Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1912/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDAD (Açar sözlər: iddiadan imtina ilə bağlı icraata xitam verilməsi) 21.10.2020 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidm ətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi yazılacaq) qarşı «qeyri-yaşayış sahəsinə dair çıxarışın və texniki pasportun verilməsi» tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(103)871/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, mülkiyyətində olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi qeydiyyata alınmasını xahiş etmişdir.
2. Cavabdeh müraciətin təmin olunmasından imtina etmiş və xx.xx.2019-cu il tarixli, **********80 saylı məktubla iddiaçıya cavab verərək bildirmişdir ki, mənzillərin qeyri-yaşayış sahəsinə keçirilm əsinə dair müvafiq icra hakimiyyəti orqanının qərarı, istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktı (istismara icazə sənədi), qeyri-yaşayış sahəsinə keçirilmiş sahənin razılaşdırılmış eskizi, bildiriş məktubu və texniki rəyi sənədlər toplusuna əlavə edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin qeyri-yaşayış sahəsi kimi üzərində yaranmış mülkiyyət hüquqlarının eskiz layihəyə uyğun olaraq onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 4. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(82)3799/2019 nömrəli qərarı ilə (hakim Z. Tağıyev) iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən mənzilin qeyri-yaşayış sahəsi kimi üzərində yaranmış mülkiyyət hüquqlarının eskiz layihəyə uyğun olaraq onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
5. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat
6. Bakı Apel yasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 21(103)-871/2020 nömrəli qərarı ilə (hakimlər S. Seyidova (sədrlik edən və məruzəçi), V. Ağayev və A. Nuriyeva) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3799/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilməmişdir.
7. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri
8. Kassasiya şikayətinin dəlillərində göstərilir ki, hüquqların qeydə alınması tələb olunan tikili bir mərtəbəli olmuşdur və uzun müddət iddiaçı tərəfindən qeyri-yaşayış sahəsi kimi istifadə olunmuşdur. “Daşınmaz əmlakım dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtina olunması üçün konkret əsaslar müəyyən olunmuşdur. İddiaçının tələbindən imtina etmək üçün bu əsaslardan heç biri yoxdur. b. Kassasiya şikayətinə qarşı etiraz
9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. b. Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İş kassasiya instansiyası məhkəməsinin icraatına daxil olduqdan sonra iddiaçı məhkəmə kollegiyasına ərizə göndərərək iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir.
11. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında təmsil o lunmamışdır. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 55.1. Məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Maddə 55.2. Şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir. Maddə 55.4 İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna e dir Maddə 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müd dətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
13. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qa ydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
14. Məhkəmə kollegiyası hesab edir ki, iddia geri götürüldüyünə görə iş üzrə icraata xitam verilməlidir.
15. Çünki iddiaçı yazılı ərizə ilə müraciət edərək, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. İddia ərizəsinin geri götürüldüyü halda işin prosessual hallarına İPM-nin iddiadan imtina etməni tənzimləyən 55-ci maddəsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunmalıdır.
16. İddiaçının məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiadan imtina etməsi onun hüququdur və bu cür imtina İPM-nin 55-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi kimi prosessual nəticə törədir.
17. İddiaçının iddiadan imtina etməsi yalnız şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra yolverilməzliyi ilə məhdudlaşdırılır ki, baxılan işdə də bu hal yoxdur. Yəni iddiaçı məhkəmə çıxışları başlayana qədər iddiadan imtina etmişdir.
18. İddiadan imtina edilməsinə əsasən iş üzrə icraata xitam verilməsi həm də o hüquqi nəticə yaradır ki, bu halda eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanı istisna edilir. Başqa sözlə, iddiaçı eyni əsaslarla və eyni tələblə cavabdehə qarşı iddia verə bilməz.
19. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 55, 96.10 və 98.1-ci maddələrinə əsasən QƏRARA ALDİ İddiaçı cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 1 ünvanında yerləşən mənzilin qeyri-yaşayış sahəsi kimi üzərində yaranmış mülkiyyət hüquqlarının eskiz layihəyə uyğun olaraq onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi tələbinə dair iddiadan imtina etdiyinə görə iş üzrə icraata xitam verilsin.