Məhkəmə qərarları › İş №2-1(102)-1913/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1913/2022

17.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1913/2022 17.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyası, obyektiv səbəblərdən güzəştli arayışın əldə edilməsinin mümkün olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə İddiaçı (xx.xx.1963-cü il, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2022-ci il tarixli, 2-1(103)-1028/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus əmək kitabçasında olan məlumatlara görə o, 11 iyul 1984cü ildə AzSSR mədəni məişət və təsərrüfat təyinatlı məmulatların istehsalı üzrə MMP zavodunda kosmetika sahəsinə qablaşdırıcı işinə qəbul olunmuşdur. 2 yanvar 1989-cu ildə MM və TT məmulatların istehsalı zavodu Məişət malları İB çevrilmişdir. 02 ya nvar 1989-cu ildə birinci dərəcəli qablaşdırıcı-şəkilləndirici sənəti verilmiş, Az. Respublikası SN-nin 12 dekabr 1991-ci il tarixli əmri əsasında 04 dekabr 1991-ci ildən Az. Respublikası MMP zavodu Azərbaycan dövlət sənaye-ticarət konserninə (Az ST K) çevrilmiş, məişət malları İB adı isə MM və TT zavod adına dəyişdirilmişdir. xx.xx.1996-cı ildə işdən azad edilmişdir. 17 aprel 1996-cı ildə AzMSTTB TT trestinin Mobil mexanikləşdirilmiş kolonunda 2-ci dərəcəli yol işçisi işinə qəbul olunmuş, 25 oktyabr 1996-cı ildə işdən azad edilmişdir. 13 yanvar 1997-ci ildə AzMSTTB TT trestinin Mobil mexanikləşdirilmiş kolonunda 2-ci dərəcəli yol işçisi işinə qəbul olunmuş, 02 iyun 1997-ci ildə işdən azad edilmişdir. 12 iyun 1997-ci ildə Azmənzilsənayetikintitəmir birliyinin 1 saylı Təmir-Tikinti trestind ə təsərrüfat müdiri vəzifəsinə təyin edilmiş, 17 oktyabr 2005-ci ildə işdən azad edilmişdir.

2. İddiaçı ərizə cavabdehə müraciət edərək 01 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, pensiya təyinatının 5 mart 2008-ci il tarixdən (45 yaşı tamam olduğu gündən) aparılması və yaranacaq fərqin birdəfəyə ödənilməsində köməklik edilməsini xahiş etmişdir.

3. Ərizə 18 yanvar 2021-ci il tarixdə **********9AZ nömrəli poçt göndəriş qəbzi ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir.

4. İddiaçının müraciətinin cavabdeh tərəfindən cavablandırılması iş materiallarından müəyyən edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi və daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 52 yaşının tamam olduğu 5 mart 2015ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi vaxtdan əvvəlki 3 ilin pensiyasının ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əmək fəaliyyətinə 1984-cü ilin iyul ayından başlamışdır. Əmək fəaliyyətinin bir hissəsi zərərli işlərdə olmuşdur. 11 iyul 1984-cü ildən 1 mart 1996-cı ilədək Bakı Kimya Məişət və Tikinti Materialları Kombinatında (qablaşdırıcı) çalışmışdır. 1996-cı il tarixindən 2 iyun 1997-ci il tarixinədək AzİDSR trestinin Mobil Mexanikləşdirilmiş kalonunda çalış mışdır. 1997-ci ildən 2005-ci ilin oktyabr ayının 17-nə qədər Azmənzilsənayetikintitəmir birliyinin 1 saylı Təmir-Tikinti trestində işləmiş, ondan sonra səhhətiylə əlaqədar olaraq çalışmamışdır. Bütün sənədlərini hazırlayıb aidiyyəti üzrə cavabdehə 18 yanvar 2021-ci il tarixində poçt vasitəsi ilə təqdim etmişdir. Onun 1984-1996-cı ilədək işlədiyi sahə (12 ilə yaxın) zərərli iş olmuşdur. Ona görə də həmin iş illəri iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına o dövrdə qüvvədə olmuş Qanuna əsasən pensiyaya çıxmağına imkan verir. Amma iddiaçı bunu bilməmişdir. Cavabdeh iddiaçının ərizəsinə münasibət bildirməmiş, pensiya təyinatı aparmamışdır. Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və x üsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın Vİİİ. Kimya istehsalatı bölməsində 1080A00-17541 nömrə ilə A. Tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin (mətnə uyğun) və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri kimi nəzərdə tutulduğundan və iddiaçı 11 iyul 1984-cü ildən xx.xx.1996-cı ilədək Bakı Kimya Məişət və Tikinti Materialları Kombinatında qablaşdırıcı kimi 12 ildən artıq çalışmışdır. Ümumi iş stajı isə 21 ildən artıqdır.

