Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1911/2024 07.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi; işə bərpa; iddianın mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “əmrin ləğvi və əvvəlki işinə bərpa edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 fevral 2024-cü il tarixli 2-1(104)-72/2024 nömrəli qərarından cav abdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı məxsus xidmət dəftərçəsindən görünür ki, İddiaçı xx.xx.2011 il tarixli əmr ilə kiçik çavuş, xx.xx.2011-ci il tarixli əmr ilə çavuş, xx.xx.2013-cü il tarixli əmr ilə baş çavuş, xx.xx.2019-cu il tarixli əmr ilə baş gizir rütbəsi verilmişdir. 2. xx.xx.2022-ci il tarixli vəsatətdən görünür ki, N nömrəli hərbi hissənin komandiri mayor Teymur Ağamalıyev tərəfindən Dövlət Sərhəd Xidməti rəisinin müavini X2 generalleytenant Araz Məmmədov qarşısında maddi-texniki təminat bölüyü nəqliyyatı taqımı minik maşınları qrupunun komandiri-sürücü baş gizir İddiaçı Azərbaycan Respublikası Silahlı X1 61-ci maddəsinin “i” bəndinə müvafiq olaraq, hərbi rütbədən məhrum edilməklə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılması üçün vəsatət qaldırmışdır. 3. xx.xx.2022-ci il tarixli, N nömrəli hərbi hissə komandanlığının keçirilmiş iclasının 4 nömrəli protokolundan görünür ki, keçirilmiş dinləmə iclasında iddiaçı davranışlarında sərhədçiyə yaraşmayan bir sıra nöqsanlara görə hərbi hissə rəhbərliyindən üzr istəyərək, bir də belə nöqsana yol verməyəcəyinə söz vermişdir. 4. xx.xx.2022-ci il tarixli raportdan görünür ki, iddiaçı Silahlı Qüvvələrin ehtiyatına buraxılması ilə əlaqədar şəxsi iş materiallarının Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinə göndərilməsi üçün göstəriş verilməsi ni xahiş etmiş və Silahlı Qüvvələrin ehtiyatına buraxılmağı ilə bağlı mərkəzi hərbi həkim komissiyasında şəhadətlənməyinə ehtiyacı olmadığını bildirmiş və şəxsi imzası ilə imza etmişdir.
5. Dövlət Sərhəd Xidməti rəisinin müavini - X3 xx.xx.2022-ci il tarixli, 82 ş/h nömrəli əmrindən görünür ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq baş gizir İddiaçı maddi-texniki təminat bölüyü nəqliyyat taqımı minik maşınları qrupunun komandirisürücü vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması və onunla bağlanılmış xx.xx.2019-cu il tarixli bağlaşma ləğv edilmişdir.
6. N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli, 028 saylı əmrindən görünür ki, baş gizir İddiaçı maddi-texniki təminat bölüyü nəqliyyatı taqımı minik maşınları qrupunun komandiri-sürücü vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı qüvvələrin ehtiyatına buraxılmış, xx.xx.2022-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminat normalarından çıxarılmaqla hərbi qeydiyyata götürülmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinə göndərilmişdir. 2022-ci ildə nəzərdə tutulmuş məzuniyyət müavinəti və maddi yardım müavinəti almamışdır. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək birdəfəlik pul müavinəti almağa layiq hesab edilməmişdir. xx.xx.2022-ci il tarixə qədər xidmət illəri 13 il 14 gün təşkil edir.
7. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti K adrlar Baş İdarəsinin xx.xx.2022-c il tarixli, 4/85-1404 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.
8. Məhkəmə Eksperiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/142 nömrəli ekspertiza rəyində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş, İddiaçı adından N nömrəli hərbi hissənin komandirinə ünvanlanmış raportun kserosurətində (xx.xx.2022-ci il tarixli, 77 nömrəli) “baş gizir İddiaçı” qrafasında əks olunmuş imza - İddiaçı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş işin 52-53-cü vərəqələrində olan xx.xx.2022-ci il tarixli təqdimatın kserosurətinin 2-ci vərəqinin aşağı hissəsində “baş gizir İddiaçı” qrafasında əks olunmuş imzanın - İddiaçı tərəfindən icra olunub-olunmamasını müyyən etmək mümkün olmadı. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏ HKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi və onun əvvəlki hərbi xidmətinə bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2010-cu il tarixdən X4 2006-cı hərbi hissəsində xidmətə başlamışdır. 2011-ci ilin mart ayından həmin 9-cu sərhəd zastavasında təminat qrup komandiri, 2014-cü ildən 2-ci komendatlığın birləşmiş anbar rəisi, 2016-cı il dən texniki nəzarət məntəqəsinin rəisi vəzifəsində çalışmışdır. 2017-ci il tarixindən qeyd olunan hərbi hissənin təminat bölüyü mühəndis yol tağımının istehkam qrupunun komandiri olmuşdur. 2018-ci ilin may ayında Qazax sərhəd dəstəsinin diviziyasında ezamiyyətdə olarkən “Məğrur”-1, “Məğrur”-2 postlarının alınmasında göstərdiyi nailiyyətlərinə görə xidmət rəisinin əmri ilə çavuş rütbəsindən baş gizir rütbəsinə layiq görülmüşdür. 2020-ci ilin oktyabr ayında N saylı hərbi hissədə toplantıda olmuşdur. Toplantıdan qayıtdıqdan sonra 207 nəfərlik könüllülər üzrə təminat qrup komandiri olmuşdur. 12 illik fasiləsiz və qüsursuz xidmət müddətində Dövlət Sərhəd Xidmətinin rəisi general polkovnik Elçin Quliyev tərəfindən qüsursuzluq medalı, 10 illik xidmətə görə və 3cü dərəcə qüsursuzluq medalı ilə təl tif olunmuşdur. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının “Hərbi vəzifə və hərbi xidmət” haqqında Qanunun 41.0.6-cı maddəsi ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Xidmətdən kənarlaşdırılmağı aşağıdakılarla əlaqələndirilmişdir. xx.xx.2022-ci il tarixdə o, xidmətdə olarkən hərbi hissənin komandiri mayor Teymur Ağamalıyev kartına yüklənən 40 (qırx) manat pulun izahını tələb etmiş, o isə, izahatında həmin məbləğin N saylı hərbi hissənin baş giziri Asif Abbasovun ona olan borcunun qaytarılması səbəbindən olduğunu bildirmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə N saylı hərbi hissənin baş giziri Asif Abbasov onların hərbi hissədə hərbi xidmətdə olan bacısı oğlu əsgər Ziya Quliyevə 40 manat borc verməyini mobil telefon vasitəsilə xahiş etmiş və o, həmin məbləği qeyd olunan ta rixdə ona vermişdir. Bu səbəbdən də N saylı hərbi hissənin baş giziri Asif Abbasov borc verdiyi 40 manat pulu onun kartına yükləmişdir. Bu barədə o və əsgər Ziya Quliyev öz ərizələrində bildirmişdir. Bundun başqa N saylı hərbi hissənin baş giziri Asif Abbasov da mobil telefon vasitəsilə göstərilənləri olduğu kimi hərbi hissənin komandiri mayor Teymur Ağamalıyevə bildirməklə təsdiq etmişdir. Bütün bunlara baxmayaraq mayor T.Ağamalıyev heç bir əsas olmadan qərəzli şəkildə onun təxris olunmağı barədə general-leytenant Araz Məmmədova həqiqətə uyğun olmayan məruzə etmiş və bunun əsasında onun xidmətə uyğunsuzluq maddəsi ilə təxris etmişlər. Hesab edir ki, barəsində verilmiş əmr əsassız və qaununsuzdur. Qeyd olunanların həqiqəti əks etdirmədiyini, 12 illik fasiləsiz və qüsursuz xidmət müddətində heç bir nöqsanın olmamasını, baş verənlərin qərəzli şəkildə ona qarşı haqsızlıq olmasını nəzərə alaraq xidməti fəaliyyətinin şəxsi nəzarətə götürülməklə ətraflı araşdırılması, hər hansı neqativ hallar aşkar edilərsə toplanmış sənədlərin hüquq-mühafizə orqanlarına təqdim olunması, göstərilənlərin təsdiq edilmədiyi halda onun xidmətə bərpa olunmağı barədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general polkovnik Elçin Quliyevə xahişlə müraciət etmiş, əks halda aidiyyəti məhkəmə orqanlarına müraciət etmək məcburiyyətində olduğunu bildirmişdir. Lakin, bu günədək heç bir araşdırma aparılmamış və ərizəsinə саvаb verilməmişdir.
11. Cavabdehin iddiaya yazılı etirazı onunla əsaslandırılmışdır ki, sabiq hərbi qulluqçu İddiaçı həqiqi hərbi xidmətdə olduğu vaxt Dövlət Sərhəd Xidməti rəisinin “Dövlət Sərhəd Xidməti əməkdaşlarının etik davranış qaydaları haqqında” xx.xx.2013-cü il tarixli, 49 nömrəli və “Hərbi qulluqçuların valideynləri ilə əlaqələrinin tənzimlənməsi barədə” xx.xx.2019-cu il tarixli, 1 nömrəli əmrinin tələblərini və şəxsi heyətlə davranış qaydalarını pozaraq müddətli hərbi qulluqçuların valideynləri ilə qeyri-xidməti məqsədlə əlaqədə olaraq özünə məxsus əmək haqqı kartına valideynlər tərəfindən müddətli həqiqi hərbi qulluqçulara çatacaq müəyyən məbləğdə pul vəsaitləri köçürülmüş və xidmət zamanı müddətli hərbi qulluqçularla davranış qaydalarını pozmuş, onlara qarşı nalayiq sözlərdən istifadə etmişdir. Xidmət etdiyi müddətdə dəfələrlə intizam pozuntularına yol vermiş və xidmət dövründə 5 halda intizam cəzası almış, lakin xidmətində dönüş etmədiyindən hər bi hissə komandiri mayor Teymur Ağamalıyevin vəsatəti ilə 12 yanvar 2022-ci il tarixdə komissiya qarşısına çıxarılmışdır. Komissiyanın iclasında baş gizir İddiaçı davranışlarında sərhədçiyə yaraşmayan yol verdiyi bir sıra nöqsanlara görə hərbi hissə rəhbərliyindən üzr istəyərək bir daha belə nöqsanlara yol verməyəcəyinə söz vermişdir. Komissiya nəticəsində hərbi qulluqçunun hərbi rütbədən məhrum edilməklə Silahlı Qüvvələrin ehtiyatına buraxılması barədə qərar qəbul edilmişdir. Baş gizir İddiaçı komissiya iclasının protokolu ilə tanış olmuş və protokolun məzmunu öz imzası ilə təsdiq etmişdir. Bundan əlavə hərbi qulluqçu 13 yanvar 2022-ci il tarixdə raportla hərbi hissə komandirinə müraciət edərək Silahlı Qüvvələrin ehtiyatına buraxılmağı ilə əlaqədar şəxsi işini Azərbaycan Respublikası SHXÇ X-nin Ağstafa rayon şöbəsinə göndərilməsini xahiş etmiş, həmçinin mərkəzi hərbi həkim komissiyasında şəhadətlənməyinə ehtiyacı olmadığını bildirmişdir. Komissiyanın yekun rəyinə əsasən hərbi hissə komandiri mayor Teymur Ağalarovun təqdimatına əsasən Dövlət Sərhəd Xidməti rəisinin müavini, X3 02 fevral 2022-ci il tarixli, 82 ş/h nömrəli əmri ilə baş gizir İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Qeyd olunan müvafiq əmr hərbi qulluqçuya elan edilərək xx.xx.2022-ci il tarixdə təyinat vərəqəsi verilmişdir. Hərbi qulluqçu xx.xx.2022-сi il tarixdə N nömrəli hərbi hissənin “Təyinatların qeydiyyatı kitabı”na imza edərək təyinat vərəqəsini götürmüşdür.
12. Gəncə İnzibati Məhkəməsinin (hakim E.T.Axundov) e-2-1(114)-68/2023 saylı xx.xx.2023-cü tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “əmrin ləğv edilməsi və əvvəlki işinə bərpa edilməsi” barədə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.
13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı hərbi xidmətə uyğun olmadığından, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq “Hərbi vəzifəvə hərbi xidmət haqqında” Əsasnamənin 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır.
14. İddiaçı apellyasiya şikayəti verərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü tarixli, e-2-1(114)-68/2023 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
15. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.V.Bayramov (sədrlik edən və məruzəçi), R.Z.Mamedov və A.V.İsgəndərova) 2-1(104)72/2024 saylı, 6 fevral 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü tarixli, e-2-1(114)-68/2023 saylı qərarı ləğv edilmiş, yeni qərar çıxarılaraq iddia tələbi təmin edilmiş, Dövlət Sərhəd Xidməti rəisinin müavini X3 xx.xx.2022-ci il tarixli, 82 ş/h nömrəli əmrinin ləğv edilməsi və İddiaçı əvvəlki hərbi xidmətinə bərpa olunması qərara alınmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qərarında qeyd etmişdir ki, mübahisələndirilən əmr qəbul edilərkən “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin tələblərinə əməl edilməmişdir. Belə ki, Əsasənamənin 161-ci bəndinə əsasən, həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Lakin iş materialları ilə iddiaçının hərbi xidmətdən ehtiyata buraxılmaya iki ay qalmış xəbərdar edilməsi müəyyən edilmir.
17. Bundan başqa, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 162-ci bəndinə əsasən, hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və v axtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən Əsasnamənin bu maddəsinin tələblərinə riayət edilməmişdir. Belə ki, iddiaçının hərbi xidmətdən ehtiyata buraxılışı haqqında cavabdeh orqan tərəfindən söhbət aparılması müəyyən edilmir. Odur ki, iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasına səbəb olan hal(lar) və həmin halları təsdiq edən mötəbər sübutlar təqdim edilmədiyindən, həmçinin yuxarıda qeyd edilənlərə əsasən, Dövlət Sərhəd Xidməti rəisinin müavini - X3 xx.xx.2022-ci il tarixli, 82 ş/h nömrəli əmri ləğv edilməli və iddiaçı hərbi xidmətə bərpa olunmalıdır.
18. Cavabdeh kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(104)-72/2024 nömrəli qərarının ləğv edilərək, iddiaçının tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
19. Kassasiya şikayəti onunla əsaslandırı lmışdır ki, əvvəla iddia müddəti ilə bağlı bildimək istəyirlər ki, Gəncə İnzibati Məhkəməsi iddia müddəti keçmiş ərizəni heç bir əsas olmadan qanunvericiliyin tələbini pozaraq icraata qəbul etmiş və mahiyyəti üzrə baxmışdır. İddia müddətinin ötürülməsi ilə bağlı cavabdeh tərəfindən münasibət apellyasiya şikayətinə dair təqdim olunmuş etirazda qeyd edilmişdir. Təkrarən qeyd edirlər ki, İddiaçı xx.xx.2022-ci il tarixdə N nömrəli hərbi hissənin “Təyinatların qeydiyyatı kitabı”na imza edərək təyinat vərəqəsini götürmüşdür. R.X5 məhkəməsinə isə 04 may 2022-ci il tarixdə iddia ilə müraciət etmişdir. Lakin məhkəmə qeyd etdiklərinə məhəl qoymayaraq qanunsuz qərar qəbul etmişdir. Qanunun tələbindən də göründüyü kimi xidməti uyğunsuzluq yəni hərbi qulluqçu xidmət etdiyi dövrdə hərbi nizamnamələrin, xidməti təlimatların tələblərini bilməli və gündəlik fəaliyyətində həmin tələbləri rəhbər tutmalı olmağı əvəzinə, əksinə şəxsi heyətlə davranış qaydalarını pozmuş, onlara qarşı nalayiq sözlər istifadə etmiş, hərbi qulluqçuya yaraşmayan hərəkətlərə yol vermişdir. Yol verdiyi nöqsanlarla bağlı dəfələrlə intizam cəzası almış, iradlardan nəticə çıxarmamış, tutduğu vəzifədə ona göstərilən etimadı doğrultmamışdır. Xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə, İddiaçı 5 halda intizam cəzası ilə intizam məsuliyyətinə cəlb edilmişdir. Bütün bu hallar məhkəmə iclasında bildirilmiş və sənədlər təqdim olunmuşdur. Lakin məhkəmə qərar qəbul edərkən bu halları nəzərə almamış və mötəbər sübut kimi qəbul etməmişdir. Halbuki bu cəzalar iddiaçının intizamsız, aldığı cəzalardan nəticə çıxarmayan hərbi qu lluqçu olduğunu açıqaydın göstərir. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş 13 yanvar 2022-ci il tarixli raportdan da görünür ki, o, Silahlı Qüvvələrin ehtiyatına buraxılmağı ilə əlaqədar şəxsi iş materiallarının Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinə göndərilməsi üçün müvafiq göstəriş verilməsini və ehtiyata buraxılmağı ilə bağlı mərkəzi hərbi həkim komissiyasında şəhadətləndirilməyə ehtiyacı olmadığını bildirir. Raportdana da göründüyü kimi İddiaçı etdiyi qanunsuzluqların fərqindədir və xx.xx.2022-ci il tarixdən hər bir hal barədə məlumatlıdır və etdiyi əməllərin nəticələrini qəbul edir və nəticələrlə razılaşaraq raport təqdim edir. İddiaçının hazırki tələbi əsassızdır. Belə ki, o işlədiyi vəzifənin icrasını düzgün təşkil etməmiş, müvafiq təlimatların və nizamnamələrin tələblərinə riayət etməmiş, davranışlarında sərhədçiyə yaraşmayan yol verdiyi bir sıra nöqsanlara görə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.6-cı maddəsinə əsasən (xidməti uyğunsuzluğa görə) Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Lakin məhkəmə yuxarıda qeyd edilən hallara düzgün qiymət verməmiş, İddiaçı xidmət etdiyi dövrdə etdiyi nöqsanları gözardı etmiş, iddiaçının qeyd olunan maddə ilə ehtiyata buraxılmasını əsassız saymışdır. Məhkəmə bu iddia tələbi üzrə araşdırmanı birtərəfli qaydada aparmış və sübutlara qiymət verməyərək düzgün nəticəyə gəlməmişdir. Həmçinin məhkəmə iddia müddəti keçmiş ərizəni icraata qəbul edərək mahiyyəti üzrə qərar qəbul etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə N nömrəli hərbi hissənin “Təyinatların qeydiyyatı kitabı”na imza edərək təyinat vərəqəsini götürmüşdür. R.X5 məhkəməsinə isə 04 may 2022-ci il tarixdə iddia ilə müraciət etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, cavabdeh orqanın etirazının əsası kimi göstərdiyi hallar mövcud olduğu halda, yəni əgər iddia edildiyi kimi iddiaçı tərəfindən hərbi qulluqçunun valideynləri ilə qeyri-xidməti məqsədlə əlaqə yaradaraq onu məxsus əmək haqqı kartına həmin şəxslər tərəfindən hər hansı məbləğdə pul vəsaitinin köçürülməsi ilə bağlı məlumat olduğu halında, bununla bağlı hərbi hissənin komandanlığı tərəfindən müvafiq hüquq-mühafizə orqanlarına məlumat verilməli və yaxud xidmətin təhqiqat orqanları tərəfindən fakt üzrə müvafiq araşdırma aparılmalı idi, lakin təqdim olunmuş iş materialları ilə qeyd olunan halların mövcudluğu müəyyən edilmir. Eyni zamanda kassasiya şikayətində məhkəmənin gedişi barədə məlumatsız olmaları və iddiaçı barəsində 5 halda intizam tənbehi tədbiri görülməsinə dair qeyd etmək istəyir ki, bu səbəblər əsassızdır. Belə ki, cavabdeh inzibati orqanın nümayəndələri məhkəmə iclaslarında iştirak etmiş, məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmışlar. Hərbiçiyə intizam tənbehi verilməsi barədə şikayətdə qeyd olunanlardan sonra iddiaçı bir neçə dəfə nizamlı hərbiçi olaraq mükafatlandırılmış, şəxsi şücaətinə görə medalla təltif olunmuş və ona növbədənkənar baş gizir rütbəsi verilmişdir. Odur ki, məhkəmə kollegiyası iş üzrə düzgün nəticəyə gələrək hesab etmişdir ki, iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasına səbəb olan hal(lar) və həmin halları təsdiq edən mötəbər sübutlar təqdim edilmədiyindən, həmçinin yuxarıda qeyd edilənlərə əsasən, Dövlət Sərhəd Xidməti rəisinin müavini - X3 xx.xx.2022ci il tarixli, 82 ş/h nömrəli əmri ləğv edilməli və iddiaçı hərbi xidmətə bərpa olunmalıdır. Bu səbəbdən də qeyd etmək istəyir ki, kassator Dövlət Sərhəd Xidmətinin kassasiya şikayəti əsassızdır və təmin oluna bilməz. Bundan başqa qeyd etmək istəyir ki, cavabdeh tərəfindən kassasiya şikayəti müddət ötürülməklə verilmişdir. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-72/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı xx.xx.2024-cü il tarixdə elekron məhkəmə portalına daxil edilmiş, lakin kassasiya şikayəti xx.xx.2024-cü il tarixdə verilmiş, müddətin buraxılmasının üzürlü sayılmasına dair ərizə təqdim edilməmişdir. Yəni elektron sistemə daxil olunduğu vaxtdan 30 gün müddətində verilməli idi. Ona görə də hesab edir ki, şikayət qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülməklə verilməsi nəzərə alınmalıdır. Qeyd olunanları, məhkəmə kollegiyasının iş üzrə düzgün nəticəyə gəlməsini və qanunvericiliyin tələblərini nəzərə alaraq cavabdehin kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri il kin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutla rla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.... 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahis ələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə pr oses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsa slılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır.
26. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi, iddia müddətlərinə riayət edilib-edilməməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiay a mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur.
27. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.
28. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır.
29. Hazırkı iş üzrə iddiaçı tərəfindən cavabdehin onun ehtiyata buraxılması barədə xx.xx.2022-ci il tarixli əmri mübahisələndirilir. Həmin əmr inzibati akt hesab edildiyindən, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir.
30. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.
31. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-72/2024 saylı, 6 fevral 2024-cü il tarixli qərarı ilə İddiaçı apellyasiya şikayətini təmin etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü tarixli, e-2-1(114)-68/2023 saylı qərarını ləğv etmiş, iddia tələbi təmin edilmiş, Dövlət Sərhəd Xidməti rəisinin müavini - X3 xx.xx.2022-ci il tarixli, 82 ş/h nömrəli əmrinin ləğv edilməsi və İddiaçı əvvəlki hərbi xidmətinə bərpa olunması qərara alınmışdır.
32. Apellyasiya məhkəməsi hesab etmişdir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir.
33. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ha zırkı iddia ilə birinci instansiya məhkəməsinə 4 may 2022-ci il tarixdə müraciət etmiş, halbuki iddiaçı ehtiyata buraxılması barədə əmrdən çıxarış ilə xx.xx.2022-ci il tarixdə tanış olmuş və “Təyinatların qeydiyyatı kitabı”na imza edərək təyinat vərəqəsini götürmüşdür (iş səh. 57-58).
34. İş materiallarından görünür ki, iddiaçı İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilmiş məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) gün müddətini buraxmış, yəni iddia müddətini 3 aya yaxın ötürərək məhkəməyə iddia ilə müraciət etmiş, buna görə də onun bərpası barədə birinci instansiya məhkəməsinə ərizə vermişdir (iş 19-20).
35. Birinci instansiya məhkəməsinin 30 avqust 2022-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən buraxılmış prosessual müddət bərpa edilmişdir.
36. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı buraxılmış iddia müddətinin bərpa edilməsi barədə ərizə versə də, məhkəməyə iddia müddətinin üzrlü səbəbdən buraxılmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. İddiaçının qanunla müəyyən edilmiş müddətdə iddia qaldırmaq imkanını mümkünsüz edən və onun iradəsindən aşkar surətdə kənara çıxan hər hansı hal da müəyyən edilmir.
37. Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh iddiaya dair etirazında iddiaçı tərəfindən iddia müddətinin buraxılmasına xüsusi yer ayırmış və bunu ayrıca dəlil olaraq vurğulamışdır (iş səh.46).
38. Lakin aşağı instansiya məhkəmələri cavabdehin sözügedən dəlilini ümumiyyətlə nəzərə almamış, onu araşdırmamış və nəticə etibarı ilə də hüquqi qiymət verməmişdir.
39. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayə ti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin 6 fevral 2024-cü il tarixli 2-1(104)-72/2024 nömrəli qərarı ləğv edilməli, iddiaçının iddiası mümkün sayılmamalıdir.
40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 fevral 2024-cü il tarixli 21(104)-72/2024 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “əmrin ləğvi və əvvəlki işinə bərpa edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərar qətidir