Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1911/2025 28.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (qərarın ləğvi; hesablama metodu) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Məhdud Məsuluiyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üz rə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 30 yanvar tarixli, 2-1(104)-150/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdeh inzibati orqana 2023-cü il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmişdir. Cavabdeh tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli məktubla iddiaçıdan xx.xx.2024-cü il tarixdə təqdim olunmuş bəyannamədə ümumilikdə 1.530.235,02 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən olunduğundan, kameral vergi yoxlamasının aparılması üçün zəruri s ənədlərin təqdim edilməsi tələb olunmuşdur. Bundan sonra iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdeh vergi orqanına 2023-cü il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmişdir. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024-cü il tarixli **********674600 saylı qərarına əsasən “Himalay" MMC-yə 2023-cü ilin mənfəət vergisi üzrə 215.163,24 manat əlavə vergi hesablanmış və hesablamanın əsası kimi 1.530.235,02 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin müəyyən edilməsi göstərilmişdir.
2. Cavabdeh tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli məktubla iddiaçıdan xx.xx.2024-cü il tarixdə təqdim olunmuş b əyannamədə ümumilikdə 454.418,82 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən olunduğundan, kameral vergi yoxlamasının aparılması üçün zəruri sənədlərin təqdim edilməsi tələb olunmuşdur. Bundan sonra iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdeh vergi orqanına 2023-cü il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmişdir. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********059200 saylı qərarına əsasən “Himalay" MMCyə 2023-cü ilin mənfəət vergisi üzrə 90.883,76 manat əlavə vergi hesablanmış və hesablamanın əsası kimi 454.418,82 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin müəyyən edilməsi göstərilmişdir.
3. Cavabdeh tərəfindən “Kamer al vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli məktubla iddiaçıdan xx.xx.2024-cü il tarixdə təqdim olunmuş bəyannamədə ümumilikdə 1.146.450,18 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən olunduğundan, kameral vergi yoxlamasının aparılması üçün zəruri sənədlərin təqdim edilməsi tələb olunmuşdur. Bundan sonra iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdeh vergi orqanına 2023-cü il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmişdir. Daha sonra cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024-cü il tarixli 3-21-2-20/2-2013/2024 saylı qərarına əsasən “Himalay" MMC-yə 2023-cü ilin mənfəət vergisi üzrə 215.163,24 manat əlav ə vergi hesablanmış və hesablamanın əsası kimi 1.146.450,18 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclərin müəyyən edilməsi göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı MMC cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024-cü il tarixli **********674600 nömrəli və xx.xx.2024- cü il tarixli **********059200 nömrəli qərarlarının ləğv edilməsini xahiş etmişdir.
5. İddiaçı MMC xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ünvanlayaraq, 14 saylı Ərazi Vergilər İd arəsinin xx.xx.2024-cü il tarixinli **********674600 saylı və xx.xx.2024-cü il tarixli **********059200 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarlarının ləğv edildiyini və 2023-cü ilin mənfəət vergisi üzrə xx.xx.2024-cü il tarixli 3-21-2-2-20/2- 2013/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın qəbul edildiyini, həmin qərara əsasən iddiaçıya 286912.02 manat məbləğində mənfəət vergisi hesablandığını bildirmiş və xx.xx.2024-cü il tarixli 3-21-2-2- 20/2-2013/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir.
6. İddiaçı tələbini o nunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə (VÖEN), ünvan 1 ünvanına malik olmaqla dövlət qeydiyyatına alınmışdır. xx.xx.2022- ci il tarixdən əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınmış, əsas fəaliyyət növünün "tikinti materiallarının topdan satışı"ndan ibarət olduğu, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 200 kv.m. olan "Anbar" adlı təsərrüfat subyektinin (obyektinin) (obyektin kodu: **********-16002), ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 300 kv.m. olan "Beton Zavod" adlı təsərrüfat subyekti (obyektinin) (obyektin kodu: **********-16001) uçota alınmışdır. 2023-cü ilin mənfəət vergisi üzrə 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli, **********674600 saylı qərarına əsasən "xxxx" MMC-yə "Vergilərin, sosial sığorta və işsizli k sığortası haqlarının hesablanması barədə" qərara əsasən 215177.26 manat, xx.xx.2024-cü il tarixli, **********059200 saylı Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərarına əsasən isə əlavə olaraq 90883.76 manat vergi məbləği hesablanılmışdır. Hesablanılmış vergi məbləği ilə razı deyillər və bununla bağlı bütün sənədləri vergi orqanına inzibati şikayət edərək bildirmişlər. Şirkət Bakı şəhərində sement məhsullarının topdan və pərakəndə satışı və beton markalarının satışı ilə məşğul olur. Sement məhsullarını "X1 Zavodu" MMC-nin Qazax rayonunda yerləşən zavodundan alırlar. Aldıqları sementin Bakı şəhərinə daşınması üçün "xxxx" MMC (VÖEN **********) arasında xx.xx.2022-ci il tarixli 08/2022 saylı alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 2 saylı əlavəsinə əsasən alınmış sementin Qazax rayonundan Bakı şəhərinə daşınması üçün 1 tonun qiyməti 25 manat müəyyən olunmuşdur. Müqavilə şərtlərinə əsasən 2023-cü il ərzində müəssisə tərəfindən "X1 Zavodu" MMC-dən 66757.6 ton sement alınaraq Bakı şəhərində satışı həyata keçirilmişdir. Müqavilə şərtlərinə və tərəflər arasında bağlanılmış üzləşmə aktına əsasən daşıma xərci ilə bağlı olaraq "xxxx" MMC-nin "xxxx" MMC-yə ******* manat (66757.6 ton sement x 25 manat daşıma xərci) borcu yaranmış və bu borc məbləği hər iki tərəf tərəfindən təsdiq edilmişdir. Eyni zamanda cavabdeh tərəfindən əsassız olaraq dövr ərzində gəlirlərin məbləği 8681857.83 qeyd edilmişdir. Halbuki, elektron qaimə fakturalara əsasən 2023-cü il ərzində cəmiyyətin gəliri 8407928.23 manat təşkil etmişdir. Gəlirlərin 273929.6 manat məbləğində artırılmasının nəyin hesabına baş verməsi əsaslandırılmamışdır. Bundan əlavə olaraq iş üzrə xx.xx.2024-cü il tarixində kameral uyğunsuzluq məktubu göndərilmiş və onun əsasında xx.xx.2024-cü il tarixli, **********674600 saylı qərarına əsasən "xxxx" MMC-nə "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərar qəbul edilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixli uyğunsuzluq məktub göndərilərək xx.xx.2024-cü il tarixli, **********059200 saylı Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərar qəbul edilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli bəyənnamə üzrə kameral yoxlama keçirilərək, xx.xx.2024-cü il tarixli qərar qəbul edilmiş, vergi ödəyicisi tərəfindən heç bir dəqiqləş miş bəyənnamə verilmədiyi halda, xx.xx.2024-cü il tarixli uyğunsuzluq məktubu göndərilərək, xx.xx.2024- cü il tarixində eyni iş üzrə 2-ci kameral hesablama barədə qərar qəbul edilmişdir ki, bu da VMnin 37.2 və 37.3-cü maddələrinə ziddir. Müəssisə maliyyə hesabatlarını hesablama metodu ilə aparır. Xərclərin 2023-cü il ərzində çəkilməsi ilə bağlı müqavilə, təhvil-təslim aktları, daşımaya dair yol vərəqələri mövcuddur. Qeyd olunan hallarla bağlı olaraq Dövlət Vergi Xidmətinə xx.xx.2024-cü il tarixindən inzibati şikayət etsələr də, hələ də şikayətə baxılaraq qərar qəbul edilməmişdir birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Gəncə İnzibati Məhkəməsinin (hakim G.Əliyeva) 2024-cü il 29 oktyabr tarixli, e2-1(114)-3340/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikas ı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024cü il tarixli 3-21-2-20/2- 2013/2024 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır.
8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tikinti materiallarının topdan satışı fəaliyyəti ilə məşğuldur. Sement məhsullarını "X1 Zavodu" MMC-nin Qazax rayonunda yerləşən zavodundan alırlar. Aldıqları sementin Bakı şəhərinə daşınması üçün "xxxx" MMC (VÖEN **********) arasında xx.xx.2022-ci il tarixli 08/2022 saylı alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 2 saylı əlavəsinə əsasən alınmış sementin Qazax rayonundan Bakı şəhərinə daşınması üçün 1 tonun qiyməti 25 manat müəyyən olu nmuşdur. Müqavilə şərtlərinə əsasən 2023-cü il ərzində müəssisə tərəfindən "X1 Zavodu" MMC-dən 66 757.6 ton sement alınaraq Bakı şəhərində satışı həyata keçirilmişdir. Müqavilə şərtlərinə və tərəflər arasında bağlanılmış üzləşmə aktına əsasən daşıma xərci ilə bağlı olaraq "xxxx" MMC-nin "xxxx" MMC-yə 1 668 940 manat (66 757.6 ton sement x 25 manat daşıma xərci) borcu yaranmış və bu borc məbləği hər iki tərəf tərəfindən təsdiq edilmişdir. Mübahisənin mahiyyəti “X1 Zavodu” MMC-dən alınan sement məhsullarının daşınmasına çəkilən xərclərlə bağlıdır. Belə ki, cavabdeh inzibati orqan iddiaçının yuxarıda qeyd olunan daşıma ilə bağlı xərclərini nəzərə almamışdır. Lakin "xxxx" MMC ilə bağlanılmış sement məhsullarının alqı-satqı müqavilələrində belə daşımaların həyata keçirilməsinin dəyərinin ödənil məsi məhz iddiaçının üzərinə qoyulmuşdur və qarşılıqlı üzləşmə aktı ilə iddiaçı öhdəliklərini qəbul etmişdir.
9. İddiaçı vergi uçotunu hesablama metodu ilə həyata keçirir və 2023-cü il üzrə mənfəət vergisi bəyannaməsini də hesablama metodu ilə təqdim etmişdir. Hesablama metodunun mahiyyəti baxımından, xərclərin çəkilməsi öhdəliyinin yarandığı vaxt nəzərə alınmalıdır. Yəni iddiaçı "xxxx" MMC ilə alqı-satqı müqaviləsi bağlamış və sement məhsullarının daşınmasına görə xərclərin çəkilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Malların daşınmasına dair elektron qaimə-fakturanın təqdim edilməməsi özlüyündə pozuntu hesab olunsa da, hazırkı mübahisəyə münasibətdə iddiaçının xərclərinin tanınmasını və qəbul olunmasını istisna etmir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə bağlanılmış sement məh sullarının daşınmasına görə alqı-satqı müqaviləsində sifarişçinin (hazırkı iş üzrə iddiaçının) ödəməni həyata keçirməsi hər hansı şərtlə əhatə olunmamış, həmçinin öhdəliklərin məbləği dəqiq müəyyən olunmuşdur. Bu baxımdan, iddiaçı hesablama metodu tətbiq etdiyi və müqavilə üzrə ödəmə öhdəliyi daşıdığı üçün, həmin məbləğin ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin məbləği xərclərdə əks etdirməsi qanunauyğun hesab olunmalıdır.
10. Həmçinin iddiaçı barəsində cavabdehin qərarı əsasında kameral vergi yoxlaması keçirilmiş və 2023-cü ilin mənfəət vergisi həmin yoxlama ilə əhatə olunmuşdur. İddiaçı haqlı olaraq bildirmişdir ki, həmin ildə də eyni qaydada fəaliyyət göstərmiş (daşımanı həyata keçirən şəxslə müqavilə 2022-ci ildə bağlanmışdır) və cavabdeh tərəfindən qeyd olunan qaydada daşıma xərclərinin çəkilməsinə hər hansı etiraz bildirilməmiş və qəbul edilmişdir. Bundan başqa, elektron qaimə fakturalara əsasən 2023-cü il ərzində cəmiyyətin gəliri 8407928.23 manat təşkil etdiyi halda, cavabdeh vergi orqanı tərəfindən 2023-cü il ərzində iddiaçının gəlirlərinin məbləğinin 8681857.83 manat olması qeyd edilmişdir. Lakin iddiaçının gəlirlərinin 8407928.23 manat deyil, 8681857.83 manat olmasına, başqa sözlə 273929.6 manat məbləğində gəlirin mövcudluğuna dair hər hansı sənəd-sübut cavabdeh tərəfindən təqdim edilməmişdir.
11. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər R.Ma medov /sədrlik edən və məruzəçi/, A.Bayramov, A.İsgəndərova) Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 30 yanvar tarixli, 2-1(104)-150/2025 nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 2024-cü il 29 oktyabr tarixli, e-2-1(114)-3340/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh həmin qərardan kassasiya şikayətİ verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
15. Cavabdehin kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edi r. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyənedilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərinxüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydınolmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 13.2.37. Sahibkarlı q fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsasməqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam vəvaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə
24. Vergi orqanlarının vəzifələri 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinənəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə vəmüdafiə etməyə;. 24.1.12. bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarıilə vergi orqanlarının təyinatına uyğun olaraq müəyyən edilmiş digər vəzifələri həyata keçirməyə borcludur. Maddə
36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi... 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləridüzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə
53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericil iyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 134. hesablama metodundan istifadə edilərkən gəlirin və xərcin uçotu qaydası hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. Maddə 135. hesablama metodundan istifadə olunarkən gəlirin ə ldə edilməsi vaxtı 135.1. Müvafiq məbləğ vergi ödəyicisinə qeyd-şərtsiz ödənilməlidirsə, yaxudvergi ödəyicisi əqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirmişdirsə, bu vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır. 135.2. Vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, gəlir onualmaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilmiş sayılır. 135.3. Vergi ödəyicisi gəlir əldə edirsə və ya onun faiz gəliri, yaxud əmlakınicarəyə verilməsindən gəlir əldə etmək hüququ vardırsa, borc öhdəliklərinin və ya icarə müqaviləsi üzrə ödəmənin müddətinin qurtardığı vaxt gəlir almaq hüququnun əldə edildiyi vaxt sayılır. Borc öhdəliyinin və ya icarə müqaviləsi üzrə ödəmənin müddəti bir neçə hesabat dövr ünü əhatə edirsə, gəlir onun hesablanma qaydasına müvafiq surətdə həmin hesabat dövrləri üzrə bölüşdürülür. 136.1. Vergi ödəyicisi vergi uçotunun aparılması üçün hesablama metodundan istifadə etdikdə, əqdlə bağlı olan xərcin çəkilməsi vaxtı, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, aşağıda sadalanan şərtlərin hamısına əməl edildiyi vaxt sayılır: 136.1.1. vergi ödəyicisi birmənalı olaraq maliyyə öhdəliklərini qəbul edir; 136.1.2. maliyyə öhdəliklərinin məbləği dəqiq qiymətləndirilir; 136.1.3. əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər əqd və ya müqaviləüzrə özlərinin bütün öhdəliklərini yerinə yetirmişlər, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənilməlidir. 136.2. Bu maddədə göstərilən maliyyə öhdəliyi əqdə və ya müqaviləyə müvafiqsurətdə qəbul edilən elə öhdəlikdir ki, on un yerinə yetirilməsindən ötrü əqdin və ya müqavilənin digər iştirakçısı pul şəklində və ya digər şəkildə müvafiq vəsait verməli olsun. 136.3. Borc öhdəliyi üzrə faizlər və ya əmlakın icarə haqqı ödənilərkən borcöhdəliyi və ya icarə müqaviləsi üzrə ödənişin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, xərc həmin hesabat dövrləri üzrə onun hesablanma qaydasına müvafiq surətdə bölüşdürülür.
18. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olund uğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman pros essual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
23. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni d əlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Kassasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya əlavə olaraq qeyd edir ki, cavabdeh nəzərə almamışdır ki, İddiaçı MMC-nin maliyyə hesabatları hesablama metodu ilə aparılmışdır.
25. Hesablama metodunun mahiyyəti baxımından, xərclərin çəkilməsi öhdəliyinin yarandığı vaxt nəzərə alınmalıdır. iddiaçının vergi uçotunu hesabl ama metodu ilə həyata keçirir və 2023-cü il üzrə mənfəət vergisi bəyannaməsini də hesablama metodu ilə təqdim etmişdir.
26. Apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı "xxxx" MMC ilə alqı-satqı müqaviləsi bağlamış və sement məhsullarının daşınmasına görə xərclərin çəkilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Həmin müqaviləyə əsasən iddiaçının ödəməni həyata keçirməsi xüsusi bir şərtlə şərtləndirilməmiş, ödəniləcək məbləğ də müəyyən edilmişdir. Bu hal isə iddiaçı tərəfindən çəkilmiş xərclərin tanınması və qəbul olunması üçün kifayər qədər əsaslıdır. Ona görə də iddiaçının həmin məbləği öz xərclərində əks etdirməsi qanuni olmuşdur.
27. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
28. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq həm də qeyd edir ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə olunması hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. Vergi orqanları öz fəaliyyətlərində vergi qanunvericiliyinin həmin məqsədlər ini nəzərə almağa borcludurlar.
29. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2025-ci il 30 yanvar tarixli, 2-1(104)-150/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.