7. Cavabdeh orqanın iddiaya yazılı etirazında bildirilmişdir ki, iddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına da ir iş yerinin arayışını verməmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2-1(112)-4627/2021 nömrəli qərarı ilə (hakim A.Ə.Əsədova) iddia təmin edilərək iddiaçıya 52 yaşının tamam olduğu 5 mart 2015-ci il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilməsi üçün müraciət etdiyi tarixdən əvvəlki üç il üçün ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

9. Məhkəmə işdəki sübutların araşdırılması nəticəsində hesab etmişdir ki, iddiaçının 01 yanvar 2006-cı ilə qədər 20 ildən artıq ümumi, 10 ildən artıq isə güzəştli iş stajı mövcud olmuşdur. Ona görə də, ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublika sı Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən 52 yaşının tamam olduğu tarixdən, yəni 5 mart 2015-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi.

10. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 22400000 XXİİ. Yeyinti sənayesi, 22411000

11. Ətriyyat-kosmetika istehsalatı. Tərkibində 1-3-cü sinif təhlükəli zərərli maddələr olan kompozisiyaların, nəfəslik və kompozisiya bazaların istehsalı, 2241100a—19293 “Həna” və “Basma” kimi bitki boyaların qablaşdırılması ilə məşğul ola n qablaşdırıcılar-bükücülər zərərli peşə kimi nəzərdə tutulmuşdur.

11. İddiaçının zərərli iş şəraitində işləməsi ilə bağlı iş yerindən arayış təqdim etmədiyinə dair dəlilə münasibətdə isə məhkəmə bildirmişdir ki, hazırkı işin halları baxımından iddiaçı tərəfindən güzəştli arayışın təqdim edilə bilməməsi 1984-1996-cı illər arasındakı dövrün güzəştli iş stajı kimi nəzərə alınmasına maneə təşkil etmir. Belə ki, iddiaçının işləmiş olduğu "xxxx" zavodunun hüquqi varisi hazırda "xxxx" ASC-dir. İddiaçı "xxxx" zavodunda kosmetika sahəsində xına məhsullarının qablaşdırılması ilə məşğul olmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC iddiaçının işləmiş olduğu qablaşdırıcı peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “ Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”na uyğunluğu barədə ACS-də məlumat olmaması səbəbindən güzəştli arayış təqdim edə bilməsə də, əlavə olaraq göstərmişdir ki, "xxxx" zavodunda istehsal olunan məhsulların (işlərin, xidmətlərin) əsas növləri kimi həmin zavodda xalq istehlakı mallarının istehsal edildiyi, plastik kütlədən məhsullar, ətriyyat məhsulları, kağız məhsulları, divar kağızları istehsalı və satışı ilə məşğul olunduğu və zavodun özündə hənanın qablaşdırılması və krem istehsalı üzrə sahələrin mövcud olduğu bilavasitə ifadə edilmişdir.

12. Məhkəmə həmçinin iddiaçı ilə eyni zavodda işləmiş X2 aid pensiya təyin edilməsi ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qərarlarına da istinad etmişdir. Həmin qərarlarda Məişət Malları zavodunda qablaşdırıcı, paketləşdirici peşəsində işlədiyi dövr güzəştli staj kimi nəzərə alınmışdır.

13. Nəticədə, məhkəmə iddiaçının əmək kitabçasında göstərilən qeydləri, "xxxx" ASC-nin sorğuya cavab məktubunu, eləcə də təqdim edilmiş qanuni qüvvədə olan məhkəmə qərarlarını nəzərə almaqla belə nəticəyə gəlmişdir ki, iddiaçının işləmiş olduğu müəssisədə kosmetika sahəsində həna qablaşması sexi mövcud olmuş və iddiaçı orada həna qablaşdırıcısı vəzifəsində işləmişdir. Həmin vəzifə isə 2 nömrəli Siyahının 2241100a—19293 nömrəli koduna uyğundur, iddiaçının həmin vəzifədə iş stajı (xx.xx.1984-xx.xx.1996) 11 il 07 ay 22 gün təşkil edir.

14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək i ddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

15. Apelyasiya instansiyası məhkəməsindəki icraatı zamanı "xxxx" ASC-yə sorğu ünvanlanaraq, işin obyektiv həlli məqsədilə iddiaçının 1984-1996-cı illərdə işləməsini təsdiq edən sənədlərin, əmrlərin surətlərinin, ümumiyyətlə iddiaçının işləmiş olduğu peşələrin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın hansı bəndinə uyğun olması, işlədiyi peşələrin kodları (ayrı-ayrı göstərilməklə), xüsusiyyətləri, xarakteristikası barədə məlumatların Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur.

16. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC-nin 13 aprel 2022-ci il tarixli məktubunda q eyd edilmişdir ki, “Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi 2929-cu məhəllədə yerləşən "xxxx" zavodunun təşkilatı hüquqi statusu Dövlət mülkiyyəti (15/5xx.xx.1991); istehsal olunan məhsulların (işlərin, xidmətlərin) əsas növləri: Xalq istehlakı mallarının istehsalı - Plastik kütlədən məhsullar, ətriyyat məhsulları, kağız məhsulları, divar kağızları istehsalı və satışı. Hənanın qablaşdırılması və krem istehsalı üzrə sahələr mövcud olub və xx.xx.1963-cü il təvəllüdlü Həsənova (Arabalıyeva) Mətanət Arif qızı 1984-cü ildə həmin sahəyə qablaşdırıcı kimi işə qəbul olunmuş, 1984-1996-cı illərdə "xxxx" zavodunda qablaşdırıcı peşəsində işləmişdir. Bundan əlavə məlumat üçün bildirilmişdir ki, "xxxx" zavodu dövlət mülkiyyəti olduğuna özəlləşdirilmə prosesi Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən 1997-ci ildə keçirilmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2022-ci il tarixli, 2-1(103)-1028/2022 nömrəli qərarı ilə (hakimlər E.E.Nağıyeva - /sədrlik edən və məruzəçi/ H.Ü.Həmidov və C.A.Yusifov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2-1(112)-4627/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaqla göstərmişdir ki, iddiaçının 01 yanvar 2006-cı il tarixədək 20 ildən artıq ümumi və 10 ildən artıq xüsusi stajının mövcudluğu təsdiq olunur. Ona görə də, qanunvericiliyin tələblərinə əsasən 52 yaşının tamam olduğu tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunm alıdır.

19. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

20. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının ümumi və xüsusi iş stajının müəyyənləşdirilməsi zamanı səhvə yol vermişdir. Belə ki, məhkəmə tərəfindən Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə və Milli Arxiv İdarəsinə göndərdiyi sorğulara cavab olaraq əmək kitabçasında qeyd edilən Bakı Kimya Məişət və Tikinti Materialları Kombinatı (həmçinin Mədəni Məişət və X1 İstehsalı Zavodu) adlı kommersiya qurumlarının reyestrdə aşkar edilmədiyi və sözügedən müəssisələrin sənədlərinin dövlət arxivinə təhvil verilmədiyi bildirilmişdir. Bu səbəbdən həmin dövrlər iddiaçının ümumi iş stajına daxil edilə bilməz.

21. Bundan əlavə məhkəmə iddiaçının işlədiyi vəzifəni güzəştli hesab edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyuun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın “Yeyinti sənayesi" bölməsinin “Ətriyyat-kosmetika istehsalatı" yarımbölməsinə istinad edir. Lakin məhkəmə iddiaçının işlədiyi vəzifənin 2 nömrəli Siyahıda 2241100a-19293 kodu altında qeyd edilən həna və basma kimi boyaların qablaşdırılması ilə məşğul olan qablaşdırıcı-bükücülər peşəsinə uyğunlaşdırsa da, güzəştli arayışın əldə edilməsi istiqamətində hər hansı tədbir görməmişdir. İddiaçı da öz növbəsində cavabdeh inzibati orqana və ya məhkəməyə belə bir arayış təqdim etməmişdir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi günd ən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

24. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:.... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin az ı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”: 22400000 XXİİ. Yeyinti sənayesi, 22411000

11. Ətriyyat-kosmetika istehsalatı. Tərkibində 1-3-cü sinif təhlükəli zərərli maddələr olan kompozisiyaların, nəfəslik və kompozisiya - bazaların istehsalı, 2241100a—19293 “Həna” və “Basma” kimi bitki boyaların qabla şdırılması ilə məşğul olan qablaşdırıcılar-bükücülər.

26. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstə rilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələ rə dair iş üzrə qərarı qətidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətin i tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bila vasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.

31. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunun ümumi və xüsusi staja malik olduğu məsələsi üzrə tam və hərtərəfli araşdırmanın aparılmasını təmin etmişlər. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin bununla bağlı qərarında göstərilənlərlə və tətbiq edilən hüquqla razılaşır və onların yenidən təkrarlanmasına lüzum görmür. Düzgün olaraq müəyyən olunmuşdur ki, iddiaçının xx.xx.2006-cı ilə qədər 20 ildən artıq ümumi iş stajı toplanır ki, həmin stajın da 10 ildən də çoxunu ("xxxx" zavodunda kosmetika sahəsində həna qablaşması sexində həna qablaşdırıcı kimi) o, güzəştli pensiya hüququ verən peşə və vəzifədə çalışmışdır. Beləliklə, iddiaçının ümumi və xüsusi iş stajının müəyyənləşdirilməsi zamanı səhvə yol verildiyi ilə bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır.

32. Belə ki, işin hallarından göründüyü kimi məhkəmələr iddiaçının "xxxx" zavodunda kosmetika sahəsində həna qablaşması sexində həna qablaşdırıcı kimi işlədiyinin təsdiq edildiyi ilə bağlı nəticəyə gələrkən həm iddiaçının əmək kitabçasında göstərilən qeydləri, həm iddiaçının işləmiş olduğu müəssisəsinin hüquqi varisi olan "xxxx" ASC-nin məhkəmə sorğularına verdiyi cavab məktublarını, həm də, X2 aid pensiya təyin edilməsi ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qərarlarına istinad etmişdir. Kollegiya hesab edir ki, məhkəmələr sözügedən nəticəyə gələrkən istinad etdikləri sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişlər.

33. Cavabdehin kassasiya şikayətinin digər dəlili güzəştli arayışın əldə edilməsi istiqamətində məhkəmələr tərəfindən hər hansı tədbirin görülmədiyi, eləcə də iddiaçı tərəfindən də cavabdeh inzibati orqana və ya məhkəməyə belə bir arayış təqdim edilmədiyi ilə bağlıdır.

34. Kollegiya sözügedən dəlili də əsassız hesab edir. Belə ki, hər şeydən əvvəl iş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən güzəştli arayışın əldə edilməsinə yönəlmiş lazımi tədbirlər görülmüşdür. Lakin iddiaçının əvvəllər işlədiyi müəssisə artıq mövcud olmadığından həmin ar ayışı əldə etmək mümkün olmamışdır. İddiaçının işləmiş olduğu müəssisənin hüquqi varisi olan "xxxx" ASC də həmin arayışı təqdim edə bilməmişdir. Beləliklə, güzəştli arayışın əldə edilməməsi hazırkı işin obyektiv hallarından irəli gəlmişdir.

35. Bununla bağlı olaraq qeyd edilməlidir ki, obyektiv və iddiaçıdan asılı olmayan səbəblərdən güzəştli arayışın əldə edilməsinin mümkün olmaması iddiaçının işlədiyi peşənin güzəştli iş stajına daxil edilməməsinə səbəb ola bilməz. Konkret işdə mövcud olan digər sübutların məcmusu əsasında bu halı müəyyən etmək mümkündürsə, güzəştli arayış olmadan da, iddiaçının işlədiyi peşəni güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin etməyə imkan verən işlərə aid etmək olar. Hazırkı işdə də məhz bu hal mövcud olmuşdur.

36. Birinci instansiya məhkəməsi düzgün olara q qeyd etmişdir ki, hazırkı işin halları baxımından iddiaçı tərəfindən güzəştli arayışın təqdim edilə bilməməsi 1984-1996cı illər arasındakı dövrün güzəştli iş stajı kimi nəzərə alınmasına maneə təşkil etməməlidir. Belə ki, iddiaçının işləmiş olduğu "xxxx" zavodunun hüquqi varisi hazırda "xxxx" ASC-dir. İddiaçı "xxxx" zavodunda kosmetika sahəsində xına məhsullarının qablaşdırılması ilə məşğul olmuşdur. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC iddiaçının işləmiş olduğu qablaşdırıcı peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəl i Siyahısı”na uyğunluğu barədə ACS-də məlumat olmaması səbəbindən güzəştli arayış təqdim edə bilməsə də, əlavə olaraq göstərmişdir ki, "xxxx" zavodunda istehsal olunan məhsulların (işlərin, xidmətlərin) əsas növləri kimi həmin zavodda xalq istehlakı mallarının istehsal edildiyi, plastik kütlədən məhsullar, ətriyyat məhsulları, kağız məhsulları, divar kağızları istehsalı və satışı ilə məşğul olunduğu və zavodun özündə hənanın qablaşdırılması və krem istehsalı üzrə sahələrin mövcud olduğu bilavasitə ifadə edilmişdir. İddiaçının işləmiş olduğu müəssisədə kosmetika sahəsində həna qablaşması sexi mövcud olmuş və iddiaçı orada həna qablaşdırıcısı vəzifəsində işləmişdir. Həmin vəzifə isə 2 nömrəli Siyahının 2241100a— 19293 nömrəli koduna uyğundur, iddiaçının həmin vəzifədə iş stajı (xx.xx.1984x x.xx.1996) 11 il 07 ay 22 gün təşkil edir.

37. Apellyasiya məhkəməsi tərəfindən aparılmış araşdırma ilə də həmin hal təsdiq olunmuşdur. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC-nin 13 aprel 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi 2929-cu məhəllədə yerləşən "xxxx" zavodunun təşkilatı hüquqi statusu Dövlət mülkiyyəti (15/5-xx.xx.1991); istehsal olunan məhsulların (işlərin, xidmətlərin) əsas növləri: Xalq istehlakı mallarının istehsalı - Plastik kütlədən məhsullar, ətriyyat məhsulları, kağız məhsulları, divar kağızları istehsalı və satışı. Hənanın qablaşdırılması və krem istehsalı üzrə sahələr mövcud olub və xx.xx.1963-cü il təvəllüdlü Həsənova (Arabalıyeva) Mətanət Arif qızı 1984-cü ildə həmin sahəyə qablaşdırıcı kimi işə qəbul ol unmuş, 1984-1996-cı illərdə "xxxx" zavodunda qablaşdırıcı peşəsində işləmişdir. Bundan əlavə məlumat üçün bildirilmişdir ki, "xxxx" zavodu dövlət mülkiyyəti olduğuna özəlləşdirilmə prosesi Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən 1997-ci ildə keçirilmişdir.

38. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənildiyindən məhkəmələr haqlı olaraq iddianın təmin edilməsi qənaətinə gəlmişlər.

39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2 022-ci il tarixli, 21(103)-1028/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar