Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1912/2022 01.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar kompensasiya məbləğinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1969-cu il təvəllüdlü; FİN:2B9K21R) cavabdeh Cavabdeh ASC-yə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “0,09 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar kompensasiya məbləğinin ödənilməs i” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 iyul 2022-ci il tarixli, 2-1(105)-284/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Azərbaycan X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək RX seriyalı ******* nömrəli və ******* nömrəli çıxarışlara əsasən mülkiyyətində olan 0,09 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınmasına görə torpaq sahəsinin hər sotu üçün 12.000 manat olmaqla 108.000 manat, əmlakının bazar dəyərinin 20%-i miqdarında əlavə 21.600 manat, torpağın satın alınması ilə əlaqədar müəyyən edilmiş kompensasiya ilə yanaşı torpağın könüllü qaydada satmağa həvəsləndirmək məqsədi ilə satıcıya bu qiymə tin 10%-i məbləğində 10.800 manat əlavə hesablanmaqla 140.400 manat məbləğində kompensasiyanın, manatın devalvasiyası və əmlakından istifadədən 3 ildir məhrum olduğu üçün isə dəymiş zərərə görə 100.000 manat maddi zərər olmaqla, cəmi 240.400 manat kompensasiya məbləğinin ödənilməsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 17 sentyabr 2018-ci il tarixli 2-1(85)32/2018 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
3. Sumqayıt Apelyasiya Məhkəməsinin 1 iyul 2019-cu il tarixli, 2-1(105)-56/2019 nömrəli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 17 sentyabr 2018-ci il tarixli 2- 1(85)-32/2018 nömrəli qərarı ləğv edilmiş, iddia qismən təmin edilərək iddiaçının mülkiyyətində olan 0,0505 ha və 0,0395 ha torpaq sahələrinin dövlət ehtiyacları ü çün alınması ilə əlaqədar 108.000 manat, daşınmaz əmlakın bazar dəyərinin 20%-i miqdarında əlavə 21.600 manat, cəmi 129.600 manat pul kompensasiyasının iddiaçıya dövlət büdcəsi hesabına ödənilməsi öhdəliyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin üzərinə qoyulmuşdur.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli 21(102)-2948/2019 nömrəli qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin 1 iyul 2019cu il tarixli nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
5. İddiaçı 1 mart 2018-ci il tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Abşeron rayonu X11nün şimali-qərb hissəsindən yolun mühafi zə zonası saxlanılmaq şərti ilə yol kənarında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, tibbi müəssisə tikmək məqsədi ilə mülkiyyətində olan 0,09 ha torpaq sahəsinin "xxxx" ASC tərəfindən sukanalizasiya xəttinin çəkilməsi üçün nəzərdə tutulmuş layihənin icrası nəticəsində tikinti altına düşdüyünə əsasən torpaqların dövlət ehtiyacları üçün alınmasına görə torpaq sahəsinin hər sotu üçün 12 000 manat olmaqla 108 000 manat, əmlakının bazar dəyərinin 20%-i miqdarında əlavə 21 600 manat, torpağın satın alınması ilə əlaqədar müəyyən edilmiş kompensasiya ilə yanaşı torpağın könüllü qaydada satmağa həvəsləndirmək məqsədi ilə satıcıya bu qiymətin 10 %-i məbləğində 10800 manat əlavə hesablanmaqla, 140400 manat məbləğində kompensasiyanın, əmlakından istifadədən məhrum olduğu üçün isə dəymiş zərərə görə 100.000 manat maddi zərər olmaqla cəmi 240 400 manat pul vəsaitinin ödənilməsinin cavabdeh "xxxx" ASC və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üzərinə öhdəliyin qoyulmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu Saray qəsəbəsi, X11 ilə üzbəüz yerləşən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün iddiaçının mülkiyyətində olan torpaq sahəsindən kanalizasiya xətti keçir. Torpaq sahələrinin yolun mühafizə zolağından 30 m kənarda yerləşməsinə baxmayaraq, həmin ərazidə hal-hazırda Cavabdeh ASC tərəfindən iri texnikalar qazma işləri aparılaraq mülkiyyətdə olan torpaq sahəsi yarasız hala salınmışdır. Hesab edir ki, mülkiyyətçi ilə razılaşdırılmadan və ya məhkəmənin qərarı olmadan xüsusi mülkiyyətdə olan torpaq sahəsinə hər hansı bir müdaxilə qanuns uzdur. Həmin ərazidə su-kanalizasiya xəttinin çəkilməsi, mülkiyyətində olan torpaq sahəsinin həmin əraziyə düşməsi, bu barədə iddiaçı ilə danışıqlar aparılması barədə məlumat verilməli olduğu halda rəsmi qaydada heç bir məlumat verilməmişdir. Qanunvericiliyin tələbinə əsasən tikinti altına düşən torpaq sahəsinin mülkiyyətçisinin ünvanına rəsmi qaydada məktub göndərilməli və bu barədə məlumat verilməlidir. Sözügedən ərazidə 0.0505 ha torpaq sahəsi xx.xx.2013cü il tarixli **********72 reyestr nömrəli və 0.0395 ha sahəsi xx.xx.2013-cü il tarixli **********79 reyestr nömrəli çıxarışlara əsasən iddiaçının mülkiyyətindədir. Həmin ərazidə Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi layihəsi də icra edilməkdədir. Bundan əlavə torpaq sahəsinin planölçülərinə əsasən mülkiyyətdə olan torpaq sahəsinin koordinatları daxilində sukanalizasiya çəkilməsi üçün nəzərdə tutulmuş plan-layihə ilə uyğunluğu yoxlanılmamış, torpaq sahəsinin tikinti altına tam və ya qismən düşməsi barədə iddiaçıya məlumat verilməmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin tərəfindən təyin edilən 10 noyabr 2017-ci il tarixli, 250/11-17/E-08-S saylı ekspertiza rəyi ilə torpağının 2017-ci il üçün 1 sotunun dəyəri 12.000 manat (yəni 0.01 ha 12.000, 0.09 ha 108.000) olması müəyyən edilmişdir. Sumqayıt İnzibatiİqtisadi Məhkəməsinin icraatında olan iş üzrə cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə, keçmiş "xxxx" MMC-yə məhkəmə qərardadına əsasən həmin torpaq sahəsinə müdaxilə edilməsi qadağan edilsə də inzibati iş üzrə Cavabdeh ASC cavabdeh olmadığı üçün “Azərsu ASC" torpaq sahəsini yarasız hala salmışdı r. Qeyd edir ki, bu günə qədər gedən məhkəmə çəkişmələrində və hazırda torpağın dəyəri ona ödənilməmişdir.
7. Cavabdeh və üçüncü şəxs iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişlər.
8. Sumqayıt İnzibati Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2-1(118)-4/2021 nömrəli qərarı (hakim: X5) ilə iddia qismən təmin edilmiş, iddiaçının mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,009 ha torpaq sahəsinin 0,0215 ha hissəsinə vurulan ziyanla bağlı 25800 manat, daşınmaz əmlakın bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə 5160 manat əlavə haqq, cəmi 30.960 manat pul kompensasiyasının iddiaçının dövlət büdcəsi hesabına ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh AS C tərəfindən görülmüş işlər nəticəsində iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 0.0215 ha hissəsi tikinti altına düşdüyü nəzərə alınaraq vurulan ziyana görə kompensasiya da həmin hissəyə münasib olaraq hesablanmalıdır. Həmçinin vurulan ziyana əlavə olaraq torpağın 20% miqdarında satınalma qiymətinə əlavə haqq ödənilməlidir. Lakin «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanunun 32.3-cü maddəsinə əsasən bu fəslə uyğun olaraq alınan torpağın satın alındığı qiymətin növü və məzmunu bu Qanunun Vİİ fəsli ilə müəyyən olunan kompensasiya ilə eyniyyət təşkil edir, lakin bu zaman torpağı könüllü qaydada satmağa həvəsləndirmək məqsədi ilə satıcıya bu qiymətlə yanaşı onun məbləğinin 10 faizi miqdarında əlavə ödəniş həyata keçirilir. Hazırkı iş üzrə torpaq ların dövlət ehtiyacı üçün alınması zamanı iddiaçının məlumatı və razılığı olmamış, daha sonra isə tərəflər arasında kompensasiyanın ödənilməsi ilə bağlı mübahisə yaranmışdır. Belə bir vəziyyətdə torpağın könüllü qaydada satılmasından söhbət gedə bilməz. Əlavə olaraq iddiaçının əmlakından istifadədən məhrum olunduğu üçün dəymiş zərərə görə 100.000 manat maddi zərərin ödənilməsi halların baş verməsi nəticəsində iddiaçıya həqiqətən də zərərin dəyməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
11. Üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin o lunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
12. Sumqayıt Apellyasiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli, 2-1(105)284/2022 nömrəli qərardadı ilə üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamış, apelyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilmişdir.
13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 iyul 2022-ci il tarixli, 2-1(105)-284/2022 nömrəli qərardadı (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X8 və X3) ilə Sumqayıt İnzibati Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən, iddiaçının xüsusi mülkiyyətində olan 0.0 9 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması, yəni həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarına xitam verilməsi yolu ilə həmin torpağın mülkiyyətçisindən əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması baş verdiyindən, hazırda iddiaçının sözügedən 0,09 ha torpaq sahəsi ilə bağlı mülkiyyət hüququnun pozulmasına istinad etməklə kompensasiya tələb etmək hüququ qalmamışdır. İddiaçı dövlət ehtiyacları üçün artıq ondan alınan və əvəzində dəyərinin tam həcmdə ödənilməsi ilə bağlı məhkəmə qərarı qəbul edilən 0.09 ha torpaq sahəsinə dəymiş ziyanla bağlı Cavabdeh ASC-yə qarşı kompensasiyanın ödənilməsinə dair iddianı qaldırmaqda subyektiv hüquqa malik deyildir.
15. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və birinci instansiya məhkəməsinin qərar ından verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, Azərbaycan X1rşı iddiaçının tələbi barədə qərar icra edilməmiş, mülkiyyətçiyə çatacaq kompensasiya məbləği ödənilməmişdir. Həmin torpaq sahələri hal-hazırda iddiaçının mülkiyyətindədir. Torpağının dəyəri ona ödənilmədən mülkiyyətçi kimi əmlakından cavabdehin qanunsuz müdaxiləsi və özbaşınalıq yolu ilə məhrum edilmişdir. Mülkiyyətçinin onun əmlakına qanunsuz yolla vurulmuş ziyanın tələb etməsinin məhkəmə tərəfindən iddiaçının subyektiv hüququnun olmaması kimi qiymətləndirməsi əsassızdır.
17. Şik ayətin hüquqi cəhətdən əsaslandırılması üçün Mülki Məcəllənin 157.9, 246.4-cü maddələrinə, İnzibati Prosessual Məcəllənin 12.1, 12.2, 48, 58. 7-ci maddələrinə istinad edilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
18. Cavabdeh və üçüncü şəxs kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun Maddə
1. Əsas anlayışlar 1.1.1. alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması; 1.1.6. kompensasiya — bu Qanuna əsasən torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən, pul, əmlak və ya digər formada ifadə olunan əvəz; Maddə
7. Alınmanın təsirinə məruz qalan şəxs 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə et məkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. 7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. 20. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarı
21. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı
22. İnzibati Prosessual Məcəllə: Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya q əbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin b u Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə ) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübah isəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri ola n həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar kompensasiya məbləğinin ödənilməsi iddiasının mümkünlüyü ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübah isənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
29. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 1 iyul 2019-cu il tarixli, 2-1(105)-56/2019 nömrəli qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilir ki, iddiaçının mülkiyyətində olan 0.09 ha torpaq sahəsi “Bilgəh Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tam olaraq tikinti altına düşdüyündən, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələbinə əsasən, torpaq sahəsinin alınması baş vermiş və torpaqları alınan iddiaçıya 129.600 manat pul kompensasiyasının ödənilməsi öhdəliyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyin in üzərinə qoyulmuşdur.
30. Hazırkı qərarın 21-ci bəndində qeyd olunun “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 1.1.1-ci maddəsinə əsasən iddiaçının xüsusi mülkiyyətində olan 0.09 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması, yəni həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarına xitam verilməsi yolu ilə həmin torpağın mülkiyyətçisindən əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması baş verdiyindən, hazırda iddiaçının sözügedən 0,09 ha torpaq sahəsi ilə bağlı mülkiyyət hüququnun pozulmasına istinad etməklə kompensasiya tələb etmək hüququ qalmamışdır.
31. İddiaçının Sumqayıt Apelyasiya Məhkəməsinin 1 iyul 2019-cu il tarixli qərarının icra edilməməsi ilə bağlı kassasiya şikayətinin dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin qərar ı hazırda icra edilməmiş olsa belə, torpaq sahəsinin dövlət ehtiyacları üçün alınmasına görə 129.600 manat məbləğində kompensasiyanın ödənilməsi ilə bağlı qanuni qüvvəyə minmiş və icra edilməli olan məhkəmə qərarı vardır. İddiaçı dövlət ehtiyacları üçün artıq ondan alınan və əvəzində dəyərinin tam həcmdə ödənilməsi ilə bağlı məhkəmə qərarı qəbul edilən 0.09 ha torpaq sahəsinə dəymiş ziyanla bağlı Cavabdeh ASC-yə qarşı kompensasiyanın ödənilməsinə dair iddianı qaldırmaqda subyektiv hüquqa malik deyildir.
32. Həmçinin məhkəmə kollegiyası iddiaçının nəzərinə çatdırır ki, iddiaçının icra edilməmiş qərarın icra edilməsi ilə bağlı hərəkətlər etmək (İPM-in 120.1-ci maddəsinin tətbiqi; “İcra haqqında” qanunun 70, 82-ci maddələrinin tətbiqi; məcburi icra tədbirlərinin tətbiqi üçün icra vərəqəsi ver ilməsi tələbi) hüququ vardır.
33. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçının iddia tələbi mümkün deyildir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddiaçının iddia tələbini mümkün saymamışdır.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli, 2-1(105)-284/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.