı sahəsi 5085.37 kv.metrdən, 2717 A saylı sahəsi 7584.20 kv.metrdən, 2717 M saylı sahəsi 7004.91 kv.metrdən, 2717 N saylı sahəsi 20340.97 kv.metrdən, 27170 saylı sahəsi 5064.77 kv.metrdən, 2717 P saylı sahəsi 15173.81 kv.metrdən, 2717 Q saylı sahəsi 7372.07 kv.metrdən, 2717 В saylı sahəsi 5853.13 kv.metrdən, 2717 R saylı sahəsi 38702.35 kv.metrdən, 2717 S saylı sahəsi 6922.32 kv.metrdən, 2717 U saylı sahəsi 5046.47 kv.metrdən, 2717 V saylı sahəsi 2533.74 kv.metrdən, 2717 X saylı sahəsi 7573.34 kv.metrdən, 2717 Y saylı sahəsi 7573.56 kv.metrdən, 2717 Z saylı sahəsi 15430.92 kv.metrdən ibarət torpaq sahələri üzərində İddiaçı mülkiyyət hüqu qunun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun.
9. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair dövlət aktları 12 və 18 may 2006-cı il tarixlərdə onun adına qeydə alınmışdır. Məhkəmə qeyd edir ki, sözügedən dövlət aktları ilə iddiaçıya məxsus Quba rayonu İİ Nügədi kəndində yerləşən 18,87 ha və 23,16 ha torpaq sahələri üzərində iddiaçının mülkiyyət hüququ qanunvericiliyə uyğun dövlət tərəfindən tanınmış bir hüquqdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, daşınmaz əmlakın re yestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Göründüyü kimi, qanunverici daşınmaz əmlakın reyestrinin həqiqiliyi və tamlığı prezumpsiyasını qəbul etmişdir. JN-2715, KOD 30320018 saylı, 18 may 2006-cı il tarixli və JN-2717, KOD 30320018 saylı, 12 may 2006-cı il tarixli dövlət aktları isə heç kim tərəfindən mübahisələndirilməmişdir. Beləliklə məhkəmə qeyd edir ki, sözügedən torpaq sahələri üzərində hüququn dövlət qeydiyyatına alınmasını tələb etmək iddiaçının konstitusion hüququdur.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-84/2022 saylı 10 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər H.Babayeva - sədrlik edən və məruzəçi, Z.Məmmədov və F.Məmmədov) Sumqayıt İnzibati Məhkəməsinin 15 iyul 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, iddia rədd edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, JN2717 və JN 2715 seriyalı KOD 30320018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktlarındakı məlumatların həqiqiliyi – həqiqətən də, Aktda qey d edilən torpaq sahələrinə dair ilkin mülkiyyətçilər ilə iddiaçı arasında Aktda qeyd edilən tarixdə notariat qaydasında alqı-satqı müqaviləsinin bağlanması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, eləcə də, Aktda göstərilən məlumatlar dövlət reyestrində saxlanılan məlumatlara uyğun olmadığından cavabdehin imtinası əsaslı olmuşdur. Həmçinin məhkəmə hesab etmişdir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN 2717 və JN 2715 seriyalı Dövlət Aktındakı məlumatlar dövlət reyestrində saxlanılan məlumatlara tam olaraq uyğun olmadığından cavabdehin torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə almaqdan imtinası əsaslı olmuşdur.
13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilm əsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlillərinə görə, Cavabdehin şikayətinin dəlilləri dövlət qeydiyyatının aparılmasından imtina üçün qanuni əsas sayıla bilməz. Belə ki, sözügedən dövlət aktının elektron baza məlumatlarında olmaması iddiaçının təqsiri deyildir və belə bir əsas “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində nəzərdə tutulmamışdır. Lakin apellyasiya məhkəməsi bunları nəzərə almamış, ancaq aktda qeyd edilən torpaq sahələrinə dair ilkin mülkiyyətçilər ilə aramızda Aktda qeyd edilən tarixdə notariat qaydasında alqı-satqı müqaviləsinin bağlanması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığı əsası ilə iddianı rədd etmişdir. Apellyasiya İnstansiyası məh kəməsi mənim tərəfimdən təqdim olunmuş sənədlərin heç birinə qərarında münasibət bildirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 9.1.2 və 9.1.3 maddələrinə əsasən, hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reye strində saxlanılan məlumata uyğunluğunun yoxlanılması və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi qaydasında aparılır. 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər.\
17. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsi nin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edi lmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
22. Kassatorun dəlillərinə münasibətdə məhkəmə kollegiyası bir daha vurğulayır ki, iddiaçının tələbində JN 2715 saylı 30320018 kodlu Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən 2715 Z, 2715D, 2715A, 2715B, 2715O, 2715P, 2715J, 2715R, 2715E, 2715, 2715V, 2715K, 2715C, 2715T, 2715L, 2715U, 2715S, 2715H, 2715G, 2715W, 2715Y və 2715M konturlu torpaq sahələrinin və JN 2717 saylı 30320018 kodlu Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən 2717 İ, 2717 J, 2717 К, 2717 G, 2717 H, 2717 C, 2717 L, 2717 D, 2717, 2717 A, 2717 M, 2717 P, 2717 Q, 2717 В, 2717 R, 2717 S, 2717 U, 2717 V, 2717 X, 2717 Y və 2717 Z konturlu torpaq sahələrinin xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışların verilməsini xahiş etmişdir.
23. İddiaçı qeyd edilən torpaq sahələrini Quba rayonu, İİ Nügədi kəndi ərazisində yaşayan vətəndaşlardan notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqavilələrinə əsasən əldə etdiyini və həmin müq avilələrə əsasən Dövlət Aktı aldığını bildirmiş, cavabdeh isə həmin torpaq sahələrinin müxtəlif hissələrinin ayrı-ayrı şəxslərin adına olmasına istinad edərək iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir.
24. İşə baxan apellyasiya instansiyası məhkəməsi isə Dövlət Aktlarında qeyd edilən məlumatların mötəbərliyini yoxlamaq məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinə və Quba regional “ASAN XİDMƏT” Mərkəzinin Notariat ofisinə sorğular verilmiş və alınmış cavablar əsasında müəyyən etmişdir ki, X3 şəhəri, Qaqarin küçəsi 36 ünvanında yerləşən yaşayış evini X2, X8, X24, X10, X11 və X7 rayonu, Qəşrəş kəndində yerləşən 6 sot torpaq sahəsini X12, X5, X4 rayonu, Amsar kəndində yerləşən 2300,82 kv.m torpaq sahəsini X19, X6 rayonu, Amsar kəndində yerləşən 46 so t torpaq sahəsini X1.
25. Sorğuya əsasən tələb edilmiş digər alqı-satqı müqavilələrinin də tarixi Dövlət Aktında qeyd edilən tarixlərdən fərqli tarixlərdə bağlanmış, eləcə də müqavilə tərəfləri qismində heç birində torpaq sahəsinin alıcısı qismində iddiaçının adı keçməmiş, həmçinin qeyd edilən müqavilələrin predmetinin də hazırda mübahisəsi gedən torpaq sahələrinə heç bir aidiyyəti olmamışdır.
26. Bundan başqa, Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən təqdim edilmiş 4Ə-311-322, 4Ə324-329, 4Ə-332, 4Ə-333, 4Ə-460-465, 4Ə-471 reyestr nömrəli müqavilələrlə müəyyən edilmişdir ki, həmin müqavilələrin İddiaçı Bahadur qızına heç bir aidiyyəti yoxdur. Bundan əlavə Dövlət Aktında qeyd edilən müqavilələrin tarixi ilə arxivdə aşkarlanan müqavilələrin tarixi də tam fərqlidir.
27. Eyni zamand a, JN 2717 seriyalı, KOD 30320018 nömrəli Dövlət Aktında qeyd edilən 2717 E, 2717 F, 2717 N və 2717 O konturlarında olan torpaq sahələrinə dair iddiaçı ilə torpaq sahəsinin mülkiyyətçiləri arasında notariat qaydasında təsdiq edilmiş torpaq sahəsinin alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilələrə əsasən, sözügedən torpaq sahələrinə dair iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.
28. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, müqavilələr arxivə təhvil verilməsə də, arxivdən təqdim edilən müqavilələri nəzərdən keçirdikdə aydın olur ki, ən azından arxivdə aşkar edilməyən müqavilələrin tarixi reallığı əks etdirmir. Belə ki, JN 2715 saylı Dövlət Aktında istinad edilən bütün müqavilələrin tarixi xx.xx.2003-cü il qeyd edilsə də, 4Ə-465 saylı müqavilənin arxiv nüsxəsindən məlum olur ki, həmin reyestr nömrəsi ilə alqı-satqı müqaviləsi 30 dekabr 2003-cü il tarixdə bağlanmışdır. Başqa sözlə 4Ə-465 reyestr nömrəsi 2003-cü ilin dekabr ayında bağlanmış müqavilələrə verilmişdir. Belə olan halda 443-459, 4Ə-466-470, 4Ə-472 reyestr nömrəli müqavilələrin 2003-cü ilin iyul ayında bağlanması imkansızdır. Analoji hal digər Dövlət Aktında da rast gəlinmişdir. Bu isə Dövlət Aktında istinad edilən lakin arxivə təhvil verilməyən 4Ə-443-459, 4Ə-466-470, 4Ə-472 reyestr nömrəli və 4Ə-323, 4Ə-334-336 reyestr nömrəli müqavilələrinin də mötəbərliyini şübhə altına almış olur
29. Odur ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, JN2717 və JN 2715 seriyalı KOD 30320018 nömrəli torpağın mülkiyyətə verilməsinə d air Dövlət Aktlarındakı məlumatların həqiqiliyi – həqiqətən də, Aktda qeyd edilən torpaq sahələrinə dair ilkin mülkiyyətçilər ilə iddiaçı arasında Aktda qeyd edilən tarixdə notariat qaydasında alqı-satqı müqaviləsinin bağlanması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, eləcə də, Aktda göstərilən məlumatlar dövlət reyestrində saxlanılan məlumatlara uyğun olmadığından cavabdehin imtinası əsaslı olmuşdur.
30. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğun sayılmalıdır. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilən hüquq pozuntusuna əsaslanmır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzib ati Kollegiyasının 10 iyun 2022-ci il tarixli 2-1(105)-84/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyun 2022-ci il tarixli 2-1(105)-84/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.