Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1911/2020 13.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1911/2020) Açar sözlər: (apelyasiyanın mümkünlüyünün yoxlanılması, şikayətin surətinin digər proses iştirakçısına göndərilməsi) Bakı şəhəri xx xxxxxxx 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “qaraj tikmək üçün torpaq sahəs inin ayrılması” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-605/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı (bundan sonra iddiaçı) Bakı şəhəri Xətai rayonu, K.Kərimov küçəsi, 15C saylı mənzilin qarşısındakı boş ərazidə ona qaraj tikintisi üçün 6x8 kv.m torpaq sahəsinin ayrılması barədə ərizə ilə Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinə müraciət etmişdir.
2. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış M-80-126 saylı, xx.xx.2019-cu il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 59-cu maddəsinə əsasən, fərdi və kooperativ mənzil, bağ evləri və qaraj tikintisi üçün torpaq sahəsinin verilməsi bələdiyyə tərəfindən həyata keçirilir.
3. Bakı şəhəri Xətai rayon Xətai bələdiyyəsi tərəfindən iddiaçıya ünvanlanmış 01/34 saylı, xx xxxxxx 2019-cu il tarixli məktubda bildirilmişdir ki, fərdi qaraj tikintisi üçün torpaq sahəsinin ayrılması ilə əlaqədar xx xxxxxx 2019-cu il tarixli, 03/15 saylı ərizəyə bələdiyyənin Yerli büdcə və iqtisadi inkişaf məsələləri daimi komissiyasında baxılmış, Xətai rayon Xətai bələdiyyəsinə ehtiyat torpaq fondu ayrılmadığından və bələdiyyə torpaqlarına dair xəritə verilmədiyindən ərizənin müsbət həlli mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 3 ünvanında yaşadığı evin qabağında o lan boş torpaq sahəsindən İİ qrup müharibə əlili və Xətai rayonunun Fəxri vətəndaşı kimi ona qaraj tikmək üçün 6x8 kv.metr ölçüdə torpaq sahəsinin ayrılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1987-ci ildə keçmiş SSRİ-nin "X1 Raketçi Mühəndisləri" Hərbi Məktəbinə daxil olmuş, 1988-ci ildə başlanmış Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar təhsilini başa vurmadan 1991-ci ildə ölkəyə geri qayıtmışdır. Həmin tarixdən başlayaraq, həm yenicə yaranmaqda olan Milli Ordu quruculuğunda, həm də Zəngilan rayonunda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak etmiş, aldığı xəsarətlər nəticəsində 2-ci qrup müharibə əlili olmuşdur. İddiaçı ünvan 3 ünvanında yaşadığı ev in qabağında olan boş torpaq sahəsindən İİ qrup müharibə əlili və Xətai rayonunun Fəxri vətəndaşı kimi ona qaraj tikmək üçün 6x8 kv.metr ölçüdə torpaq sahəsinin ayrılması barədə Xətai rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmiş, lakin onun müraciətinə rəsmi olaraq münasibət bildirilməmişdir. 6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1179/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim: X.X.İmanov) iddia tələbi qismən təmin edilmiş, ünvan 4 ünvanında yaşadığı evin qarşısında yerləşən boş torpaq sahəsində qaraj tikintisinə icazə verilməsi ilə bağlı İddiaçı müraciəti üzrə məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, müvafiq inzibati aktın qəbul edilməsi barədə Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin üzərinə öhdəlik qoyulması qərara alınmışdır.
7. Məhkəmə hesab etmişdir ki, hazırki vəziyyətdə iddiaçıya qaraj tikintisi üçün torpaq sahəsinin ayrılması və ona müvafiq köməkliyin göstərilməsi və bununla bağlı zəruri araşdırmaların aparılması məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində həyata keçirilməsi mümkün olmadığına görə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh inzibati orqanın üzərinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyulmalıdır.
8. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-605/2020 nömrəli iş üzr ə xx xxxx 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: S.S.Seyidova, hakimlər: V.M.Ağayev və A.B.Nuriyeva) apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1179/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia rədd edilmişdir.
10. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyin tələbinə əsasən fərdi və kooperativ qarajların tikintisi üçün əvəzi ödənilməklə fiziki şəxslərin və kooperativlərin mülkiyyətinə yalnız bələdiyyələrin ehtiyat fondu torpaqlarından sahələr ayrıldığından və bələdiyyələrin ehtiyat fondu torpaqlarından sahələrin ayrılması bələdiyyələrin səlahiyyətinə adi olduğundan iddiaçıya qaraj tikmək üçün torpaq sahəsinin ayrılması ilə bağlı inzibati aktın qəbul edilməsi cav abdeh inzibati orqanın səlahiyyətləri daxilində deyil. Odur ki, cavabdeh inzibati orqanın üzərinə ünvan 4 ünvanında yaşadığı evin qarşısında yerləşən boş torpaq sahəsində qaraj tikintisinə icazə verilməsi ilə bağlı müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi qoyula bilməz.
11. Apelyasiya instansiyası məhkəməsinin qərarının iddiaçıya təqdim edilməsi barədə iş materiallarında hər hansı məlumat yoxdur.
12. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
13. Şikayətdə qeyd edilir ki, apelyasiya instansiya sı məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti iddiaçıya rəsmi təqdim edilməmişdir. Baxmayaraq ki, iddiaçı apelyasiya instansiyası məhkəməsinə dəfələrlə həmin şikayətin təqdim edilməsi üçün müraciət etmişdir. Şikayət müəllifi hesab edir ki, cavabdeh tərəfindən apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülmüş, apelyasiya instansiyası məhkəməsi isə bu halı gizlətmək məqsədi ilə şikayəti ona göndərməmişdir.
14. Daha sonra qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsi eyni ilə Xətai rayon İcra Hakimiyyəti kimi mövqe nümayiş etdirərək mübahisəni mübahisə predmeti ilə əlaqədar olmayan maddi hüquq normaları ilə tənzimləməyə çalışmışdır. Halbuki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən vətən qarşısı nda xidmətləri olan xüsusi kateqoriyalı şəxslərin hüquqları ilə bağlı normaları əsas götürmüşdür. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış məhkəmə icraatının iştirakçıları məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində onların iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şi kayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. İş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb etdiyindən hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələbləri pozulmuşdur.
20. İddiaçı kassasiya şikayətində cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin surətinin ona təqdim edilmədiyini, bununla da hüquqlarının pozulduğunu bildirir.
21. Azərbaycan Respublikasının İPM: Maddə 87.1. Apelyasiya instansiyası məhk əməsi daxil olmuş şikayətin surətini digər proses iştirakçılarına göndərir, proses iştirakçılarına şikayətin mahiyyəti ilə bağlı öz mülahizələrini bildirmək üçün imkan yaradır, qərarın qəbul edilməsi üçün zəruri olan digər müvafiq tədbirləri görür. Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının MPM: Maddə 134.1. Məhkəmə işdə iştirak edən şəxslərə aşağıdakı məhkəmə sənədlərini rəsmi qaydada verməlidir:... 134.1.8. apellyasiya şikayətinin surətini;... Maddə 135.2 Məhkəmə sənədləri məhkəməy ə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir.
22. İş materiallarında cavabdehin apelyasiya şikayətinin surətinin iddiaçıya göndərilməsi və ya təqdim edilməsi barədə hər hansı sübut mövcud deyil. Cavabdehin apelyasiya şikayətinin surətinin iddiaçıya təqdim edilməsi barədə məlumat olmadığı halda apelyasiya instansiyası məhkəməsi prosessual qanunvericiliyin tələblərini nəzərə almadan işə baxmış, bu zaman iddiaçının qanunla müəyyən edilmiş prosessual hüquqlarını pozmuşdur.
23. İddiaçının kassasi ya şikayətində mübahisələndirdiyi digər hal apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin cavabdeh tərəfindən ötürülməsi ilə bağlıdır.
24. Azərbaycan Respublikasının İPM-nin 85.1-ci maddəsinə görə, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində verilə bilər.
25. İş materiallarında olan birinci instansiya məhkəməsinin qərarının göndəriş məktubundan məlum olur ki, qərar xx xxxxxx 2019-cu il tarixdə 2-1(82)-1179/2020 saylı məktubla tərəflərə göndərilmişdir. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti isə xx xxxxxx 2020-ci il tarixdə poçta təhvil verilmişdir.
26. Apelyasiya instansiyası məhkəməsi şikayət verilən qərarın cavabdehə nə vaxt təqdim edilməsini, bunun da nəticəsində apelyasiya şikayəti verilməsi müddətinin ötürülü b - ötürülməməsini aydınlaşdırmamışdır.
27. Azərbaycan Respublikasının İPM: - Maddə 87.2. Apelyasiya instansiyası məhkəməsi apelyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. - Maddə 87.3. Apelyasiya mümkün sayılmadıqda apelyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. - Maddə 87.4. Apelyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apelyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir.
28. Kollegiya hesab edir ki, apelyasiya icraatı zamanı apelyasiya məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozulmuş, cavabdehin şikayəti üzrə apelyasiyanın mümkünlüyü yoxlanılmadan şikayətə mahiyyəti üzrə baxılmışdır. Halbuki, apelyasiyanın mümkünlüyü yoxlanılmadan şika yətə mahiyyəti üzrə baxılması yolverilməzdir.
29. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
30. Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-605/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.