Məhkəmə qərarları › İş №2-1(102)-1913/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1913/2020

14.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1913/2020 14.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh DSMF-nin Bakı şəhəri Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı, vəkili Vəkil və cavabdehin vəkili (nümayəndəsi) X1 iştirakı ilə, İddiaçı cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyas iya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2-1(103)-939/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1962-ci ildə doğulmuşdur.

2. İddiaçıya məxsus hərbi biletdə və əmək kitabçasında əksini tapmış məlumatlara görə o, xx.xx.1981-ci il tarixdən xx xxxxxx 1983-cü il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1981-xx.xx.1981-ci il, xx.xx.1984-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1987-ci il, xx.xx.1988-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.1990-xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1994-cü il, xx.xx.1998-xx.xx.2008-ci il tarixlərdə və xx.xx.2012-ci il tarixdən hal-hazıradək müxtəlif peşələrdə işləmişdir. 3. xx xxxx 2019-cu il tarixdə iddia çının 57 yaşı tamam olmuş və xx.xx.1019-cu il tarixdə DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət edərək, ona güzəştli şərtlərlə pensiya təyin olunmasını xahiş etmişdir.

3. Cavabdeh iddiaçının xahişini təmin etməmiş, xx.xx.2019-cu il tarixli məktubla ona cavab verərək bildirmişdir ki, onun xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx xxxx 2019-cu il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin edilmiş əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq hesab lanması və ödənilməsi öhdəliynin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1987-xx.xx.1987-ci, xx.xx.1987xx.xx.1987-ci, xx.xx.1988-xx.xx.1989-cu, xx.xx.1990-xx.xx.1993-cü və xx.xx.1998xx.xx.2008-ci illərdə əl ilə elektrik qaynaqçısı işləmişdir. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 saylı Qərarına əlavə edilmiş 2 nömrəli Siyahısının XXXİİİ bölməsinin 23200000-11620 şifrinə əsasən qaz qaynaqçıları, həmin bölmənin 2320000019906 şifrinə əsasən əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsi həmin siyahıya daxil edilmişd ir. xx.xx.2006-cı il tarixədək əmək şəraitinə görə güzəştli şərtlərlə pensiya hüququ verən 15 il 1 ay əmək stajı vardır. xx.xx.2019-cu il tarixə isə, 27 il 8 ay 27 gün ümumi stajı, 24 il 9 ay 10 gün xüsusi stajı olmuşdur.

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz verərək bildirmişdir ki, iddiaçı 1962-ci il təvəllüdlüdür və xx.xx.2017-ci il tarixdə iddiaçının 55 yaşı olmuşdur. Yəni ona pensiya təyin olunması üçün zəruri olan yaş həddinə çatmamışdır. Bundan başqa, iddiaçının əmək kitabçası kserosurət olduğuna görə mötəbər sübut sayıla bilməz. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(81)3792/2019 nömrəli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərə görə iddiaçının xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı 12 il 6 aydan azdır və buna görə də iddia tələbi təmin edilməməlidir.

9. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apelyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 21(103)-939/2020 nömrəli qərarı ilə (hakimlər ilə V.Ağayev (sədrlik edən və məruzəçi), A.Nuriyeva və A.Hüseyn) apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərə k qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri 13.1. Kassasiya şikayətinin dəlillərində deyilir ki, iddiaçı xx.xx.1987-xx.xx.1987-ci illərdə (4 ay 9 gün), xx.xx.1987-xx.xx.1987-ci illərdə (1 ay 1 gün), xx.xx.1988-xx.xx.1989cu illərdə (1 il 19 gün), xx.xx.1990-xx.xx.1993-cü illərdə (3 il 01 gün) xx.xx.1998xx.xx.2008-ci illərdə (10 il 6 ay) əl ilə elektrik qaynaqçısı işləmişdir və iş stajı ona güzəştli şərtlərlə pensiya təyin olunmasına əsas verir. 2012-ci ildən də iddiaçı “xxxx” ASC-də elektrik-qaz qaynaqçısı işləyir. 13.2. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və gös təricilərin siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 saylı Qərarına əlavə edilmiş 2 nömrəli Siyahısının XXXİİİ bölməsinin 23200000-11620 şifrinə əsasən qaz qaynaqçıları, həmin bölmənin 23200000-19906 şifrinə əsasən əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsi həmin siyahıya daxil edilmişdir. Habelə qüvvədə olan "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarının 35-ci bəndinin “a” yarımbəndlərində də qaz qaynaqçıları və əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşələri siyahıya daxil edilmişdir. Lakin məhkəmə qanunveric iliyin tələblərinə məhəl qoymadan sonradan pensiya yaşı ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişiklərə əsaslanaraq vətəndaşın hüquqi vəziyyətini ağırlaşdıran maddi hüquq normalarımı tətbiq etməklə kobud səhvə yol vermişdir. b. kassasiya şikayətinə qarşı etiraz

14. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c. məhkəmə icraatı iştirakçılarının izahatları

15. İddiaçı və onun vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.

16. Cavabdehin vəkili kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 18. “Əmək pensiyaları haqqında” Qanun Maddə 1.0.1 əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının mini mum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ol unan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edili r. 19. “ Vətəndaşların pensiya təminatı haqqında” Qanun Maddə 13. “b” bəndi - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993cü il tarixli 320 saylı Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə pensiya almaq hüququ vardır.

20. İnzibati icraat haqqında qanun Maddə

11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə

16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inz ibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.

21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstər ilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. İş üzrə iddiaçı apelyasi ya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz.

25. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin təhlilindən göründüyü kimi o kişilərə güzəştli şərtlərlə əmək pensiyası təyin edilə bilər ki: 57 yaşına çatmış olsun; bu şəxs xx.xx.2006-cı il tarixə azı 25 il sığorta stajına malik olsun; bu müddətin azı 12 il 6 ayını istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısında göstərilən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək ş əraiti xüsusilə zərərli və ağır olan işlərdə işləmiş olsun.

26. Əgər bu şərtlərdən hər hansı biri mövcud olmazsa, qeyd olunan qanun normasına əsasən şəxsə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması mümkün olmayacaqdır.

27. Cavabdeh iddiaçıya pensiya təyin etməkdən imtina etməsinin səbəbini onun xx.xx.2006-cı il tarixə 12 il 6 ay xüsisi stajının olmaması ilə əsaslandırmışdır.

28. Həqiqətən də iddiaçının əmək kitabçasında əksini tapmış və əlavə təqdim olunmuş sənədlərdən göründüyü, habelə kassasiya şikayətində iddiaçının özünün göstərdiyi kimi, onun xüsusi şərtlərlə pensiya almağa imkan verən stajı xx.xx.1987xx.xx.1987-ci illərdə (4 ay 9 gün), xx.xx.1987-xx.xx.1987-ci illərdə (1 ay 1 gün), xx.xx.1988-xx.xx.1989-cu illərdə (1 il 19 gün), xx.xx.1990-xx.xx.1993-cü illərdə (3 il 01 gün) xx.xx.1998-xx.xx.2008-ci illərdə (10 il 6 ay) əl ilə elektrik qaynaqçısı işlədiyi dövrlərdir.

29. Bu müddətlər isə toplam 12 il 6 aydan azdır. Yəni iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün həmin normada nəzərdə tutulan dispozisiya şərtləri mövcud deyildir və apelyasiya məhkəməsi də məhz bu əsasla iddia tələbini təmin etməmişdir. Apelyasiya instansiyası məhkəməsi işin hallarını tam araşdırmış, işin müəyyən olunmuş hallarına maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur.

30. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 21(103)-939/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar