Məhkəmə qərarları › İş №2-1(102)-1912/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1912/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1912/2023 28.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 3-cü şəxs qismində işə cəlb edilmə barədə ərizəyə dair ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəsi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə ərizəçi X1 “məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməsi” barədə ərizəsinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 aprel 2023-cü il tarixli, 21(103)-1352/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, 13M bina sının 32-ci mənzilinə mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 916/2019 saylı xx.xx.2019-cu il tarixli qərarına əsasən iddia təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “V” yaşayış massivi 13M binasının 32-ci mənzili üzərində mülkiyyət hüquqlarının İddiaçı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. 3. 2 saylı Bak ı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 916/2019 saylı xx.xx.2019-cu il tarixli məktubu ilə qanuni qüvvəyə minmiş 2-1(82)-916/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı icra edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı İdarəsinə göndərilmişdir.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 1 ünvanlanmış xx.xx.2019-cu il tarixli **********89 nömrəli məktubunda 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(82)-916/2019 saylı xx.xx.2019-cu il tarixli qərarının icra edildiyi bildirilmişdir.

5. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, V ya şayış sahəsi, ev 13 M, giriş 1, 32 nömrəli mənzil xx.xx.2019-cu il tarixdə ********** nömrəsi ilə iddiaçının adına qeydiyyata alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

6. X3 xx.xx.2022-ci il tarixdə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1(82)-916/2019 saylı 14 fevral 2019-cu il tarixli qərarı üzrə 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.

7. Ərizə onunla əsaslandırılmışdır ki, onunla "xxxx" Mənzil-Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2011-ci il tarixli 34 saylı "xxxx" MTK-da yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə əsasən Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivində "xxxx" Mənzil-Tik inti Kooperativi tərəfindən inşa edilmiş binada 1-ci giriş, 8-ci mərtəbə və 32 saylı mənzil X1 adına keçirilərək ona satılmışdır. Müqavilənin 1.2- ci bəndinə əsasən "xxxx" Mənzil-Tikinti Kooperativinin direktoru X2 ərizəsinə əsasən mənzil onun adına keçirilmişdir. Bundan sonra "xxxx" Mənzil-Tikinti Kooperativi qanunsuz və əsassız olaraq müqavilənin etibarsız hesab edilməsi tələbi ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 may 2013-cü il tarixli qətnaməsi ilə "xxxx" Mənzil-Tikinti Kooperativinin iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 01 oktyabr 2013-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 may 2013-cü il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 15 oktyabr 2014-cü il tarixli, 2(102)- 3479/2014 saylı qərarı ilə "xxxx" Mənzil-Tikinti Kooperativinin kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 21 may 2013-cü il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. Göründüyü kimi, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi ev 11 M, mənzil 32-nin ona məxsus olması bütün instansiya məhkəmələrinin qərarları ilə təsdiq edilmişdir. Lakin "xxxx" Mənzil-Tikinti Kooperativi məhkəmə qərarlarının tələblərini pozaraq, mənzili ona təhvil verməkdən imtina etmişdir. Buna görə də o, "xxxx" Mənzil-Tikinti Kooperativinə qarşı “mənzilin təhvil verilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsini n 15 may 2015-ci il tarixli 2(010)-2514/2015 saylı qətnaməsi ilə Bakı şəhəri, Y/Günəşli qəsəbəsi, V yaşayış sahəsi 11M ünvanda yerləşən ümumi sahəsi “85 kv.m” olan, 243 saylı mənzilin cavabdeh "xxxx" MMC tərəfindən ona təhvil verilməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(010)-2514/2015 saylı qərardadı ilə yuxarıda qeyd olunan qətnamədə texniki səhvlə bağlı anlaşılmazlıq aradan qaldırılmış və qətnamədə mənzilin nömrəsinin “32” kimi oxunması qərara alınmışdır. Bundan başqa, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(010)-2514/2015 saylı qərardadı ilə yuxarıda qeyd olunan qətnamədə digər texniki səhvlə bağlı da anlaşılmazlıq aradan qaldırılmış və qətnamədə mənzilin ölçüsünün “110 kv.m” kimi oxunması qərara alınmışdır. Ba kı şəhəri Suraxanı rayon İcra şöbəsi tərəfindən 15 iyul 2015-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilərək, "xxxx" Mənzil-Tikinti Kooperativinə 5 gün müddətində mənzili ona təhvil verməsi təklif olunsa da, həmin qərar da icra olunmamışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 15 may 2015-ci il tarixli 2(010)-2514/2015 saylı qətnaməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(010)2514/2015 saylı qərardadı və xx.xx.2015-ci il tarixli, 2(010)- 2514/2015 saylı qərardadı halhazıradək icra olunmamışdır. Bununla da cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativi məhkəmə qərarlarının məcburi qaydada icrası ilə bağlı qanunvericiliyin tələblərini kobud pozmuşdur. Məhkəmə qərarını icra etməməklə yanaşı, "xxxx" Mənzil-Tikinti Kooperativi qanunsuz olaraq, Bakı şə həri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, ev 11 M, mənzil 32-ni xx.xx.2013-cü il tarixli 14 saylı "xxxx" MTK-da yaşayış sahəsində mənzil tikintisi haqqında müqaviləyə əsasən İddiaçı satmışdır. İddiaçı bildirdiyinə görə qeyd olunan mənzilə onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 fevral 2019-cu il tarixli, 2-1(82)-916/2019 nömrəli qərarı olmuşdur. Göründüyü kimi, "xxxx" Mənzil-Tikinti Kooperativi ona məxsus mənzili qanunsuz olaraq digər şəxsə satmışdır və onun bu müqaviləni bağlamaq səlahiyyəti olmamışdır. Odur ki, xx.xx.2013-cü il tarixli 14 saylı "xxxx" MTK-da yaşayış sahəsində mənzil tikintisi haqqında müqavilə bağlandığı andan etibarsızdır. Odur ki, müqavilə etibarsız olduğu halda, həm çinin daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının qeydiyyatı və reyestrindən çıxarışının etibarsız hesab edilməsi, mənzilin İddiaçı tərəfindən boşaldılaraq, ona qaytarılması zəruridir. Hazırda o, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər "xxxx" Mənzil-Tikinti Kooperativi və İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli 14 saylı "xxxx" MTK-da yaşayış sahəsində mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə üzrə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, ev 11 M, mənzil 32-yə dair İddiaçı daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının qeydiyyatı və ona verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının etibarsız hesab edilməsi, qeyd olunan mənzilin cavabdeh İddiaçı tərəfindən b oşaldılaraq, ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hal-hazırda iş məhkəmənin icraatındadır. Həmçinin maraqlarına toxunduğu halda 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 14 fevral 2019-cu il tarixli, 2-1(82)-916/2019 nömrəli qərarı qəbul olunarkən, o, qeyd olunan məhkəmə prosesinə cəlb edilməmişdir. Qeyd olunan məhkəmə baxışından və qərarından məlumatı olmamışdır.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-916/2019 saylı, 11 noyabr 2022-ci il tarixli qərardadı (hakim- A.Əhədova) ilə ərizə təmin edilməmişdir.

9. Məhkəmə hesab etmişdir ki, “Əmir Seyidov istər əyani olaraq mənzilin sahəsi, nömrəsi və yerləşdiyi yer bəlli olsa da həmin vaxtdan, istərsə də 2015-ci ildən başlanan icra icraatı gedişində tələbkar olaraq ona təhvil verilməli olan mənzilin İddiaçı sahib lik və istifadəsində olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan mənzilə dair məhkəmə müstəvisində iddia qaldırmamış, yalnız 2022-ci il tarixdə Suraxanı rayon Məhkəməsində qeyd olunan mənzilin İddiaçı tərəfindən boşaldılaraq ona təhvil verilməsi ilə bağlı mülki iddia, eyni zamanda hazırki iş üzrə işə 3-cü şəxs qismində qoşulmaq barədə ərizə vermişdir. Beləliklə, Əmir Seyidov mənzilin iddiaçının faktiki istifadəsində olduğunu bildiyi vaxtdan 7 ilə yaxın müddət keçdikdən sonra, İddiaçı mənzilə çıxarış aldığını bilməli olduğu vaxtdan isə 3 ilə yaxın müddət keçdikdən sonra məhkəmədə qərarın ləğv olunması, icraatın təzələnməsi barədə ərizə vermişdir.”

10. Həmin qərardaddan narazı qalan X3 apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və onun 3-cü şəxs qismində işə cəlb olunmasını xah iş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 aprel 2023-cü il tarixli, 2-1(103)-1352/2023 nömrəli qərardadı ilə (hakimlər X.Cəmilova /sədrlik edən və məruzəçi/ A.Orucxadə və R.Səmədov) X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(82)-916/2019 saylı 11 noyabr 2022-ci il tarixli qərardadı və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 916/2019 saylı 14 fevral 2019-cu il tarixli qərarı ləğv edilmiş,həmin iş üzrə icraatın təzələnməsi, X1 hazırki iş üzrə 3-cü şəxs qismində cəlb edilməsi barədə ərizəsinin təmin edilməsi və işə yenidən X1 iştirakı ilə mahiyyəti üzrə baxılması üçün inzibati işin Bakı İnzibati Məhkəməsinə qaytarılması qərara alınmışdır.

12. Apellyasiya instansiya məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi Əmir Seyidovun hüquqlarının pozulduğunu bildiyi ən tez 2015-ci ildən məlumatlı olmasına baxmayaraq vaxtında məlum ərizə ilə müraciət etmədiyini və bu qənaətini icra icraatında ərizəçinin məlumatlı olması ilə əsaslandırmışdır. Halbuki əvvəla, ərizəçi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2514/2015 nömrəli 15 may 2015-ci il tarixli qətnaməsindən bu illər ərzində məlumatlı olsa da, həmin qətnamənin icrası icra materiallarına əsasən indiyənədək təmin olunmamışdır.Xeyrinə qəbul edilmiş məhkəmə qətnaməsinin icra olunmamasının səbəbinin həmin mənzildə başqa şəxsin yaşaması ilə bağlı olduğu isə ərizəçiyə sonradan məlum olmuşdur. Hazırda müzakirə olunan məsələ ərizəçinin sözügedən 32 saylı mənzil üzərində İddiaçı adına mülkiyy ət hüququnun qeydə alınması barədə qəbul olunmuş qərardan məlumatlı olduğu halda vaxtında işə qoşulmaq barədə ərizəni verib-verməməsi ilə bağlıdır.

13. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və ərizənin təmin olunmamasına dair yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı kassasiya şikayətində işin hallarını, apellyasiya şikayətinə dair yazılı etirazın dəlillərini, təkrarlamış və əlavə olaraq qeyd etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən işin faktiki halları təhrif olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Azərbaycan Re spublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixi qərarı. “İşdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir”

17. İnzibati Prosessual Məcəlləsi Maddə

28. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunma sını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. 28.4. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəb ul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə

29. İnzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslərin prosessual hüquqları 29.1. Üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. 29.2. Yalnız zəruri cəlbetmə qaydasında prosesə cəlb olunmuş üçüncü şəxslər tərəflərin tələbləri daxilində fərqli tələblər irəli sürə bilərlər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhk əməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmi ş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə işin hallarının və apellyasiya şikayətinə dair yazılı etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

23. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

24. X3 xx.xx.2022-ci il tarixdə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1(82)-916/2019 saylı 14 fevral 2019-cu il tarixli qərarı üzrə 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.

25. Apelyasiya məhkəməsinin mövqeyinə görə ərizəçi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2514/2015 nömrəli 15 may 2015-ci il tarixli qətna məsindən bu illər ərzində məlumatlı olsa da, həmin qətnamənin icrası icra materiallarına əsasən indiyənədək təmin olunmamışdır. Xeyrinə qəbul edilmiş məhkəmə qətnaməsinin icra olunmamasının səbəbinin həmin mənzildə başqa şəxsin yaşaması ilə bağlı olduğu isə ərizəçiyə sonradan məlum olmuşdur. Hazırda müzakirə olunan məsələ ərizəçinin sözügedən 32 saylı mənzil üzərində İddiaçı adına mülkiyyət hüququnun qeydə alınması barədə qəbul olunmuş qərardan məlumatlı olduğu halda vaxtında işə qoşulmaq barədə ərizəni verib-verməməsi ilə bağlıdır.

26. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Əmir Seyidovun hüquqlarına toxunduğunu iddia etdiyi 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(82)-916/2019 saylı qərarından Bakı şəhəri Suraxa nı rayon Məhkəməsinin icraatında olan 2(010)-207/2022 saylı mülki işə baxılarkən İddiaçı məhkəmə prosesində bildirdiklərindən, yəni qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə Əmir Seyidova təhvil verilməli olan 32 saylı mənzil üzərində məhkəmə qərarına əsasən İddiaçı artıq mülkiyyət hüququnun qeydə alınıb ona çıxarış verilməsi barədə izahatlarından sonra məlum olmuşdur. Məhkəmə kollegiyası adı çəkilən mülki işin icraatının 2(010)-207/2022 saylı xx.xx.2022-ci il tarixdə dayandırıldığını, ərizəçinin isə həmin mülki işin icraatında bildiyi məlumat üzrə Bakı İnzibati Məhkəməsinə xx.xx.2022-ci il tarixdə ərizə verərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ona təqdim olunmasını tələb etdiyini, üçüncü şəxs qismində işə qoşulması üçün ərizəni isə xx.xx.20 22-ci il tarixdə verdiyini nəzərə alaraq hesab edir ki, ərizəçi hüquqlarının pozulduğunu bildiyi vaxtdan (ən tezi mülki işin icraatı dövründə, hansı ki həmin işin icraatı xx.xx.2022-ci il tarixdə dayandırılmışdır, həmin icraat dövründə məlumatlı olan kimi inzibati məhkəmə qərarının ona təqdim olunması ilə bağlı xx.xx.2022-ci il tarixdə ərizə verdiyi vaxtdan) ağlabatan müddətdə, yəni xx.xx.2022-ci il tarixdə ərizə verdiyi üçün vaxtında məhkəməyə müraciət etmiş sayılır.

27. Odur ki, ərizəçi Əmir Seyidova xx.xx.2011-ci il tarixli 34 nömrəli müqavilə ilə satılmış 32 saylı mənzilin təhvil verilməsi barədə 2(010)-2514/2015 saylı 15 may 2015-ci il tarixli məhkəmə qətnaməsi indiyənədək icra edilməsə də, MTK tərəfindən icra məmuruna ünvanlanmış “mənzildə başqa şəxsin- İddiaçı MTK ilə bağlanmış xx.x x.2013-cü il tarixli 14 nömrəli müqavilə əsasında yaşadığı”na dair məktubu barədə Əmir Seyidovun tələbkar qismində məlumatlandırılmadığı, sonradan yalnız tərəflər arasında xx.xx.2013-cü il tarixli, 14 nömrəli müqavilənin mövcudluğunu bildikdən sonra Əmir Seyidovun həmin müqavilənin etibarsızlığı (sonradan isə tələbini artırıb həm də mülkiyyət hüququnun qeydiyyatının və verilmiş çıxarışın etibarsızlığını qoyduğunu- bunu ərizəçi bildirib) barədə iddia qaldırdığını, məhz həmin icraat dövründə İddiaçı adına sözügedən mənzilə dair çıxarışın məhz məhkəmə qərarına əsasən verildiyini bildiyi və bu halın ona məlum olduğu vaxtdan- istər mülki işin icraatı dövründə, istərsə də inzibati məhkəmə qərarının ona təqdim edilməsi ilə bağlı məhkəməyə müraciət etdiyi xx.xx.2022-ci il tarixdən (i.v. 67) bildiy ini, 3-cü şəxs kimi işə cəlb olunmaqla bağlı ərizə ilə isə dərhal- xx.xx.2022-ci il tarixdə müraciət etdiyini birinci instansiya məhkəməsi nəzərə almamış, nəticədə yuxarıda adı çəkilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixi qərarında sərgilənən hüquqi mövqeyə uyğun olaraq, həmçinin ədalətin bərqərar edilməsi naminə Əmir Seyidovun 3-cü şəxs qismində işə cəlb olunması ilə bağlı verdiyi ərizə əsassız olaraq təmin edilməmişdir.

28. Həmçinin işdə olan qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri onu deməyə əsas verir ki, inzibati məhkəmənin qəbul etdiyi 14 fevral 2019-cu il tarixli qərar Ə.Seyidovun qanunla qorunan maraqlarına toxunur.

29. Yuxarıda qeyd edilən hüquq normalarına əsasən Bakı İnzibati Məhkəməsinin 21(82)-916/2019 saylı 11 noyabr 2022-ci i l tarixli qərardadı və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 916/2019 saylı 14 fevral 2019-cu il tarixli qərarının ləğv edilməsi,həmin iş üzrə icraatın təzələnməsi, X1 hazırki iş üzrə 3-cü şəxs qismində cəlb edilməsi barədə ərizəsinin təmin edilməsi və işə yenidən X1 iştirakı ilə mahiyyəti üzrə baxılmasında apelyasiya məhkəməsi haqlı olmuşdur.

30. Odur ki, kasasiya şikayəti təmin olunmadan, apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

31. Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 aprel 2023-cü il tarixli, 21(103)-1352/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar