Məhkəmə qərarları › İş №2-1(102)-1912/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1912/2024

11.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1912/2024 11.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: nəqliyyat vasitəsi üzərinə məhdudiyyət qoyulması, işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması, iddianın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinə qarşı “nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinə qoyulm uş məhdudiyyətin aradan qaldırılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 mart 2024-cü il tarixli, 2-1(103)-282/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinə əsasən, “X4 LC150” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı, “X4 LC150” markalı **-PR-*** dövlət qeydiyyat nişanlı və “X4 LC200” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri "xxxx" MMC-nin mülkiyyətindədir. 2. “AK X2” MMC-nin xx.xx.2019-cu il tarixli yeni redaksiyada nizamnaməsindən görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx. 2017-ci il tarixdə VÖEN ********** ilə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin adı dəyişdirilərək “AK X2” MMC adlandırılmışdır.

3. Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışa əsasən, İddiaçı MMC Azərbaycan Respublikası Vergilər Nazirliyində xx.xx.2017-ci il tarixdə VÖEN **********1 ilə dövlət qeydiyyatına alınmış “AK X2” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilmişdir və onun hüquqi varisidir.

4. İddiaçı cavabdehə müraciət edərək, mülkiyyətində olan “X4 LC150” markalı **PS-*** dövlət qeydiyyat nişanlı, “X4 LC150” markalı **-PR-*** dövlət qeydiyyat nişanlı və “X4 LC200” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinə qoyulmuş məhdudiyyətin aradan qaldırılm asını xahiş etmişdir.

5. Cavabdehin xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, DİN Baş X5 İdarəsinin informasiya sistemində həmin avtomobillərin üzərində Vergilər Nazirliyinin xx.xx.2020-ci il tarixli, **********202500 nömrəli məktubu əsasında qeydiyyatla bağlı məhdudiyyət mövcuddur. Nəqliyyat vasitələrinin üzərindən məhdudiyyətin götürülməsi barədə hər hansı məktub daxil olmadığından, həmin məhdudiyyətin götürülməsi üçün Vergilər Nazirliyinin müvafiq məktubu təqdim edilməlidir.

6. Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, **********202500 nömrəli məktubunda qeyd edilmişdir ki, “AK X2” MMC vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən 14 saylı Ərazi Vergi lər İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli, **********0 nömrəli “Əmlakın siyahıya alınması haqqında” qərar çıxarılmışdır. Hal-hazırkı tarixə dövlət büdcəsinə borcunun olduğu nəzərə alınaraq “AK X2” MMC-nin ("xxxx" MMC-nin) adına qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinin siyahıya alınması prosesi başa çatanadək həmin nəqliyyat vasitələrinin “AK X2” MMC-nin ("xxxx" MMC-nin) adından qeydiyyatdan çıxarılmaması xahiş edilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan “X4 LC150” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı, “X4 LC150” markalı **-PR-*** dövlət qeydiyyat nişanlı və “X4 LC200” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəl ərinin özgəninkiləşdirilməsinə qoyulmuş məhdudiyyətin götürülməsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh nəqliyyat vasitələri üzərində alqı-satqı müqavilələrinin rəsmiləşdirilməsindən imtina etmişdir. Cavabdeh tərəfindən hüquqi şəxsin xüsusi mülkiyyətində olan nəqliyyat vasitələrinin üzərinə qanunsuz olaraq məhdudiyyət qoyulduğu üçün, mülkiyyətçi mülkiyyətində olan əmlak üzərində sərəncam verə bilmir. Məhkəmənin qərarı olmadan mülkiyyətçinin öz əmlakları üzərində sərəncam vermək hüququ DİN Baş X5 İdarəsi tərəfindən qanunsuz olaraq məhdudlaşdırılıb.

9. Bakı İnzibati Məhkəməsinin (hakim: Səlma Salahova) 31 avqust 2022-ci il tarixli, 2-1(112)-7860/2022 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

10. Birinci instansiya məh kəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, inzibati orqanların iştirakı ilə baş verən və yaxud inzibati orqanlarla yaranmış hər bir mübahisə inzibati mübahisə kimi qiymətləndirilə bilməz. İnzibati orqanın yalnız inzibati hüquq (publik hüquq) sahəsindəki fəaliyyəti inzibati mübahisəyə əsas ola bilir. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti bilavasitə onun inzibati icraat çərçivəsində həyata keçirdiyi fəaliyyətdir. Bu fəaliyyətdən kənar yaranan münasibət inzibati hüquq münasibəti, həmin münasibətdən yaranan mübahisə isə inzibati mübahisə deyildir. Hazırkı halda, iddiaçının mülkiyyətində olan nəqliyyat vasitələri üzərinə qoyulan məhdudiyyət onunla inzibati orqan arasında yaranmış hər hansı inzibati hüquq sahəsinə aid münasibətlə bağlı deyil, başlanmış cinayət işi ilə b ağlı olmuşdur. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X1 və yaxın qohumlarının adına rəsmiləşdirilmiş, həmçinin faktiki olaraq rəhbərlik etdiyi müəssisələrin balansında olan daşınar və daşınmaz əmlakların üzərinə həbs qoyulması haqqında müvafiq istintaq hərəkətlərinin həyata keçirilməsi davam etdirilir. Göründüyü kimi, iddiaçının əmlaklarına müvafiq məhdudiyyət başlanmış ********* nömrəli cinayət işi çərçivəsində tətbiq edilmişdir. Deməli, hazırkı mübahisənin faktiki əsası həmin cinayət işinə əsaslanır. Məhkəmə həmçinin izah etmişdir ki, iddia çının hazırkı tələbi cinayət prosesini həyata keçirən orqanın bilavasitə həyata keçirdiyi cinayət-prosessual fəaliyyəti ilə bağlı olduğundan, cinayət prosesini həyata keçirən orqanın onun hüquqlarına və qanuni maraqlarına toxunduğunu iddia etdiyi qərar və hərəkətlərindən CPM-in 67.3, 122.2 və 449-cu maddələrinin tələblərinə əsasən müvafiq qaydada cinayət prosesini həyata keçirən orqanlara şikayət etmək və ya ümumi məhkəməyə (rayon (şəhər) məhkəməsi) müraciət etmək hüququ saxlanılır.

11. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Aytən Oruczadə /sədrlik edən və məruzəçi/, Xəyalə Cəmilova və Rəşid Səmədov) 26 yanvar 2023-cü il tarixli, 2-1(103)-666/2023 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində birinci icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Xəqani Məmmədov /məruzəçi/, Kəmaləddin Bədəlov və Nigar Rəsulbəyova) 13 iyun 2023- cü il tarixli, 2-1(102)-1033/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, apellyasiy a instansiyası məhkəməsinin qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

16. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan nəqliyyat vasitələri üzərində məhdudiyyət tətbiq edilmişdir. Cavabdeh həmin məhdudiyyəti Vergilər Nazirliyinin xx.xx.2020-ci il tarixli, **********202500 nömrəli məktubu əsasında apardığını göstərmiş və məhdudiyyətin götürülməsi barədə hər hansı məktub daxil olmadığından həmin məhdudiyyətin götürülməsi üçün Vergilər Nazirliyinin müvafiq məktubunun təqdim edilməli olduğunu bildirmişdir. Cavabdeh mübahisəyə baxılması gedişində məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli məktubda da yenidən təsdiq etmişdir ki, məhdudiyyət V ergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsində xüsusilə külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə Cinayət Məcəlləsinin 213.2-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar rəsmi müraciət əsasında qoyulmuşdur. Məhkəmənin sorğusuna Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubda isə göstərilmişdir ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X1 və yaxın qohumlarının adına rəsmiləşdirilmiş, həmçinin faktiki olaraq rəhbərlik etdiyi müəssisələrin balansında olan daşınar və daşınmaz əmlakların üzərinə həbs qoyulması haqqında müvafiq istintaq hərəkətlərinin həyata keçirilməsi davam etdiri lir. Məktubda əmlak üzərinə həbs qoyulması ilə bağlı konkret prosessual qərarın mövcudluğuna istinad olunmamış, ümumi formada istintaq hərəkətlərinin davam etdirildiyi bildirilmişdir

17. İşin hallarından həmçinin müəyyən olunur ki, birinci instansiya məhkəməsi xx.xx.2022-ci il tarixli məktublarla həm Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə, həm də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə müraciət edərək nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə məhkəmənin və ya müstəntiqin qərarının, eləcə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə ünvanlanmış Vergilər Nazirliyinin xx.xx.2020-ci il tarixli, **********202500 nömrəli məktubunun məhkəməyə təqdim olunmasını tələb etmişdir. Lakin məhkəmənin sözügedən sorğuları Azərbayca n Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən cavablandırılmamış, tələb olunan sənədlər məhkəməyə təqdim olunmamışdır. Məhkəmə isə sorğuların cavablandırılmadığını, beləliklə də, iş üzrə əhəmiyyət kəsb edən halların aydınlaşdırılmamış qaldığını nəzərə almadan işi yekunlaşdırmışdır. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolundan isə müəyyən olunur ki, hakimin sualına cavab olaraq iddiaçının nümayəndəsi bildirmişdir ki, nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmasına dair nə məhkəmənin, nə də müstəntiqin həbs qərarı yoxdur, buna görə də məsələnin məhkəmə nəzarəti qaydasında baxılması üçün qərar yoxdur, bu, inzibati orqanın hərəkətidir.

18. Beləliklə, məhkəmələr mübahisəyə baxılması ilə bağlı mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadan işə baxmışlar. Belə ki, sözügedən nəqliyyat vasitələrinin üzərinə cinayət təqibini həyata keçirən orqanların (məhkəmənin, müstəntiqin) qərarı əsasında həbs qoyulub-qoyulmadığı məsələsini məhkəmə araşdırmasının nəticəsində dəqiq müəyyənləşdirmək mümkün olmamışdır. Məhkəmələr, həmçinin məhdudiyyətin hüquqi əsası kimi göstərilən Vergilər Nazirliyinin xx.xx.2020-ci il tarixli **********202500 nömrəli məktubunu da əldə etməklə tədqiq etmədən qərar vermişlər. Qeyd edilənlər iş üzrə tam və hərtərəfli araşdırmanın aparılmadığını təsdiq edir. Ona görə də təkrar apellyasiya baxışında qeyd edilən işin həlli üçün mühüm əhəmiyyət kəsb edən qeyd edilən halların araşdırılması və dəqiq müəyyənləşdirilməsi təmin edilməlidir. Bu halların aydın və dürü st müəyyənləşdirilməsi məhkəmə aidiyyətinin həllinə təsir edir.

19. Beləliklə, əgər nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinə tətbiq edilən məhdudiyyət əmlak üzərinə həbs qoyulmasına dair cinayət təqibini həyata keçirən orqanlar tərəfindən çıxarılmış prosessual qərarlar əsasında baş verməmişsə, cavabdehin hərəkətlərinin mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Əksinə, məhdudiyyət cinayət təqibini həyata keçirən orqanlar tərəfindən çıxarılmış prosessual qərarlar əsasında tətbiq edilmişsə, iddiaçının hüquqi marağı məhz həmin qərarların mübahisələndirilməsini tələb edir və belə işlərə məhkəmə nəzarəti qaydasında ümumi məhkəmələrdə baxılmalıdır. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Pərviz Hüseynov /sədrlik edən və məruzəçi/, Cahangir Yusifov və Şərafət Məmmədova) 06 mart 2024-cü il tarixli, 2-1(103)-282/2024 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin iş üzrə xx.xx.2023-cü il tarixli qərarında qeyd olunan göstərişə uyğun olaraq cavabdehə müvafiq sorğu göndərilərək, iddiaçıya məxsus iddia tələbində göstərilən nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinə məhdudiyyətin qoyulub-qoyulmaması barədə məlumatın, əgər məhdudiyyət qoyulmuşdursa, buna əsas olmuş müraciət və sənədlərin məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2020-ci il tarixli **********202500 nömrəli məktubu əsasında iddiaçıya məxsus nəqliyyat vasitələrinin üzərinə məhdudiyyət qoyularaq DİN Baş X5 İdarəsinin mərkəzi informasiya sistemində müvafiq qeydlər aparılmışdır. Nəqliyyat vasitələri barədə məlumatların kompüter çıxarışı və məhdudiyyətin qoyulmasına əsas olmuş xx.xx.2020-ci il tarixli, **********202500 nömrəli məktubun surəti məhkəməyə təqdim edilmişdir. Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, **********202500 nömrəli məktubundan görünür ki, “AK X2” MMC vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən 14 saylı Ərazi V ergilər İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli, **********0 nömrəli “Əmlakın siyahıya alınması haqqında” qərar çıxarılmışdır.

22. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, iddiaçı tərəfindən vergi öhdəliyi yerinə yetirilmədiyinə görə Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən “Əmlakın siyahıya alınması haqqında” qərar çıxarılmış və bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə məktub ünvanlanmış, həmin məktub əsasında iddiaçıya məxsus nəqliyyat vasitələrinin üzərinə məhdudiyyət qoyularaq, DİN Baş X5 İdarəsinin mərkəzi informasiya sistemində müvafiq qeydlər aparılmışdır.

23. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya məxsus nəqliyyat vasitələrinin üzərində qanu nvericiliyin tələblərinə uyğun olaraq məhdudiyyət qoyulmuşdur. Cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarına toxunma ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi təsdiqlənmir. İddiaçı müvafiq vergi orqanına qarşı vergi borcunu mübahisələndirə bilər.

24. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

25. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

27. Azərbaycan Respublikasının İnzibati Pros essual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməs i tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyy ətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 28. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-h üquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə g örə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şər tlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlill ərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddianın mümkünlük şərtlərinin yoxlanılması ilə bağlı obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və iddia mümkün sayılaraq iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

32. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvini və iddianın mümkün sayılmasını şərtləndirən aşağıdakı halların qeyd olunmasını zəruri sayır.

33. Hazırkı iş üzrə iddiaçının hüquqi m arağı və məqsədi ona məxsus sözügedən nəqliyyat vasitələrinin üzərinə cavabdeh tərəfindən qoyulmuş məhdudiyyətin götürülməsinə nail olmaqdan ibarətdir.

34. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi iddianın mümkün sayılmamasına dair mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən vergi öhdəliyi yerinə yetirilmədiyinə görə Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən “Əmlakın siyahıya alınması haqqında” qərar çıxarılmış və bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə məktub ünvanlanmış, həmin məktub əsasında iddiaçıya məxsus nəqliyyat vasitələrinin üzərinə məhdudiyyət qoyularaq DİN Baş X5 İdarəsinin mərkəzi informasiya sistemində müvafiq qeydlər aparılmışdır. Apellyasiya məhkəmə sinin qənaətinə görə, iddiaçıya məxsus nəqliyyat vasitələrinin üzərində məhdudiyyət cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq qoyulmuşdur.

35. Bununla bağlı qeyd olunmalıdır ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur.

36. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üç ün yetərli olmalıdır.

37. Bu qayda eynilə iddianın mümkünlüyü ilə bağlı şərtlərin yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.

38. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahi sənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

39. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə materiallardan cavabdeh tərəfindən iddiaçıya məxsus nəqliyyat vasitələrinin üzərinə məhdudiyyətin Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2020-ci il tarixli, **********202500 nömrəli məktubuna əsasən qoyulduğu və həmin məktubun surətinin məhkəməyə təqdim edildiyi görünür.

40. Həmin məktubda qeyd edilmişdir ki, “AK X2” MMC vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə, Vergi Məcəlləsinin 89cu maddəsinə əsasən 14 sa ylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli, **********0 nömrəli “Əmlakın siyahıya alınması haqqında” qərar çıxarılmışdır. Hazırkı tarixə dövlət büdcəsinə borcunun olduğu nəzərə alınaraq, “AK X2” MMC-nin ("xxxx" MMC-nin) adına qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinin siyahıya alınması prosesi başa çatanadək həmin nəqliyyat vasitələrinin “AK X2” MMC-nin ("xxxx" MMC-nin) adından qeydiyyatdan çıxarılmaması xahiş edilir.

41. Sözügedən xx.xx.2020-ci il tarixli məktubda iddiaçıya münasibətdə 8 ay əvvəl qəbul edildiyi qeyd edilən “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2020-ci il tarixli qərara istinadən siyahıya alınma prosesinin başa çatmadığı qeyd olunur. Buna rəğmən, cavabdeh, sözügedən məktubda qeyd edilən “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2020-ci il tarixli qərarı, həmin qərarın icrası ilə bağlı müvafiq sənədləri (iddiaçıya məxsus sözügedən nəqliyyat vasitələrinin siyahıya alınmasına dair müvafiq protokolu, həmin protokola əlavə edilmiş əmlakların siyahısını və sair) əldə etmədən, sadəcə Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2020-ci il tarixli, **********202500 nömrəli məktubu əsasında iddiaçıya məxsus nəqliyyat vasitələrinin üzərinə məhdudiyyət qoymuşdur. Halbuki, həmin məktubda istinad edilən “Əmlakın siyahıya alınması haqqında” qərarın qəbul edildiyi tarixdən 4 ildən çox, hazırkı iddianın qaldırıldığı tarixdən isə 2 ildən çox müddətin keçməsinə baxmayaraq, xx.xx.2020-ci il tarixli “Əmlakın siyahıya alınması haqqında” qərar, həmin qərarın icrasını təsdiq edən sənədlər (iddiaçıya məxsus sözügedən nəqliyyat vasit ələrinin siyahıya alınmasına dair müvafiq protokol, həmin protokola əlavə edilmiş əmlakların siyahısı və sair) məhkəməyə təqdim edilməmişdir.

42. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi qeyd edilən hallara qiymət verməmiş, sadəcə iş materiallarına surəti əlavə edilmiş Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2020-ci il tarixli, **********202500 nömrəli məktubu əsasında cavabdeh tərəfindən iddiaçıya məxsus nəqliyyat vasitələrinin üzərinə məhdudiyyətin qanunvericiliyin tələblərinə uyğun olaraq qoyulduğu qənaətinə gəlmişdir.

43. Nəzərə alınmalıdır ki, inzibati orqanların fəaliyyətinə ümumi olaraq “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsində təsbit edilmiş qanunçuluq prinsipi şamil olunur. Buna görə, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş h allarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Bu mənada, cavabdeh tərəfindən nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinə tətbiq edilən məhdudiyyət də qanunçuluq prinsipinə uyğun olmalıdır.

44. Qanunçuluq prinsipinə uyğun davranış baxımından cavabdeh mülkiyyət üzərində məhdudiyyəti yalnız qanunda nəzərdə tutulmuş hallarda və müvafiq hüquqi əsaslar olduqda tətbiq etməyə haqlıdır. Yəni cavabdehin belə məhdudiyyəti tətbiq etmək səlahiyyətinin yaranması üçün qanunda nəzərdə tutulmuş müvafiq əsasların mövcudluğu ilə bağlı şərt mütləq mənada yerinə yetirilmiş olmalıdır. Bu baxımdan nəzərə alınmalıdır ki, “məktub” və ya “müraciət” mülkiyyət hüquqlarının məhdudlaşdırılmasının hüquqi əsası qismində çıxış edə bilməz. Cavabdehin “məktub” və ya “müraciət” əsasında məhdudiy yət tətbiq etdiyi hallarda, onun bu hərəkəti inzibati hüquq sahəsinə aid hərəkət kimi qiymətləndirilməli, bununla bağlı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Bu zaman, məhkəmə nəzarətinin predmetini publik hüquq sahəsində cavabdehə həvalə edilmiş səlahiyyətlərin qanunauyğunluğunun yoxlanılması təşkil edəcəkdir.

45. Beləliklə, hazırkı mübahisəyə münasibətdə iddia mümkün sayılmalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

46. İşə baxacaq birinci instansiya məhkəməsi hazırkı mübahisəyə münasibətdə işin hallarını bu qərarın əsaslandırma hissəsində qeyd edilən xüsusatlar baxımından tam və hərtərəfli araşdırmalı və yalnız bundan sonra araşdırmanın nəticələrinə qiymət verm əlidir. Bu, məhkəmənin düzgün və əsaslı nəticəyə gəlməsi üçün xüsusi əhəmiyyət daşıyır.

47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 mart 2024-cü il tarixli, 21(103)-282/2024 nömrəli qərardadı ləğv edilir. İş mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar