Məhkəmə qərarları › İş №2-1(102)-1911/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1911/2022

24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1911/2022 24.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmə ti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) “Şamaxı rayon İcra Hakimiyyəti başçısının 21 iyul 2008-ci il tarixli 141 saylı sərəncamı ilə əvəzsiz olaraq ona verilmiş Şamaxı şəhəri 26 saylı məhəllədə yerləşən 144 kv. metr sahəsi olan qeyri-yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 iyun 2022-ci il tarixli, 2-1(105)-135/2022 nömrəli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Şamaxı rayon Şamaxı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə iddiaçıya Şamaxı Bələdiyyəsinin ehtiyat fondundan kommersiya “əl oyunları və ictimai iaşə xidməti” ilə məşğul olmaq üçün şəhərin 26 saylı məhəlləsində 515,0 kv.metr əvəzsiz olaraq torpaq sahəsi verilməsi qərara alınmışdır.

2. Şamaxı rayon İcra Hakimiyyəti başçısının birinci müavini N.Abdullayev, Memarlıq və tikinti şöbəsinin müdiri Ə.Musayev, Rayon İcra Hakimiyyəti başçısı aparatının mülkimüdafiə qərargahının rəisi A.Ələsgərov, Memarlıq və tikinti şöbəsinin məsləhətçisi F.Nağıyev, Rayon İcra Hakimiyyəti başçısının Şamaxı şəhəri üzrə nümayəndəsi S.Osmanov tərəfindən tərtib edilmiş 14 fevral 2008-ci il tarixli aktda Şamaxı şəhər sakini İddiaçı kommersiya məqsədilə ayrılmış 306 kv.m torpaq sahəsi H.Əliyev parkının yenidənqurulması və genişləndirilməsi ilə əlaqədar plana düşdüyü üçün, həmin ərazinin yaxınlığında yerləşən avtomobil məktəbinə məxsus qarajlar boşaldıqdan sonra binanın əvəzsiz olaraq İddiaçı verilməsi məqsədəuyğun olduğu göstərilmişdir.

3. Azərbaycan Respublikası Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin Respublika X4 Bürosunun 05 saylı, 21 aprel 2008-ci il tarixli qərarı ilə Şamaxı şəhərində Heydər Əliyev adına Parkın genişləndirilməsi məqsədi ilə əlavə olaraq 4000 kv.m sahənin və həmin sahədə yerləşən 1278,5 kv.m tikili və qurğuların Şamaxı rayon İcra Hakimiyyətinin balansına verilməsi qərara alınmışdır.

4. Şamaxı rayon İcra Hakimiyyəti başçısının 21 iyul 2008-ci il tarixli 141 saylı sərəncamı ilə Şamaxı şəhəri, S.Bəhlulzadə küçəsi, 01 saylı evdə yaşayan İddiaçı məxsus 306 kv.m torpaq sahəsi H.Əliyev parkının yenidən qurulması və genişləndirilməsi ilə əlaqədar parkın ərazisinə düşdüyü üçün, şəhərin 26 saylı məhəlləsində olan yararsız tikilinin əvəzsiz olaraq ona verilməsi qərara alınmışdır.

5. İddiaçı cavabdeh X2 qarşı iddiası üzrə Şamaxı rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(074)-50/2019 nömrəli qətnaməsi ilə iddiaçıya məxsus Şamaxı şəhəri, 26-cı məhəllədə olan torpaq sahəsinə cavabdehin adına verilmiş texniki pasportun “B” tikilisi və onun yerləşdiyi 144 kv.m torpaq sahəsi hissəsində ləğv olunması, cavabdehin həyətindən həmin tikiliyə olan qapı və nəfəsliyin cavabdeh tərəfindən hörülərək bağlanılması qət edilmişdir.

6. Cavabdeh tərəfindən Şamaxı rayon İcra və probasiya şöbəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda ünvan 2c ra vərəqəsinin icra olunduğu, cavabdeh X1 adına verilmiş texniki pasportda qeyd edilmiş “B” tikilisi və onun altında olan 144 kv.m torpaq sahəsi hissəsində ləğv edildiyi barədə arxiv sənədlərində müvafiq qeydlər aparıldığı bildirilmişdir.

7. İddiaçı sözügedən qeyri-yaşayış binası üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin xx.xx.2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məktubda göstərilir ki, müraciətlə bağlı aparılmış araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının qeydiyyata aldırmaq istədiyi qeyri-yaşayış binası vaxtilə Şamaxı şəhəri köhnə sürücülük məktəbinin bir hissəsi olmuşdur. Həmin tikilinin tikintialtı torpaq sahəsi 160.7m2 təşkil ed ir və torpaq sahəsi dövlət mülkiyyətinə aid edilmişdir. Qeyri-yaşayış binası yerində müayinə olunan zaman məlum olmuşdur ki, iddiaçı qeyri-yaşayış binasına bitişik, mülkiyyətində olan 213m2 olan torpaq sahəsinin üzərində fərdi yaşayış evi inşa etdirmişdir. Evin əsas divarının bir hissəsi qeyri-yaşayış binasının divarı ilə ortaqdır. Qeyri-yaşayış binasının və onun yerləşdiyi 160 kv.metr torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə dair hər-hansı bir sənəd təqdim edilməmişdir. Ona görə də, ərizənin icrasından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən imtina olunmuşdur. Məktubda göstərilir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8ci və 10-cu maddələri ilə Azərbaycan Respublikası Prezid entinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı ilə müəyyən edilmiş sənədlərdən biri Xidmətin 14 saylı Şamaxı Ərazi İdarəsinə təqdim edildiyi təqdirdə müraciətdə qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacaqdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şamaxı rayon İcra Hakimiyyəti başçısının 21 iyul 2008-ci il tarixli 141 saylı sərəncamı ilə əvəzsiz olaraq ona verilmiş Şamax ı şəhəri 26 saylı məhəllədə yerləşən 144 kv.metr sahəsi olan qeyri-yaşayış binasının (tikilinin) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçının tələbi onunla əsaslandırılmişdir ki, o, 19 iyul 2007-ci il tarixli ərizə ilə Şamaxı Bələdiyyəsinə müraciət edərək kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsi ayrılmasını xahiş etmişdir. Şamaxı Bələdiyyəsinin 23 iyul 2007-ci il tarixli 216 saylı qərarı ilə ona Şamaxı bələdiyyəsinin ehtiyat fondundan kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün şəhərin 26-cı məhəlləsində 515,0 kv metr əvəzsiz olaraq torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində bir il müddətində “əl oyunları və ictimai iaşə xidməti fəaliyyəti göstərdikdən son ra, 2008-ci il tarixdə Ulu öndər Heydər Əliyevin adını daşıyan parkın yenidənqurulması və genişləndirilməsi ilə əlaqədar olaraq, onun tikinti işlər aparmaq məqsədi ilə aldığı və istifadə etdiyi 306 kv.m torpaq sahəsi parkın ərazisinə düşmüşdür. Şamaxı rayon İcra Hakimiyyəti başçısının 21 iyul 2008-ci il tarixli 141 saylı sərəncamı ilə ona məxsus 306 kv.m torpaq sahəsi Heydər Əliyev parkının yenidən qurulması və genişləndirilməsi ilə əlaqədar parkın ərazisinə düşdüyü üçün, şəhərin 26 saylı məhəlləsində olan yararsız tikili əvəzsiz olaraq ona verilmişdir. Şəhərin 26 saylı məhəlləsində olan yararsız tikili əvəzsiz olaraq ona verildikdən sonra, qeyri-yaşayış binasının texniki pasportu xx.xx.2008-ci il tarixdə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən hazırlanm ışdır. Tikilinin ümumi sahəsindən 445 kv.m istismara yararsız olduğu üçün sökərək yerində 13,6 x 15,6 metr ölçüdə iki mərtəbəli, dam örtüyü mansardla olan yaşayış evi tikilməsinə icazə verilməsi üçün Şamaxı Rayon İcra Hakimiyyətinə müraciət etmişdir, icazənin məqsədəmüvafiqliyinə dair rayon İcra Hakimiyyətinin başçısının aparatının memarlıq və tikinti şöbəsinin rəyi nəzərə alınaraq, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısının 24 sentyabr 2010-cu il tarixli 29 saylı Sərəncamı ilə sözügedən yararsız tikilinin sökülərək yerində 13,6 x 15,6 metr ölçüdə iki mərtəbəli, dam örtüyü mansardla olan yaşayış evi tikilməsinə icazə verilmişdir. Hazırda həmin evi tikdirmiş, orada yaşayır və həmin evin ona məxsus olduğu cavabdehlər tərəfindən onun adına verilmiş RX seriyalı ******* nömrəli Çıxarışla da tə sdiq olunur. Yuxarıda qeyd etdiyi və hazırda iddia ərizəsinə əlavə etdiyi sənədləri ərizə ilə birlikdə DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə təqdim edərək, Şamaxı şəhəri ərazisində yerləşən qeyri-yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Lakin məhkəməyə təqdim etdiyi sənədləri onlara təqdim etsə də, heç bir səbəb olmadan 02 aprel 2021-ci il tarixdə onun müraciəti təmin etməkdən imtina etmişlər.

10. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə t utulmuş hüquqmüəyyənedici sənədlər əsasında, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən edilmiş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. İddiaçı müraciəti ilə bağlı aparılmış araşdırma zamanı məlum olmuşdur ki, qeydiyyata aldırmaq istədiyi qeyri-yaşayış binası vaxtilə Şamaxı şəhəri köhnə sürücülük məktəbinin bir hissəsi olmuşdur. Həmin tikilinin tikintialtı torpaq sahəsi 160,7 kv.m təşkil edir və torpaq sahəsi dövlət mülkiyyətinə aid edilmişdir. Qeyri-yaşayış binası yerində müayinə olunan zaman məlum olmuşdur ki, İddiaçı qeyri-yaşayış binasına bitişik mülkiyyətində olan 213 k v.m torpaq sahəsinin üzərində fərdi yaşayış evi inşa etdirmişdir. Evin əsas divarının bir hissəsi qeyri-yaşayış binasının divarı ilə ortaqdır. Qeyri-yaşayış binasının və onun yerləşdiyi 160 kv.m torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsinə dair hər hansı bir sənəd təqdim olunmamışdır. Ona görə də onun ərizəsinin icrasından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən imtina olunmuşdur.

11. Sumqayıt İnzibati Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2-1(118)-1043/2021 nömrəli qərarı ilə (hakim L.Mirzəyeva) iddia təmin edilərək Şamaxı rayon İcra Hakimiyyəti başçısının 21 iyul 2008-ci il tarixli 141 saylı sərəncamı ilə İddiaçı əvəzsiz olaraq verilmiş Şamaxı şəhəri 26 saylı məhəllədə yerləşən 144 kv.m sahəsi olan qeyri-yaşayış bin ası üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmuşdur.

12. Məhkəmə hesab etmişdir ki, iddiaçının sözügedən qeyri-yaşayış binası üzərində hüquqlarının qeydiyyata alınmasından imtina edilməsi üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə qeyd edilən əsaslardan hər hansı biri mövcud deyildir.

13. Cavabdeh və üçüncü şəxs ayrı-ayrılıqda həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişlər. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Sumqayıt Apellyasiya Məhkəməsinin İ nzibati Kollegiyasının 9 iyun 2022-ci il tarixli, 2-1(105)-135/2022 nömrəli qərarı ilə (hakimlər: Z.Məmmədov – sədrlik edən və məruzəçi, F.Məmmədov, H.Babayeva) apellyasiya şikayətləri təmin edilməmiş və Sumqayıt İnzibati Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli, 2-1(118)-1043/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh və üçüncü şəxs ayrı-ayrılıqda həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh kassasiya şikayətində qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən aşağıda qeyd olunan normaların tələb ləri pozulmuşdur: • “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 8.1-ci maddəsinin tələblərini pozaraq nəzərə almamışdır ki, Şamaxı şəhəri, 26 saylı məhəllədə yerləşən 144 kv.m qeyri-yaşayış binasının yerli icra hakimiyyəti orqanının balansında olmaqla dövlət mülkiyyətində olduğundan, onun özəlləşdirilməsi səlahiyyəti qanunvericiliyə əsasən Əmlak Məsələləri Dövlət Xidmətinə məxsusdur, deməli, mübahisənin predmeti olan qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində olmaqla həmin əmlak barəsində sərəncamvermə səlahiyyəti dövlətin adından satıcı qismində çıxış edən Əmlak Məsələləri Dövlət Xidmətinə məxsusdur. Şamaxı Rayon İcra Hakimiyyətinin iddianın predmeti olan qeyri-yaşayış binasını iddiaçının mülkiyyətinə vermək səlahiyyəti olmadığından, onun sərəncamı əsasında iddiaçının həmin əmlak üzərində hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alına bilməz. • “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.5-ci maddəsinin tələblərini pozaraq nəzərə almamışdır ki, Şamaxı Rayon İcra Hakimiyyətinin iddianın predmeti olan qeyri-yaşayış binasını iddiaçının mülkiyyətinə vermək səlahiyyəti olmadığından, onun sərəncamı əsasında iddiaçının həmin əmlak üzərində hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alına bilməzdi. Deməli, mübahisə predmeti olan əmlak yalnız dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunda nəzərdə tutulmuş qaydada dövlət əmlakının özəlləşdirilməsi və səlahiyyətli qurumun təqdim etdiyi müvafiq hüquqmüəyyənedici sənəd əsasında xüsusi mülkiyyətə keçə bilərdi. • “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinin tələblərini poz araq nəzərə almamışdır ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti orqanları tərəfindən dövlətə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar dedikdə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının 21 iyul 2008-ci il tarixli, 141 saylı sərəncamı deyil, sərəncamvermə səlahiyyətinə malik yeganə qurum olan Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamı hesab edilməlidir. Bununla bağlı isə Xidmət tərəfindən heç bir sərəncam verilməmişdir və işin materiallarında belə sərəncam mövcud deyil. • “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinin tələblərini pozaraq məhkəmə kollegiyası nəzərə almamışdır ki, mülkiyyət hüququnun dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkət dir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmişdir.

18. Üçünçü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti kassasiya şikayətində qeyd edir ki, məhkəmə qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qanunvericiliyi səhv təfsir etmişdir ki, bu da əsassız məhkəmə qərarının qəbul edilməsi ilə nəticələnmişdir. Belə ki, Şamaxı Rayon icr a Hakimiyyəti başçısının 21 iyul 2008-ci il tarixli 141 saylı sərəncamı ilə Şamaxı şəhəri, 26 saylı məhəllədə yerləşən tikili əvəzsiz olaraq iddiaçıya verilmişdir. Məhkəmə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının 21 iyul 2008-ci il tarixli 141 saylı sərəncamını mübahisəli qeyri-yaşayış sahəsinin üzərində iddiaçının mülkiyyət hüququnun yaranması üçün əsas kimi qəbul etsə də, həmin sərəncamın qanuni olub-olmamasına qiymət verməmişdir. Həmçinin, qüvvədə olan qanunvericiliyə əsasən Şamaxı Rayon İcra Hakimiyyətinin dövlət əmlakının vətəndaşa əvəzsiz olaraq vermək səlahiyyəti yoxdur. Mübahisənin predmeti olan qeyri-yaşayış sahəsi dövlət mülkiyyətində olmaqla həmin əmlak barəsində sərəncamvermə səlahiyyəti dövlətin adından satıcı qismində çıxış edən Əmlak Məsələləri Dövlət Xidmətinə məxsusdur. Şa maxı Rayon İcra Hakimiyyətinin iddianın predmeti olan qeyri-yaşayış binasını iddiaçının mülkiyyətinə vermək səlahiyyəti olmadığından, onun sərəncamı əsasında iddiaçının həmin əmlak üzərində hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alına bilməz.

19. Beləliklə də apellyasiya məhkəməsi “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 8.1, 15.1-ci maddələrin və Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci və 15.1.5-ci maddələrin tələblərini pozmuşdur. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam veril məsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qe ydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

22. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə” (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə ləğv edilmişdir) Maddə

17. Yerli icra hakimiyyətlərinin sərəncamında olan əmlakın tərkibi

1. Yerli icra hakimiyyətlərinin sərəncamında olan əmlakın tərkibinə Azərbaycan Respublikasının dövlət büdcəsindən (Naxçıvan Muxtar Respublikasında — Naxçıvan Muxtar Respublikasının büdcəsindən) ayrılan vəsaitlər və məqsədli fondların vəsaiti, dövlət yaşayış fondu, dövlət yaşayış fondunun evlərində qeyri-yaşayış binaları, mühəndiskommunikasiya, infrastruktur obyektləri (su kəmərləri, kanalizasiya təsərrüfatları, istilik təchizatı, elektrik təchizatı, qaz təchizatı, şəhər elektrik nəqliyyatı qurğuları və şəbəkələri, digər abadlıq obyektləri), istehlakçılara bilavasitə kommunal xidmətlər göstərən və yerli icra hakimiyyəti orqanlarının ərazisində yerləşən və qanunvericiliklə müəyyən edilmiş qaydada onların sərəncamına verilmiş digər əmlak daxildir.

2. Yerli icra hakimiyyətlərinin sərəncamında torpaq sahələri, təbii obyektlər, maliyyə aktivləri, qeyri-yaşayış binaları, müəssisələr, digər əmlak kompleksləri, təhsil, mədəniyyət, səhiyyə, idman müəssisələri, müvafiq ərazinin iqtisadi inkişafının, əhalinin kommunalməişət və sosial-mədəni tələbatının ödənilməsi üçün digər əmlak ola bilər Maddə

18. Yerli icra hakimiyyətlərinin sərəncamında olan əmlak barəsində sərəncam verilməsi və onun idarə edilməsi

1. Müvafiq yerli icra hakimiyyətlərinin sərəncamında olan obyektlər üzərində sərəncam verilməsi və onların idarə edilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə m üəyyən edilmiş qaydada həyata keçirilir.

2. Yerli icra hakimiyyəti başçısının:... 2) yerli icra hakimiyyətlərinin sərəncamında olan əmlak barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada və şərtlərlə hüquqi hərəkətlər etmək hüququ vardır.

23. İnzibati-Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə müba hisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul ed ə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassı zdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

27. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayət inin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, oxşar işlər üzrə formalaşmış Ali Məhkəmənin hüquqi mövqeyindən göründüyü kimi, daşınmaz əmlaka mülkiyyət hüququnun qeydiyyata alınması tələbinə baxan məhkəmələr ilk növbədə cavabdehin hərəkətlərinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci və 15-ci maddələrinin tələblərinə uyğun olub-olmadığını müəyyən etməlidir (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2020-c i il tarixli, 2-1(102)-1971/2020 nömrəli, xx.xx.2020-ci il tarixli, 2-1(102)-2231/2020 nömrəli qərarları).

30. Belə ki, sözügedən Qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir və Qanunun 8-ci maddəsi mülkiyyət hüququnun qeydə alınması əsaslarını, 15-ci maddəsi isə mülkiyyət hüququnun qeydə alınmasından imtinanın əsaslarını özündə əks etdirir. İnzibati orqanlar da öz növbəsində həmin əsaslardan biri olduğu halda hüquqların dövlət qeydiyyatına alınmasında imtina edə bilərlər.

31. İşə baxan apellyasiya instansiyası məh kəməsi də göstərilən hüquqi mövqeyə uyğun olaraq araşdırma aparmış və nəticədə müəyyən etmişdir ki, Şamaxı şəhəri 26 saylı məhəllədə yerləşən 144 kv.m sahəsi olan qeyri-yaşayış binası əvvəlcədən dövlət əmlakı deyil, Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin əmlakı olmuş, məhz həmin Cəmiyyət tərəfindən parkın genişləndirilməsi məqsədi ilə Şamaxı rayon İcra Hakimiyyətinin balansına verilmiş, iddiaçıya məxsus 306 kv.m torpaq sahəsi parkın yenidən qurulması və genişləndirilməsi ilə əlaqədar parkın ərazisinə düşmədiyi üçün xx.xx.2008-ci il tarixli 141 saylı sərəncamı ilə əvəzsiz olaraq iddiaçıya verilmişdir.

32. Bununla bağlı apellyasiya instansiyası məhkəməsi haqli olaraq qeyd etmişdir ki, hazırkı mübahisə ilə bağlı iddiaçının həmin inzibati akta (Şamaxı Rayon İcra Hakimiyyəti ba şçısının 21 iyul 2008-ci il tarixli 141 saylı sərəncamına), habelə cavabdeh inzibati orqanın inzibati praktikasına, onun davranışına etimad hüququ və bununla bağlı onun inzibati orqandan qanuni gözləntiləri də mövcud olmuşdur. Belə ki, iddiaçıya məhz həmin sərəncamla ayrılmış qeyri-yaşayış binasının bir hissəsinə, habelə sonradan həmin binanın yerləşdiyi ərazidə tikdiyi fərdi yaşayış evinə dair çıxarışların verilməsinə əsas kimi məhz Şamaxı Rayon İcra Hakimiyyəti başçısının 21 iyul 2008-ci il tarixli 141 saylı sərəncamı çıxış etmişdir.

33. Məhkəmə kollegiyası həmçinin, cavabdeh və üçüncü şəxsin kassasiya şikayətinin Şamaxı Rayon İcra Hakimiyyətinin qeyri-yaşayış binasını iddiaçının mülkiyyətinə vermək səlahiyyəti olmaması barədə təkrarlanan dəlilləri ilə bağlı xatırlardır ki, X.Mustafayeva nın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 19 noyabr 2021-ci il tarixli qərarına Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəyləri n alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrin ası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə mü vafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir”.

34. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin qərarı işığında hazırkı mübah isə ilə bağlı vurğulayır ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsinin bir hissəsindən dövlət maraqları naminə imtina etmiş, bunun müqabilində ona Şamaxı rayon İcra Hakimiyyətinin sərəncamı ilə hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmaq istədiyi daşınmaz əmlak verilmişdir. Şamaxı rayon İcra Hakimiyyətinin sərəncamı qanunla müəyyən olunmuş qaydada geri çağırılmamış, ləğv edilməmiş, dəyişdirilməmiş, hər hansı başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmişdir. Həmin sərəncam hüquqi qüvvəsini saxladığından və hüquqi cəhətdən etibarlı sayıldığından, qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində iddiaçının etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etdirmişdir.

35. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kas sasiya şikayətlərinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 iyun 2022-ci il tarixli, 21(105)-135/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar